Məhkəmə qərarları › İş №2-1(103)-1169/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1169/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1169/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv olunması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 05 may 2023-cü il tarixli qərarından görünür ki, 2023-cü ilin fevral ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 94.272,02 manat əlavə vergi hesablanmışdır. Əsas: tərəfinizdən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin İ nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığı 471.868,79 manat təşkil etmiş, xx.xx.2022xx.xx.2023-cü il tarixlərə qədər elektik qaimə-fakturalar üzrə 1.559.318,0 manat, yükgömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 1.833.451,0 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 836.186,48 manat məbləğində sənədli mal qalığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks olunmuş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və kassa üzrə satış dövriyyə məbləği 2.958.985,55 manat təşkil etdiyindən, 2023-cü ilin fevral ayı üzrə 5233733,46 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

2. İnzibati şikayətin qismən təmin edilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2022-ci il tarixə olan sahibliyində qalan mal qalığı məlumatı, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə 42640,17 manat vergi məbləğinin çox hesablanmasının müəyyən edildiyini, habelə Cəmiyyətin xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti zamanı müəyyən edilən miqdarla ifadədə 713,64 ton mal qalığı məlumatının əsaslı olduğunu, lakin dəyərlə ifadədə 836186.48 manat əvəzinə 919282,62 manat olduğunu iddia etməsinə baxmayaraq iddasının təmin edilməsinə əsasların müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən araşdırmaya təqdim edilmiş məlumatlar əsasında aparılan araşdırma zamanı tələb olunan məlumatların xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etməklə təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan məlumatların təqdim edildiyi üçün xx.xx.2023-cü il tarixə qalıqda qalan malların dəyərlə ifadədə məbləğinin dəqiqləşdirməyin mümkün olmadığını, malların alınması, təqdim edilməsi, qalıq məlumatları çeşidlər üzrə (elektron qaimə fakturalar bəyan edilməklə) təqdim edilmədiyi üçün qiymətlərin çeşidlər üzrə müəyyən edilməsi mümkün olmadığını, operativ vergi nəzarəti üzrə hərəkətlərin icrasından əvvəl Cəmiyyətə qalıqda qalan malların qiymətləri və digər məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********5621 nömrəli bildiriş göndərilməsinə baxmayaraq tələb olunan məlumatlar təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********337600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı verginin 42640,17 hesablanması hissəsində ləğv edilməli, 51811,85 manat hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisi bəyannamələrində bəyan edilmiş dövriyyə, gəlir və xərc məbləğlərinin, debitorkreditor borclarının düzgün olub-olmadığının, bank hesablarında aparılan əməliyyatların, habelə təqdim edilmiş malların dəyərinin (qiymətinin) müəyyən edilməsi məqsədi ilə ekspert rəyinin alınmalı olduğunu, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində sənədlərlə yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə- təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsi təmin edilməlidir.

3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********924600 nömrəli qərarı ilə 2023-cü ilin fevral ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 38.414,92 manat əlavə vergi hesablanmışdır. Əsas: **********665900 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin qismən azaldılması təmin edilir.

4. İnzibati icraat zamanı iddiaçı tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, iddiaçının 2023-cü il üzrə gəliri elektron qaimə-faktura ilə gəliri 1.512.409,05 manat, 561.000 manat "xxxx" MMC-dən e-qaimə əsasında alınmış “Hibrid” avtomobillərin satışından, 156.779,66 manat isə əsas vəsaitlərin satışından formalaşmışdır. Bütünlüklə 2023-cü il üzrə cəmi gəlir 2.230.188,71 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdeh tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli **********337600 saylı və xx.xx.2023-cü il tarixli **********924600 saylı qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdehin 01 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə inzibati aktın mübahisələndirilməsi üçün prosessual müddət bərpa edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC -də 2017-ci ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2023-cü ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Operativ vergi nəzarəti yoxlamasından sonra müəssisə barəsində kameral qaydada xx.xx.2023-cü il tarixdə № **********337600 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərar tərtib edilmiş, bu qərar əsasında müəssisəyə 94.272,02 (doxsan dörd min iki yüz yetmiş iki manat, 02 q.) AZN fevral 2023-cü il tarixə əlavə dəyər vergisi məbləği hesablanmışdır, müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları düzgün müəyyən edilmədiyindən müəssisəyə kameral ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. İddiaçı MMC-də aparılan göstərilən kameral vergi yoxlaması qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin qərar barədə vergi orqanına müraciətlər edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən №**********665900 saylı inzibati şikayətin qismən təmin edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarla İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********337600 nömrəli qərarı verginin 42640,17 AZN hesablanması hissəsində ləğv edilmiş və 51811,85 AZN hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına vermiş şikayət də təmin edilməmiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli № 98 saylı qərarı ilə İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergilərin hesablanmasının əsası kimi müəssisədə keçirilmiş yuxarıda qeyd olunan operativ vergi yoxlaması zamanı müəssisənin 15% ticarət əlavəsi ilə işləyərək satış etməsi əsas götürülmüşdür. Müəssisədə bütün satışlar yalnız elektron qaimə tətbiq etməklə, ödənişlər isə nəğdsiz köçürmə vasitəsi ilə həyata keçirilib. Şirkət tərəfindən idxal edilmiş və yerli bazardan alınmış mallar rəsmi olaraq elektron qaimə faktura ilə satılır. Kameral qərarda göstərildiyi kimi müəssisə 15% ticarət əlavəsi ilə satışlar həyata keçirirsə belə çıxır ki, elektron qaimə fakturalar düzgün tərtib edilməmiş güya ki, aşağı qiymət ilə satılmışdır. Bu isə təbii ki, heç bir halda mümkün ola bilməz, çünki müəssisənin alışı və satışı gömrük və vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq ciddi mühasibat sənədləri vasitəsi ilə həyata keçirilmişdir. Eyni zamanda müəssisə tərəfindən xx.xx.2017-xx.xx.2023 dövrü üzrə mal hərəkəti cədvəlləşdirilərək göstərilən dövrdə yük gömrük bəyannaməsi və elektron qaimə üzrə daxil olan armatur və katankaların çeşidlərinə uyğun olaraq tonnajları, eyni zamanda elektron qaimə üzrə satılmış həmin malların sayı və mal qalıqları əks edilməklə vergi orqanına təqdim edilmişdir. Qeyd olunan malların hərəkətindən görünür ki, malların idxalı, alışı, satışı və mal qalığında heç bir kənarlaşma yoxdur. Kənarlaşma olsa idi təbii ki, bu anbarda mal qalığında öz əksini tapacaq idi. Son iki ildə fəaliyyət göstərilən Dərnəgül qəsəbəsində yerləşən ünvanda vergi nəzarəti postları qurulmuşdur. İddiaçı tərəfindən malların anbara gətirilməsi, anbardan çıxarılması, müştəriyə çatdırılması vergi müşahidəsi ilə həyata keçirilmişdir və heç bir vaxt qanunvericiliyin pozulması faktı müəyyən edilməmişdir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı operativ vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ticarət əlavəsinin müəyyən edilməsi üçün ƏDV tətbiq edilmədən malın pərakəndə satış qiyməti, mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti, malgöndərənə ödənilən alış qiyməti kəmiyyət olaraq müəyyən edilməlidir. Vergi orqanı tərəfindən satış qiyməti müəyyən edilmədiyi halda, qanunvericiliyə uyğun olaraq bazar qiyməti tətbiq etməlidir. Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir. Belə ki, həmin maddənin müddəalarına əsasən: bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir; - bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir. Göründüyü kimi vergi orqanının qanunvericiliklə müəyyən edilmiş kifayət qədər hüquqları mövcüd olduğu halda, heç bir hüquqi əsası olmadan 15 % ticarət əlavəsi tətbiq etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığının 471868,79 manat olduğu, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 1559318,0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 1833451,0 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 836186,48 manat məbləğində sənədli mal qalığının, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 2958985,55 manat təşkil etdiyi üçün 2023-cü ilin fevral ayı üzrə 523733,46 manat malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqaisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********852900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin fevral ayı üzrə 94272,02 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********337600 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinə ünvanlanmış şikayətinə baxılaraq inzibati şikayətin baxılmasının nəticəsi üzrə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********665900 saylı qərar qəbul olunmuşdur. Həmin qərara əsasən DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü il fevral ayı ƏDV bəyannaməsi üzrə hesablanmış 94272,02 manat ƏDV məbləğindən 42640,17 manat vergi məbləği azadılaraq (51631,85 manat qüvvədə saxlanılmışdır) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********924600 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı ilə fərdi sahibkarın sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında “ANBAR” adlı, ünvan 2 adlı təsərüfat subyektlərində (obyektlərində) “Malların Vergi Məcəlləsinin 58.8ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində alış qiyməti ilə 836 186,48 manat dəyərində mal qalığının olması, elektron qaimə faktura təqdim edilməli olduğu halda 203673.23 manat dəyərində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı, invoys olmadan alınması müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərarı ilə Cəmiyyətə 20367.32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkarın səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 10-20 % ticarət əlavəsi ilə satıldığını qeyd etmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2017-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2022-ci il tarixə olan 471868,79 manat mal qalığı məlumatı, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların 1559318,0 manat dəyəri, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 1833451,0 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən 836186,48 manat dəyərində sənədli mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0% orta (10%- 20%) ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə 2958985,55 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 94272,02 manat ((471868,79+1559318,0+1833451,0 - 836186,48) x 1.15 - 2958985,55 = 523733,46 x 18%= 94272,02) vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması zamanı istinad edilmiş məlumatlar üzrə təkrar aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarix aralığında yük-gömrük bəyannamə məlumatına əsasən idxal əməliyyatları üzrə aldığı malların gömrük dəyərinin 1833451,0 manat əvəzinə 1627459,82 manat olduğu, nəticədə kameral vergi yoxlaması ilə 42640,17 manat ((1833451,0- 1627459,82)x1.15x18%=42640,17) vergi məbləğinin çox hesablandığı müəyyən edildi. İnzibati araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər elektron alış aktı üzrə 178500.0 manat dəyərində nəqliyyat vasitələri, elektron qaimə-faktura üzrə 1691800.6 manat dəyərində mallar (iş və xidmətlər), o cümlədən 1559318.1 manat dəyərində mallar (armatur) aldığı, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyərinin 1627459,82 manat olduğu, 2023-cü ilin fevral ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində (vergi nəzarəti tədbirindən sonra satılmış mallar nəzərə alınmaqla) dövriyyəsinin 2958985,55 manat olduğu müəyyən edildi.Cəmiyyətin etibarnamə ilə təyin edilmiş səlahiyyətli nümayəndəsi İ.F.Abdullazadə araşdırmaya təqdim etdiyi yazılı izahatında xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti zamanı müəyyən edilən miqdarla ifadədə 713,64 ton mal qalığı məlumatının əsaslı olduğunu, lakin dəyərlə ifadədə 836186.48 manat əvəzinə 919282,62 manat olduğunu qeyd edərək bunun səbəbini vergi nəzarəti tədbirinin nəticəsinə uyğun tərtib edilmiş aktda qeyd edilmiş 1 (bir) ton armaturun qiymətinin 1150,46 manat (ƏDV-siz) olması, yəni qalıqda qalan malların vahidinin qiymətinin yüksək olması ilə əsaslandırmışdır. Qanunvericiliyə və normativ hüquqi aktlara əsasən vergi ödəyicisi tərəfindən zəruri məlumatlar təqdim edilmədiyi təqdirdə vergi orqanı tərəfindən mənbəyi bəli məlumatlara, əlaqəli məlumatlara, ilkin sənədlərə, vergi ödəyicisinin əvvəlki dövrlərdə apardığı alqı-satqı əməliyyatları barədə məlumatlara, təqdim edilmiş bəyannamə məlumatlarına, analoji vergi ödəyicisinin məlumatlarına istinad edərək məlumatlar əldə etmək hüququnun olduğu səlahiyyətli nümayəndəyə bildirilmişdir. Eyni zamanda operativ vergi nəzarəti üzrə hərəkətlərin icrasından əvvəl Cəmiyyətə qalıqda qalan malların qiymətləri və digər məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********5621 nömrəli bildiriş göndərilməsinə baxmayaraq tələb olunan məlumatlar təqdim edilmədiyi üçün vergi ödəyicisinin son iki il ərzində idxal etdiyi, elektron qaimə fakturalar əsasında aldığı malların orta qiymətindən istifadə etməklə 1(bir) ton armatur üçün vergi orqanının 1150,46 manat müəyyən etdiyi, bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən Cəmiyyətin rəhbərinin məlumatlandırıldığı səlahiyyətli nümayəndəyə bildirilmişdir. Qanunvericiliyin tələbinə uyğun Cəmiyyətin gəlir və xərclərinin, malmaterial qiymətlilərinin uçotunun dəqiq aparıdığı iddia edilsə də 1 (bir) ay ərzində qiymətlər barədə məlumatların təqdim edilməməsinin səbəbini İ.F.Abdullazadə qeyd olunan vergi nəzarəti tədbirində iştirak etməməsi, ondan qiymətlər barədə məlumatların istənilməməsi və “bildiriş”dən xəbərinin olmaması ilə əsaslandırmışdır. Kameral vergi yoxlaması ilə əlaqədar göndərilmiş göndərilmiş xx.xx.2023-cü il tarixli **********852900 nömrəli məktubda mal qalığı məlumatları, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Cəmiyyət tərəfindən aparılmış alqı-satqı, idxal ixrac və sair məlumatlar barədə məlumatların təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan məlumatların təqdim edilməsinin səbəbini 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavəsində həmin ilin əvvəlinə qalıq, il ərzində alınmış və təqdim edilmiş, ilin sonuna qalıq məbləğləri bəyan edildiyi üçün əlavə məlumatların təqdim edilməsini zəruri hesab etmədiyini səlahiyyətli nümayəndə izahatında qeyd etmişdir. Cəmiyyət tərəfindən araşdırmaya təqdim edilmiş məlumatlar əsasında aparılan araşdırma zamanı tələb olunan məlumatların xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etməklə təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan məlumatların təqdim edildiyi müəyyən edildi ki, bu da vergi ödəyicisinin iddiasının, yəni xx.xx.2023-cü il tarixə qalıqda qalan malların dəyərlə ifadədə 919282,62 manat olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş cədvəl məlumatına əsasən xx.xx.2023-cü il tarixə mal qalığının dəyərlə ifadədə 1180543,80 manat olmasını, 1 (bir) ton armaturun (katinka nəzərə alınmadan) orta qiymətinin 1305,1 manat (ƏDV-siz) müəyyən edilməsinə baxmayaraq malların alınması, təqdim edilməsi, qalıq məlumatları çeşidlər üzrə (elektron qaimə fakturalar bəyan edilməklə) təqdim edilmədiyi üçün qiymətlərin çeşidlər üzrə müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2022-ci il tarixə olan sahibliyində qalan mal qalığı məlumatı, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaiməfaktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə 42640,17 manat vergi məbləğinin çox hesablanmasının müəyyən edildiyini, habelə Cəmiyyətin xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti zamanı müəyyən edilən miqdarla ifadədə 713,64 ton mal qalığı məlumatının əsaslı olduğunu, lakin dəyərlə ifadədə 836186.48 manat əvəzinə 919282,62 manat olduğunu iddia etməsinə baxmayaraq iddasının təmin edilməsinə əsasların müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən araşdırmaya təqdim edilmiş məlumatlar əsasında aparılan araşdırma zamanı tələb olunan məlumatların xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etməklə təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan məlumatların təqdim edildiyi üçün xx.xx.2023-cü il tarixə qalıqda qalan malların dəyərlə ifadədə məbləğinin dəqiqləşdirməyin mümkün olmadığını, malların alınması, təqdim edilməsi, qalıq məlumatları çeşidlər üzrə (elektron qaimə fakturalar bəyan edilməklə) təqdim edilmədiyi üçün qiymətlərin çeşidlər üzrə müəyyən edilməsi mümkün olmadığını, operativ vergi nəzarəti üzrə hərəkətlərin icrasından əvvəl Cəmiyyətə qalıqda qalan malların qiymətləri və digər məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********5621 nömrəli bildiriş göndərilməsinə baxmayaraq tələb olunan məlumatlar təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********337600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı verginin 42640,17 hesablanması hissəsində ləğv edilməli, 51811,85 manat hissəsində dəyişdirilmədən saxlanılması əsaslıdır. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.15-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsindən:

36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı barəsində həmin qərar qəbul edərkn ƏDV üzrə hesablamanın 2023-cü ilin fevral ayı üzrə idxal olmuş mallara 15 % ticarət əlavəsi olaraq tətbiq etmişdir.

23. Tətbiq edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır.

24. Cavabdehin iddiaya qarşı mövqeyi və apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı ilə fərdi sahibkarın sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında “ANBAR” adlı, ünvan 2 adlı təsərüfat subyektlərində (obyektlərində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində alış qiyməti ilə 836 186,48 manat dəyərində mal qalığının olması, elektron qaimə faktura təqdim edilməli olduğu halda 203673.23 manat dəyərində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı, invoys olmadan alınması müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərarı ilə Cəmiyyətə 20367.32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkarın səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 10-20 % ticarət əlavəsi ilə satıldığını qeyd etmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin xx.xx.2017-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2022-ci il tarixə olan 471868,79 manat mal qalığı məlumatı, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların 1559318,0 manat dəyəri, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 1833451,0 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən 836186,48 manat dəyərində sənədli mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0% orta (10%- 20%) ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə 2958985,55 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 94272,02 manat ((471868,79+1559318,0+1833451,0 - 836186,48) x 1.15 - 2958985,55 = 523733,46 x 18%= 94272,02) vergi məbləği hesablanmışdır.

25. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən 15 % ticarət əlavəsinin tətbiq edilməsi əsassız olmuşdur.

26. Belə ki, Vergi Məcəlləsinin 13.2.64-cü maddəsində ticarət əlavəsinin anlayışı müəyyən edilərək göstərilir ki, ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

27. Göründüyü kimi ticarət əlavəsinin müəyyən edilməsi üçün ƏDV tətbiq edilmədən malın pərakəndə satış qiyməti, mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti, malgöndərənə ödənilən alış qiyməti kəmiyyət olaraq müəyyən edilməlidir.

28. Odur ki, Vergi orqanı tərəfindən satış qiyməti müəyyən edilmədiyi halda, qanunvericiliyə uyğun olaraq bazar qiyməti tətbiq etməlidir.

29. Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir.

30. Belə ki, həmin maddənin müddəalarına əsasən: - bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir; - bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir.

31. Göründüyü kimi vergi orqanının qanunvericiliklə müəyyən edilmiş kifayət qədər hüquqları mövcüd olduğu halda, heç bir hüquqi əsası olmadan 15 % ticarət əlavəsi tətbiq etmişdir.

32. Eyni zamanda məhkəmə Kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının nümayəndəsi qismində göstərilən Xalid Cavadovun inzibati icraatı zamanı izahat verərək malların 10-20 faiz ticarə əlavəsi ilə satıldığını qeyd etməsi də digər sübutların qiymətləndirilmədən ticarət əlavəsinin tətbiqinə birbaşa əsas yaratmamaqdadır. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçı barəsində əlverişsiz inzibati aktın qəbulu zamanı işin tam və obyekiv araşdırılmasını həyata keçirmək vəzifəsi daşımaqdadır ki, aparılmış əməliyyatların xarakterini, kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edən mötəbərliyi şühbə doğurmayan sənədlər mövcud olduğu halda nümayəndənin izahatına istinadla qərar qəbul etməsi qərarın qanuni və əsaslılığını istisna etməkdədir.

33. Cavabdehin apellyasiya şikayətindən görünür ki, şikayətdə istinad olunur ki, Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 10-20 % ticarət əlavəsi ilə satıldığını qeyd etmişdir.

34. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, yalnız iddiaçının səlahiyyətli nümayəndəsi X3 izahatı əsasında vergi hesablamaq qanunvericiliyin tələbi ilə uzlaşmır.Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçının səlahiyyətli nümayəndəsinin izahatında malların qeyd edildiyindən də daha az faizlə ticarət əlavəsi ilə satıldığına istinad oluna bilərdi.

35. Beləliklə, Xalid Cavadovun ticarə əlavəsi ilə satılması barədə izahatı mövcud olsa da, işin faktiki hallarından, eləcə də iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, verginin hesablanması zamanı ticarət əlavəsinin tətbiqinə zərurət olmamış, təqdim edilən sənədlər əməliyyatlarla bağlı reallığı tam əks etdirmiş, vergi orqanı isə həmin hala əhəmiyyət vermədən təkcə izahatı əsas götürərək qərar qəbul etmişdir.

36. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

37. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.

38. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-164/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “vergi qanunvericiliyinin tələbinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisi təqvim ayı üzrə vergi tutulan dövriyyənin (əməliyyatların) həcmini, yəni həmin ay üzrə təqdim edilmiş mallara (görülmüş işlərə, göstərilmiş xidmətlərə) görə müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın məbləğini özündə əks etdirən bəyannaməni vergi orqanına təqdim etməli və hesabat dövrü üzrə vergini, yəni vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqi büdcəyə ödəməlidir.

39. Göründüyü kimi, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisinin hər hansı hesabat dövrü üzrə vergi öhdəliyini müəyyən etmək üçün ilk öncə həmin hesabat dövrü (təqvim ayı) üzrə vergi tutulan əməliyyatların həcmi, yəni həmin təqvim ayında təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyəri və bunun müqabilində müştəridən alınan və ya almaq hüququ olan haqqın məbləği müəyyən edilməlidir. 40. Cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən bu hesablamanı 2.883.751,61 manat (2.514.168,80+14,7%) satış dəyərindən deyil, 2.514.168,80 manat alış dəyərindən hesablamalı idi. Belə olan halda isə aydın olur ki, əlavə hesablanan vergi məbləği 452.550,38 manat (2.514.168,80 × 18%), maliyyə sanksiyası isə 226.275,19 manat olmalıdır.”

40. Oxşar mövqeyi həmçinin kassasiya instansiya məhkəməsinin 2-1(102)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-3202/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarlarında əks olunmuşdur.

41. Beləliklə Məhkəmə Kollegiyası yuxarıda göstərilənləri qanunvericiliyin müddəaları və formalaşmış məhkəmə təcrübəsi ilə birgə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar əsassız olduğundan ləğv edilməlidir.

42. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi eyni tərəflər arasındakı elektron qaimə fakturaların təqdim edilmə vaxtı, malların əvvəlcədən sifariş edilməsindən yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-550/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarının hazırkı mübahisəyə təsiri olmasını bildirsə də, həmin qərarın hazırkı mübahisə ilə bağlılığı həm işin faktiki halları, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından müəyyən edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar