Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1157/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5758/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2000 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 mart 2020-ci il tarixdə mühərrik gücü 2000 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) 3548 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 keçirilmiş açıq hərracda satın almış və avtomobilin cargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1945 ABŞ dolları yol xərci ödəmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin rəsmi, elektron ünvanlarına mart ayından iyun ayının 22-i tarixədək dəfələrlə “Gömrük Məcəlləsinin” 299.4-cü və 50-ci maddələrini rəhbər tutaraq müraciət etməyinə baxmayaraq, gömrük orqanları üçün məcburi olan qərar ona verilməmiş, müraciətinə natamam cavabı verilmişdir. Bundan sonra avtomobil ölkəyə daxil olduğundan 22.06.2020-ci il tarixdə Cavabdehnə yaxınlaşmış, avtomobilin alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına təqdim etmişdir. Lakin heç bir qanunverici əsas göstərmədən avtomobilə özlərinin qiymət qoyacaqları bildirilmiş və avtomobili 9000 ABŞ dollarına qiymətləndirmişlər. Halbuki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən “Malların sövdələşmə qiyməti ilə dəyərlədirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda bu qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əsas üsul sövdələşmə üsuludur, yəni rəsmi invoys, (hərrac şirkətinə avtomobil üçün ödənilmiş məbləğin təsdiqi sənədləri) ödəniş çekidir. Belə ki, dəfələrlə 195 qaynar xəttinə və **********-23-22-38 nömrələri ilə əlaqə saxlamağına baxmayarq tələbi nəzərə alınmamışdır. Gömrük orqanının elektron ünvanın həmin avtomobilin rəsmiləşdirilməsi üçün 7344,86 manat göstərilməsinə baxmayaraq qanunsuz qərar əsasında ondan 8.533 manat rüsum tələb edilmişdir. Bundan sonra avtomobili rəsmiləşdirmədən gömrük orqanında saxladığına görə gömrük rüsumundan əlavə 1188 manat artıq ödəniş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X10 Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Dövlət Gömrük Komitəsinin X10 Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X2 Brooklyn şəhərinin “X9 inc” şirkətindən idxal etdiyi mənşə ölkəsi Yaponiya olan, 2016-cı il buraxılışlı, mühərrikinin həcmi 1998 m3, şassi/ban nömrəsi JHMCR6F3XHC008204 olan “Honda Accord (Hibrid)” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 22.06.2020-cı il tarixdə **********5492 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 5493,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 15300,00 manat, 46-cı qrafasında statistik dəyəri 9000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 4075,92 manat, aksiz vergisi 599,40 manat, əlavə dəyər vergisi 3622,56 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə 20 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 8533,28 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək 23.06.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı **********5492 sorğu nömrəli gömrük bəyannaməsilə bağlı İddiaçı ilə Dövlət Gömrük Komitəsinin X10 Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, poçt vasitəsilə göndərdiyi ərizə ilə Dövlət Gömrük Komitəsinin X10 Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları ilə tənzimlənir. Dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə tənzimlənir. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Lakin İddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********5492 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini 23.06.2020-ci il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri nəzərdə tutulur. 13 iyun 2013-cü ıl tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Xüsusi olaraq bildirilir ki, həmin Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Lakin, İddiaçı ilə gömrük orqanı arasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmadığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir. İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və nəqliyyat vasitəsi 23.06.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.3.9-cu yarımbəndinə əsasən avtonəqliyyat vasitəsi dedikdə dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsi nəzərdə tutulur. Həmin Qaydaların 3.15-ci bəndinə əsasən gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatların düzgünlüyünə görə cavabdehliyi həmin malları bəyan edən fiziki şəxs daşıyır. Həmçinin, həmin Qaydaların 3.17-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxslərinin, gömrük orqanının səlahiyyətlərinə aid edilmiş məlumatların daxil edilməsi istisna olunmaqla, bəyannaməni doldurmaq, orada göstərilən məlumatları dəyişdirmək və ya ona əlavə etmək hüququ yoxdur. Lakin gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin qanuna uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Həmin Qaydaların 3.18-ci bəndinə əsasən təqdim olunan bəyannamə bəyannaməçi tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir. Həmin Qaydaların 3.19-cu bəndinə əsasən bəyannamə təsdiq edildikdən sonra, həmin bəyannamə faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır. **********5492 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq bir daha bildirilmişdir ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı elektron formada təsdiqləyərək təqdim etdiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün İddiaçı təsdiqlədiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Həmçinin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, 13 iyun 2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın yuxarıda qeyd olunan müvafiq bəndlərində və yuxarıda qeyd edilən digər müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5758/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **********5492 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş, həmin gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, mühərrik gücü 2000 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN kod JHMCR6F3XHC008204) avtomobilin invoys dəyərini 5493, statistik dəyərini 9000 ABŞ dolları, gömrük dəyərini isə 15300 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6-ehtiyat üsul seçilmiş, lakin yalnız 5493 ABŞ dolları yəni 42-ci qrafada olan qiymətlə bağlı rəsmi sənəd invoys təqdim edilmişdir. Halbuki nə Gömrük İdarəsi, nə də ki, məhkəmə hansı səbəbdən rəsmi invoys təqdim edilmiş 42-ci qrafada göstərilən 5493 ABŞ dolları məbləğə əsasən gömrük rüsumunun hesablanmamasını (statistik dəyərini 9000 ABŞ dollarına əsasən rüsum hesablanmasını) izah edə bilməmişdir. Belə ki, “Gömrük Məcəlləsinin” 157.1-ci maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Burdan görünür ki, təqdim edilmiş bəyannamədə rəsmi sənədlərə əsaslanan qiymət 5493 - 42-ci qrafada qeyd olunan qiymətdir, digər qrafalarda yazılan qiymətlər isə heç bir sənədə istinad etmir. Gömrük orqanı iddia edildiyi kimi onun tərəfindən (broker tərəfindən) tərtib olunan bəyannaməni yoxlamaq hüququ olmasına baxmayaraq heç bir yoxlama aparmadan ona təqdim edilən rəsmi invoysa istinad etmədən 46-cı qrafadakı qiyməti əsas götürmüş və bu qiymətə əsasən gömrük rüsumu hesablayaraq ona maddi ziyan vurmuş, artıq gömrük rüsumunun ödənilməsinə səbəb olmuşdur. Gömrük rəsmləşdirilməsi zamanı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr var idisə gömrük ekspertizası təyin edilməmişdir. Cavabdeh ona gömrük ekpertizasının keçirilməsilə bağlı heç bir hüquq və vəzifələrini izah etməmişdir. Həmçinin gömrük rüsumlarının və gömrük prosedurunun aparılması qaydaları ilə bağlı cavabdehə lazım olan bütün sənədlər (invoys, avtomobilin şəkilləri və s. sənədlər) əlavə etməklə yazılı, online şəkildə dəfələrlə müraciət etmiş, bu müraciətlərinin hamısı da aidiyyəti üzrə baxılması üçün Cavabdehnə göndərilmişdir. Həmin müraciətlər cavablandırılarkən, nə avtomobilin gömrük dəyərinə ekspertiza keçirilməsilə bağlı hüquqları və ya hər hansı sənədlərin çatışmaması barədə gömrük orqanı tərəfindən ona məlumat verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, İddiaçı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsini və mühərrik gücü 1998 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı gömrük ekspertizasının aparılmasına dair hüququndan da istifadə etməmiş, gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra 23.06.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan X9 İnc. C050320 nömrəli invoysdan görünür ki, “2017 Honda Accord” markalı (VİN kod JHMCR6F3XHC008204) avtomobilə görə 5.493 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. İş materiallarında olan 01 nömrəli 29 mart 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “X9 İnc.” Şirkətinin bank hesabına 5.523 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan **********5492 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2016-cı il istehsallı mühərrik həcmi 1998 sm3, JHMCR6F3XHC008204 şassi/ban nömrəsi olan “Honda Accord” minik avtomobilinin invoys dəyəri 5.493, gömrük dəyəri 15.300, statistik dəyəri isə 9000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsinin İnspeksiya Xidməti Orqanının 039419 nömrəli 22.06.2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, 2016-cı il istehsallı mühərrik həcmi 1998 sm3, JHMCR6F3XHC008204 şassi/ban nömrəsi olan “Honda Accord” minik avtomobil AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. Orqana – hesab-faktura, xarici sertifikat, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 19 mart 2020-ci il tarixdə mühərrik gücü 1998 m3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) 3548 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 keçirilmiş açıq hərracda satın almış və avtomobilin cargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1945 ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5493 USD təşkil etmişdir. Bundan sonra iddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə gömrük dəyəri 9000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 8.533 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 9000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Sadəcə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X3 İdarəsinin İnspeksiya Xidməti Orqanının 039419 nömrəli 22.06.2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən 2016-cı il istehsallı mühərrik həcmi 1998 sm3, JHMCR6F3XHC008204 şassi/ban nömrəsi olan “Honda Accord” minik avtomobilin AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğunluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 5493 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 2000 sm3 X5 istehsalı olan nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 600 AZN; mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 4080 AZN; - əməliyyat haqqı 60 AZN; - vəsiqə haqqı 30 AZN; - ƏDV 2539.46 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN; - cəmi 7344,86 AZN. İş materiallarından isə görünür ki, mühərrik gücü 2000 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilin rəsmiləşdirilməsi üçün 7344,86 manat göstərilməsinə baxmayaraq, heç bir izah göstərilmədən iddiaçıdan 8.533 manat gömrük rüsumu alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”n 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. Həmin Qaydaların 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş 1188 manat məbləğin ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat (8533.28-7344.86=1188) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5758/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli, cаvаbdеh Azərbaycan Respublikası Cavabdeh üzərinə mühərrik gücü 2000 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişinin iddiаçı İddiaçı geri qaytarılması öhdəliyi qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5758/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilsin, cаvаbdеh Azərbaycan Respublikası Cavabdeh üzərinə mühərrik gücü 2000 sm3 təşkil edən, 2016-cı il istehsalı “Honda Accord” markalı (VİN cod JHMCR6F3XHC008204) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1188 manat məbləğində gömrük ödənişinin iddiаçı İddiaçı geri qaytarılması öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bektaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1157/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver