Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1169/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 5, 168 saylı mənzil üzərində iddiaçının hüquqlarıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 5, 168 saylı mənzil üzərində iddiaçının hüquqlarıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Əlivsət Səidovun adına Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) xx.xx.1986-cı il tarixli, 54/1 saylı qərarı ilə 256129 saylı order verilmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Atası və anası rəhmətə getmişdir. İddiaçı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı adına ünvan 5, 168 saylı mənzilin mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin verilməsi XDS İKnin qərarı əsasında həyata keçirilirdi. Lakin aparılmış inzibati icraat zamanı orderin verilməsinə əsas olan qərar arxivdə aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 5-11/2-946/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil-təslim aktına əsasən Azərbaycan RespublikasıDövlət Arxivinin Bakı şəhər filialına təhvil verildiyindən qeyd edilən order və qərar ilə bağlı məlumat Xətai Rayon İcra Hakimiyyətində aşkar olunmadığı, Azərbaycan RespublikasıBakı şəhəri SuraxanıRayon İcra Hakimiyyətinin 5-20/2-1380/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan orderin Suraxanı Rayon XDS-nə təhvil verilmədiyindən sorğunun cavablandırılması imkan xaricində olduğu bildirilmişdir. Bu hal iddiaçı tərəfindən əlavə olunmuş Azərbaycan RespublikasıDövlət Arxivinin Bakı filialının BA-07600-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubunda da subut olunmuşdur. Belə ki, məktubda Şaumyan (Xətai) rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1981-ci il tarixli, 54/1 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi iddiaçıya mənzilin verilməsinin qanuni əsasları müəyyən edilmir. Məhkəmə tərəfindən orderin verilməsinə əsas olan qərarın mövcud olub-olmaması araşdırılmamış və təqdim edilmiş orderin mötəbərliliyini sübut edəcək dəlillər toplamamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdır – X3 (xx.xx.1981ci il təvəllüd). İddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4048/49 ev 1, 168 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun çıxarışın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı 23 noyabr 2022-ci il tarixli, BA-07600-2022 saylı məktubuna əsasən bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nnin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1981-ci il tarixli, 54/1a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.2022-ci il tarixli, **********640 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X7 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. xx.xx.2023-cü il tarixli, **********917 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X1 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********048 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən , X5, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********672 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, X3, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********642 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən X8 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli, **********641 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən X9, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 168 saylı mənzilin xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə və adına yeni çıxarış alınmasına etiraz etmir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı filialının BA-07600-2022 saylı, 23.11,2022-ci il tarixli əktubu ilə Şaumyan (Xətai) rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1981-ci il tarixli, 54/1 nömrəli qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048/49, 1 saylı evin, 168 iyli mənzilinə verilmiş orderlə bağlı Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğulara cavab olaraq, Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 5-11/2-946/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər təhvil- təslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər filialına təhvil verildiyindən qeyd edilən order və qərar ilə bağlı məlumat Xətai Rayon İcra Hakimiyyətində aşkar olunmadığı, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 5-20/2-1380/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan orderin Suraxanı rayon XDS-nə təhvil verilmədiydən sorğunun cavablandırılması imkan xaricində olduğu bildirilmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununa əsasən: - 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2. bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 6 . Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; - 8. “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” - 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. İş materiallarında olan Bakı şəhər X4 İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və paylanması idarəsinin 215119 nömrəli, 19 sentyabr 1986-cı il tarixli orderindən görünür ki, iddiaçının atası Əlivsət Səidovun adına Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) xx.xx.1986-cı il tarixli, 54/1 saylı qərarı ilə 256129 saylı order verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və paylanması idarəsinin 215119 nömrəli, 19 sentyabr 1986-cı il tarixli order iddiaçının atasının (hazırda iddiaçının) həmin mənzilə 1986-cı ildən etibarən istifadə hüququnun yarandığını da təsdiq edir. Cavabdehin apellyasiya şikayətindən məlum olur ki, cavabdeh sözügedən orderin mötəbərliyini şübhə altına alır və bunu onunla əsaslandırır ki, inzibati icraat zamanı orderin verilməsinə əsas olan qərar arxivdə aşkar edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmayaraq bildirir ki, orderin verilməsinə əsas olan qərarın aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil olan məsələ deyildir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən orderin əslinin mötəbərliyini şübhə altına alacaq nə cavabdeh tərəfindən sübut təqdim edilmiş, nə də məhkəmə araşdırmaları zamanı belə hal öz təsdiqini tapmışdır. Eyni zamanda Kollegiya tərəfindən iş materiallarında olan 256129 nömrəli orderin mötəbərliyinin tam aydın olması baxımından həmin orderin üzərində olan möhrün hansı orqana məxsus olmasının aydırnlaşdırılması məqəsədi ilə 2-1(103)-1169/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad ilə ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 5/411 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 22 sentyabr 1986-cı il tarixli (texniki səhv olaraq rəydə 1981 qeyd edilmişdir), 256129 nömrəli orderin ön və arxa hissəsində olan möhür əkslərinin üzərlərində “ Азəрбаjчан ССР Бакы щəнəри шаумjан раjону xалг депутатлары Советинин Ичракому Азeрб. ССР Исполком Шаумянского райсовета народныx депутатов Гор.Баку* Mənzil sahəsinin uçotu və bölüşdürülməsi şöbəsi* Отдел учота и распределиния жилплощади» məzmunlu mətn vardır. Göründüyü kimi, iddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi və məhkəmənin iddia tələbinin təmin edilməsinə əsas olaraq götürdüyü sözügedən orderin möhürünün üzərində kril və rus əlifbası ilə yazılmış sözlər ekspert tərəfindən tam olaraq qeyd edilmiş və orderin həqiqiliyi ilə bağlı Kollegiya tərəfindən hər hansı şübhə müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi yuxarda qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi nəticəsində haqlı olaraq iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1169/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1169/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver