Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1159/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və s”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Artıq pul vəsaitinin ödənilməsi” haqqında məktubda qeyd olunmuşdur ki, son üç il üzrə iddiaçıya ümumilikdə 41364,03 (21591,33+15471,60+4301,10) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 1226,27 manat artıq pul vəsaiti ödənilmişdir.
2. “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 13-3-4656/2024 nömrəli qərarından görünür ki, iddiaçının əvvəlki pensiya məbləği 2.243,50 manat, yenidən hesablanmış pensiya məbləği isə 809,80 manat təşkil etmişdir. X1 qulluq stajının 07 il 09 ay 06 gün olması nəzərə alınmışdır.
3. Cavabdeh tərəfindən tərtib olunmuş 01 aprel 2024-cü il tarixli aktdan görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-72123/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub maraqlı şəxs xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə vaxtilə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən mərhum həyat yoldaşının dövlət qulluğu stajının düzgün hesablanmadığı aşkar olunduqu barədə ətraflı məlumat verilmişdr. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. İddiaçıya DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının ölmüş əri X6 xx.xx.1977-ci ildən xx.xx.1979ctı ilə qədər SSR-i Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində. xx.xx.1979-cu ildən xx.xx.1984cü ilə qədər SSR-i Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilə qədər Azərkəndkimya Birliyində, xx.xx.1986-dan xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. DSMF orqanı hazırkı iş üzrə iddiaçıya məktubka müraciət edərək guya ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunduqdan sonra pensiyasını yenidən hesablanması zamanı hesablamanın düzgün aparılmaması səbəbindən artıq ödənilmiş borc hesablamışdır. Bunun nəticəsində sə iddiaçının cari əmək pensiyasının məbləği azaldılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassız olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 20 iyul 2008-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən mərhum X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 620,00 manat, qulluq stajına görə əlavəsi 62,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 180,83 manat olmaqla orta aylıq əmək haqqısı 962,83 manat təşkil etmişdir. Bununla əlaqədar mərhum İmran Muxtarova ödənilməli olan şərti əmək pensiyası Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 968-İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinin 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 9 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (962,83 manat) 60 faizi-577,70 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan şərti əmək pensiyasının (577,70 manat) 80 faizi-462,16 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018- ci il tarixindən mərhum İmran Muxtarovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 680,00 manat, qulluq stajına görə əlavəsi 68,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 198,33 manat olmaqla orta aylıq əmək haqqısı 1046,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (962,83 manat) ilə 1 mart 2018- ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1046,33 manat) arasındakı fərq məbləğinin (83,50 manat) 25,83 faizi-21,57 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (577,70 manat) üzərinə əlavə olunmaqla şərti əmək pensiyası 599,27 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan şərti əmək pensiyasının (599,27 manat) 80 faizi479,41 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən mərhum İmran Muxtarovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1020,00 manat, qulluq stajına görə əlavəsi 102,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 297,50 manat olmaqla orta aylıq əmək haqqısı 1519,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1046,33 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1519,50 manat) arasındakı fərq məbləğinin (473,17 manat) 25,83 faizi-122,22 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (599,27 manat) üzərinə əlavə olunmaqla şərti əmək pensiyası 721,49 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan şərti əmək pensiyasının (721,49 manat) 80 faizi-577,19 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1599,07 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 21591,33 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 728,24 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2017,54 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 15471,60 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 809,80 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar, fevral və mart ayları üzrə ona hər ay 2243,50 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ümumilikdə iddiaçıya 4301,10 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə ümumilikdə 41364,03 (21591,33+15471,60+4301,10) manat artıq pul vəsaiti ödənilib. Bundan başqa bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 1226,27 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1,2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçı 29 mart 2024-cü il tarixində məktub göndərilməklə 8 aprel 2024cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 1 aprel 2024-cü il tarixində gəlmişdir. Lakin mülahizənizin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4656/2024 №-li "əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının ləğv edilməsi, iddiaçıya hesablanmış 41364.03 manat borcun iddiaçıdan tələb edilməsinin cavabdehə qadağan edilməsi, həmin borc məbləği üzrə iddiaçıdan tutulmuş pul məbləğlərinin iddiaçıya ödənilməsi və iddiaçının ölmüş əri X3 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla iddiaçının sabiq dövlət qulluqçusunun dul arvadı kimi ailə baçşısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, necə ki, iddiaçının mərhum ərinin xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddət dövlət qulluq stajına daxil edilirsə, eləcə də onun SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddət də dövlət qulluğuna daxil edilməlidir. Çünki, bu dövrlər ilə bağlı yeganə fərq yalnız Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR və sadəcə SSRİ aid olmasıdır ki, yuxarıda əks olunan mövqeyiyə görə digər SSRİ dövlətdə icra olunan əmək fəaliyyətinin sığorta stajına və ya dövlət qulluğuna qəbul edilməsinə məhdudiyyət yoxdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır
16. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
17. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur
18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətidir. 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər stisna olmaqla) bu Qanun şamil edilir. 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: … 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:
25. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya 20 iyul 2008-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh ona artıq pensiya ödənildiyini iddia edərək, “artıq ödəmə adı altında” onun pensiya məbləğini azalmış və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırki iddia tələbinin 4 istiqamət üzrə təmin edilməsini xahiş edir: - xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4656/2024 №-li "əmək pensiyasının yenidən hesablanması haqqında" qərarının ləğv edilməsi; - 41364.03 manat borcun iddiaçıdan tələb edilməsinin cavabdehə qadağan edilməsi; - həmin borc məbləği üzrə iddiaçıdan tutulmuş pul məbləğlərinin iddiaçıya ödənilməsi; - ölmüş əri X3 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddətin xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğu dövrünə əlavə etməklə əmək pensiyasının yenidən hesablanmasını.
26. Məhkəmə iddia tələbinin ilk üç hissəsinə münasibət bildirir.
27. Belə ki, ilk növbədə qeyd olunur ki, hazırkı iş üzrə iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilməsi barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə iş materiallarında inzibati akt mövcud deyildir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
28. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun cavabdehin mübahisələndirilən qərarı qəbul olunarkən qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir.
29. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçının razılığını almadan, mübahisələndirən inzibati aktı qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında vəsaiti pensiya məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur.
30. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67- 68-ci maddələrinə görə, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz.
31. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir.
32. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.
33. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
34. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
35. Beləliklə, hazırki iddianın təmini işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
36. Qeyd olunmalıdır ki, əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, tutulmuş pul məbləğinin geri qaytarılmasını ehtiva etdiyindən qərar ləğv edilirsə, digər tələblər də təmin edilməli, tutulmuş pul məbləği geri qaytarılmalıdır.
37. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid iddia üzrə hüquqi nəticələrin aradan qaldırılması ilə əlaqədardır.
38. İnzibati Prosessual Məcəlləsi: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən tələb mübahisələndirilən qərarların ləğvindən yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına da xidmət edir.
40. Odur ki, əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edildiyindən, pul məbləğinin tutulması cavabdehə qadağan edilməli, tutulmuş pul məbləğinin ödənilməsi öhdəliyi isə ona həvalə edilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1417/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, cavabdehin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi, azaldılmış pensiyanın 2145,51 manat məbləğində bərpa edilməsi, aylıq pensiya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması və pensiyanın azaldılması nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.”
42. Məhkəmə iddiaçının dördüncü tələbinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır.
43. Belə ki, iddia tələbindən və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı ölmüş əri X3 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla iddiaçının sabiq dövlət qulluqçusunun dul arvadı kimi ailə baçşısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini istəyir.
44. İddiaçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş həmin ərizə üzrə ifadə tərzinin məhz X1 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınan xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1998ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində dövrə qəbul edilməsi kimi başa düşülməlidir.
45. Məhkəmə icraatı zamanıda bu hissədə araşdırma aparılmış, iddiaçının mərhum ərinin Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edildiyi müəyyən olunmuş, tərəflər bu halı mübahisələndirməmişdir. Bu səbəbdən də hazırki iddianın predmeti iddiaçının mərhum ərinin SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddətin dövlət qulluğu stajına aid olub-olmamasının müəyyən edilməsidir.
46. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin strukturunu müəyyən edən sənədlər mövcud olmadığından, DİM tərəfindən iddiaçının 1977-1979-cu illərdə və 1979-1984-cü illərdə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Yem, çəmənlik və otlaqlar baş idarəsində iş müddətinin dövlət qulluğu stajına daxil edilməsi məsələsinə münasibətdə rəy bildirilməsi mümkün olmamışdır.
47. Məhkəmə Kollegiyası tətbiq olunan qanunvericilik normalarından çıxış edərək hesab edir ki, DİM tərəfindən müsbət rəyin bildirilməsi (i/v-72-75), ümumiyyətlə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin strukturunu müəyyən edən sənədlər mövcud olmaması, həmin dövrün X1 dövlət qulluğu stajına daxil edilməsini istisna etmir.
48. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunun dövlət qulluğuna qəbul, dövlət qulluqçularının hüquq və vəzifələri, onların sosial təminatı və stajlarının hesablanması ilə bağlı qaydaları müəyyən edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun tələblərinə görə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
49. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu keçmiş SSRİ dövründə işlənilən müddətin əmək stajına daxil edilməsinə dair əsas normanı müəyyən edir. Həmin Qanunun 20.1.7-ci maddəsinə görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına daxil edilir. Göründüyü kimi SSRİ dövründə keçmiş sovet respublikasında işlənən müddətlər, sığorta stajına daxil edilir və bu dövrlər pensiya hüququnun hesablanmasında nəzərə alınır. Bununla da, Qanun keçmiş SSRİ-də işlənmiş müddətlərin Azərbaycan Respublikasında əmək pensiyasının təyin edilməsi üçün əsas olan staj kimi qəbul edilməsini mümkün edir.
50. Hətta o da nəzərə alınmalıdır ki, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti vətəndaşların xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
51. Göründüyü kimi qüvvədə olan qanunvericiliyin müddəalarında vətəndaşın digər SSRİ dövlətdə işlənilən müddətin sığorta stajına və ya dövlət qulluğuna daxil edilməsinə məhdudiyyət və ya hər hansı istisna nəzərdə tutmur. Əksinə, vətəndaşın SSRİ Silahlı Qüvvələrində və ya hər hansı digər müəssisədə iş fəaliyyətinin staja daxil edilməsini nəzərdə tutur.
52. Bu müstəvidən irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, necə ki, iddiaçının mərhum ərinin xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddət dövlət qulluq stajına daxil edilirsə, eləcə də onun SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddət də dövlət qulluğuna daxil edilməlidir. Çünki, bu dövrlər ilə bağlı yeganə fərq yalnız Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR və sadəcə SSRİ aid olmasıdır ki, yuxarıda əks olunan mövqeyiyə görə digər SSRİ dövlətdə icra olunan əmək fəaliyyətinin sığorta stajına və ya dövlət qulluğuna qəbul edilməsinə məhdudiyyət yoxdur.
53. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçnın mərhum ərinin X3 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər SSRİ Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddət dövlət qulluğu kimi nəzərə alınan xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində işlədiyi müddətə daxil edilməklə sabiq dövlət qulluqçunun dul arvadı kimi ailə baçşısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməlidir.
54. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.