Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1163/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X24 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X12, X33 və X39 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, X12, X33 və X39 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X1 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin - X2, X18 və X25 adlarının həmin şəhadətnamədən çıxarılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (həcminin azaldılması) dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X1 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin X2, X18 və X25 adlarının həmin şəhadətnamədən çıxarılmaqla, düzəlişin edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ataları Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektindəki 10C saylı evin və torpaq sahəsinin mülkiyyətçisi X13 1970-ci ildən həmin torpaq sahəsinə faktiki sahiblik etmiş və həmin torpaq sahəsində inşa etdirdiyi özbaşına tikilidə yaşamış və xx.xx.1970-ci ildən həmin evdə daimi qeydiyyatda olmaqla yaşamışdır. Mərhum ataları Şahabəddin Bədəlov ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş yaşadığı mənzil və torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Həmin müraciət üzrə araşdırma aparan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli ilə təsdiq edilmiş '‘Bakı şəhərində fərdi yaşayış tikintilərində qayda yaratmaq tədbirləri haqqında” Qərarını əsas tutaraq Xətai İcra Hakimiyyətində yaradılmış mənzil komissiyası tərəfindən tikinti yoxlanılmış və yararlılığı barədə akt tərtib edilmişdir. Həmin komissiya eyni zamanda müəyyən etmişdir ki, Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.1994-cü il tarixli 18-03-5-104 nömrəli məktubuna görə Fəhlə Prospektindəki 106 saylı evin sökülməsinə dair hər hansı qərar yoxdur. Bütün bunlar onu göstərir ki, həmin torpaq sahəsi və orada inşa olunmuş fərdi yaşayış evi mərhum Şahabəddin Bədəlovun qanuni istifadəsində olmuşdur. Bu səbəbdən də, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli “Bakı şəhərində fərdi yaşayış tikintilərində qayda yaratmaq tədbirləri haqqında” Qərarına əsaslanaraq, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti M-830 nömrəli xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Xətai rayonu, Fəhlə Prospektindəki 106 saylı evin (yaşayış sahəsi 58.9, köməkçi sahə 38.8 kv. metr) və torpaq sahəsi 1039,9 kv. metr olan daşınmaz əmlakın vətəndaş X1 adına hüquqi qeydiyyatdan keçirilməsi barədə qərar qəbul etmiş və hüquqların qeydiyyatdan keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən xahiş olunmuş və aidiyyəti üzrə sənədlər göndərilmişdir. Həmin sərəncam əsasında Şəhabəddin Bədəlova fərdi yaşayış evinə dair xx.xx.1995-ci il tarixdə 30/4362 saylı qeydiyyat vəsiqəsi verilmiş, həmin qeydiyyat qəsiqəsi və Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 1039,0 kv. metr torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən yanlışlığa yol verilmiş və adına torpaq sahəsi verilmiş X1 ailə- üzvlər tərkibinə daxil olmayan oğlu Cavid Bədəlovun keçmiş arvadı X2, sonuncunun övladları X33 və X25 da adları ailə üzvü kimi şəhadətnamədə qanunsuz olaraq göstərilmişdir. Halbuki, X3 və onun övladları olan X33 və X25, atası X1 ailə üzvləri kateqoriyasına heç bir aidiyyatı olmamışdır və səhvən onların adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir. Göründüyü kimi, həmin şəxslər mülkiyyətçi Şahabəddin Bədəlovun ailə üzvü deyil və bu səbəbdən hesab edirlər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilərkən hüquqların qeydiyyata alınmasında yanlışlığa yol verilmiş və bu aradan qaldırılmalıdır. Eyni zamanda nə sərəncamda, nə də digər sənədlərdə həmin şəxslərin adları qeyd olunmur, yalnız qanuni istifadəçi Şahabəddin Bədəlovun adı göstərilir. O, bacısı İddiaçı2 və qardaşı X19 vəsiyyətnamə üzrə vərəsə kimi atasına məxsus olan miras əmlaka irs almış və hüquqlarının DƏDRX-də dövlət qeydiyyatına alınaraq RX №10725678 Çıxarış verilmişdir. Atalarına məxsus olan ünvan 1 ünvanında yerləşən ev hər birinə 1/3 hissə olmaqla bərabər paylı mülkiyyətlərinə verilmişdir. Həmin evin yerləşdiyi 1039,0 kv. metr torpaq sahəsi isə qeyd olunan yanlışlığa görə hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X1 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin X4, X18 və X25 adlarının həmin şəhadətnamədən çıxarılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh quruma müraciət etsə də, ərizəsinə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039,0 kv. metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı aparılmış qeydiyyata onun ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslər - X2, X18 və X25 adlarının həmin şəhadətnamədən çıxarılması barədə düzəlişin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan narazı qalan üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları ilə müəyyən olunur ki, JN-7995H KOD 01000003 №-li “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin verilməsinə əsas olan snədlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Fəhlə prospektindəki 106 №-li evin, özbaşına tikintinin vətəndaş Ş.Ə.Bədəlovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” m-830 №-li, xx.xx.1995-ci il tarixli sərəncamı olmuş, xx.xx.1995-ci il tarixədək həmin özbaşına tikintinin heç bir hüquqmüəyyənedici sənədi olmamış, məhz həmin sərəncam əsasında vətəndaş Ş.Ə.Bədəlovun adına xx.xx.1995-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, həmin sərəncam verilərkən ailə üzvləri kimi razılığı alınmış şəxslər arasında X11 Bədəlov da olmuş, xx.xx.1995-ci il tarixli sərəncamın verilməsindən 7 ay əvvəl hazırkı iş üzrə üçüncü şəxs Rüxsarə Bədəlova (Əlisultanova) mərhum qaynatası Şahabəddin Bədəlovun gəlini, yəni oğlu Cavid Bədəlovun arvadı kimi ailə üzvü olmuş və ailə üzvü kimi həmin evdə yaşamış, belə ki, Rüxsarə Bədəlova (Əlisultanova) Cavid Bədəlov ilə xx.xx.1994-cü il tarixdən rəsmi nikahda olmuş, hətta xx.xx.1995-ci il tarixli sərəncamın verilməsindən 2 ay əvvəl Rüxsarə Bədəlova (Əlisultanova) hazırkı iş üzrə digər üçüncü şəxs Cəmilə Bədəlovaya hamilə olmuş, belə ki, birgə nikahdan Cəmilə Bədəlova xx.xx.1995-ci il tarixdə doğulmuş, daha sonra isə xx.xx.1999-cu il tarixdə hazırkı iş üzrə digər üçüncü şəxs Camal Bədəlov doğulmuşdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X6 (mərhum) məxus ünvan 2 ünvanında yerləşən fərdi evin 1039,3 kv. metr torpaq sahəsilə birgə onun adına mülkiyyət hüququ ilə rəsmiləşdiriməsi qərara alınmışdır. Həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə dair sonuncunun mükiyyət hüquqları keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınarkən və buna dair xx.xx.2003-cü il tarixdə JN-7995H, kod 01000003 saylı saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilərkən sərəncam verilərkən hazırkı iş üzrə üçüncü şəxslərin adı da mərhumun ailə üzvləri kimi həmin şəhadətnaməyə daxil edilmişdir. İddiaçılar cavabdeh inzibati orqana müraciət edərək, şəhadətnamədə düzəliş edilməsini xahiş etmiş, tələbləri təmin olunmadıqda isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə” dair JN-7995H KOD 01000003 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14 və onun ailə üzvləri kimi qeyd olunmuş X34, X20, X12, X15, X33 və X44 göstərilməklə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli m- 830 №-li sərəncamı və Bakı şəhəri İH Tİ və MHQİ-nin xx.xx.1995-ci il tarixli 30/4362 №-li qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri Fəhlə prospekti 106 saylı evin qarşısında yerləşən 0,1039 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. - Qusar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 004131 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 X26 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin oktyabr ayının 31-ci günündə 90 № ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı2 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə İddiaçı1 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə X9 adına Daşınmaz əmlakın dövlət reyestrində 304 nömrəli reyestri kitabının 28330 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, **********30-10301 saylı texniki pasportda İddiaçı1, İddiaçı2 və X16 məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki sahəsi 0,10399 ha, tikinti altı sahə 0.01519 ha, digər sahələr 0.08880 ha kimi qeyd olunmuşdur. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********85 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş JN-7995H KOD 01000003 №-li “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin verilməsinə əsas olan sənədlər olaraq təqdim olunmuş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Fəhlə prospektindəki 106 №-li evin, özbaşına tikintinin vətəndaş Ş.Ə.Bədəlovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” m-830 №-li, xx.xx.1995-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla Fəhlə prospektindəki yaşayış sahəsi 58,9 kv. metr, köməkçi sahəsi 38,8 kv. metr olan, torpaq sahəsi 1039,3 kv. metr olan 106 №-li özbaşına tikinti sahəsinin X1 (xx.xx.1970-ci il tarixdən həmin ünvanda daimi qeydiyyatda olan) adına hüquqi qeydiyyatdan keçirilməsi və s. qərara alınmışdır. -Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1992-ci il tarixdə “Fərdi Mənzil Fonduna məxsus yaşayış evi”nə dair tərtib olunmuş Texniki pasportun surətindən müəyyən olunur ki, Fəhlə prospekti 106 ünvanında yerləşən X1 istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 1039,9 kv. metr təşkil etmişdir. -Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Fəhlə prospekti, 106 №-li yaşayış evi xüsusi mülkiyyət kimi 29 saylı reyestr kitabında 4362-ci səhifədə 30/432 № ilə xx.xx.1995-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05443-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Fəhlə prospektindəki 106№-li evin, özbaşına tikintinin vətəndaş Ş.Ə.Bədəlovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” m-830 №-li, xx.xx.1995-ci il tarixli sərəncam, sərəncamın verilməsi üçün X34, X20 və X15 tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli razılıq ərizələri və sərəncamın verilməsinə əsas olmuş digər sənədlər təqdim olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-7220/13 №-li, xx.xx.2022-ci il tarixli məktubunda R.Bədəlovanın (Əlisultanovanın) xx.xx.1975-ci ildə Qusar rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1947-ci il təvəllüdlü X21, anasının isə 1954-cü il təvəllüdlü X7 olduğunun, R.Bədəlovanın (Əlisultanovanın) xx.xx.1994-cü ildə Qusar rayonunun Piral icra nümayəndəliyində xx.xx.1970-ci il təvəllüdlü X22 ilə bağlanmış nikahının pozulmasının xx.xx.2006-cı ildə həmin rayonun qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı, bu nikahdan xx.xx.1995-ci ildə Cəmilə Bədəlova, xx.xx.1999- cu ildə isə Camal Bədəlovun doğulduğu qeyd olunmuşdur. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən R.Bədəlovanın (Əlisultanovanın) nikahının pozulması, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Beləliklə, yuxarda qeyd olunan iş materiallarından və məhkəmə araşdırmalarından müəyyən edilir ki, Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X6 (mərhum) məxus ünvan 2 ünvanında yerləşən fərdi evin 1039,3 kv. metr torpaq sahəsilə birgə onun adına mülkiyyət hüququ ilə rəsmiləşdiriməsi qərara alınmışdır. Həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə dair sonuncunun mükiyyət hüquqları keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınmış və buna dair xx.xx.2003-cü il tarixdə JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Lakin, qeyd edilən şəhadətnamədə yalnışlıqla üçüncü şəxslər X4, X18 və X25 adları qeyd olunmuşdur. İş materiallarından görünür ki, özbaşına tikilinin vətəndaş X1 adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında sərəncam verilərkən iddiaçının ailə üzvləri kimi razılığı alınmış şəxslər sırasında X4 razılıq ərizəsi olmamış, lakin şəhadətnamədə onun və iki övladı X18 və X25 adları qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılaraq müvafiq sorğuların verilsə də hansı səbəbdən mərhumun ailə üzvləri olmayan üçüncü şəxslərin adlarının JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunduğu müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə Kollegiya qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarın əsassız və ya qanunsuz olmasına dair hər hansı sübut göstərilməmişdir. Apellyasiya şikayətində üçüncü şəxslərin mübahisəli ərazidə yaşadıqları, X11 Bədəlovun ailə üzvləri olduğu vurğulanmışdır. Göründüyü kimi, üçüncü şəxslər özləridə Şahabəddin Bədəlovunun deyil, Cavid Bədəlovun ailə üzvləri olduğunu qeyd etmişlər. Məhz mübahisəli ərazinin ayrılmasına dair Sərəncam verilərkən də Şahabəddin Bədəlovun ailə üzvlərinin razılığı alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********086 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü ildə vəfat etmiş X1 vərəsələri X19, İddiaçı2 və İddiaçı1 bərabər paylarda irs almalıdır. Şəhadətnamədə verilən miras Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2015-ci il tarixli, 11/53 çıxış saylı formada arayışa və Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş xx.xx.1995-ci il tarixli 29 saylı reyestr kitabı, 4362 səhifəsinin 30/44362 qeydəalma saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Odur ki, mərhum X1 qanun üzrə vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 hazırda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən mübahisəli torpaqla bağlı aparılmış qeydlərdə düzəlişlərin edilməsini tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçıların istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1163/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1163/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver