Məhkəmə qərarları › İş №2-1(103)-1169/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1169/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1169/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdeh 9 saylı Şəhər Poliklinikasının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər 9 saylı Şəhər Poliklinikasına, Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X10rşı pulsuz müalicə hüququnun bərpa edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-10700/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 iyun – 01 iyul 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər 9 saylı Şəhər Poliklinikasına, Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə əməl edilməməsi və bugünə kimi onun sağlamlığına vurulan ziyanın aradan qaldırılması, təsərrüfat hesablı dövlət müəssisəsində əvəzinə ödənilməklə müalicəsinin təmin edilməsi, ona vurduqları mənəvi ziyana görə isə 40 000 manat ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu Bakı şəhər 9 saylı Şəhər Poliklinikasında tibbi müalicə almalıdır, lakin 9 saylı Şəhər Poliklinikası dəfələrlə, hələ icbari tibbi sığorta tətbiq edilməmişdən müraciətlərinə baxmayıb və onun müalicəsini təmin etməyib. Bu barədə, dəfələrlə TƏBİB yaranmamışdan əvvəl Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etmişdir. Bu günə kimi, şikayəti təmin edilməyib. Artıq səhhətində ağrılar şiddətlənib və gecələr ağrıdan yata bilmir. Ölkədə səhiyyə pulsuz olduğu şəraitdə onun pulsuz müalicə almaq hüququ təmin edilmir. Bu barədə, Ombudsman aparatına dəfələrlə müraciət etsə də, dolandırıcı cavablar alaraq, rədd edilmişdir. Son ümidi məhkəmədir ki, burada da, hüquqlarını bərpa edə bilməsə, ölkə vətəndaşlığından imtina üçün xarici ölkələrin səfirliklərinə müraciət edəcəkdir. Dəfələrlə 9 saylı Şəhər Poliklinikasının baş həkimi Lalə Hacızadəyə müraciət etsə də, daim kobudluq, hörmətsizlik, şər yaxma ilə üzləşmişdir. Buna sübut olaraq, Ombudsman aparatından daxıl olan məktubla əlaqədar şöbə müdiri Təranə xanım vasitəsi ilə ona zəng etdirib, poliklinikada təcili olmasını bildirib. Bütün işlərini yarımçıq qoyub gedib görüşmüşdür. Heç bir nəticə olmaması bir yana Ombudsman Aparatı 9 saylı Şəhər Poliklinikanın baş həkimi Lalə Hacızadəyə istinad edərək, yazır: "9 saylı Şəhər Poliklinikasının baş həkimi köməklik etmək istəsə də, qəbul zamanı kobudluq edib baş həkimi təhqir etmisiz", buna görə də, sizə tibbi yardım göstərilməyib”. Əlbəttə ki, o, orada baş həkimlə tək olmamışdır və orada onlardan başqa daha 2 həkim olub, belə hallar olsaydı azından onu çoxdan polisə şikayət etmişdilər. Əgər ki, etmədiyi hərəkətə görə onu şərləyib Ombudsmana belə cavab göndərirsə, edəcəyi hərəkətə görə onun daha ciddi cəzalanmasını tələb edərdi. Ümumiyyətlə Poliklinikada onların ailəsinə qarşı terror həyata keçirirlər. Onlara imkan vermirlər ki, dövlətin qanunla pulsuz səhiyyəsindən istifadə etsinlər. Ölkədə səhiyyə pulsuz olsa da, Poliklinikada UZİ-5 manat minimum, rentgen 5 manat minimum, pulsuz göndəriş yoxdur. Lalə Hacızadə hər bir xidməti öz nəzarətinə alıb. Onun icazəsi olmadan pulsuz xidmət almaq olmur. Sonuncu dəfə Lalə Hacızadənin xüsusi icazəsi ilə rentgendən pulsuz keçmişdir. İnsanlara xoş münasibət yoxdur, həkimlərə veriləsi pul olmadığından neçə insan həkimlər tərəfindən açıq təhqir edilir. Şəxsən onun dişinə plomb qoyduqdan sonra həkim 30 manat pul istəmişdir, həkimə aşağı tonda, səhiyyə xidmətlərinin dövlət müəssisəsində pulsuz olduğunu bildirmiş, lakin, həkim qışqırmağa başlamışdır. Pulu ödəməyə razılıq vermiş, amma bildirmişdir ki, çek təqdim edilsin. Bu hallarla razılaşmayıb, təhqir və nalayıq ifadələrə keçmişdir. Hansı ki, dövlət büdcəsindən maliyyələşmə sırasında səhiyyə xərcləri ilk sıralarda yer alır. Həkimlər əhalinin sağlamlığı ilə məşğul olmaq əvəzinə vaxtlarını kabinetlərdə söhbət etmək və pul verən vətəndaşa normal xidmət göstərməklə keçirirlər. Bu bir başa korrupsiya və diskriminasiya halıdır. Bütün bu neqativ hallarla əlaqədar dəfələrlə səhiyyə nazirliyinin qaynar xətti olan 9103 şikayət etsələr də, heç bir dəyişiklik olmayıb. Həkim-endokrinoloq İİ qrup şəkər xəstəsi olan anasının dərmanlarını verməkdən imtina edir, onu poliklinikadan qovur və poliklinikanı ata mülki bilir. Bu qədər qanunsuzluqlar fonunda həkim bacarıqsızlığı, işi bacarmamaq, insanlar üzərində öyrənmə metodu tətbiq edən diş həkimi aləti sındırıb kanalda qoyub və dişi kista verib. Poliklinikada lazımi avadanlıq yoxdur və onu digər tibb müəssisəsinə müalicə almağa göndəriş də vermirlər. Bu barədə dəfələrlə poliklinikanın diş həkiminə və baş həkimə müraciət etmişdir ki, ona göndəriş verilsin, lazımi yerdə dişinin müalicəsi ilə məşğul olsun, amma artıq üçüncü ildir ki, ona göndəriş vermirlər. Qarşı tərəf ölkədə İcbari Tibbi Sığortanın tətbiqini əsas gətirir və bu zərfə dişin müalicəsinin daxil olmadığını bildirir. X13 Sığortanın tətbiqi 2021-ci ilin aprel ayından bütün ölkə üzrə tətbiq edilməyə başlamışdır. O, isə 2018-ci ildən bu müəssisəyə müraciət edir. İddia tələbinin hüquqi əsası kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 34 və 58-ci maddələrinə istinad edilmişdir. Cavabdeh 9 saylı Şəhər Poliklinikası tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İlk növbədə iddiaçı tələbinin əsaslandırdığı hallara sübutu kimi heç bir sənəd və ya sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi halların heç bir hüquqi əsası yoxdur. O, yalnız özünün irəli sürdüyü fərziyələr əsasında ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Belə ki, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminat verir və bu təminatla bağlı hər bir hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır. Hər bir tibb işçisi öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunauyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmır və böhtan xarakteri daşıyır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentləri baxımından “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər-hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünün büruzə verə bilər. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsnini xahiş etmişlər. Cavabdeh “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının qeyd etdiyi tələbləri ilə razı deyillər və aşağıdakı əsaslara görə iddianın mümkünsüz olduğunu qeyd edirlər. İddia ərizəsində göstərilmiş hallar işin faktiki hallarını özündə əks etdirmir. İddiaçı dişinə plomb qoydurmaq üçün Poliklinikaya müraciət etdiyini, həkim laqeydliyinin nəticəsində diş alətinin sınaraq kanalda qaldığını və dişində şişin əmələ gəldiyini bildirmişdir. İşin faktiki halları isə tamamilə fərqlidir. Belə ki, İddiaçı Poliklinikaya dişində şiş yaranmış vəziyyətdə müraciət etmiş, stomatoloq Poliklinikada xüsusi avadanlıq olmadığından köməklik göstərə bilməyəcəyini bildirmişdir (həkimin izahatı qoşmaya əlavə edilmişdir). Digər tərəfdən, iddiaçı Poliklinikadan qovulduğunu, həkim-endokrinoloq tərəfindən şəkərli diabet xəstəsi olan anasına dərman verilməsindən imtina edildiyinə dair iddialar da, irəli sürmüşdür. Vəsatətə əlavə edilmiş sənədlərdən göründüyü kimi, hər ay iddiaçının anasına şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərman vasitələrinin verilməsi Poliklinika tərəfindən təmin edilmişdir. Yuxarıda qeyd olunanlar, iddiaçının irəli sürdüyü arqumentlərin bir daha həqiqətə uyğun olmadığını göstərir. İddiaçı iddia tələbini əsaslandırarkən, yalnız şəxsi mülahizələrdən çıxış etmiş, pulsuz tibbi yardım almaq hüququnun pozulduğunu iddia etmişdir. Nəzərə çatdırırlar ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Məlumdur ki, 2021-ci ilin aprel ayından bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi təmin olunmuşdur. Hər bir vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Vətəndaşlar ailə həkimini seçib tibb müəssisəsi üzrə qeydiyyata alındıqdan sonra icbari tibbi sığorta çərçivəsində xidmətlərdən faydalana bilərlər. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, səhhətdə yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət olunmalıdır. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və s. kimi 950 sayda cərrahi əməliyyat daxildir. Nəzərə çatdırılır ki, vətəndaşın xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər zərfində nəzərdə tutulduğu halda müvafiq tibbi xidmətdən icbari tibbi sığorta hesabına yararlana bilər. Bir sıra xidmətlər var ki, bunlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir. Beləliklə, stomotoloji xidmətlər Xidmətlər Zərfinə daxil olmadığından həmin xidmətlərlə bağlı yaranan xərclər icbari tibbi sığorta hesabına qarşılana bilməz. Hazırkı məsələ üzrə Poliklinika qanunvericiliyə uyğun olaraq göndəriş vermək səlahiyyətinə malik deyildir. Eyni zamanda, qeyd etməlidir ki, göndərişlərin verilməsinin qayda və şərtləri X5 25 dekabr 2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydası ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci bəndində təsbit edilmişdir ki, bu Qayda sığortaolunanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi’’ ilə əhatə olunan tibbi xidmətlərlə təmin edilməsi məqsədilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə göndərişlərin verilməsi qaydasını tənzimləyir. İddiaçının tələb etdiyi xidmət Xidmətlər Zərfinə daxil olmadığından Poliklinika tərəfindən hər-hansı müəssisəyə göndərişin verilməsi qanunun tələblərinə uyğun deyildir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehlərin laqeydliyi səbəbindən vəziyyətinin ağırlaşdığını, təsərrüfat hesablı tibb müəssisəsində müalicəsinin təmin edilməli və 40,000 AZN məbləğində pul vəsaitinin ona verilməli olduğunu xüsusilə qeyd etmiş, lakin ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Diqqətə çatdırmaq istəyirlər ki, bəhs olunan məsələ üzrə cavabdehlərin təqsiri üzündən dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu heç bir sənədlə təsdiq olunmur. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (386.1-ci maddə). Həmin Məcəllə ilə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışı və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsasları nəzərdə tutulur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Digər tərəfdən, iddia tələbinin “mənəvi ziyanla” bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən yol verilmiş hərəkətlərlə dəymiş ziyanın onda nə kimi mənəvi iztirablar yaratdığını və stress keçirməsi faktını təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından görünür ki, mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarından görünür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən normalardan görünür ki, zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Lakin iddiaçı ona 15,000 AZN məbləğində dəymiş maddi və mənəvi ziyanın vurulduğunu iddia etsə də, bunu təsdiqləyən hər hansı sübut təqdim edə bilməmiş, tələb olunan məbləğin cavabdehlər tərəfindən ödənilməli olduğunu əsaslandırmaq üçün sadəcə şəxsi mülahizələrə istinad etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, hal-hazırda N.Mehdiyevin cavabdehlərə qarşı sözügedən iddia tələbi ilə çıxış etməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçını TƏBİB-ə qarşı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. 20 dekabr 2018ci il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.6-cı maddəsinə istinadən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən X14 təsisçisinin səlahiyyətlərini (işçilərin əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, mənəvi ziyana görə maddi təzminatdan imtina edərək, kistanın damaq nahiyəsindən çıxarılması üçün yalnız pulsuz müalicə hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-10700/2021 nömrəli qərardadı ilə iddia tələbi digər cavabdehlər Bakı Baş Səhiyyə İdarəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)- 10700/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2022-ci il tarixli, 2- 1(103)-1169/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-10700/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, avqust ayında təqdim etdiyi şikayət ərizəsinə noyabr ayının 18-də ilkin baxış iclası olmuşdur. Bu şikayətlərə baxılma müddətinin pozulması deyilsə nədir? Bu barədə əlavə olaraq 4 dəfə müraciət edib səhhətindəki problemlə əlaqədar işə tez baxılmasını istəsə də heç bir halda ərizələrə belə hakim tərəfindən vaxtında cavab verilməyib. Ölkədə səhiyyə pulsuz olduğu və hər kəsin pulsuz səhiyyədən istifadə etmək hüququna malik olması ona şamil edilmir. O, bu ölkənin torpaqları, suverenliyi və ərazi bütövlüyü uğrunda həm İ həmdə İİ Qarabağ savaşına könüllü qoşulmuş, kəşfiyyatda xidmət etmiş, amma bu gün fundamental hüquqa malik deyildir. 9 saylı poliklinikanın baş həkimi YAP-a üzv olaraq poliklinikanı taladığı halda onun bu əməlləri cəzasiz qalır, hakimlər siravi vətəndaşın hakimiyyət orqanları qarşısında hüquqlarını təmin etmirlər. Ölkədə səhiyyə pulsuz olsa da, o, 2018-ci ildən dişini pulsuz müalicə etdirə bilmir, diş nahiyəsində çirk, irin, kista şiddətli həddə çatıb. Səhiyyə Nazirliyinə edilən müraciətləri nə üçün baxılması heç araşdırılmadı. TƏBİB-ə yönləndirilmiş müraciətlərə, TƏBİB 2021-ci ilin aprel ayından sığorta sisteminin tətbiqinı və sığorta zərfində dişin müalicəsinin olmamasını bildirir. Hakimə bildirilir ki, bütün müraciətlər 2021-ci ilin aprel ayından əvvəl baş verib. Hakim Səhiyyə Nazirliyinin nümayəndəsinin 3 məhkəmə prosesinə cəlb edə bilmir. Qeyd edir ki, bir qurum ləğv edildik və ya yenidən təşkil edildikdə yeni qurum bu sahədəki, səlahiyyət və öhdəlikləri özündə saxlayır. Bu halda TƏBİB bu sahədə səlahiyyətli olduğu üçün Səhiyyə Nazirliyinin borclarını deyil (TƏBİB-in yanaşması haqqında NK-nin qərarında Səhiyyə Nazirliyinin maliyyə borcları nəzərdə tutulur) əhalinin sağlamlığının təmin edilməsi işində borclu təşkilatdir. Məsələ məhz 2021-ci ilin aprel ayından əvvəl yəni 2018-ci ildən rəsmi müraciətlər, 9 saylı poliklinikaya gedib gəlməklə başlamışdır. Bu halda Səhiyyə Nazirliyi, Bakı Səhiyyə idarəsi və 9 saylı poliklinika öz vəzifə borclarını yerinə yetirməyiblər və buna görə vətəndaş qarşısında məsuliyyətlidirlər, hər biridə hüquqi orqandır. TƏBİB bu münasibətlərdə yeni yaradılmış orqan kimi əvvəldən müayinə və müalicəni həkim özbaşınalığı, rüşvət tələb etmə, bürokratik və cəmiyyətdə özünü apara bilməmə səbəbindən, bütün bu hallar Səhiyyə Nazirliyi, Bakı Səhiyyə İdarəsi və 9 saylı poliklinika əməkdaşları tərəfindən olmuşdur. Hətta 9 saylı poliklinikanın baş həkimi dəfələrlə onu təhqir edərək oradakı həkimləri onun üstünə şərləməyə göndərmişdir. Oradakı qadınlar polisə zəng edib onun onlara qarşı fiziki təzyiq göstərməyini desələr də sonda özləri etiraf etdilər ki, o, heç kimin tükünə belə toxunmamışdır və bu onun tərbiyəsinə, əxlaqına uyğun olmayan hərəkətdir. Mülki Prosessual Məcəllənin 385.1.2.maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh 9 saylı Şəhər Poliklinikasının nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçı tərəfindən İcbari Tibbi Sığorta üzrə X9 Heyətinin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı müraciətində bildirmişdir ki, 2019-cu ildən 9 saylı Şəhər Poliklinikasına dişin müalicəsi ilə əlaqədar müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Dəfələrlə TƏBİB-ə, TƏBİB-in sığorta departamentində Nərgiz xanım və Sevinc Quliyeva tərəfindən kobud münasibətlə qəbul olunmuşdur. Nərgiz xanım onu, Respublika Klinik Xəstəxanasına başdan rəddedici şifahi göstərişlə göndərmişdir. Orada isə müalicə mümkün olmadığı bildirilmişdir. 2019-cu ildən bugünə kimi o, yalnız bürokratik əngəllərlə üzləşir. “İstehslakçıların Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini rəhbər tutaraq, müalicə və müayinə məsələləri həll edilmədiyi üçün, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyana görə, ondan 500000 manat təzminat tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2-59/71-72 nömrəli, xx.xx.2021-ci il tarixli, 6-5/H-6109 nömrəli məktublardan görünür ki, İddiaçı müraciətləri baxılması üçün aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. İş materiallarında olan 9 saylı Şəhər Poliklinikası tərəfindən “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 ünvanlanmış 318 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli TƏBİB-in elektron poçtu ilə gələn sorğusuna cavab olaraq məlumat verilmişdir ki, İddiaçı poliklinikadan kənar başqa stomatoloqda müalicə zamanı kanalda qalmış alətin çıxarılması üçün poliklinikanın stomatoloqu X1 müraciət etmişdir. Poliklinikada alətin çıxarılması üçün avadanlıq olmadığından pasientin onu müalicə edən həkimə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı həkim-stomatoloq M.Yaradanquliyevlə razılaşmayaraq onun ixtisaslaşdırılmış stomatoloji klinikaya göndərilməsini tələb etmişdir. M.Yaradanquliyev stomatoloji problemləri olan pasientlərin digər klinikaların stomatoloqlarına göndəriş verməsinə ixtiyarı olmadığını bildirmişdir. Məlumat üçün bildirmişlər ki, xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər Zərfində nəzərdə tutumadığı halda vətəndaş müvafiq tibbi xidmətdən İcbari Tibbi Sığorta hesabına yararlana bilər. Stomatoloji xidmətlər Xidmətlər Zərfinə daxil olmadığıdan göndərişin verilməsi qanunauyğun deyildir. Vətəndaş İddiaçı onlara dəfələrlə bununla əlaqədar müraciət etmiş və onlar onu məlumatlandırmışlar. Eyni zamanda, İddiaçı anası X2 həkim-endokrinoloqun yazdığı reseptlər əsasında imtiyazlı aptek tərəfindən dərmanların çıxarışını təqdim edirlər. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış müraciətinə cavab olaraq verilmiş 2/20896-21 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, müayinə və müalicəsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciətlərinin nəticəsiz qalması, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətti”nin operatorları tərəfindən kobud rəftara məruz qalması haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayət ərizəsi ilə əlaqədar tərəflərindən həmin Nazirliyə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğular göndərilmiş, verilmiş cavabda bildirilmişdir ki, o, öz şəxsi həkim-stomatoloqu tərəfindən aparılan müalicə zamanı yaranmış texniki problemlərin aradan qaldırılması şikayəti və eyni zamanda optopedik restorvasiyanın yerinə yetirilməsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Qeyd edilən xidmətlərin poliklinika şəraitində həyata keçirilmədiyi ona izah edildiyi təqdirdə, İcbari Tibbi Sığorta hesabına özəl stomatoloji poliklinikalarından birinə göndəriş verilməsi tələbini irəli sürmüşdür. Bununla bağlı nəzərə çatdırılmışdır ki, 2021-ci ilin aprel ayından etibarən Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi göstəriş olan xidmətlərdən istifadə edə bilərlər. İddiaçı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış müraciətinə cavab olaraq verilmiş 2/20896-21 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, müayinə və müalicəsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciətlərinin nəticəsiz qalması, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətti”nin operatorları tərəfindən kobud rəftara məruz qalması haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayət ərizəsi ilə əlaqədar tərəflərindən həmin Nazirliyə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğular göndərilmiş, verilmiş cavabda bildirilmişdir ki, o, öz şəxsi həkim-stomatoloqu tərəfindən aparılan müalicə zamanı yaranmış texniki problemlərin aradan qaldırılması şikayəti və eyni zamanda optopedik restorvasiyanın yerinə yetirilməsi ilə bağlı 9 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Qeyd edilən xidmətlərin poliklinika şəraitində həyata keçirilmədiyi ona izah edildiyi təqdirdə, İcbari Tibbi Sığorta hesabına özəl stomatoloji poliklinikalarından birinə göndəriş verilməsi tələbini irəli sürmüşdür. Bununla bağlı nəzərə çatdırılmışdır ki, 2021-ci ilin aprel ayından etibarən Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi göstəriş olan xidmətlərdən istifadə edə bilərlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin müddəalarına əsasən Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi; sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi; dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi; ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi; icbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi; əhalinin xüsusi qrupları üçün tibbisosial yardım göstərilməsinə təminat verilməsi; dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi; ailənin, valideynlərin və uşaqların mühafizəsi; səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi; tibb müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Həmin Qanunun 34-cü maddəsində (ixtisaslaşdırılmış tibbi yardım) qeyd edilmişdir ki, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcbari Tibbi Sığorta üzrə X9 heyətinin 25 dekabr 2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq haızrlanmışdır və sığortaolunanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” (bundan sonra – xidmətlər zərfi) ilə əhatə olunan tibbi xidmətlərlə təmin edilməsi məqsədi ilə Cavabdeh3n (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibb xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin (bundan sonra – göndəriş vərəqəsi) verilməsi şərtlərini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 9 saylı Şəhər Poliklinikasından kənar başqa stomatoloqda müalicə zamanı diş kanalında qalmış alətin çıxarılması üçün 9 saylı Şəhər Poliklinikasının həkim-stomatoloqu X1 müraciət etmişdir. Poliklinikada alətin çıxarılması avadanlıq olmadığından İddiaçı onu müalicə edən həkimə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı həkim M.Yaradanquliyevlə razılaşmayaraq, onun ixtisaslaşdırılmış stomatoloji klinikaya göndərilməsini tələb etmişdir. M.Yaradanquliyev tərəfindən stomatoloji problemləri olan pasientlərin digər klinikaların stomatoloqlarına göndəriş verməsinə ixtiyarı olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən 9 saylı Şəhər Poliklinikasının rəhbərliyinə və aidiyyəti üzrə üst qurumlara müraciətlər edilmiş, iddiaçının müraciətləri cavablandırılaraq bildirilmişdir ki, xəstəlik və ona qoyulan diaqnoz Xidmətlər Zərfində nəzərdə tutulduğu halda vətəndaş müvafiq tibbi xidmətdən İcbari Tibbi Sığorta hesabına yararlana bilər. Stomatoloji xidmətlər Xidmətlər zərfinə daxil olmadığından göndərişin verilməsi qanunauyğun deyildir. Bundan sonra iddiaçı tərəfindən hazırki tələblə məhkəmə müraciət edərək, kistanın damaq nahiyəsindən çıxarılması üçün pulsuz müalicə hüququnun bərpa edilməsi barədə tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi-sosial yardımla təmin olunma hüquqları olan şəxslərin dairəsi göstərilmiş, lakin, məhkəmə araşdırması zamanı iddiaçının sözügedən şəxslər dairəsinə aid olması öz təsdiqini tapmamışdır. Məhkəmə eləcə də, qeyd etmişdir ki, iddiaçının tələb etdiyi stomatoloji xidmət (kistanın damaq nahiyəsindən çıxarılması) tibbi-sosial yardımla təmin olunan müayinə və müalicə, həmçinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” ilə əhatə olunan Xidmətlər Zərfinə daxil olan xidmət olmadığından iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 17, 17-1, 18, 19, 20, 21, 22, 22-1 və 23-cü maddələrində dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi-sosial yardımla təmin olunma hüquqları olan şəxslərin dairəsi göstərilmişdir. İddiaçının tələb etdiyi stomatoloji xidmət tibbi-sosial yardımla təmin olunan müayinə və müalicə, həmçinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” ilə əhatə olunan Xidmətlər Zərfinə daxil olan xidmətlərin əhatə dairəsində nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarında olan 9 saylı Şəhər Poliklinikasının həkimi, stomatoloq Mahmud Yaradanquliev tərəfindən 9 saylı Şəhər Poliklinikasının baş həkimi L.Hacızdəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xəstə İddiaçı ona müraciət edərək bildirmişdir ki, o, dişini başqa Poliklinikada müalicə edərkən həkim aləti sındırıb dişinin kanalında qoymuşdu, onu çıxartmaq lazımdır. Kanalda qalmış aləti çıxartmaq üçün onda tibbi avadanlıq yoxdur. Məsləhət görmüşdür ki, həmin dişi müalicə edən həkimə müraciət etsin. Onun onu başqa Poliklinikaya, stomatoloqa göndərməyə, yəni, göndəriş verməyə ixtiyarı yoxdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-10700/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar