Məhkəmə qərarları › İş №2-1(103)-1164/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1164/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1164/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), x6 və x1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, Cavabdeh Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin nümayəndəsi x8 oğlunun iştirakı ilə, İddiaçı (xx.xx.1953-cü il tarixdə Xaçmaz rayonunun Çuxurova kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, hazırda müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayır) cavabdehlər Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı “hasarın bərpa edilib əvvəlki vəziyyətə gətirilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2-1(112)-285/2020 saylı iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhкəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı (iddia ərizəsinin mətninə uyğun olaraq İddiaçı oğlu) cavabdehlər Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı 16.09.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi x2 onun evinin hasarını sökməkdən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi x2 üzərinə qeyd edilən hasarın bərpa edilib əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 11/9 saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur. 05 yanvar 2019-cu il tarixdə onun mülkiyyətində olan evin ona məxsus həyətinin, Buxta küçəsi tərəfdən, ona məxsus olan, kubikdən çəkilmiş hasarı 45 saylı Mənzil İstismar sahəsinin rəisi Fuad Abdurəhimovun tapşırığı və rəhbərliyi ilə abadlaşdırma adı ilə sökülmüşdür. Lakin, abadlaşdırma aparılmamış, hasar bərpa edilməmişdir. Bununla bağlı, F.Abdurəhimova müraciət etmiş və hasarın bərpa edilməsini xahiş etmişdir. Lakin, müraciətinə cavab verilməmişdir. Göstərdiyi evin həyəti və hasarı 30 ildən artıq, 1988-ci ildən onun qanuni sahibliyindədir. 15 yanvar 2019-30 yanvar 2019-cu il tarixlərdə onunla həmin evdə yaşayan oğlu Emin Abbasov F.Abdurəhimova bir neçə dəfə müraciət etmiş, abadlıq işlərinin nə vaxt aparılacağını, hasarın nə vaxt bərpa olunacağını soruşmuşdr. F.Abdurəhimovun cavabından ona məlum olmuşdur ki, abadlıq işi aparılmayacaq və hasar bərpa edilməyəcəkdir. 45 saylı Mənzil İstismar Sahəsinin rəisi Fuad Abdurəhimov tərəfindən onun mülkiyyət və sahiblik hüququ pozulmuşdur. Həmin səbəbdən evinin həyəti Buxta küçəsi tərəfdən açıq, hasarsız qalmışdır. Hasarın bərpası xeyli maliyyə vəsaiti tələb edir. Hasarın bərpasına onun maddi imkanı da yoxdur. O, 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi F.Abdurəhimovun onun müraciəti ilə bağlı hər hansı qanunsuz qərar qəbul etməsindən, yaxud onun müraciəti ilə bağlı hər hansı qanunsuz hərəkətlər etməsindən şikayət etmir. O, 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi F.Abdurəhimovun ona qarşı qanunsuz hərəkətlər etməsindən, həyətinin hasarını qanunsuz sökməsindən, həmin hərəkətləri ilə onun mülkiyyət və sahiblik hüququnu pozmasından və ona maddi ziyan vurmasından şikayət edir. Qanun onun üzərinə orqanın və vəzifəli şəxsin qanunsuz hərəkətlərindən qanunsuz hərəkətə yol vermiş şəxsə müraciət etmək vəzifəsini qoymur. Qanun həmçinin onun üzərinə orqanın və ya vəzifəli şəxsin hərəkətlərinin qanunsuz olmasını sübut etmək vəzifəsini də qoymur. Hərəkətlərinin qanuni olmasını orqan və ya həmin orqanın rəhbəri yəni vəzifəli şəxs sübut etməlidir. Onun bununla bağlı birbaşa məhkəməyə müraciət etmək hüququ var. Qanunsuz hərəkətdən həmin qanunsuzluğa yol vermiş orqana və ya vəzifəli şəxsə şikayət etmək ən azı mənasızdır. Buna baxmayaraq hərəkətlərinin qanunsuz olması ilə bağlı 45 saylı mənzil istismar sahəsinin rəisinə 18 yanvar və 01 fevral 2019-cu il tarixli ərizələrlə müraciət etmişdir. Lakin, 45 saylı mənzil istismar sahəsi və sahənin rəisi F.Abdurəhimov bunu qanuni əsaslarla etməsini təsdiq edən hər hansı sənədi ona təqdim etməmiş, onun müraciətinə belə cavab verməmişdir. 45 saylı Mənzil İstismar Sahəsi və sahənin rəisi Fuad Abdurəhimov həmin hərəkətləri ilə onun mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Həmin səbəbdən evinin həyəti Buxta küçəsi tərəfdən açıq, hasarsız qalmışdır. Hasarın bərpası xeyli maliyyə vəsaitini tələb edir, həmin hərəkətlər ona maddi ziyan vurmuşdur. Hasarın bərpasına onun maddi imkanı da yoxdur. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2-1(112)-285/2020 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia tələbi mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Mənzil Kommunal İstismarı Sahələri texniki xidmət sahələri olub, ayrıca hüquqi şəxs olduğundan, inzibati icraat qaydasında isə yalnız Bakı şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar (Mənzil Kommunal Təsərrüfat Departamenti) cavabdehlik daşıya bildiyindən, bununla da hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilmədiyindən iddia mümkün sayılmamalıdır. İddia tələbi eyni zamanda cavabdeh Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı da yönəldilyindən məhkəmə hesab etmişdir ki, iddiaçı x2 cavabdeh qismində iddia tələbini irəli sürdüyü Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x2 hərəkətləri konkret olaraq iddiaçıya qarşı fərdi hərəkətlə və ya aktla yerinə yetirilən hərəkət olmayıb, Mənzil İstismar Sahəsi tərəfindən ona verilmiş səlahiyyətin yerinə yetirilməsindən ibarətdir. Belə halda isə cavabdehliyi fiziki və vəzifəli şəxs daşımalı deyil. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, hakim iddia ərizəsini əvvəl də icraata qəbul etmək istəməmiş, ərizəni geri qaytarmış, hazırkı ərizəsi də qəbul olunandan sonra uzun müddət süründürülmüşdür. Hakim iddia ərizəsinin icraata qəbul olunandan sonra F.Abdurəhimova həyətinin hasarının bərpa olunması üçün tapşırıq vermiş, daş hasarın əvəzinə F.Abdurəhimov hasarın bərpa olunması görüntüsü yaratmaq üçün köhnə, nazik lövhələrdən çəpər çəkmiş məhkəməyə guya hasarı bərpa etməsi barədə məlumat vermişdir. Bununla bağlı hakim köməkçisi onun oğlu E.Abbasovla telefon əlaqəsi yaratmış, hasarın bərpa olunub olunmamasını soruşmuşdur. Oğlu mübahisənin həll olunmadığını, həyətə çəpər çəkildiyini bildirmişdir. Bundan sonra bir və ya iki məhkəmə iclası keçirilmiş, dindirmələr olmuş, sonra məhkəmə iclası təxirə salınmış, sonrakı məhkəmə iclaslarının vaxtı barədə də hər hansı məlumat verilməmişdir. Hakimə işə baxılmasının nəticəsi barədə məlumat verilməsi üçün bir neçə dəfə yazılı müraciət etmişdir. Uzun müddət məhkəmədən heç bir məlumat verilməmiş, idda ərizəsi veriləndən yeddi ay sonra 08 aprel 2020-ci ildə 13 fevral 2020-ci il tarixli qərardad təqdim olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi x4 (sahə bələdçisi) izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, həmin hasarın düzəldilməsinin onların səlahiyyətlərinə aid olmadığını, hasarın özünün uçduğunu, bundan İcra Hakimiyyətinin də xəbəri olduğunu, iddiaçının orada yaşadığını qeyd etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdeh x5 məhkəmə iclasında iştirak etməmişlər. 16.06.2020-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmin tarixdə digər cavabdeh x5 məhkəməyə iddia ərizəsinə dair yazılı cavab təqdim etmişdir. Cavabda həmin ərazinin Ekologiya Nazirliyinin rəyinə əsasən mailli relyefə malik olması qeyd edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və digər cavabdeh x2 iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, işin hallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırda ona məxsus evin hasarının 45 saylı Mənzil İstismar sahəsinin rəisi Fuad Abdurəhimovun tapşırığı ilə sökülməsini bildirərək, hasarın əvvəlki vəziyyətinə bərpa edilməsi öhdəliyinin 45 saylı Mənzil İstismar Sahəsinin və 45 saylı Mənzil İstismar Sahəsinin rəisi Fuad Abdurəhimova həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən əldə olunan məlumata əsasən Mənzil İstismar Sahələri texniki xidmət sahələri olub, hüquqi şəxs kimi, Mənzil Kommunal Təsərrüfat Birliklərinin tabeliyindədir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəsmi internet səhifəsindən əldə olunan məlumata əsasən isə Bakı şəhərinin rayon Mənzil- Kommunal Təsərrüfatı Birlikləri Departamentin strukturuna daxildir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin nizamnaməsi Bakı şəhər İcra Hakimiyyətinin 17.02.2000-ci il tarixli 154 №-li Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1-ci bəndinə əsasən Departament öz fəaliyyətində bilavasitə Bakı şəhər İcra Hakimiyyətinin Başçısına tabedir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mənzil Kommunal İstismarı Sahələri texniki xidmət sahələri olub, ayrıca hüquqi şəxs olduğundan, inzibati icraat qaydasında isə yalnız Bakı şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar (Mənzil Kommunal Təsərrüfat Departamenti) cavabdehlik daşıya bildiyindən, bununla da hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxıla bilmədiyindən iddia mümkün sayılmamalıdır. Eləcə də, iddia ərizəsindən göründüyü kimi, iddia tələbi eyni zamanda cavabdeh Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı da yönəldilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı x2 cavabdeh qismində iddia tələbini irəli sürdüyü Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x2 hərəkətləri konkret olaraq iddiaçıya qarşı fərdi hərəkətlə və ya aktla yerinə yetirilən hərəkət olmayıb, Mənzil İstismar Sahəsi tərəfindən ona verilmiş səlahiyyətin yerinə yetirilməsindən ibarətdir. Belə halda isə cavabdehliyi fiziki və vəzifəli şəxs daşımalı deyil. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin bu cür halında iddia ona münasibətdə də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında evin statusu və evdə qeydiyyatda olan şəxslər ilə bağlı hər hansı sənəd yoxdur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1490/2019 saylı, 09.04.2019-cu il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı cavabdeh Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, hasarın bərpa edilib əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddiası mümkün sayılmamış, qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1551/2019 saylı, 13.06.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov, S.Seyidova, İ.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1490/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaət səhvdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirməmiş, bu zaman şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverilşli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmamış, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçısına yardım edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi qərardad qəbul edərkən Mənzil Kommunal İstismarı Sahələrinin texniki xidmət sahələri olduğunu, ayrıca hüquqi şəxs olduğundan, inzibati icraat qaydasında isə yalnız Bakı şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanların (Mənzil Kommunal Təsərrüfat Departamenti) cavabdehlik daşıya bildiyini qeyd etsə də, bu barədə hər hansı sənədlər iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunan qanun normasından görünür ki, yalnız iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından şikayət verilə bilər, buna görə də, iş üzrə icraatın davam etdirilməsi ilə bağlı qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82 və 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2-1(112)-285/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi x3 qarşı “sahənin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddiası üzrə iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar