Məhkəmə qərarları › İş №2-1(103)-1167/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1167/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1167/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkilləri X7 (Bakı şəhəri 18 saylı Vəkil Bürosu), Vəkil1 (Fərdi vəkil), Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 (“LCG” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Ermənistanın Vardenis rayonunun Məzrə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X5, Bakı şəhəri Cavabdeh Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi) “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 27.06.2018-ci il tarixdə cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyətinə və üçüncü şəxslər Bakı şəhəri Cavabdeh Başçısının Badamdar qəsəbə Nümayəndəliyinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə Cavabdeh Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 fevral 2017-ci il tarixdə X5 məhkəmədə ona qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair” iddia ilə müraciət edən zaman ona məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh Başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamına əsasən X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdır. 17 fevral 2002-ci il tarixdə isə Badamdar qəsəbə nümayəndəliyi tərəfindən həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bu cizgidə isə həmin torpaq sahəsinin 200 kv.metrinin mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. X1 adına sərəncam verilən vaxt Tofiq Səmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən (Köhnə Bağlar ərazisi) 20x10(200 kv.metr) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Cavabdeh Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə şəhid ailəsi kimi qardaşı X8 ayrılmışdır. O cümlədən sözügedən sərəncama əlavə olaraq sərəncamla eyni tarixdə qardaşı X8 ayrılmış həmin torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi özəlləşdirilmiş və özəlləşdirilərkən də torpağın koordinatları naturada müəyyən olunmuşdur. Belə olan halda onun qardaşının qanuni istifadəsində olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar X3 verilməsi qanunsuz olmuş və onun mülkiyyət hüquqlarının pozulması ilə mənafeyinə ciddi ziyan vurmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti həmin vaxt qardaşına məxsus olan və hazırda onun mülkiyyətində olan torpaq sahəsinin təkrar Aydın Ağasıyevə verilməsinə dair 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamının və Badamdar qəsəbə nümayəndəsinin 17 fevral 2002-ci il tarixli, 43 saylı cizgisinin verilməsi ilə onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3245/2018 saylı, 01 noyabr 2018ci il tarixli qərardadına (hakim-E.Məmmədov) əsasən iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərardadına (hakimlər-K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)- 3245/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan üçüncü şəxs X5 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1509/2019 saylı, 12.06.2019-cu il tarixli qərardadı ilə (hakim K.Bədəlov) üçüncü şəxs X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-374/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3534/2019 nömrəli qərarı ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Qərardan narazı alan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin olnması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-606/2020 saylı, 02.06.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Hüseyn, A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1737/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova,K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2-1(103)-606/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkilləri izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs Bakı şəhəri Cavabdeh Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 22.02.2018-ci il tarixli, 563 saylı arxiv çıxarışından görünür ki, Cavabdeh Başçısının 755 saylı, 09 mart 1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi fərdi ev tikmək üçün X3 ayrılmışdır. - Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002- ci il tarixli, 43 saylı yerləşmə cizgisindən görünür ki, Cavabdeh Başçısının 755 saylı, 09 mart 1995-ci il tarixli sərəncamına əsasən X3 ayrılmış 230 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsinin X6 adına dövlət reyestrində hüquqi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən arxiv qovluğunda aşkar olunan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunmuş işdə olan Cavabdeh Başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsinin X6 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi **********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 14.10.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 24 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahədə yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi **********15 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27.10.2017-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.10.2019-cu il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvanın dəyişdirilməsinə əsasolaraq, Cavabdeh Başçısının 28.07.1994-cü il tarixli, 2478 saylı sərəncamında şərti ünvan “Köhnə bağlar” ərazisi kimi göstərilən 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman təsdiq olunmuş yerləşmə cizgisindəki mövqeyinə uyğun olaraq ünvan 5 ünvanı təyin edilməsini göstərmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinə yeni ünvan verilsə də, həmin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları (torpaq sahəsinin yerləşmə vəziyyəti) dəyişməyib. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hazırkı iş üzrə üçüncü şəxslə iddiaçı arasında mülki mübahisəyə gəldikdə, həmin mübahisə üzrə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından da göründüyü kimi, mübahisə predmeti iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata dair çıxarış olmuşdur. Həmin çıxarışın ləğv edilməsi, etibarsız sayılması, yaxud məhkəmə qətnaməsində göstərildiyi kimi “etibarsız hesab edilməklə ləğv edilməsi” isə, iddiaçının bağışlama müqaviləsinə əsasən əldə etdiyi (bağışlayanın adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əsas döngə nöqtələrinin koordinatları üzrə) torpaq sahəsi üzərində hüquqlarına təsir etmir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən 1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. İş materiallarında olan Cavabdeh Başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsinin X6 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. Həmin sərəncama əlavə edilmiş plan-cizgidə isə vətəndaş X8 Badamdar qəsəbəsində 200 kv.m “Mövcud bağ” sahəsinin yerləşmə cizgisi qeyd edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamda “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsinin X8 fərdi evin tikintisi üçün verildiyi qeyd edilsə də, sərəncama əlavə edilmiş plan-cizgidə “Mövcud bağ” sahəsində 200 kv.m sahədən ibarət bağın yerləşmə cizgisi göstərilmişdir. Göründüyü kimi sərəncam və yerləşmə cizgisində bağ sahəsinin adlarında fərqlilik olmaqla yanaşı, sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı Salman Rzayevin adına 14.10.2017-ci ildə hüquqi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilk dəfə qeydiyyata alınarkən ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi idi. Lakin cəmi 13 gün sonra həmin torpaq sahəsi İddiaçı bağışlanmış və sonuncunun adına qeydiyyata alınarkən ünvanı ünvan 7 Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının müavini tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna verdiyi 24.04.2018-ci il tarixli cavab məktubundan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi “Köhnə Bağlar” ərazisinə aid deyildir. Eyni zamanda iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1129 №-li, 12 iyun 2018-ci il tarixli ekspert rəyinin surətindən (ekspert İlham Xudiyev) görünür ki, X8 ayrılmış torpaq sahəsinin sxeminin mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü, ilkin olaraq 14.10.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, köhnə bağlar ərazisinin , 27.10.2017-ci il tarixdə qeydiyyata alınmış ünvan 9 ünvan olmadığı qeyd edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 28.07.1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə X8 ayrılmış torpaq sahəsi ilə Cavabdeh 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X3 ayrılmış torpaq sahələrinin eyni torpaq sahələri olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır, iş materialları ilə sübut olunmur və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3534/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar