Məhkəmə qərarları › İş №2-1(103)-1169/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1169/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1169/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “sərəncamın ləğv edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosu 22.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 29.04.2019-cu il tarixli, **********8 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamla məcburi dövlət sosial sığorta haqqı olaraq artıq ödənilmiş 1420,93 manat pulun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Departamentinin bank hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun bank hesabına qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosunda 2019-cu ilin İ rübündə muzdlu işlə əlaqədar 3586 manat gəlir əldə edilmiş, həmin gəlirə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək haqqının 25%-i miqdarında 936 manat məcburi dövlət sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Qeyri-muzdlu işlə əlaqədar isə 28855 manat gəlir əldə edilmiş, həmin gəlirə görə 20%-i miqdarında 5174 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Məcburi dövlət sığorta haqları yanvar ayına görə 05.02.2019-cu il tarixdə 1731 manat, fevral ayına görə 05.03.2019-cu il tarixdə 2832 manat və mart ayına görə 03.04.2019-cu il tarixdə 1331 manat, 12.04.2019-cu il tarixdə isə 222 manat, cəmi 6116 manat olmaqla tam ödənilmişdir və borc qalmamışdır. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan 1420,93 manat məcburi dövlət sosial sığorta borcunu hesablamış və həmin borcun ödənilməsi barədə 29.04.2019-cu il tarixli, **********78 nömrəli sərəncam verərək iddiaçının hesabından silmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş İdarəsinə qarşı cavabdehin 29.04.2019-cu il tarixli, **********78 nömrəli (mətnə uyğun) sərəncamının ləğv edilməsi və həmin sərəncamla məcburi dövlət sosial sığorta haqqı olaraq artıq ödənilmiş 1420,93 manat pulun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Departamentinin bank hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun bank hesabına qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-3680/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-834/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva,V.Ağayev, A.Hüseyn) iddiaçının nümayəndəsi N.Bəşirov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2177/2020 saylı, 24.11.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov,K.Bədəlov,N.Rəsulbəyova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2- 1(103)-834/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. İşin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə, "xxxx" ASC-yə və onun Səbail filialına müvafiq sorğular ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün iş materiallarında olan 88 nömrəli, 04.12.2018-ci il tarixli ödəniş tapşırığına (04.12.2018-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Səbail filialının künc ştampı ilə təsdiq edilmişdir) əsasən qeyd olunmuşdur ki, ödəyən müştəri-Bakı şəhəri 17 saylı Vəkil Bürosu (VÖEN **********, hesab № AZ95İBAZ********************), alan müştəri-DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti (VÖEN **********0, hesab № AZ35CTRE********************) köçürülən məbləğ-2492 AZN, ödənişin təyinatı-məcburi dövlət sığorta haqqı. Qeyd olunanlara əlaqədar həqiqətən AZ95İBAZ******************** nömrəli hesabdan AZ35CTRE******************** nömrəli hesaba 2492 manat pul ödənilib-ödənilməməsi barədə məlumatın göndərilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 41-8537/2021 saylı, 07.07.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MM-nin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən isə "bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər". Buna müvafiq olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci bəndinə əsasən "bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir".Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə almağınızı xahiş edir və diqqətinizə çatdırırıq ki, bank sirri təşkil edən məlumatların verilməsi üçün Banka barəsində sorğu edilən şəxs tərəfindən adınıza verilmiş və bank orqanlarında təmsilçilik səlahiyyətlərini nəzərdə tutan Etibarnamənin və ya məhkəmə qərarının təqdim edilməsi zəruridir.” (direktor vəzifəsini müvəqqəti icra edən Ülkər Məmmədova) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli, MİHO 112-2-2021-302 №-li məktubda qeyd edilmişdir ki, “məktubda göstərilən vəsaitin DSMF-nin müvafiq hesabına daxil olması müəyyən edilməmişdir” (Agentliyin direktoru Elman Piriyev) İşin apellyasiya icraatı zamanı 04.10.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə 173 nömrəli, 01 oktyabr 2021-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, "xxxx" ASC-nin Səbail Filialına yazılmış sorğu ilə tələb etdikləri 1420, 93 manat pulun 1293,13 manatının səhvən Avto-Lyuks MMC-yə əmək haqqı kimi ödənildiyi, 04.04.2019-cu il tarixdə isə səhv aşkarlandığından həmin pulun Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına qaytarıldığı müəyyən edilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-3680/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təmin edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)-3680/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təmin edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 nömrəli qərarından iddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosu tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılsın və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar