Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1166/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və X4 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakarı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X2rşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-194/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və xx xxxx 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-194/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-194/2020 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-194/2020 saylı qərarının iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələblərinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətlərii təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının və cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin ərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Cavabdehin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 79 nömrəli məlumat vərəqinə əsasən xx xxxx 2014-cü il tarixində iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün yaşa görə əmək pensiyası təyin edilmişdir.Həmin məlumat vərəqinə əsasən iddiaçının cəmi təminat xərcliyi 1090,29 manat təşkil etmişdir, əmək pensiyası təminat xərcliyinin 59 faizi – 643,27 manat məbləğində müəyyən edilmişdir.İddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonrakı dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı iddiaçının xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1127,99 manat təşkil etmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı xidmət illərinin güzəştli sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (23 il 10 ay 10 gün) 665,01 manat məbləğində əmək pensiyası iddiaçıya ödənilmişdir. - İddiaçının əmək kitabçasına əsasən iddiaçı 1975-1978-ci illərdə orduda xidmət etmiş, xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilə qədər S.M.Kirov adına maşınqayırma zavodunda, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lenin rayon partiya komitəsində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər büro rəisi, xx.xx.1991-cu ildən xx.xx.1993-cü ilə qədər ağır maşınqayırma işçilərinin həmkarlarının komitəsində, xx.xx.1993-cü ildən xx.xx.2014-cü ilə qədər gömrük orqanlarında böyük inspektor, baş inspektor, şöbə rəisi, gömrükxana rəisi, gömrük idarəsinin rəisi vəzifələrində işləmişdir,sonuncu iş yeri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuşdur, ”Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Cavabdehin təqdim etdiyi pensiyaçının uçot vərəqinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumat vərəqinə əsasən (vəzifə maaşı 286 manat, rütbə maaşı 138 manat, 30% əlavə 127,20 manat, əlavələr 32 manat və 507,09 manat, cəmi təminat xərcliyi 1090,20 manat əsas götürülməklə) iddiaçıya xx.xx.2014-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsinə hal-hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinin strukturunda Yevlax Gömrük Postunun rəisi vəzifəsi uyğun gəlməklə həmin vəzifə üzrə əmək haqqı 646,10 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 43-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır: xidmət illəri nəzərə alınmaqla pensiya təminatına; Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən “gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.14-cü bəndinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:... 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Həmin normanın xx.xx.2017-ci ilə qədər olan redaksiyasında da bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələrin təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3%-i miqdarında əlavə olunmaqla hesablanması nəzərdə tutulmuşdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2.–ci maddəsinə əsasən, Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2020-ci il tarixli, 1802 nömrəli sərəncamının 1-ci bəndində göstərilmişdir: “1. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə tapşırılsın ki, 2020ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: 1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin; 1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifə üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda iə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə eyni zamanda inzibati məhkəmə icraatı zamanı müəyyən etmişdir ki, iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin üçüncü hissəsinə əsasən (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) pensiyaya çıxmışdır. Qeyd edilən Əsasnamənin 27-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər:gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş;gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş;gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki - 60 yaş. “Dövlət qulluğu haqqında” Qanunun 32-1.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamaqla pensiyaya çıxdığı üçün və ona dövlət qulluqçusu kimi pensiya təyin edilmədiyi üçün İddiaçı iddiası əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması hissəsində əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-194/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Ülvi Mayılov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1166/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1166/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver