Məhkəmə qərarları › İş №2-1(103)-1155/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1155/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1155/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər X6 və X7 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx xxxxxxxx 1989-cu ildən başlamışdır. xx xxxxxx 1990-ci ildən xx xxx 1992-ci ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. xx xxxxxx 1995-ci ildən DİN-nin Yanğından Mühafizə orqanlarına xidmətə qəbul edilmişdir. xx xxx 2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir. xx xxxxxx 2016-cı ildə “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən yazılı ərizəsinə əsasən öz arzusu ilə xidmətdən azad olunmuşdur. Sonuncu dəfə o, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. O, xx xxxxxx 1995-ci ildən xx xxxxxx 2016-cı ilədək 21 il 10 ay 08 gün Fövqəladə Hallar orqanlarında xidmət keçmişdir. Beləliklə, o, hərbi xidmətdə olduğu dövr, döyüş şəraitində xidmət etdiyi dövr və Fövqəladə Hallar orqanlarında işlədiyi dövr nəzərə alınmaqla 25 ildən artıq xidmət etmiş və 25 il stajı nəzərə alınaraq pensiya təyin edilmişdir. Göründüyü kimi, o, Fövqəladə Hallar Nazirliyinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etdiyi hlda ona 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələbərinə ziddir. O, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutuan vəzifələrdə 25 il xidmət etdiyi üçü ona 15 il üçün aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox almamaq şərti ilə əmək pensiyası təyin olunmalı idi. 2015-ci ilin sonunadək də, onunla bir vəzifədə xidmət etmiş şəxslərə də, əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan heç bir əsas olmadığı halda hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İlkin məhkəmə iclasında çıxış etmiş cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində İdarəyə ərizə ilə müraciət edərək, ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir.xx.xx.2017-ci il tarixdə isə ona pensiya təyin edilmişdir.Bu zaman isə onun xidmət illərinin cəmi 25 il 03 ay 13 gün olmuşdur. Göründüyü kimi, iddiaçının fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya hüququ yaranmamışdır. Bu da o deməkdir ki, fövqəladə hallar orqanının əməkdaşı olsa da, xidmət illərini (35 il) tamamlamadan pensiyaya çıxmış şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Qanunun xüsusi rütbəli şəxslərlə bağlı müddəaları tətbiq oluna bilməz. Ona görə də, iddiaçıya münasibətdə qanunvericilikdə bu cür hallar üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında" Qanunun 3.3-cü maddəsi tətbiq edilir. İddiaçıya "Əmək pensiyasının təyin edilməsi haqqında" Qərardan da göründüyü kimi, iddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən, 50 yaşında pensiyaya hərbi qulluqçu kimi çıxmışdır, bu zaman onun 20 il 6 ay xidmət illəri olmuşdur. Yuxarıda göstərildiyi kimi İddiaçının 35 il xidmət illəri olmadığı üçün o ümumiyyətlə fövqəlaqə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi.İddiaçının istinad etdiyi "Əmək pensiyaları haqqında" Qanunun 20.28.2-ci maddəsi isə xidmət illərinə görə pensiya hüququ əldə etmiş fövqəlaqə hallar orqanlarının əməkdaşı olan xüsusi rütbəli şəxslərə aiddir. İddiaçı isə xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illərinə görə "Əmək pensiyaları haqqında" Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün həmin 20.28.2-ci maddə artıq ona tətbiq edilə bilməz. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X10 X5 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuya pensiya təyinatı onun təminat xərcliyindən hesablanaraq müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların pensiya təminatı xüsusi rütbəli şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarının tələblərinə uyğun olaraq İdarəyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair xx xxxx 2017-ci il tarixli, xr80/17- 716 nömrəli məlumat vərəqəsi daxil olmuşdur. Həmin məlumat vərəqəsi əsasında İdarə tərəfindən ona xx xxxx 2017-ci il tarixində sözügedən Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus 17/1320-006679 nömrəli pensiya işindən müəyyən olunur ki, iddiaçının hərbi rütbəsi daxili xidmət baş çavuşu olmaqla, onun cəmi iş stajı və xidmət illəri 25 il 03 ay 13 gün, cəmi pul təminatı (son 24 və ya istənilən ardıcıl gələn 60 ay üzrə ödənmiş orta aylıq əmək haqqına əsasən) isə 568.60 (beş yüz altmış səkkiz manat 60 qəpik) təşkil etmişdir. xx.xx.2016-cı il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılmışdır. Buna dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı barəsində xr80/17-716 nömrəli məlumat vərəqəsi göndərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən Dövlət X8 rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 17/1320 nömrəli, xx.xx.2017-ci tarixli Qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 65 % miqdarında xx.xx.2016cı il tarixdən ömürlük, 369.59 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının düzgün təyin edilməməsinə istinad edərək hesab edir ki, ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28.1-ci maddəsinə əsasən hesablanmalı idi. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun xx xxxx 2017-ci ildən qüvvədə olan 20.1.20-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) olmuş əmək pensiyaçılarının qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun xx xxxx 2017-ci ildən qüvvədə olan 20.28-ci maddəsinə əsasən Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: -20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; -20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir,onun xx.xx.2016-cı il tarixə 25 ildən çox (25 il 03 ay 13 gün) xidmət ili, daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Lakin, cavabdeh tərəfindən ona pensiya təyin edilərkən qanunvericiliyin normaları iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmamışdır. Belə ki,“Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.(köhnə redaksiyada baxmaq) Göründüyü kimi,20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular pensiya hüququ əldə edirlər. İddiaçı həmin şərti ödəyərək əmək pensiyası hüququnu, həm də 2017-ci il 01 iyul tarixdən əvvəl - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənədək qazanmışdır. İddiaçının pensiya hüququnun yaranmasından sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin nəzərdə tutulması onun hüququna təsir etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya hüququ yaranmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun xx xxxx 2017-ci il tarixdən qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının pensiya işində olan əmək pensiyasının təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli, 17/320 saylı qərarından görünür ki, "Əmək pensiyaları haqqında" Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq, 50 yaşında pensiya hərbi qulluqçu kimi çıxmışdır və onun xidmət illərinin cəmi 25 il 03 ay 13 gün olmuşdur. İddiaçının 35 il xidmət illəri olmadığı üçün o ümumiyyətlə fövqəlaqə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi.İddiaçı xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illərinə görə "Əmək pensiyaları haqqında" Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün həmin Qanunun xx xxxx 2017-ci il tarixdən qüvvədə olan 20.28.2-ci maddəsi ona tətbiq edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasını təyin edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X10 X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X10 Xüsusi X1rşı pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar