Məhkəmə qərarları › İş №2-1(103)-116/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-116/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-116/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4ında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun X1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum qaynanasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 4ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 4ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da fərdi yaşayış evinin ünvanı ünvan 1 X6 qeyd edilsədə, 33 saylı notariat ofisinin məktubunda hüquq obyektinin ünvanı ünvan 2li qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, göstərilən yaşayış evi 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarətdir. A yaşayış evinə bitişik 52 kv.m əlavə sahə inşa olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 4ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın ona verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının fərqli göstərilməsi, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin ünvanın fərqli göstərilməsi əsasları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsi qərarın qeyd etmişdir ki, “......məhkəmə cavabdehin irəli sürdüyü ikinci dəlil ilə bağlı hesab edir ki, həmin əsas hazırki iddia tələbinin təmin edilməsini istisna edə bilməz. Belə ki, doğrudur ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanı iddiaçının iddia etdiyi ünvan ilə eynilik təşkil etmir. Belə ki, daşınmaz əmlaka dair tərtib olunmuş sənəddə hüquq obyektinin ünvanı ünvan 3ilsə də, iddiaçı hazırda irəli sürdüyü tələbdə ünvan 4ında yerləşən əmlakın mərhum X1 məxsus olduğunu iddia edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə vətəndaşın daşınmaz əmlaka münasibətdə hüquqlarının yarandığını təsdiq edir və hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşlara verilmiş, həmin şəxslərin əmlaka münasibətdə hüquqlarının olduğunu göstərirdi. İstisna olunmur ki, həmin sənədlərdə məlumatların yazılması zamanı həmin dövrdə səlahiyyətli olan qurum texniki səhvlərə yol verməmiş olsun. Məhkəmə hesab edir ki, necə ki Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adı səhv qeyd olunmuşdursa, eləcə də hüquq obyektinin ünvanının texniki səbəbdən səhv göstərilməsi halı da istisna olunmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı: ......... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ....... Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin mübahisələndirilməyən hallarından aydındır ki, iddiaçının hazırkı tələbi ünvan 4ında qeydiyyatda olmaqla yaşayır. İddiaçının tələbi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 4ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayışın verilməsidir. İddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi həmin sözügedən sənəddən isə görünür ki, həmin sənəddə ünvan olaraq iddiaçının qeydiyyatda olmaqla yaşadığı ünvan yox, digər fiziki şəxslərin yaşadığı ünvan 3ilmişdir. İddiaçı tərəf bunu təkzib etməsə də, iddia edir ki, həmin pasportda texniki yalnışlığa yol verilmişdir. Birinci instansiya məhkəməsi də apardığı araşdırmanın nəticəsi olaraq eyni qənaətə gələrək qərarında qeyd etmişdir ki, “Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adı səhv qeyd olunmuşdursa, eləcə də hüquq obyektinin ünvanının texniki səbəbdən səhv göstərilməsi halı da istisna olunmur.” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adının səhv qeyd olunmasını əsas götürərək ehtimallar əsasında hüquq obyektinin ünvanınında texniki səbəbdən səhv göstərilməsini qeyd edərək birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adının səhv qeyd edilməsi Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4032/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aradan qaldırılmışdır. Lakin qeyd edilməlidir ki, həmin qətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 saylı evin texniki pasportunun X2 məxsus olması təsdiqlənsədə, texniki pasportdakı ünvanın ünvan 4ında yerləşən fərdi yaşayış evinə aid olması müəyyən olunmamışdır. Bundan əlavə, iş materiallarında iddiacının adına müxtəlif illərdə (iyul 1963 və may 1983-cü il tarixli) verilmiş iki texniki pasportun məlumatlarının eyni olması da qeyd edilən sənədlərdə yanlışlığa yol verilmədiyinə dəlalət edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm də iddiaçının həmin ünvanda qeydiyyatda olmasına və qeydiyyata alınmanın əsasında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə yanaşı, həmçinin ev dəftərində («домовая книга» ) əks olunan məlumatlar dayandığını da qeyd etmişdir. Bu dəlillə bağlı («домовая книга» (ev dəftəri) Kollegiya qeyd edir ki, məhkəmə özü də qərarında qeyd etmişdir ki, həmin sənəd şəxsin əmlak üzərində hüquqlarının yaranmasını təsdiq edən sənəd hesab olunmur. Göründüyü kimi, mübahisəli ünvanda qeydiyyatda olmaq və yaşamaq həmin evə dair mülkiyyət hüququ yaratmadığından, ehtimallara əsaslanaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 saylı evin texniki pasportun məlumatlarını əsas götürərək, başqa ünvanda yerləşən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 fərdi yaşayış evinin və altındakı yaşayış sahəsinin X1 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavbdehin üzərinə qoymaqla birinci instansiya məhkəməsi səhv nəticəyə ğəlmişdir. Qeyd edilənləri nəzərə alan Kollegiya apellyasiya şikayətini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7905/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar