Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1162/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021saylı, 26.11.2021-ci il taixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının 80 %-i məbləğində hesablanaraq yaranmış fərqin 24.01.2014-cü il təvəllüdlü oğlu X8 ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 yanvar 2021-ci il tarixdə əri X14 vəfat etmişdir. İddiaçı əri ilə 16 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 24 yanvar 2014-cü il təvəllüdlü oğlu X12 dünyaya gəlmişdir. İddiaçı 27.04.2021ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək oğlu X8 ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir və ona 21.01.2021-ci il tarixdən pensiya təyin edilmişdir. Bundan sonra o Filiala 29 may 2021-ci il tarixdə müraciət edərək təyin edilmiş pensiyanın mərhumun əmək haqqısının 1/3 hissəsi qədər deyil, 80%-i məbləğində təyin edilməsini xahiş etmişdir. Filialın 22.07.2021-ci il tarixli, **********5 saylı cavab məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı ödənilməli olan əmək pensiyasının 80 faizinin (713,04 manat) 1/3 hissəsi (mərhumun atası və anasının əmək pensiyası hüququ olduğundan) yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021saylı, 26.11.2021-ci il taixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021 saylı, 26.11.2021-ci il taixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (övladı X7 görə) sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 aprel 2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar İddiaçı 21 yanvar 2021 -ci il tarixindən (mərhum həyat yoldaşı X10 vəfat etdiyi tarix) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, mərhum X10 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.020,00 manat, qulluq stajına görə əlavəsi 229,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 340,00 manat, digər növ əlavəsi 41,18 manat olmaqla orta aylıq əmək haqqısı 1730,68 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1730,68 manat) 51,50 faizi-891,30 manat məbləğində hesablanmışdır. Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) üçdə bir hissəsi (mərhumun atası X3 və anası X1 əmək pensiyası hüququ olduğundan), yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021saylı, 26.11.2021-ci il taixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X15 ilə İddiaçı arasında nikah 16.03.2013-cü ildə qeydə alınmışdır. - Doğum haqqında şəhadətnamədən görünür ki, 24.01.2014-cü il təvəllüdlü X4 atası X15, anası İddiaçıdır. - Ölüm haqqında şəhadətnamədən görünür ki, 05.02.1979-cu il təvəllüdlü X5 21.01.2021-ci il tarixdə vəfat etmişdir. - X9 əmək kitabçasından görünür ki, 15.05.2004-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 04.11.2004-cü il tarixdən 21.01.2021-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyində dövlət qulluğunda işləmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzindən verilmiş 14.10.2021-ci il tarixli ********** saylı arayışdan müəyyən edilir ki, mərhumun atası X11 711, 19 manat yaşa görə əmək pensiyası alır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı DOST Mərkəzindən verilmiş 14.10.2021-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, mərhumun anası X2 259,78 manat yaşa görə əmək pensiyası alır. - 53 saylı notarius tərəfindən təqdim edilmiş notariat işindən müəyyən edilir ki, arvadı Əliyev aytən Mirəli qızı, oğlu X12, atası X11, anası X2 mərhum X9 vərəsələrdir. Qeyd edilən notariat işindən görünür ki, mərhumun atası X11 21.01.2021-ci ildə ölmüş X6 mirasın ona çatası hissəsindən imtina edir. Qeyd edilən notariat işindən görünür ki, mərhumun anası X2 21.01.2021-ci ildə ölmüş X6 mirasın ona çatası hissəsindən imtina edir. - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 22.07.2021-ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması haqqında imtina olunması haqqında məktubda bildirilir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 aprel 2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir və 21 yanvar 2021-ci il tarixdən (mərhum həyat yoldaşı X10 vəfat etdiyi tarix) İlə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin bildirilir ki, mərhum X10 vaxtilə qulluq keçdiyi vəzifə maaşı 1.020,00 manat, qulluq stajına görə əlavəsi 229,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinatların cəminə görə əlavəsi 340,00 manat, digər növ əlavəsi 41,18 manat olmaqla orta aylıq əmək haqqısı 1.730,68 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.11.2-ci maddəsinə əsasən 15 il 6 ay 6 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1.730,68 manat) 51,50 faizi-891,30 manat məbləğində hesablanmışdır. Sözügedən Qanunun 20.13-cü maddəsinə əsasən sabiq dövlət qulluqçusunun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinə qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə sözügedən Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Bununla əlaqədar İddiaçı mərhuma ödənilməli olan əmək pensiyasının (891,30 manat) 80 faizinin (713,04 manat) 1/3 hissəsi (mərhumun atası və anasının əmək pensiyası hüququ olduğundan) yəni 237,68 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 4.1, 5.1, 14.1, 17.1, 20.13, 31.1, 31.3-cü maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1257.1-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. İş materiallarına əsasən müəyyən edilir ki, mərhumun valideynləri mirasın qəbulundan imtina etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mərhum X9 valideynlərinin də ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” olmuş olsa da belə, nə qədər ki, onlar pensiyanın verilməsi ilə bağlı pensiya təyin edən orqana müraciət etməyiblər, onların bu hüququ təsdiq edilə bilməzdi. Belə ki, mərhum X9 valideynlərinə öz arzuları ilə bir pensiya – yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin şəxslər hazırda yaşa görə əmək pensiyası alırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9131/2021saylı, 26.11.2021-ci il taixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1162/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1162/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver