Məhkəmə qərarları › İş №2-1(103)-117/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-117/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-117/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümaydəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Xüsusi X3rşı “əmək pensiyasının yenidən hesablanması və qalıq hissənin ödənilməsi” tələbinə dair inzibati işə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3216/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Xüsusi X3rşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (i.v 65) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması, xx.xx.2014-cü ildən hər ay 77 manat məbləğində əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə-Qarabağ müharibəsində iştirak etmiş və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Cavabdeh heç bir əsas olmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan əlavənin iddiaçının pensiyasına hesablanmasından və ödənilməsindən imtina edir. İddiaçının iddiası ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxx 2012-ci il tarixli, yanvar 2015-ci il tarixli, dekabr 2015-ci il tarixli, mart 2016-cı il tarixli qərarları da qəbul olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir, qanunvericilikdə yalnız yaşa görə əmək pensiyası təyin edilmiş müharibə əlillərinə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsi tətbiq edilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3216/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə iddiaçının yaşa görə əmək pensiyası alan müharibə əlili olmadığından, “Əmək pensiyaları haqqında” Qanununun 19.1.7-ci maddəsinin tələbləri ona tətbiq edilməməlidir. İddiaçı 1993-cü il oktyabr ayında döyüşdə yaralanaraq 1994-cü ildən əmək pensiyası alır. O zaman “Hərbi qulluqçuların pensiya təminatı haqqında”xx xxxxx 1992-ci il tarixli və “Vətəndaşların pensiya təminatı haqqında” xx xxxxxxxx 1992-ci il tarixli Qanunlara əsasən müharibə əlillərinin əmək pensiyasına 250 minimum əlavə verilirdi. “Əmək pensiyaları haqqında” Qanun 9.8-ci maddəsində qeyd olunur ki, bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014cü il tarixli Plenumunun qərarında yuxarıda qeyd olunan qanunlara geniş izah verilmişdir. Azərbaycan Respublikası “Normativ hüquq aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyasının 21 saylı, xx xxxxxx 2010-cu il tarixli qanunun 67.5-ci maddəsində qeyd edilir ki, mənafelər balansının pozulması nəticəsində bir subyektlərin qanunun zərərinə olaraq, digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edimişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili D.F.Qurbanova apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi, 7 saylı Nizami X1 SER TSE 01 № 266658 nömrəli arayışından görünür ki, 177 nömrəli, xx xxxxxx 2014-cü il tarixli təkrar müayinə aktına əsasən İddiaçı əlilliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilməklə müddətsiz İİ qrup əlillik təyin edilmişdir; İşin mübahisələndirilməyən hallarına görə cavabdehin əmək pensiyası təyin edən komissiyasının xx xxxxxx 2016-cı il tarixli, 16/1696 nömrəli qərarı ilə İddiaçı 01mart 2016cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir; İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7-ci maddəsində İİ qrup müharibə əlilləri üçün nəzərdə tutulan əlavənin ödənilməsi üçün ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş sonuncu tərəfindən **********6 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verilərək bildirilmişdir (i.v 103) ki, iddiaçıya əmək pensiyası yaşa görə deyil, əlilliyə görə təyin olunduğu üçün sözügedən normanın ona tətbiq edilməsi mümkün deyil. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun (xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyası) 19.1.7-ci maddəsində qeyd edilir ki, yaşa görə əmək pensiyası alan müharibə əlillərinin (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərininəmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: İ qrup əlillərə 110 manat məbləğində (19.1.7.1), İİ qrup əlillərə 77 manat məbləğində (19.1.7.2), İİİ qrup əlillərə 55 manat məbləğində (19.1.7.3); “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsi ilə nəzərdə tutulan əlavələrin ona tətbiq edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 19.1.7-ci maddəsinə görə, onda göstərilən məbləğlərdə əlavələr yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olana əlillərə verilir. Yəni, müharibə əlilləri və ya müharibə iştirakçısı olan şəxslər sonradan əlil olmuşsa, əgər onlar yaşa görə əmək pensiyası görə əmək pensiyası alırlarsa, 19.1.7-ci maddədə sadalanmış əlavələri almaq hüququna malikdirlər. Hazırki halda iddiaçı müharibə əlili olsa da, əlilliyə görə pensiya alır, bu hal da yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş əlavənin ona şamil edilməsini istisna edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3216/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: :imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar