Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1165/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsi”) QƏRARİ Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. TSEK-Müayinələr: - xx.xx.2017-ci il tarixində əsas diaqnoz: Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Mina partlayışı travması (1992) nəticəsində kəskin fəsadlar törətmiş hər iki budun orta 1/3-nin yumşaq toxumalarında yad cismi metal qəlpə. Sol baldırın yumşaq toxumalarının bərkimiş dəri çapıqları; Ağırlaşma 120.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası FS, İİ Hipertoniya xəstəliyi İİ m.; Yanaşı xətəliklər N 41.1. Xroniki prostatit diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
2. -xx.xx.2017-ci il tarixində hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Mina partlayışı nəticəsində (1992) hər iki aşağı ətrafların yumşaq toxumalarında çox saylı yad cisim (metal). Digər artozlar, Sol diz oynağının deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, hərəkətlərin mühüm dərəcədə pozulması və hərəkət məhdudluğu. Əl barmağının (barmaqlarının) dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası, Sol əlin İİİ barmağın dırnaq falanqasından yad cisim, qəlpənin çıxarılmasından sonrakı irinləmiş yarası. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Gərginlik stenokardiyası FS İİ.Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ m Xroniki prostatit, Xroniki prostatit. Serebral ateroskleroz. Serebral ateroskleroz, Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkulyator ensefalopatiya İİ mərhələ diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
3. - xx.xx.2018-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə diaqnozun mətni ilə ikinci dərəcə əlillik (2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - 170.2, 173-174, 174.3, 180-180.3, 183.0-183.9) diaqnoz mətni ilə 5 il müddətinə təyin edilmişdir.
4. - xx.xx.2023-cü il tarixində ətraf arteriyaların aterosklerozu, hər iki aşağı ətrafda obliterasiyaedici endoarteit -İV dərəcə diaqnoz mətni ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbilə imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 06 iyun 2023-cü il tarixli, 3-17-4/3-3-3569/2023 saylı Qərarında qeyd olunur ki, Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).
6. Vətəndaş müraciəti əsasında xx.xx.2023-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur: - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 14 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından sonrakı halı” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır" kimi müəyyənləşdirilmişdir. -Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı, yaddaş pozğunluğundan şikayətlənmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sol sağrı, sol budun orta 1/3da, sol baldırın orta və yuxarı 1/3-da çapıq toxumalar izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrində dolğun nəbz, dəri hərarəti və tük örtüyü dəyişiksiz qeydə alınmış, aşağı ətraflarda ödəm, trofik pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilmiş, hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin və şəkərli diabet xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir.
7. Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində diaqnoz "Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. Digər postravmatik qonartrartrozlar. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları" kimi qeyd edilmişdir.
8. West Hospitalın xx.xx.2023-ci il tarixli KT-angiografiya müayinəsinin nəticəsi "Periferik arteriyalarının aterosklerotik xəstəliyi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir.
9. ƏƏSMN tabeliyinda DTSERA xx.xx.2023-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli axınlar'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrali qərarı ilə təsdiq edilmiş "Əİilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar gəbul edilmisdir.
10. Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində (F 13) qeyd olunmuşdur: A - Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Diaqnoz şərhi: Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. C – Xəstəliklə yanaşı gedən – 170.2 Ətraf arteriyalarının aterosklerozu Diaqnoz şərhi: Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit – İV dərəcə. C – Xətəliklə yanaşı gedən: M17.3 Diqər postravmatik qonartrartrozlar. Diaqnoz şərhi: Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə C – Xəstəliklə yanaşı gedən – R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.
11. West Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abdominal aortanın və bilateral aşağı ətrafların KT-angiografiya müayinəsinin nəticəsi “periferik arteriyaların aterosklerotik xəstəliyi” kimi qeyd olunmuşdur, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplegrafiyası müayinəsinin nəticəsi “magistral tipli axınlar” kimi müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
12. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2ci dərəcə (qrup) əlillik təyin olunması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20 oktyabr 1992-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə ağır yaralanmışdır. İddiaçı xidmətini döyüş bölgəsində keçirmişdir. 20 noyabr 1993-cü il tarixdə səhər saat 9:00 radələrində Daşburun qəsəbəsində Azərbaycan Respublikası Daxili Qoşunların tərkibinə əmrlə zabit kimi daxil olmuşdur. 04 yanvar 1994-cü il tarixdə gecə saat 4:00 radələrində daxili qoşunun əməkdaşları ilə birlikdə sol cinahda Füzuli rayonunun Horadiz qəsəbəsi daxil olmaqla 11 kəndin işğaldan azad olunması uğrunda gedən döyüşdə şəxsən iştirak etmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında iddiaçıya əyani baxış keçirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iddiaçıya İİ qrup əlil dərəcəsi təyin edilmişdir. İddiaçı hər il Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunmuş, hal-hazırda isə onun əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdə kəsilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına hospitalında yenidən müayinə və müalicə olunmuş, epiqriz verilmişdir. 1 saylı Daxili İşlər Nazirliyinin poliklinikasında forma №88 xx.xx.2023-cü il tarixdə tərtib edilib sistemə vurulsa da, 20 gündən artıqdır ki, iddiaçıya heç bir cavab verilməmişdir. İddiaçı Topçubaşov adına cərrahiyə mərkəzində müayinədən keçmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:45-də iddiaçı yenidən əyani müayinəyə dəvət olunmuş, müayinədən sonra həkim komissiyasının sədri iddiaçıya 15 gün ərzində məlumat veriləcəyini bildirsə də, 30 iş günü keçməsinə baxmayaraq heç bir mesaj və cavab iddiaçıya göndərilməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair saxta qərar qəbul edib xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə tarixi göstərilmiş, iddiaçının isə 03 may 2023-cü il tarixdə telefonuna mesaj 10:45 də gəlmişdir. Həmin müddətdə iddiaçı əyani müayinə olunmuş və komissiyanın sədri ona bildirmişdir ki, 15 gün müddətində telefonuna mesaj gələcəkdir. O gündən iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı xx.xx.2023-cü ildə Dost Mərkəzindən əlillik dərəcəsindən imtina edilməsi barədə məlumat almışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur.
14. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 104-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətlləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisəsinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra 0 göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6(altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli inkişafına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranmasına aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndirilərək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK=ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitəllərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalayır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya ilkin olaraq İİ dərəcə əlillik xx.xx.2018-ci il tarixdən beş il müddətinə təyin olunmuşdur (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə diaqnozun mətni ilə ikinci dərəcə əlillik, 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - 170.2, 173-174, 174.3, 180-180.3, 183.0-183.9). Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının göndərişi əsasında xx.xx.2023- cü il tarixli qiymətləndirməyə əsasən cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
17. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən tibbi-sosial ekspert komissiyasına ünvanlanmış İddiaçı barəsində T00081174KHA nömrəli göndərişə (bundan sonra - göndəriş) əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (göndərişin tarixi: xx.xx.2023, göndərişin imzalandığı tarix: xx.xx.2023): Əsas diaqnoz İ70.2 – Ətraf arteriyalarının aterosklerozu, Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteit – İV dərəcə.
18. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, xəstə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində 20 oktyabr 1992-ci il tarixində Qubadlı rayonunun Başarat kəndində Topağac yüksəkliyi erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə və 12 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən hərbi əməliyyatlarda iştirak etmiş, xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanmışdır. Xəstə dəfələrlə stasionar və ambulator müalicələr almasına baxmayaraq şikayətləri davam etməkdədir. Xəstə mütəmadi olaraq ətraflarda ağrı, hissiyyat pozulması, yerişin pozulmasından şikayət edir, gəzərkən əsadan istifadə edir.
19. Cavabdeh qurum tərəfidən aparılmış xx.xx.2023-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli axınlar'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Eyni zamanda iddiaçı barəsində göndərişdə həkim müayinəsinin nəticəsində ətraf arteriyaların aterosklerozu diaqnozu (İ70.2) qoyulsa da, diaqnostik müayinənin nəticəsində arteriyaların açıq olduğu, stenoz və okklüziya izlənilmədiyi qeyd edilmişdir. Odur ki, hətta göndərişdə diaqnostik müayinənin nəticəsi (KT-angioqrafiya, tək anatomik nahiyə (MD)) təyin edilmiş əsas diaqnozu istisna etmişdir. Təqdim edilən sonrakı diaqnozlar da diaqnostik müayinələrlə təsdiqlənmiş şəkildə təqdim edilməmişdir.
20. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya ekspertizanın həyata keçirilməsi və alternativ tibb müəssislərində müayinədən keçmək təklif olunsa da, iddiaçı ekspertizanın həyata keçirilməsindən və alternativ tibb müəssisələrindən müayinədən keçməkdən imtina etmiş, məhkəmədən təqdim edilən sənədlər əsasında qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11328/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
e) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
25. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; ...... - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.
29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....
37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. .....
45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
34. Müəyyən olunur ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
35. İşin faktiki hallarına görə iddiaçıya ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik xx.xx.2018-ci il tarixdən beş il müddətinə təyin olunmuşdur (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə.)
36. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının göndərişi əsasında xx.xx.2023-cü il tarixli qiymətləndirməyə əsasən cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
37. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən tibbi-sosial ekspert komissiyasına ünvanlanmış İddiaçı barəsində T00081174KHA nömrəli göndərişə əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (göndərişin tarixi: xx.xx.2023, göndərişin imzalandığı tarix: xx.xx.2023): Əsas diaqnoz İ70.2 – Ətraf arteriyalarının aterosklerozu, Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteit – İV dərəcə.
38. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, xəstə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində 20 oktyabr 1992-ci il tarixində Qubadlı rayonunun Başarat kəndində Topağac yüksəkliyi erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə və 12 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən hərbi əməliyyatlarda iştirak etmiş, xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanmışdır. Xəstə dəfələrlə stasionar və ambulator müalicələr almasına baxmayaraq şikayətləri davam etməkdədir. Xəstə mütəmadi olaraq ətraflarda ağrı, hissiyyat pozulması, yerişin pozulmasından şikayət edir, gəzərkən əsadan istifadə edir.
39. İş materiallarında olan Daxili işlər Nazirliyinin Tibb idarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-ci il tarixli Epikrizində diaqnoz A - Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində və ya digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Diaqnoz şərhi: Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin 3-cü barmağının qəlpəsinin çıxarılmasından sonrakı vəzivvəti. Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriti - lV dərəcə. C – Xəstəliklə yanaşı gedən – 170.2 Ətraf arteriyalarının aterosklerozu, Diaqnoz şərhi: Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit – İV dərəcə. C – Xətəliklə yanaşı gedən: M17.3 Diqər postravmatik qonartrartrozlar. Diaqnoz şərhi: Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. C – Xəstəliklə yanaşı gedən – R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları kimi qeyd olunmuşdur.
40. West Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Abdominal aortanın və bilateral aşağı ətrafların KT-angiografiya müayinəsinin nəticəsi “periferik arteriyaların aterosklerotik xəstəliyi” kimi, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplegrafiyası müayinəsinin nəticəsi “magistral tipli axınlar” kimi müəyyən olunmuşdur.
41. Cavabdeh tərəfidən aparılmış xx.xx.2023-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli axınlar'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.
42. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli il tarixli qərardadla hazırki, iş üzrə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh inzibati orqan tərəfindən müvafiq olaraq iddiaçının sənədlərinin yoxlanılması, iddiaçının canlı müayinə olunaraq ətraflı və bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 35 (otuz beş) gün müddət təyin etmişdir.
43. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli Qərarı ilə “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul olunmuşdur.Həmin Qərarda qeyd edilmişdir kİ, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2023-cü il tarixli 196 nömrəli Arayışında qoyulmuş diaqnoz “Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halıSol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə.Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyaların aterosklerozu.Hər iki aşağı ətrafda obliterasiyaedici endoarteriti-İV dərəcə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
44. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından, həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilənləri nəzərə alaraq işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin iddiaçının halhazırda mövcud olan xəstəliklər və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 ekspertlərinə həvalə edilmişdir.
45. Ekspertin qarşısında bu suallar qoyulmuşdur:1. İddiaçı canlı müayinə olunmaqla hazırkı diaqnozu müəyyən edilsin? 2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023-cü il tarixli, 196 nömrəli Arayışında diaqnoz qoyulmuş diaqnoz “Mina partlayışı travması nəticəsində hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı halıSol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə.Sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyaların aterosklerozu.Hər iki aşağı ətrafda obliterasiyaedici endoarteriti-İV dərəcə” iddiaçıda klinik olaraq öz təsdiqini tapırmı?
46. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 12 iyul 2024-cü il tarixli, T409/24 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur: 1962ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
47. 1. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda tərtib edilmiş xx.xx.2024-cü il tarixdə mütəxəssis travmotoloq komissiya tərəfindən müayinə olunmuş və ona "Partlayış travması. Sağ və sol budun yumşaq toxumalarında yad cisimlər. Sol diz oynağının deformasiyaedici, ikinci dərəcəli artrozu ağrı sindromu ilə, yerişin çətinləşməsi. Sol daban sümüyünün mahmızı, ağrı sindromu. Sol baldırın yumşaq toxumalarında yad cisimlər" diaqnozu, xx.xx.2024-cü il tarixdə X4 müayinələri zamanı isə "170.2-Ateroskleroz. Hər iki aşağı ətraf baldır arteriyalarının stenooklyuziyası. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. Şəkərli diabet" diaqnozu qoyulmuşdur.
48. 2. Qeyd edilən diaqnoz Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2023cü il tarixli 196 nömrəli Arayışında qoyulmuş "Mina partlayışı travması nəticəsində hər iki ağağı ətrafların qəlpə yaralanmasından sonrakı hal. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə, sol əlin 3-cü barmağının irinləmiş yarası. Ətraf arteriyaların aterosklerozu. Hər iki aşağı ətrafda obliterasiyaedici endoartrit- İV dərəcə" diaqnozla ümumən eynidir və klinik, instrumental müayinələrlə təsdiq olunur.
49. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.
50. Belə ki, müəyyən olunur ki, iddiaçıya ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik xx.xx.2018-ci il tarixdən beş il müddətinə təyin olunmuşdur (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, hər iki aşağı ətrafların qəlpə yaralanmasında sonrakı halı. Sol diz oynağının deformasiyaedici artrozu, hərəkətin mühüm dərəcədə pozulması ilə. Sol əlin İİİ barmağının qəlpənin çıxarılmasından sonrakı vəziyyət. Sol əlin İİİ barmağının irinlənmiş yarası. Ətraf arteriyalarının aterosklerozu, Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteriit İV dərəcə.)
51. Həmçinin, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı tərəfindən tibbi-sosial ekspert komissiyasına ünvanlanmış İddiaçı barəsində T00081174KHA nömrəli göndərişə əsasən aşağıdakı diaqnoz qoyulmuşdur (göndərişin tarixi: xx.xx.2023, göndərişin imzalandığı tarix: xx.xx.2023): Əsas diaqnoz İ70.2 – Ətraf arteriyalarının aterosklerozu, Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraflarda obliterasiyaedici endoarteit – İV dərəcə.
52. TSEK-ə göndərişə əsas verən göndərişin status localis qrafasında müəyyən olunur ki, xəstə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1-ci Qarabağ müharibəsində 20 oktyabr 1992-ci il tarixində Qubadlı rayonunun Başarat kəndində Topağac yüksəkliyi erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə və 12 yanvar 1994-cü ildə Füzuli rayonunda gedən hərbi əməliyyatlarda iştirak etmiş, xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanmışdır. Xəstə dəfələrlə stasionar və ambulator müalicələr almasına baxmayaraq şikayətləri davam etməkdədir. Xəstə mütəmadi olaraq ətraflarda ağrı, hissiyyat pozulması, yerişin pozulmasından şikayət edir, gəzərkən əsadan istifadə edir.
53. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının göndərişində iddiaçıya qoyulmuş diaqnoz klinik, instrumental müayinələrlə təsdiq olunur.
54. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.