Məhkəmə qərarları › İş №2-1(103)-1154/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1154/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1154/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pulun geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12070/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 5606,93 manat məbləğin əvəzləşdirilməsinin qanunsuz hesab edilərək həmin məbləğin geri qaytarılmasının cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə xx.xx.2010-cu ildən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir, Lakin 2022-ci ilin sentyabr ayından cavabdeh tərəfindən onun pensiyasından saxlamalar olmuş, ona bildirmişlər ki, guya xx.xx.2022-xx.xx.2022 dövrü üçün ona ödənilməli olan 408,45 manat pul vəsaiti tam ödənilməmiş, həmin dövrə üzrə ödənilməli olan 5606,93 manat artıq ödənilmiş 11077,05 manatdan çıxılaraq büdcəyə bərpa edililmişdir. İddiaçı 2022-ci ilin sentyabr ayından hər ay 408,45 manat olmaqla ödənilən pensiyasının kəsilməsini qanunsuz hesab edərək cavabdehə müraciət edərək ondan tutulan məbləğin məbləğin ödənilməsi tələb edilsə də, sonuncu ona ünvanlanmış 22 may 2023-cü il tarixi məktubu ilə müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya ödənilməli olan 5606,93 (5198,48+408,45) manat pul vəsaiti artıq ödənilmiş 110077,05 (3498,92+3953,01+ 1617,48+2007,64) manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 5470,12 manat ödəmə isə qanunvericiliyin yeni tələblərinə əsasən borc məbləği kimi nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12070/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş 5606,93 manat (5198,48+408,45) pul məbləğin artıq ödənilmiş 110077,05 manatdan çıxılaraq büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə qanunsuz hesab edilərək həmin 5606,93 manat məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «...Fondun Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 5 yanvar 2010-cu il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. İddiaçı təqdim etdiyi müvafiq təhsilə dair arayışa əsasən ona ötən dövr üzrə ödənilməli olan pul vəsaiti hesablanarkən əmək pensiyası 5 yanvar 2010-cu il tarixdən araşdırılıb. Nəticədə məlum olmuşdur ki, 5 yanvar 2010-cu il tarixdə mərhum atası X1 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 179,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 35,80 manat, ixtisas dərəcəsinə görə əlavəsi 34,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 303,80 manat təşkil etmişdir. Bununla əlaqədar mərhum Fəxrəddin Paşayevə ödənilməli olan əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20 11.3-cü maddəsinə əsasən 12 il 3 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (303,80 manat) 65 faizi-197,47 manat məbləğində hesablanıb. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (197,47 manat) 80 faizi-157,98 manat məbləğində hesablanmalı olduğu halda, 232,63 manat məbləğində müəyyən edilməklə 05.01,2010-cu il tarixdən 30 11.2013-cü ıl tarixədək müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçı T Paşaya 3498,92 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçı T Paşanın mərhum atası Fəxrəddin Paşayevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 305,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 61,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93,72 manat olmaqla orta aylıq əmək haqqısı 524,72 manat təşkil etmişdir Bununla əlaqədar mərhum Fəxrəddin Paşayevə ödənilməli olan əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20 11.3-cü maddəsinə əsasən 12 il 3 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (524,72 manat) 65 faızi-341,07 manat məbləğində hesablanıb Həmin Qanunun 20 13-cü maddəsinə əsasən iddiaçı T Paşanın əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (341,07 manat) 80 faizi- 272,86 manat məbləğində hesablanmalı olduğu halda 350,37 manat məbləğində müəyyən edilməklə xx.xx.2013- il tarixdən 28 02.2018-ci il tarixədək arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna gorə də həmin dövr üzrə İddiaçı 3953,01 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarıxinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29 1 -ci maddəsinə uyğun olaraq ındeksləşdırilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-cı il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2 3- cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (ıl tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum Fəxrəddin Paşayevin 12 il 3 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən mərhum Fəxrəddin Paşayevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 67,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 102,94 manat olmaqla orta aylıq əmək haqqısı 569,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (524,72 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqısının (569,94 manat) arasındakı fərq məbləğinin (45,22 manat) 40,83 faızi-18,46 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (341,07 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 359,53 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (359,53 manat) 80 faizi-287,62 manat məbləğində hesablanmalı olduğu halda, 377,48 manat məbləğində müəyyən edilməklə 01,03.2018-cu il tarixdən 31 08.2019-cu il tarixədək müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçı T Paşaya 1617,48 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən mərhum Fəxrəddin Paşayevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 505,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 101,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 155,18 manat olmaqla orta aylıq əmək haqqısı 826,18 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (569,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısının (826.18 manat) arasındakı fərq məbləğinin (256.24 manat) 40,83 faizi- 104,62 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (359,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 464,15 manat məbləğində müəyyən edilib. "Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (464,15 manat) 80 faizi-371,32 manat məbləğində hesablanıb Qeyd olunanlara əsasən, İddiaçı 01 09.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Ümumilikdə, 8169,04 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 10176,68 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçı T Paşaya 2007,64 manat artıq pul vəsaiti ödənilmişdir. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunlarla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçıya, DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 5 yanvar 2010-cu il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən iddiaçının 2022-ci ildə aldığı 408 manat məbləğində əmək pensiyası artıq ödəmə adı altında kəsmiş, hesab etmişdir ki, müxtəlif dövrlər üzrə 110077,05 manat məbləğində ona artıq ödəmə aparılmışdır. Halbuki, əyani şöbədə təhsil alınma ilə əlaqədar təqdim edilmiş arayışa uyğun olaraq 5198,48 manat pensiya məbləği, eləcə də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən maddi yardım da nəzərə almaqla iddiaçının 408 manat pensiyasının 371 manata endirmiş, ümumilikdə, artıq ödəmə adı altında son üç ilə görə ona ödənilmiş 5606,93 manat vəsaiti alalacağı pensiya məbləği ilə əvəzləşdirməklə Fondun hesabına bərpa etmişdir. Lakin cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur. İş materiallaına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, tutulmadan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, geri qaytarılmasını tələb etmiş, sonuncunun 22 may 2022-ci il tarixli imtina məktubunu aldıqda isə məhkəmədə hazırkı iddianı qaldırmışdır ki, bütun bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçının aldığı pensiya məbləğinə gəldikdə, həmin məbləğ dövlət tərəfindən müyyən edilən minimum pensiya məbləğindən çox artıq deyil və mövcud şəraitdə istehlak qiyməti indekslərinə münasibətdə, ona ödənilən pensiya məbləğinin onun aylıq tələbatı çərçivəsində xərcləmiş olduğu heç kimsədə şübhə doğurması ağlabatan görünmür. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir…” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Beləliklə də, cavabdeh tərəfindən əvəzləşdirmə adı altında 5606,93 manat vəsaitin iddiaçının pensiyasından tututulması onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qərarı ilə idddianın təmin olunması ilə razılaşır. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12070/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12070/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar