Məhkəmə qərarları › İş №2-1(103)-116/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-116/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-116/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2901/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiаçı İddiaçı Aleksandrovna 25.06.2019-cu il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək inzibati şikayətin təmin edilməməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarının və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа ərizəsi оnunlа əsаslаndırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli, ******* nömrəli qərarı ilə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı bununla razı olmadığına görə həmin qərardan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə şikayət vermişdir. 13.05.2019-cu il tarixdə onun elektron ünvanına 26.04.2019-cu il tarixli, 136 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın qəbul edilməsi barədə məlumat daxil olmuşdur. Halbuki o, xx.xx.1973-cü ildə Azərbaycan SSR-in Bakı şəhərində anadan olsa da 15.02.1991ci ildən etibarən Rusiya Federasiyası, Xabarovsk diyarı, Amursk şəhəri, Komsomolski prospekti, ev 67, mənzil 179 ünvanında yaşayır və orada daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır. O, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdir və almamışdır. O Rusiya Federasiyasının vətəndaşıdır və onun mübahisə edilən qərarla Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması onda ikili vətəndaşlığın olması deməkdir ki, bu da onun hüquqlarını pozur, çünki Rusiya Federasiyasının qüvvədə olan qanunlarına görə o ikili vətəndaşlıq ilə dövlət qulluğu vəzifəsini tutmaq hüququna malik deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2901/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı İddiaçı Aleksandrovnanın cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı inzibati şikayətin təmin edilməməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarının və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmaması barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə iddiа tələbi təmin edilməmişdir. 21.07.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2901/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar, eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək, uzaqda yaşadığı üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2901/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli, ******* №-li qərarına əsasən xx xxxx 1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26.04.2019-cu il tarixli, 136 №-li inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli ******* nömrəli qərarından verilmiş inzibati şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən iddiaçı 28.03.1989-cu ildə, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi,ev 24, mənzil 54də qeydiyyatdadır. - İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 19.05.2021-ci il tarixli, 018- 6625-1221 №-li məktuba əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı, atası XX.XX.1939-cu il təvəllüdlü X2 və anası 24.10.1941-ci il təvəllüdlü X1 adına şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu sənədləşdirilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, DİN-nin BPQMİ-nin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə Məlumat şöbəsinin məlumatına əsasən 28.03.1989-cu il tarixdə verilmiş keçmiş SSRİ nümunəli XXİİİ-JQ 619695 nömrəli pasportla İddiaçı, 30.06.1983-cü il tarixdə verilmiş keçmiş SSRİ nümunəli Vİ-JQ 599620 nömrəli pasportla Yekaterina Dudina, ünvan 1 ünvanında qeydiyyatdadırlar. XX.XX.1939-cu il təvəllüdlü Aleksandr Dudin barəsində DİN-nin BPQMİ-nin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə Məlumat Şöbəsində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən iddiaçı 28.03.1989-cu ildə, yəni "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək (1998-ci ilə qədər) Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi,ev 24, mənzil 54-də qeydiyyatdadır. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12.12.2018-ci il tarixli, ******* nömrəli qərarı və həmin qərarın qüvvədə saxlanılması barədə şikayət instansiyasının 26.04.2019-cu il tarixli, 136 nömrəli qərarı iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd edilən maddə də məhz onu ehtiva edir ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik o vaxt qoyulur ki, inzibati orqan tərəfindən verilmiş imtina qanunazidd və iddiçının hüquqlarını pozmuş olsun. Bu səbəbdən də məhkəmə kollegiyası həmin qərarların əsassız olması və mübahisələndirilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığından imtina etməsi barədə iş materiallarında hər hansı sənəd-sübut əlavə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)-2901/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2901/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar