Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1152/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Səriyyə Seyid qızı Seyidovanın sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə və Cavabdeh6na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-973/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “İddiaçı ağır xəstəliyi ilə bağlı ixtisaslı xəstəxanada düzgün diaqnoz qoyulması, müalicə və əməliyyat edilməsi məqsədilə dövlət büdcəsi hesabına Türkiyə Respublikasına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, sağlamlığa vurulmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Cavabdeh4, Əmək və X2 Nazirliyinin öz öhdəliklərini lazımınca yerinə yetirməməsi bacısı İddiaçı və onun hüquqlarını pozması səbəbindən 2011-ci ildən bugünədək (əməliyyatdan öncə, əməliyyat zamanı, əməliyyatdan sonra) çəkilmiş bütün (müayinə, müalicə, dərman, yol, qida, banklara borcların, donor üçün, eləcə də illərlə rəsmi müraciətlərə çəkilmiş xərclər və s.xəstəliklə əlaqədar bütün çəkilən və çəkiləcək xərclər) xərclərin Məhkəmə tərəfindən sənədlərin toplanması iştirakları ilə hesablanaraq qiymətləndirilməsi, hesablanmış məbləğin iddiaçıya geri ödənilməsi və bacısının lazımi tibbi yardım alması, yaşaması üçün bütün zəruri tədbirlərin görülməsi öhdəliyinin Səhiyyə Nazirliyi, Əmək və X2 Nazirliyi, Maliyyə Nazirliyinin üzərinə qoyulması və ödənilməsinə məcbur edilməsi, iş üzrə ondan bacısına qaraciyər köçürülməsi əməliyyatını həyata keçirmiş, bacısı ağırlaşdınlanadək müalicə həkimi olmuş, hazırda Mərkəzi Gömrük Hospitalında işləyən Mircəlal Kazımi (əməliyyat etdikdən bugünədək, bacısının və onun səhhətində baş vermiş ağırlaşmalar üçün) və bacısı ağırlaşdıqdan sonra ziddiyətli epikriz, müayinə nəticəsi verən xəstəxanaların (həkimlərin), xəstənin və yaxınlarının başına açdıqları qeyri-insani rəftara görə, ədalət mühakiməsində iştirak etmələri, dəymiş maddi (məhkəmə tərəfindən hesablanması) və mənəvi zərərin geri ödənilməsinin təmin edilməsi, X9 üzrə dövlət agentliyin hərəkətsizliyi və qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərər ödənilməsi və göstərilmiş tibbi xidmətlərlə bağlı xüsusi araşdırma aparılması və dəymiş zərərin məhkəmə tərəfindən hesablanaraq, ödənilməsinin təmin edilməsi, bacısına qaraciyər donoru olduğu üçün gələcəkdə hər-hansı bir risk və ya fəsad olub-olmayacağın dəqiqləşdirilməsi üçün xarici ölkələrdə bütün tibbi müayinələrdən keçirilməsi öhdəliyinin Səhiyyə Nazirliyinin üzərinə qoyulması, kasib bir ailəyə qarşı edilən qeyri-insani hərəkətlərin, bir ailənin sağlamlığına, sosial vəziyyətinə ciddi mənfi təsir göstərməsi, işin ağırlıq dərəcəsi və uzun müddət davam etməsini nəzərə alaraq, cavabdehlərdən müştərək qaydada 500 000 (beş yüz min) manat mənəvi zərər tutularaq iddiaçıya ödənilməsi, səmərəli məhkəmə araşdırması aparılması üçün maddi imkanlarını nəzərə alaraq, bütün instansiya məhkəmələrində hüquqlarının ixtisaslı vəkillər tərəfindən qorunması və bu iddia ərizəsindəki qüsurların aradan qaldırılması üçün dövlət vəsaiti hesabına ixtisaslı vəkillə təmin edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmənin dəftərxanası vasitəsilə ayrı-ayrılıqda mahiyyətcə eyni iki ərizə təqdim edərək bacısının həyati təhlükəsini ölkə daxilində uzun müddətdir dəqiq diaqnoz qoyulmamasını, müalicə aparılmamasını, ilkin olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə bacısının xarici dövlətdə ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilməsi, yaşaması üçün bütün zəruri tədbirlərin dərhal görülməsi öhdəliyinin qoyulmasının təmin edilməsi, vəkillə təmin olunma məsələsinin həll edilməsi, Vəkilər Kollegiyası tərəfindən pulsuz dövlət hesabına vəkil verilməsi, Vəkillər Kollegiyasına bu barədə təqdimat göndərilməsi, ixtisaslı vəkillə təmin olunması, zərər dəymiş anası X1 da iddiaçı qismində məhkəmə araşdırmasında iştirak etməsinə məhkəmə tərəfindən şərait yaradılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-973/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh4na, Azərbaycan Respublikası Əmək və Əmək və X5 Nazirliyinə, Cavabdeh5nə, Cavabdeh3nə, Dövlət X6rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vərərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə dövlət orqanına qarşı irəli sürülmüş iddia tələblərinə 1 ay müddətində baxılaraq qərar qəbul edilməsi müəyyən edilmiş, iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər və məhkəmə iddia ərizəsinin daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. xx.xx.2019-cu il tarixli iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur, xx.xx.2020-ci il tarixli iddia tələbinin artırılması barəsində olan ərizə isə xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən qəbul edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə iddianın mümkün hesab edilməməsi barəsində qərar qəbul edilməklə 10 günlük müddəti 1 aydan çox müddətə ötürülmüşür. (Həmin qərar isə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir). 2014-cü ildə ödənişli olaraq Səhiyyə Nazirliyi Cavabdeh4nda iddiaçıya qaraciyər köçürülüb. Orqan transplantasiyası həyata keçirilərkən tam sağalacağına, normal insanlar kimi yaşam tərzinə davam edəcəyinə hamı əmin edilmişdi. Orqan köçürülükdən sonra orqan köçürən həkimlər tərəfindən bahalı ödənişli laborator müayinələrdən keçirilmiş və müalicə aparılmışdır. Lakin orqan köçürüldükdən sonra səhhətində mütəmadi problemlər yaranmış, yaxşı olaraq adı ilə problemin həll edilməsi üçün orqan köçürən həkimlər tərəfindən başqa həkimlərin üzərinə ödənişli olaraq yönləndirilmiş, müalicələr aparılmış, son olaraq isə həkim nəzarətində olmasına baxmayaraq vəziyyəti kəskin ağırlaşmış, orqan köçürən uzun illər müalicə həkimi olan transplantoloq (Mircəlal Kazımi) 2019-cu ilin sonunda müalicənin onluq olmaması barəsində rəy vermiş, lakin qəbul etdiyi dərmanların dozası ilə bağlı arayışlar təqdim etmiş, ağırlaşdırıcı xəstəsinin müalicəsinin onluq olmaması barəsində rəy verdikdən sonra orqan transplantasiyası həyata keçirilmiş Səhiyyə Nazirliyi Cavabdeh4na və aidiyyatı orqanlara tibbi sorğular verilmiş, dəymiş zərərin geri ödənilməsi barəsində rəsmi müraciətlər edilmişdir. (2019-cu ilin dekabr 2020-ci ilin yanvar aylarından). Tibbi Sorğulara normal cavab verilməmişdir, dəymiş zərərin geri ödənilməsindən imtina edilmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmənin qərarında göstərilən müddətin keçməsinin tətbiq edilməsi üçün əsas olan hansı imtina məktubu olması qeyd edilməmiş və hansı tarixli və nömrəli məktub əsasında iddia müddətinin 2 ilə yaxın keçdiyi göstərilməmişdir. Məhkəmə qərarının iş materiallarında olan sübutlara əsaslanmadığı həmin qərarın qeyri-müəyyən şəraitində qəbul edilməsinin əsasıdır. İddiaçı apellyasiya şikayətində göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35.1, 37-ci maddələri, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Plenumunun xx.xx.2015-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 30, 43.1, 149.3, 151.1, 151.3, 172.2-ci maddələrinə istinad etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-973/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli 6-16/S-4056/24 saylı məktubu ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2019-cu il tarixli müraciəti aidiyyəti üzrə baxılması üçün Cavabdeh5nə göndərilmişdir. İddiaçının müraciətinə Cavabdeh5 tərəfindən ünvanlanmış məktubla cavab verilərək vətəndaşların respublikadan kənarda müalicə olunması üçün göndərişin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vətəndalarının respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya tərəfindən xüsusi rəy aldıqdan sonra Nazirlik tərəfindən həyata keçirildiyi bildirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini,.. yoxlamalıdırlar (2.3-cü bənd). Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı ərizəsində bir neçə tələb ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2 mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hər tələbinin fərqli mahiyyətdə və faktiki əsaslarının müxtəlif olması və eyni zamanda fərqli cavabdehlərə qarşı yönəlməsi səbəbindən sadalanan hüquq normalarının hazırkı hala tətbiq edilməsi mümkün olmadığı üçün iddiaçının tələblərinə bir icraatda baxılması yolverilməzdir. Digər tərəfdən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazırkı halda iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə Cavabdeh4nda qaraciyər transplantasiyası əməliyyatı keçirtmiş, ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Səhhətində yaranan problemlərlə bağlı müraciətləri cavabdehlər tərəfindən bir neçə dəfə cavablandırılmasına baxmayaraq iddiaçı imtina cavabını aldıqdan 2 ilə yaxın müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-1152/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1152/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver