Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1168/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), x5 və x2 ibarət tərkibdə, İddiaçı vəkili x4, cavabdeh Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x12 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili Vəkil iştirakı ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin birdəfəlik ödənilməsi və əmək kitabçalarının qaytarılması öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2020 nömrəli iş üzrə 07 fevral 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.3, 1.5 və 1.6-cı bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı x3 08.1961-cı il tarixdən 02.1963-cü il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının x7 Komitəsinin ikinci katibi vəzifəsinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında aparatın rəhbərinin müavini, 02.1963-cü il tarixdən 12.1965-ci il tarixədək işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri və aparatın rəhbərinin müavini vəzifələrinə, 11.1960-cı il tarixdən 08.1961-ci il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 12.1965-ci il tarixdən 11.1970-ci il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri vəzifəsinin vəzifə maaşını əsas götürməklə iddiaçıya mərhum həyat yoldaşının dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla 01.01.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyanın “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında təyin edilməsi, pensiya məbləğinin 01.01.2006-cı il tarixdən hesablanması, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğindən iddiaçının 01.01.2006-cı il tarixdən yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi və əmək kitabçalarının iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3., 1.5 və 1.6-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı x3 1961-ci ilin avqust ayından 1963-cü ilin fevral ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının x7 Komitəsinin ikinci katibi vəzifəsinin x1 Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini, 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə, 1960-cı ilin noyabr tarixindən 1961-ci ilin avqust ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 1965-ci ilin dekabr ayından 1970-ci ilin noyabr ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri vəzifəsinin vəzifə maaşı əsas götürülməklə iddiaçıya mərhum həyat yoldaşı x3 dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi, yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi, iddiaçı və onun mərhum əri H.Məmmədova məxsus əmək kitabçılarının qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən dəyişdirilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.3-cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə, ailə başçısını itirməyə görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın bu hissəsində rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Həmin hissədə məhkəmə qərarı ləğv edilməli, “Əmək pensiyaları haqqında” Qanun 01.01.2006-cı il tarixdə qüvvəyə mindiyindən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası 01.01.2006-cı il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə qərarında əksini tapmış ailə başçısını itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi ifadəsi pensiyanın konkret olaraq hansı vaxtdan təyin edilməli olduğunu müəyyən etmir və “bu haqda müraciət etdiyi gündən” ifadəsi hüquqi cəhətdən düzgün, dəqiq ifadə deyil və gələcəkdə məhkəmə qərarının icrası ilə bağlı mübahisələrə zəmin yaradacaq. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqana müxtəlif illərdə bir neçə dəfə müraciət olunmuş, ilk müraciət isə 29.08.2016-cı il tarixdə olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının mərhum əri M.Məmmədov dövlət qulluqçusu statusuna malik olmadığından iddiaçının müraciətindən imtina edilməsi əsaslı və qanuni olmuşdur. Məhkəmə qərarı əmək kitabçalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində də əsassızdır. Belə ki, əmək kitabçalarının cavabdehdə olmasını təsdiqləyən sənəd yoxdur. Məhkəmə bu kitabçaların cavabdehdə olmasını necə müəyyən etmişdir? İşə apellyasiya qaydasında baxılarkən tərəflər öz apellyasiya şikayətlərinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayətlər qismən əsaslıdır. İlk olaraq, iddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, şikayətin iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının 01.01.2006-cı il tarixdən hesablanmalı olması dəlili əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir; 5.2. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır; 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır; 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Qanunvericiliyin sadalanan müddəaları mübahisəyə tətbiq olunarsa, iddia ərizəsində qeyd etdiyi kimi, yaşa görə əmək pensiyaçısı olan iddiaçının hazırkı tələbi əmək pensiyasının bir növündən digərinə keçidlə əlaqədardır ki, bu tələbə də “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsi tətbiq olunmaqla, ailə başçısını itirməyə görə əmək pensiyası bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılmalıdır. İddiaçının apellyasiya şikayətinin ailə başçısını itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsinin düzgün olmaması barədə dəlili də “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinin təsiri altına düşür və məhz bu anlamda əsassızdır. Lakin, iddiaçının apellyasiya şikayətində iddianın tam təmin olunması xahiş edildiyi üçün, birinci instansiya məhkəməsinin qərarı “... iddiaçının mərhum həyat yoldaşı x3 ... 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə ... uyğunlaşdırmaqla ... ailə başçısının itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi” hissədə dəyilərək, ““... iddiaçının mərhum həyat yoldaşı x3 ... 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbəri və aparat rəhbərinin müavini vəzifələrinə ... uyğunlaşdırmaqla ... ailə başçısının itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi” ilə əvəz edilməlidir. Belə ki, işdə olan 15.10.2019-cu il tarixli arayışla iddiaçının mərhum əri M.Məmmədovun 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində də işləməsi təsdiq olunur. Cavabdehin apellyasiya şikayətinə dair məhkəmə kollegiyası bildirir ki, şikayətin iddiaçının mərhum əri M.Məmmədovun dövlət qulluqçusu statusuna malik olmaması barədə dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3-cü bəndinə əsasən, Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Soveti sədri vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbəri vəzifəsinə, Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Soveti sədrinin müavini vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.5ci bəndinə görə, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında ikinci katib vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.6-cı bəndinə əsasən, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında birinci katib vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında ikinci katib vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmışdır ki, iddiaçının mərhum ərinin qeyd edilən vəzifələrdə vaxtilə işləməsi işin mübahisəsiz hallarıdır. Cavabdehin apellyasiya şikayətinin əmək kitabçalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılmasının qanunsuz olmasına dair dəlili isə əsaslıdır. Belə ki, əmək kitabçalarının cavabdehdə olması iş materialları ilə təsdiq olunmur, cavabdeh bu kitabçaların onda olmadığını bildirir, iddiaçı isə bu sənədlərin nə vaxtsa cavabdehə təqdim edilməsi yaxud onda olması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının mərhum ərinin dövlət qulluqçusu statusuna malik olmaması ilə əsaslandırılan Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina haqqında 02.10.2019-cu il tarixli **********6 nömrəli cavab məktubu qanuna uyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliklə qismən təsdiq olunur, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə iddiaçının mərhum ərinin işlədiyi vəzifələrin tam uyğunlaşdırılması və əmək kitabçalarının qaytarılması hissələrdə düzgün olmamışdır, həmin hissələrdə apellyasiya şikayətlərinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təsdiq olunur, dəlillər eyni hissələrdə qərarın dəyişdirilməsinə və qismən ləğv edilərək, ləğv olunan hissədə iddianın rədd edilməsinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı əmək kitabçalarının qaytarılması hissədə qismən ləğv edilərək, iddia həmin hissədə rədd edilməli, vəzifələrin uyğunlaşdırılması hissədə dəyişdirilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətləri qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2020 nömrəli iş üzrə 07 fevral 2020-ci il tarixli qərarı qismən - iddiaçı və onun mərhum əri H.Məmmədova məxsus əmək kitabçılarının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissədə - ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin və eyni hissədə iddia təmin olunmasın. Qərar dəyişdirilsin. Qərarın nəticə hissəsində “1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə” sözləri “1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbəri və aparat rəhbərinin müavini vəzifələrinə” sözləri ilə əvəz edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x12 Xüsusi şərtlərlə təyinat idarəsinin apellyasiya şikayətləri qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1168/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1168/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver