Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1155/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-7067/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X4 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyasının, yaranmış fərq məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanması və fərq məbləğinin birdəfəlik verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26 sentyabr 1991-ci il tarixdən 17 dekabr 2017-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanında xidmət etmişdir. Sonuncu iş yeri Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müstəniq vəzifəsi olmuşdur. Ümumi əmək stajı 35 il 10 ay 6 gün təşkil etmiş və əmək haqqı 1356 manat olmuşdur. İş yerindən verilən son məlumata əsasən isə onun əmək haqqı 1848,70 manat təşkil etmişdir. 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası Konstitusiyasının və ondan irəli gələn digər qanunvericilik aktlarının tələbləri pozularaq əmək pensiyası 81,66 faizlə 1085 manat hesablanmışdır. 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən indeksləşdirmə aparılmış və aparılan indeksləşdirmə zamanı da əmək pensiyası düzgün hesablanmayaraq 95,83 faizlə 1701 manat müəyyən edilmişdir. Belə ki, aparlın indeksləşdirmə zamanı onun əmək stajının 4 ay 21 günü 3 faizlə hesablanmayıb 1,15 faiz əmək pensiyasına əlavə edilməmiş, bir şəxsin, yəni onun əmək pensiyası 2 ayrı-ayrı faizlərlə hesablanmışdır. Aparılan indeksləşdirmə nəticəsində onun əmək pensiyası 2017ci ilin dekabr ayından 95,83 faiz tətbiq edildikdən sonra 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu ildən olan artımlara 81,66 faiz tətibiq edilmişdir. Lakin onun əmək pensiyası qanunverciliyin tələblərinə əməl edilərək düzgün hesablanarsa 96,98 faiz olmaqla 1792 manat təşkil etməlidir. Hətta onun əmək pensiyası hazırkı faizlə, yəni 95,83 faizlə hesablandıqda belə sonuncu əmək haqqı 1848,70 manat təşkil etdiyindən 1770 manat təşkil etməsinə baxmayaraq 1701 manat müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinin Vİİ bəndinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanınının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinin Vİİ bəndində isə birbaşa göstərilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ona görə də o, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli ərizələrlə aidiyyəti orqanlara müraciət edib onun əmək pensiyası qanunvericiliyin tələbləri pozularaq düzgün hesablanılmadığını və xeyli miqdarda fərq məbləğinin yarandığını bildirib, onun əmək pensiyasının düzgün hesablanmasını və yaranmış fərq məbləğinin yenidən hesablanıb verilməsini xahiş etmişdir. Qeyd olunan ərizələrə Filial tərəfindən eyni məzmunlu cavablar verilərək heç bir tədbir görülməmişdir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək stajının hesablanmamış 4 ay 21 günü 3 faizlə hesablanıb 1,15 faiz olmaqla əmək pensiyasına əlavə olunaraq 96,98 faiz müəyyən edilməli, 2017-ci ilin dekabr ayından və ondan sonra, yəni 1 mart 2018-ci il və 1 sentyabr 2019-cıu il tarixli artımlara həmin faiz tətbiq edilməli və fərq məbləği yenidən hesablanıb verilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək stajının hesablanmamış 4 ay 21 günü 3 faizlə hesablanıb 1,15 faiz olmaqla əmək pensiyasına əlavə olunaraq 96,98 faiz müəyyən edilməklə 2017-ci ilin dekabr ayından və ondan sonra, yəni 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixli artımlarla həmin faiz tətbiq edilərək aşağıdakı kimi hesablanıb əmək pensiyası və fərq məbləği müəyyən edilib həmin məbləğ kartına köçürülməlidir. – 16 dekabr 2017-ci il tarixdən 01 mart 2018-ci il tarixədək – 2 ay 15 gün. İş yerindən verilən məlumata əsasən əmək haqqı 1353,80 manat olmuşdur. əmək pensiyası 1352,80:100x96,98=1312,90 manat olmalıdır. Həmin müddətdə kartına köçürülüb 1105,51 manat. Köçürülməli idi 1312,90 manat. Fərq məbləğinin hesablanması 1312,90-1105,51=207,39 manat (2 ay). 15 gün üçün fərq məbləği–207,39:2=103,69 manat. Fərq məbləği– 207,39+207,39+103,69=518,47 manat. 01 mart 2018-ci il tarixdən 01 sentyabr 2019-cu il tarixədək 18 ay. İş yerindən verilən məlumata əsasən artımla bağlı əmək haqqısı 1464 manat olmuşdur. Əmək pensiyası 1464:100x96,98=1419,78 manat olmalıdır. Kartına köçürülüb 1195,50 manat. Köçürülməli idi 1419,78 manat. Fərq məbləği: 1419,78- 1195,50=224,28 manat (18 ay). 224,28x18=4037,16 manat. 01 sentyabr 2019-cu il tarixdən 01 fevral 2020-ci il tarixinədək 5 ay. İş yerindən verilən məlumata əsasən artımla bağlı əmək haqqısı 1848,70 manat olmuşdur. Əmək pensiyası 1848,70:100x96,98=1792,86 manat olmalıdır. Kartına köçürülüb 1509,65 manat. Köçürülməli idi 1792,86 manat. Fərq məbləği 1792,65-1509,65=283,21 manat (5 ay). 283,21x5=1416,05 manat. 01 fevral 2020-ci il tarixdən indiyədək hər ay 91,33 manat kartına köçürülməmişdir. Bu hal indiyədək davam edir. 01 avqust 2021-ci il tarixədək isə bu hal 18 ay olmuş və fərq məbləği 91,33x18=1642,94 manat təşkil etmişdir. Beləliklə 16 dekabr 2017-ci il tarixdən 01 avqust 2021-ci tarixədək olan müddətdə əmək pensiyası üzrə 518,47+4037,16+1416,05+1643,94=7615,62 manat fərq məbləği yaranmışdır. 2020-ci ilin fevral ayında aparılmış indeksləşmə zamanı 16 dekabr 2017-ci il tarixdən 01 fevral 2020-ci il tarixədək fərq məbləği 4889,78 manat müəyyən edilmiş və hər ay 195,58 manata bölünərək indiyədək kartına köçürülür. Nəticədə əmək pensiyası ilə bağlı 01 fevral 2022-ci il tarixədək hesablanmış fərq məbləği nəzərə alınaraq çıxılmaqla 7615,62- 4889,78=2725,84 manat təşkil edir. Həmin 2725,84 manat və davam edilərək hər ay kartına köçürülməyən 91,33 manat hesablanaraq kartına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına əsasən onun əmək pensiyası 01 iyul 2017-ci il tarixədək olan müddətdə 20 il stajından sonrakı 15 il 4 ay 21 günə 2 faiz şamil edilməməlidir. Hazırda 01 iyul 2017-ci il tarixədək olan əmək stajı 2 faizlə hesablanıb əmək pensiyasına şamil edilməklə qanunvericilik sisteminə daxil olan bütün aktların tələbləri pozulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2020ci il tarixli qərarının ləğv edilib qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının xidmət illərinə uyğun olaraq hesablanması, yəni əmək stajının hesablanmamış 4 ay 21 gününün 3 faizlə hesablanıb, 1,15 faiz olmaqla əmək pensiyasına əlavə olunmaqla ümumilikdə əmək pensiyasının 96,98 faizlə hesablanması (iş yerindən verilən məlumata əsasən son əmək haqqı 1848,70 manat təşkil etdiyindən 96,98 faizlə əmək pensiyası 1792,86 manat olmalıdır), 2017-ci ilin dekabr ayından və ondan sonra olan artımlara, yəni 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixli artımlara 96,98 faiz tətbiq edilməklə hesablanıb yaranmış fərq məbləğinin verilməsi (həmin artımlara qanunvericiliyin tələbləri pozularaq 81,67 faiz tətbiq edilmişdir) və fərq məbləğinin birdəfəlik kartına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nönnrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafıə Fonduna həvalə edilmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvallq qurumları tərəfındən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdatlə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövləl Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinə əsasən - hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin besablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 01 tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlaqələrinin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Rcspublikası Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-7067/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-7067/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına xx.xx.2017-ci il tarixli, 2261 №- li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqində iddiaçının xidmət illərinin 35 il 10 ay 6 gün qeyd edilmişdir. Cavabdehin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 18/41 №-li qərarı ilə İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2017-ci il tarixdən 1105,51 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. xx.xx.2020-ci il tarixli qərar ilə iddiaçının əmək pensiyası 2-3%-lə bağlı yenidən hesablanmış, pensiya məbləği 1509,65 manatdan 1701,63 manata çatdırılmış, 4889,53 manat fərq məbləği müəyyən edilmiş, fərq məbləğinin 195,58 manatının hər ay müəyyən edilmiş pensiya məbləğinə əlavə edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli qərar ilə iddiaçının əmək pensiyası 2-3%-lə bağlı yenidən hesablanmış, pensiya məbləği 1701,53 manat müəyyən edilmişdir. Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə almmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablanır. Bununla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 26 dekabr 2017-ci il tarixli, 2261 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 17 dekabr 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyi 81,66 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 01 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: 1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Xidmət etdiyi orqandan 16 dekabr 2017-ci il tarixində tərxis olunmağı ilə əlaqədar (öz arzusu ilə) Mərkəzi Filiala təqdim olunmuş ona dair 26 dekabr 2017-ci il tarixli məlumat vərəqəsində 30 il 9 ay 6 gün təqvim, 5 il 1 ay güzəştli xidmət müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 35 il 10 ay 6 gün göstərilmişdir. Bu halda 2020-ci ilin fevral ayında əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: Təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzindəki staj (5 ay 15 gün) çıxılır: 30 il 9 ay 6 gün (təqvim ili) - 5 ay 15 gün = 30 il 3 ay 21 gün. Deməli, onun xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə stajı ümumilikdə 35 il 4 ay 21 gün (30 il 3 ay 21 gün + 5 il 1 ay) təşkil edir. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 50 faizi; 15 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla təminat xərcliyinin 45 faizi; xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı (5 ay 15 gün) müddəti üçün isə 5 aya görə təminat xərcliyinin 0,83 faizi miqdarında müəyyən edilir. Əmək pensiyanın ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyi (1353,80 manat) 95,83 (50+45+0,83) faizi-1297,35 manat məbləğində hesablanmışdır. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 420,00 manat, rütbə maaşını 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 220,00 manat, xüsusi işə görə vəzifə maaşının 150 faizi miqdarında əlavə 630,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1464,00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmana əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 4889,78 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi; - natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,67 faizi. Əmək pensiyası müəyyən edilməsi üçün təminat xərcliyi artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81,67 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1353,80 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1464,00 manat) arasındakı fərq məbləğinin (110,20 manat) 81,67 faizi - 90 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanısının (1297,35 manat) üzərinə əlavə olunmaqla 1387,35 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 543,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi - 277,20 manat, xüsusi işə görə vəzifə maaşının 150 faizi miqdarında əlavəsi - 814,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1848,70 manat təşkil etmişdir. Yuxarıda haqqında bəhs edilən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (1464,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1848,70 manat) arasındakı fərq məbləğinin (384,70 manat) 81,67 faizi - 314,18 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyası (1387,35 manat) üzərinə əlavə olunmaqla 1701,53 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 4889,78 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 2020-ci ilin fevral ayından etibarən hissə-hissə (hər ay 195,58 manat) pensiyası (1701,53 manat) üzərinə əlavə olunmaqla (1701,53+195,58=1897,11 manat) müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş müddəalarında əmək pensiyasının hesablanması zamanı təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin müəyyən edilməsi üçün il tam olmadıqda natamam ildəki iş stajının aylarının sayına mütənasib olaraq hesablanması nəzərdə tutulmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2017-ci il iyulun 1-dək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın: 1.1-ci bəndinə əsasən, bu qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun oiaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2-cı bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin quliucı staiına görə əmək pensiyasına əiavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2017-cu ildə xidmətdən tərxis olunmuş, ona cavabdeh inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyi 35 il 10 ay 6 gün xidmət müddətinə görə 95,83 faiz miqdarında pensiya hesablanaraq ödənilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminatı xərcliyinin 50 faizi və 20 ildən artıq hərbi xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi, natamam ildəki iş stajı aylarının sayına (10 ay 6 gün) mütənasib olaraq təminat xərcliyinin 1,67 faizi hesablanır. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81,67 faiz təşkil edir. Göründüyü kimi iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması, onun xidmət stajının və ya ilinin azaldılması, xidmət illərinə görə hesablanmış pensiya məbləğinin azaldılması halları mövcud deyildir. Təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi isə qeyd olunan qanunvericilik aktlarının tələblərinə uyğun müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-7067/2021 saylı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1155/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1155/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver