Məhkəmə qərarları › İş №2-1(103)-1153/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1153/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1153/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qаrşı iddiaçının müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-2523/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddiadan imtina barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı şifahi müsabiqədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun müvafiq icra orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməyi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il trixli 2-1(112)-2523/2020 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya icraatı zamanı iddiaçı məhkəməyə iddiadan imtina etməsi barədə ərizə təqdim etmişdir. İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2523/2020 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiаçı İddiaçı iddiadan imtina barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-2523/2020 saylı qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qаrşı iddiaçının müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi, iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar