Məhkəmə qərarları › İş №2-1(103)-1164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1164/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1164/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3528/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, AR Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçının 24.11.2010-cu il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır” kimi qərarın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh əvvəl ondan apellyasiya şikayəti vermiş, daha sonra ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya şikayətini geri götürmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli və şikayətlə bağlı icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM): 86.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir; 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər; 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 88-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3528/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayətini geri götürməsi qəbul edilsin və şikayət üzrə icraata xitam verilsin. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar