Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1153/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), X19 və X1ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı X9, Cavabdehin nümayəndəsi Bədəlova Könül Eyvaz qızının iştirakları ilə, İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Vrgilər Nazirliyi yanında Bakı şəhər X8, 3-cü şəxslər 12 saylı Dövlət Notariat Kontoruna və X3 qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 82/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Vrgilər Nazirliyi yanında Bakı şəhər X8, 3-cü şəxslər 12 saylı Dövlət Notariat Kontoruna və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən qanunsuz olaraq ləğv edilmiş Aztexnikanın 2018-ci ilin dekabr ayında verdiyi elektron vergi hesab fakturasının bərpa edilməsi və əvəzləşmə məbləğinin qəbul edilərək əlavə hesablanmış vergilərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-57/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən X21 Abuzer iddia tələbinə əsasən kameral vergi yoxlamasının hesabladığı 16.200 manat xx.xx.2012-ci il tarixli **********290700 saylı və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2010-cu il tarixli **********256844 saylı qərarları ləğv edilməsi və həmin qərarlara əsasən 2008-ci il üçün 1896,41 manat qalıq vergi və 948,21 manat maliyyə sanksiyası hesablanaraq ümumilikdə 24,966,27 manat vergi borcu silinməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1203/17 saylı xx xxxxx 2017-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti onun hüquqi varisi olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 ilə əvəz olunmaqla apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1203/17 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmn edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-57/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)- 48/18 saylı xx xxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1203/17 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1418/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-57/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək iş mümkünlük şərtlərinin yoxlanılmaqla yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1059/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1418/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-57/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək iş mümkünlük şərtlərinin yoxlanılmaqla yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının “xx xxx 2010-cu il tarixli **********211182 nömrəli səyyar vergi yoxlama aktı, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında xx xxx 2010-cu il tarixli **********256844 saylı qərar, verglərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın ləğv edilməsi və bunlardan yaranan hüquqi nəticələrin və hesablanmış vergi borcunun silinməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-82/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X16 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 15.mart.2019 cu -il tarixli 2-l(103)-919/19 saylı qərardadın 2-ci səhfə sonuncu abzasında və 3-cü səhifədə qeyd edir: ilk öncə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onu qeyd etməyi zəruri hesab edir ki,birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli**********52400 saylı qərarda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2012-ci il tarixli **********290700 saylı qərarın ləğv edilməsini qeyd etsədə sözü gedən həmin qərarda məhz xx.xx.2012-ci il tarixli **********290700 saylı qərarın ləğv edilməsi aydın şəkildə qeyd edilməmişdir.Bundan başqa məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublıikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, hesab edir ki,şikayət əsaslıdır.Belə ki,VM-in 70.2-ci maddəsinə əsasən,vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Cavabdeh.onun rəhbəri tərəfindən imzalanan və möhürlə təsdiq edilən Vergilərin hesablanması barədə xx.xx.2012-ci il tarixli, **********290700 saylı qərarın iddiaçının dövlət qeydiyyatı haqqında sənədlərində qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldığını və ya şəxsən verildiyini irəli sürmür,bu barədə iş materiallarından da heç bir mötəbər sübut mövcüd deyil.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki,sənədlərin elektron poçt vasitəsi ilə göndərilməsi barədə müqavilənin iddiaçı tərəfindən imzalanması barədə iddiaçının - irəli sürdüyü dəlil iş materiallarında olan AR ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 6550 saylı,xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır.Göründüyü kimi, qanunvericiliyin imperativ normasının tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.Bu da o deməkdir ki,mübahisəli inzitabi aktın lazımi (rəsmi) qaydada iddiaçıya verilməsindən bəhs oluna bilməz.İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1059/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli,iddiaçı X20 Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında bakı şəhəri X8 qarşı (üçüncü şəxslər Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru.X5 və X6) “aktın və onun hüquqi nəticələrinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir.Göründüyü kimi birinci instansiya məhkəməsi hansısa maraqdan bu işi tam, obyektiv və hərtərəfli araşdırıb ədalətli qərar qəbul etmək niyyətində deyil. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Bədəlova Könül Eyvaz qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etirazı təqdim edərək, izahatında iddia tələbinin xx.xx.2010-cu il tarixli **********211182 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etdi ki, səyyar vergi yoxlaması aktı inzibati akt hesab olunmur.Lakin səyyar vergi yoxlaması aktı hüquqi və ya fiziki şəxs üçün hər hansı hüquqi nəticələr yaratmır. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilən məhz yuxarıda qeyd edilən qərarlar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur.Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlaması aktının iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. Nümayəndə İddia tələbinin “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında 07.05.20'10-cu il tarixli **********256844 saylı qərarın və vergilərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********24000 nömrəli qərarın ləğvi məsələsi ilə bağlı bildirdi ki, mübahisələndirilən qərarlar üzrə vergi ödəyicisi iddia müddətini ötürmüşdür.Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2009-cu il tarixli **********126116 nömrəli qərarı ilə X10 fəaliyyətinə dair Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2010-cu il tarixli **********211182 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən gəlir vergisinin 2008-ci il üzrə 1.896,41 manat azaldılması aşkar edilmişdir. İddaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2010-cu il tarixli **********256844 nömrəli qərar iddiaçının 12 saylı notariat kontorunda verilmiş etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən imzalanaraq götürülmüşdür.2014-cü ildən bəri davam edən məhkəmə prosesində iddiaçı X4 verilmiş etibarnamədəki imzanın ona aid olmamasını bildirmiş, lakin maraqlıdır ki, verginin yalnız ona borc hesablanmasına əsas olan qərarlarını mübahisələndirmiş, həmçinin məhkəmə proseslərində X2 onun həqiqətən mühasibi olduğunu bildirmiş, lakin Səbinənin onu aldatdığını və buna görə ona verginin hesablandığını qeyd etmişdir. YəniX5 X20 mühasibi olmuş, lakin iddiaçı tərəfindən mühasibinin onu aldatdığı iddia edilir. Əgər belə hal varsa, bu X24 ilə X5 arasında digər məhkəmə mübahisəsidir ki, həmin mübahisənin vergi orqanına aidiyyəti yoxdur.Digər tərəfdən nümayəndə bildirdi ki, vergi orqanının yoxlama aparakən notarius tərəfindən təsdiq edilmiş etibarnamənin düzgünlüyünü yoxlamaq vəzifəsi yoxdur.Vergilərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********524000 nömrəli qərara gəldikdə isə bildiririk ki, həmin qərar həmin tarixdə də vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Həmçinin həmin qərar məhkəmə araşdırmasına təqdim edilmiş və 18 aprel 20'18-ci il tarixli, 2-1 (102)-48/18 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında qeyd edilmişdir. Hətta vergi ödəyicisi tərəfindən həmin qərardan ayrıca icraat şəklində iddia ərizəsi verilmiş, xx xxxxxx 2014-cü il tarixli **********524000 nömrəli qərar iddia ərizəsinə qoşma edilmiş, inzibati iş icraata qəbul edilərək iddia tələbi xx.xx.2019-cu il tarixli, 2-1(81)-1746/2019 nömrəli qərardad ilə mümkünsüz hesab edilmişdir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi ödəyicisi mübahisələndirilən qərarlardan xəbərdar olmuş və hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərini ödəməmişdir və Bakı İnzibati Məhkəməsi haqlı olaraq, iddia tələbini mümkünsüz hesab etmişdir. ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxslər 12 saylı Dövlət Notariat Kontoru və X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia tələbi dörd hissədən ibarətdir: -xx xxx 2010-cu il tarixli **********211182 nömrəli səyyar vergi yoxlama aktının ləğv edilməsi; -vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarın ləğv edilməsi; -vergilərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın ləğv edilməsi; -bunlardan yaranan hüquqi nəticələrin və hesablanmış vergi borcunun silinməsi. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci, yəni “xx xxx 2010-cu il tarixli **********211182 nömrəli səyyar vergi yoxlama aktının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada İnzibati Məhkəmələrdə mübahisələndirilə bilən inzibati akt deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə)” ünsürü yoxdur. Yəni səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində tərtib edilmiş akt (hələ) kənara (xaricə) münasibətdə hüquqi nəticə doğurmur. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci, yəni “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarın ləğv edilməsi ilə bağlı həmin qərarın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixli **********211182 nömrəli Aktın və onun hüquqi nətixələrinin ləğv edilməsi və cavabdeh tərəfindən hesablanmış 24.966,27 manat vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarını əlavə etsə də, həmin qərarı iddia tələbində mübahisələndirməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarının ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2016-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçı öz izahatında bildirmişdir ki, cavabdehin xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarı onun mühasibi olmuş X3 verilsə də, iddiaçı X3 hər hansı sənədlərin qəbul edilməsi üçün etibarnamə verməmiş və etibarnamədə olan imza ona aid deyildir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hətta mübahisələndirilən qərarın iddiaçının nümayəndəsi kimi X4 təqdim edilməsi kimi qəbul edilməsə də belə, iddiaçı qeyd edilən qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.2014-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarından məlumatlı olmuş və həmin qərarın surətini iddia ərizəsinə əlavə etmişdir. Lakin, həmin qərarı iddi tələbində mübahisələndirməmiş və yalnız xx.xx.2016-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin üçüncü, yəni “verglərin hesablanması barədə xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın ləğv edilməsi ilə bağlı həmin qərarın mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərar xx.xx.2014-cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli, 2- 1(102)-48/18 nömrəli qərarının təsviri hissəsində və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(103)-1418/2018 saylı qərardadının əsaslandırıcı hissəsində mübahisələndirilən xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərar göstərilmişdir. Həmin qərar poçt vasitəsilə iş üzrə tərəflərə, həmçinin iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1418/2018 saylı qərardadı xx.xx.2018-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin xx xxxxxx 2014-cü il tarixli **********524000 nömrəli qərarının ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın məzmunundan ən geci xx.xx.2018-ci il tarixdə məlumatlı olsa da, həmin qərarın ləğv edilməsi ilə bağlı müvafiq ərizə yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin dördüncü, yəni “yaranan hüquqi nəticələrin və hesablanmış vergi borcunun silinməsi”hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi səyyar vergi yoxlama aktının və qərarların ləğv edilməsi hissəsində mümkün sayılmadığından, həmin qərarların hüquqi nəticələrinin və həmin qərarlarla hesablanmış vergi borcunun silinməsi də mümkün deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən xx xxx 2010-cu il tarixli **********211182 nömrəli səyyar vergi yoxlama aktı inzibati akt olmadığından, mübahisələndirilən xx xxx 2010-cu il tarixli **********256844 saylı qərarının məzmunundan ən geci xx.xx.2014-cü il tarixdə, xx xxxxxx 2014-cü il tarixli **********524000 saylı qərarın məzmunundan isə ən geci xx.xx.2018-ci il tarixdə məlumatlı olması, həmin qərarların ləğv edilməsi tələbinə dair ərizə ilə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə və xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməsi, bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni müddətə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddia tələbi səyyar vergi yoxlama aktının və qərarların ləğv edilməsi hissəsində mümkün sayılmadığından, həmin qərarların hüquqi nəticələrinin və həmin qərarlarla hesablanmış vergi borcunun silinməsi də mümkün olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X16 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-82/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1153/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1153/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver