Məhkəmə qərarları › İş №2-1(103)-1153/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1153/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1153/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “binanın balansa götürülməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti, Bakı şəhəri Cavabdeh5, Bakı şəhər Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 67 saylı binanın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, cavabdehlər sırasına Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və qeyrilərinə qarşı “binanın balansa götürülməsi və s.” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibatı Məhkəməsinin qərarının ləgv edilməsi və Bakı İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, müddətin bərpa olunmasını və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibat Məhkəməsi vaxtında məhkəmə sisteminə qərarı əlavə etmədiyindən, onun müraciəti nəticəsində bir neçə aydan sonra qərar yüklənmişdir. Ona görə də müddəti ötürmüşdür. Müddəti ötürməsi məhkəmənin təqsirindən olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin, Bakı şəhəri Cavabdeh5, Bakı şəhər Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Bakı Şəhər Cavabdeh3 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, həmçinin müvafiq tarixlərdə stasionar müalicədə olmasını təsdiq edən sübutları təqdim edərək, prossesual müddətin ötürülməsində təqsiri olmadığından ərizəsinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi X3 isə ərizənin təmin olunmamasını və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının iddiasına onun iştirakı ilə baxılaraq birinci instaniya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla iddia qeyrimümkün sayılmış, lakin həmin qərardadın iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən hər hansı sübut işdə mövcud deyil. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2-1(112)- 3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadın surətinin onun ünvanına və elektron kabinetinə göndərilməsinə dair ona məlumat verilməsini, daha sonra xx.xx.2024-cü il tarixdə yenidən həmin sistem vasitəsilə müraciət edərək həmin qərardadın ona təqdim olunmasını və qərardaddan şikayət verilməsi üçün onun dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı 18 mart 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və İddiaçı hazırkı iş üzrə dövlət hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Həmin qərardad iddiaçı tərəfindən poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. İddiaçının müraciətinə əsasən birinci instansiya məhkəməsinin 2-1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadının surəti məhkəmə qəbzinə (i.v. 80) xx.xx.2024cü il tarixdə imza edilməklə ona şəxsən təqdim olunmuşdur. Bundan sonra iddiaçı apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə elektron kabinetə yerləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət onun qərarı rəsmi aldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən 10 gün müddətində olmaqla, xx.xx.2024-cü il tarix hesab olunduğu halda, iddiaçı tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırki işdə iddiaçı mübahisələndirilən məhkəmə qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyünü etiraf etsə də, həmin müddətin onun təqsiri üzündən ötürülmədiyini, səbəbinin üzrlü səbəblərlə bağlı olduğunu, belə ki, stasionar müalicədə olduğunu bildirərək, Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışları məhkəməyə təqdim etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli qərardaddan apellyasiya şikayəti verməsi üçün 10 günlük prosessual müddəti üzürlü səbəbdən ötürməsi faktını təsdiq edə biləcək sübutlar qismində təqdim etdiyi hər iki Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışların surəti nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçı xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə xəstə olmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübutlar onun adı çəkilən məhkəmə aktından apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət daxilində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) xəstə olması və stasionar müalicədə olması faktını təsdiqləmir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçının mübahisələndirdiyi 15 fevral 2024-cü il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, əksinə məhkəmə qərardadının şəxsən xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim olunmasına baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyinin iddiaçının özü tərəfindən də təsdiq olunduğunu, bunda iddiaçının təqsirinin üzürlü səbəblərdən olmasına dair sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3285/2024 saylı 15 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar