Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1157/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarda dəyişiklik edilməsi və kompensasiya tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13933/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, AR Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2N nömrəli Qərarının aşağıdakı redaksiyada verilməsi- “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (ijxal v Azərbaycan Respublikasında istehsal edilən) A-95 benzin və bundan yuxarı yanacaq növü ilə işləyən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4, A-92 benzin və D-001 dizel yanacaq növü ilə işləyən avtonəqliyyat vasitələrinin isə Avro-2 ekoloji normalarına uyğunlaşıdırlması” öhdəlyinin və ona dəymiş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə isə 30000 manat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13933/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin tələblərinə əsasən 27 noyabr 2023-cü il tarixində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2№ Qərarının qüvvədən düşməsi və yeni redaksiyada verilməsi” tələbi ilə AR Konstitusiya Məhkəməsinə müraciət etmiş, şikayət ərizəsi AR Konstitusiya Məhkəməsinin vətəndaşların qəbulu və şikayəti şöbəsi tərəfindən qəbul edilsə də, həmin şöbənin əməkdaşları tərəfindən ona şifahi olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsinə vətəndaşların konstitusyon hüququ pozulduğu halda yalnız Ali Məhkəmənin qərar və qərardalarından şikayət verilə bilər. Şifahi olaraq bildirib ki, çox böyük ehtimalla şikayət ərizəniz icraata götürülməyəcək. Eyni zamanda, AR Konstitusiyasının 130-cu maddəsinin Vİİ bəndinin tələbinə əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edəcək. Bütün bu qeyd edilənləri nəzərə alaraq gələcəkdə vaxt itirməmək və növbəti prossesual hərəkətlərin edilə bilməsi üçün Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-13933/2023 saylı xx.xx.2023 -cü il tarixli qərardadından formal olmuş olsa da apellyasiya şikayəti vermək məcburiyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddia mümkünlük şərtlərinin yerinə yetirildiyi halda yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümkün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda, isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. İddiaçının birinci növbədə cavabdehə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarında dəyişiklik edilməsi tələbinə dair” iddianı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının : 120-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. 148-ci maddəsinin birinci hissəsinin beşinci hissəsinə əsasən Nazirlər Kabinetinin qərarları qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının dəyişiklik etmək istədiyi, AR Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminiə daxil olan, hamı üçün məcburi xarakter daşıyan və dəfələrlə tətbiq olunması nəzərədə tutlan normativ hüquqi aktdır. Başqa sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akt anlayışını ehtiva etmir. Çünki, Nazirlər kabinetinin qərarı hər hansı bir konkret şəxsə deyil, qeyri-müəyyən şəxslər dairəsinə münasibətdə ictimai münasibətlərin tənzimləmməsinə yönələn qaydaları nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan 2.0.2-ci maddəsində təsbit olunan anlayışına əsasən isə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu və 2.0.11-ci maddələrindən isə görünür ki, inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən əlverişli akt və ya maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan əlverişsiz akt ola bilər. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarının inzibati akt kimi qiymətləndirilməsi mümkünsüzdür. Belə olan halda da, iddiaçının hazırkı iddia tələbinin İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin: -üçüncü hissəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu ilə məsələləri həll etmək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. - yeddinci hissəsinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra yeddinci hisəsinə əsasən hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının həmin qərarla razılaşmayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13933/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13933/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1157/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1157/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver