Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1169/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X17 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil,üçüncü şəxslərin iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X6, X8 və X23) “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına dair ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı 1980-ci ildən mübahisəli Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 75.99 kv.metr yaşayış sahəsi olan 31 saylı mənzilində yaşayır. O, 1997-ci ildə vəfat etmiş əri X11 ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin gəlib orada yaşamağa başlamışdır. Gəldiyi gündən onların ailə mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarında yaşayıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3091/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və oğlu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16,69 kv.mdən ibarət 5 və 6 saylı otaqlarına köçürülmüşlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə ərizə göndərərək cavabdehdən həmin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16,69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Lakin məktubun cavabdehə xx.xx.2020-ci il tarixdə çatmasına baxmayaraq indiyədək onu cavablandırmamışdır. Mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı 2000-ci ildə vəfat etmiş qaynatası X7 olmuşdur. Mənzildə yaşayan maraqlı şəxslərlə aralarında daim mübahisə olduğundan razılığa gəlib mənzili indiyədək özəlləşdirə bilməmişlər. Onlarla aralarında kommunal ödənişlərinin aparılmasında daim mübahisələr baş verir. Hər dəfə işıq, su, qaz və digər kommunal xidmətlərə görə ödənişlərin verilməsi vaxtı gələrkən heç cür razılığa gələ bilmirlər. Bu xidmətlərə görə daim borc olduğundan, hətta yaşayış yerindən arayış almaq mümkün olmur. Həmin səbəbdən də iddiaçı mübahisəli mənzilin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlara dair onunla ayrıca icarə müqaviləsinin bağlanmasını istəyir. Onunla qeydiyyatda olan oğlu və qızı buna razıdırlar. İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.mdən ibarət 5 və 6 saylı otaqların icarədarı hesab edilməyi, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onunla ayrıca icarə müqaviləsinin bağlanmasını istəyir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı Z-34-091 saylı, xx.xx.2020-ci il tarixli ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarının şəxsi hesab vərəqələrinin ayrılmasını və həmin otaqlara dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasında müvafiq köməklik göstərilməsini xahiş etmiş, araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Şıxnısibovna və X12 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına yalnız köçürülməsi haqqında qətnaməsi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “…Məhkəmə işi tam və hərtərəfli araşdırmamış, işin faktiki və hüquqi hallarını düzgün müəyyənləşdirməmiş, maddi hüquq normalarının tətbiq edilməsində ciddi səhvlərə yol vermişdir. İddiaçı 1980-ci ildən mübahisəli Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 75.99 kv.m yaşayış sahəsi olan 31 saylı mənzilində yaşayır. O, 1997-ci ildə vəfat etmiş əri X11 ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin gəlib orada yaşamağa başlamışdır. Gəldiyi gündən onların ailəsi mənzilin 16.69 kv.mdən ibarət 5 və 6 saylı otaqlarında yaşayıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-3091/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və oğlu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16,69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmüşlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-986/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə ərizə göndərərək cavabdehdən həmin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 salı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına dair onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmiş, cavabdehə xx.xx.2020-ci il tarixdə çatmasına baxmayaraq cavablandırmamışdır. Mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və icarədarı 2000-ci ildə vəfat etmiş qaynatası X7 olmuşdur. Mənzildə yaşayan maraqlı şəxslərlə aralarında daim mübahisə olduğundan razılığa gəlib mənzili indiyədək özəlləşdirə bilməmişlər. İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqların icarədarı hesab edilməyi, həmin otaqlara dair şəxsi hesabın ayrılması və onunla ayrıca icarə müqaviləsinin bağlanmasını istəyir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən mübahisəli mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydası ilə bağlı razılıqlarının olmaması hazırkı halda iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsini istisna etdiyindən iddia tələbi təmin edilə biməz.Lakin məhkəmə öz qərarında məhkəmənin bu həll qaydası yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması ilə mümkündür olduğu qənaəti hər hansı maddi norma ilə əsaslandırmayıb. Məhkəmə öz qərarında iddiaçının mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi qət edilsə də bu hal iddiaçı və üçüncü şəxslərin mənzildən istifadə qaydalarının artıq məhkəmə qaydasında müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir kimi fikirləri haradan götürdüyünü və səbəbini qeyd etməyib. Hesab edir ki, iddiaçının və onun oğlunun mübahisəli mənzilin 5 və 6 saylı otaqlarına köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi varsa, əlavə əlaraq həmin otaqlara dair istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək zərurəti yoxdur. Məhkəmənin heç bir hüquqi əsas olmadan bu qənaətə gəlməsi iddiaçının süründürməçiliyə məruz qoymaqdan başqa bir şey deyil, iddiaçının mübahisəli mənzildən istifadə hüququ və onun konkret otaqlara köçürülməsi barədə məhkəmə qətnaməsi olduğu halda, onu əlavə olaraq istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qoymaq, qanuni qüvvəyə minmiş qətnamə ilə aydınlıq gətirilmiş münasibətlərə yenidən baxılsının tələb edilməsi kimi, vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ, 71-ci maddəsinin İ və İİ bəndləri ilə ona verilmiş hüquqularının kobud şəkildə pozulması olaraq qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: «hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Odur ki, iddia ərizəsində qeyd edilmiş hüquqi əsaslara görə hesab edirəm ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ş.Zəkiyeva və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişlər ki, Xətai rayon Məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilin 5-ci və 6-cı otaqlarına köçürülmüşlər. Hesab edirlər ki, artıq mənzildən istifadə qaydasının müəyyən edilməsinə yeni bir zərurət yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər İ.Zəkiyeva və M.Zəkiyeva, iddiaçının tələbi ilə razılaşmayaraq bildirmişlər ki, mənzil 5 otaqdan ibarətdir, 3 otaq onlarındır. İddiaçıya heç bir maneçilikləri yoxdur, köçürüblər qoy gəlib yaşasınlar, amma iddiaçının hazırkı tələbi ilə razı deyillər. Məhkəmə iclası barədə məlumat verilmiş cavabdeh Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına dair ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 06 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsindəki 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın qəbul edilməsi barədə ərizəsinə (müraciətinə) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən baxılması üçün 2 (iki) aylıq müddət təyin edilərək cavabdehə müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi həvalə olunmuş, həmin qərardadın icrası ilə əlaqədar cavabdeh məhkməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 948 nömrəli məktubunda aşağıdakıları bildirilmişdir: - «İddiaçı xx.xx.2020-ci il tarixli, Z-34-91 nömrəli məktubla rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadıqları Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 nömrəli evin, 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarının şəxsi hesab vərəqələrinin ayrılmasını və həmin otaqlara ayrıca sosial kirayə müqaviləsi bağlanmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və X12 Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 52 nömrəli evin, 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına yalnız köçürülməsi haqqında qətnaməsi təmin edilmişdir. Bildirilir ki, 11.11 2020-ci il tarixli, Z-34-091 nömrəli məktubla vətəndaş İddiaçı nəzərinə çatdırılmışdır ki, mövcüd qanunvericiliyin tələbləri nəzərə alınaraq xahişini təmin etmək imkanımız xaricindədir, nəzərinizə çatdırırıq ki, rayon İcra Hakimiyyəti olaraq sözügedən Dövlət Mənzil fondunun yaşayış sahəsinin otaqları ayrıca yaşayış vahidi olmadığına, həmin yaşayış sahəsinə iki və sair ailələrlə ayrıca kirayə müqaviləsinin bağlanması hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Mənzil Məcəlləsinin 52-ci maddəsinə aiddir.” Məhkəmə iddianın rədd olunması qənaətinə gələrkən isə qeyd etmişdir ki, mübahisəli mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydası ilə bağlı razılıqlarının olmaması hazırkı halda iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsini istisna etdiyindən iddia tələbi təmin edilə biməz. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 179466 nömrəli orderi əsasında Bakı şəhəri, Xətai rayonu, G.Şıxliniski küçəsi, 52 saylı evin 31 saylı 05 otaqlı mənzili X1 adına onunla birlikdə yaşayan 06 nəfər ailə üzvü ilə birlikdə (Zəkiyeva Pərixan, X10, X11, X6, X9, X25) yaşamaq üçün verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubunda bildirmişdir ki, G.Şıxlinski, ev 52, mənzil 31-də: -faktiki yaşayanlar və qeydiyyatda olanlar:
1. X13 q1963,
2. X19 q-1959. - Qeydiyyatda olan və yaşamayanlar:
1. İddiaçı Şıxnasib q-1957-2019-cu il tarixdən yaşamır,
2. X22 1988-2019-cu il tarixdən yaşamır,
3. X23-2017-ci ildən Rusiya Federasiyasında təhsilini davam edir, yaşamır,
4. X27 q - 2004-cü il tarixdən ailə qurub, yaşamır. Göstərilən mənzil mərhum X2 (2000-ci ildə vəfat edib) adına olub, mənzil bu günə gədər sərəncam ilə heç kimin adına keçməmişdir. Kirayə müqaviləsi bu günə qədər mərhum Q.S.Zəkiyevin adınadır…» Həmin məktubla göndərilmiş 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 1113 nömrəli şəxsi hesab vərəqəsinə əsasən G.Şıxlinski küçəsi, ev 52, mənzil 31, 5 nömrəli otağın sahibi X4r (1991 (ölüb)). Yaşayanlar: X6 - qızı 1963, X8 - qızı 1959, İddiaçı Şıxnəsib - gəlini 1957, X23 - nəvəsi 2000, X22 - nəvəsi 1988, X20 - nəvəsi 1981. Eyni zamanda, işdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3091/2020 nömrəli, 13 avqust 2020- ci il tarixli qətnaməsi ilə ilkin iddiaçıların iddia tələbi qismən təmin edilərək -İddiaçı və X12 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 52 saylı evin 31 saylı mənzilinin 16.69 kv.m-dən ibarət 5 və 6 saylı otaqlarına köçürülmələri, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqllı iddiaçılar X6 və X5 cavabdehlər İddiaçı və X18 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və X3 həmin mənzilin icarədarı hesab edilməsi barədə qarşılıqlı iddia tələbləri isə rədd edilmişdir (Həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır). Konkret halda, hazırkı işin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı mənzilin 16.69 kv.m-dən ibarət olan 5 və 6 saylı otaqlarına dair ayrıca kirayə müqaviləsinin bağlanması haqqında sərəncam qəbul edilməsini tələb edir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (xx.xx.2009-cu il tarixinədək) qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsi isə nəzərdə tutur ki, “dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz.” Məcəllənin 52-ci maddəsinin 1-ci hissəsinin qeyd olunan tələbindən göründüyü kimi, kirayə müqaviləsinin 2 predmeti ola bilər: 1) ayrıca mənzil və ya; 2) bir neçə otaqdan ibarət digər yaşayış sahəsi (məs., yataqxana tipli binalarda otaqlar və ) İddia olunan kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələb olunan ayrıca yaşayış sahəsi - Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 52 saylı evin 31 saylı mənzildir. Konkret halda, iddiaçı, kirayə müqaviləsinin predmetini təşkil edə bilən mənzilə deyil, həmin mənzilin 5 və 6 saylı otaqlarına kirayə müqaviləsinin bağlanmasını tələb edir. Halbuki, həmin otaqlardan istifadə etmək - ümumi istifadədə olan mətbəx və sanitariya qovşağı olmadan, habelə, təbii qaz və elektrik enerjisi təchiatı ilə təmin edilmədən mümkünsüzdür. Qeyd edilən, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Mənzildə yaşayan şəxslərin isə öz aralarında yaşayış sahəsindən istifadə qaydası razılaşdırılmamışdır. Ən azından, mənzilin 3 otağından istifadə edən üçüncü şəxslərin qeyd edilən izahatından göründüyü kimi, onlar iddiaçının adına mənzilin qeyd olunan 5və 6-cı otaqlarına ayrıca dair kirayə müqaviləsi bağlanması ilə razı deyillər. Beləliklə də, iddiaçı tərəfindən mənzilin mübahisələndirilən otaqlarına onunla ayrıca kirayə müqaviləsinin bağlanması barədə cavabdeh tərəfindən sərəncam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinadən, belə sərəncamın qəbul edilməsi imkan xaricində olduğunu bildirən dəlilləri əsasılıdır. Odur ki, bu halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla, iddianın rədd olunması barədə, işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılmadığını, işin faktiki və hüquqi hallarını düzgün müəyyənləşdirilmədiyini, maddi hüquq normalarının tətbiq edilməsində ciddi səhvlərə yol verdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-880/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.