Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-117/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək penisyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.1974-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1975-xx.xx.1977-ci il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1997-ci il tarixdən yenidən əmək fəaliyyətini davam etdirmişdir. AZNEFTKİMYA zavodları Təmir Tikinti trestinin 1 saylı Təmir Tikinti idarəsində xx.xx.1990-cu il tarixə qədər odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icrası vəzifələrindən çalışmış, işlədiyi bütün vəzifələr qanunvericlikdə nəzərədə tutulmuş qaydada əmək kitabçasında və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapmışdır. Pensiya yaşına çatdığına görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş və Azərbaycan Respublikası Cavabdeh imtina məktubu ilə bildirmişdir ki, guya ki, onun tələb olunan iş stajı olmadığı üçün pensiya təyin edilə bilməz. Lakin iş stajı rəsmi sənədlərlərlə öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh imtina əsasında Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarınkişilər - 60 yaşına çatdıqda pensiya hüququnun yarandığını göstərmişdir. Lakin, halhazırda qüvvədə olan qanunvercilik normalarını tətbiq etmişdir. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu üçün konstitusion hüquq və azadlıqlarını pozur. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqıqnda” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 9.1-ci, 21.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasıın 38-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan respublikası İPM-in 33.1-ci, 33.2-ci və 73.1-ci maddələrinə istinad edərək ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək penisyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019- cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh - cavabdeh DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2039/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 673/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2039/2019 saylı, 23 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1506/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 307/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2-1(103)-1506/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya hüquqlarının yaranması əsasları, bu hüququn həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Bu qanunun 9-cu maddəsində (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əməmk şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə 09 mart 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından, eləcə də Xətai Təmir Tikinti -1 İdarəsindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1990-cı illərdə fəhlə, usta əvəzedicisi, usta, iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində odadavamlı materialla işləyən fəhlələr nəzərdə tutulmuşdur. Yəni, yalnız odadavamlı materiallarla işləyən fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malik ola bilərlər. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bölmədə (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində) odadavamlı materiallarla işləyən usta və iş icraçıları nəzərdə tutulmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli iş stajını müəyyən edərkən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələrində işlədiyi müddəti deyil, yalnız fəhlə kimi çalışdığı müddəti güzəştli iş stajı kimi nəzərə almalı, bu müddətin tələb olunan 12 il 6 aydan az olub-olmamasını müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının usta və iş icraçısı işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almaqda səhv nəticəyə gəlmişdir. Bundan başqa, hazırda iş materiallarına əsasən, eləcə də cavabdehin imtina məktubundan iddiaçının inzibati orqana pensiya təyinatı ilə bağlı nə vaxt müraciət etməsini müəyyən etmək mümkün deyil. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının pensiya hüququnu həyata keçirmək üçün nə vaxtdan real hərəkətlər etməsi, yəni bu məzmunda tələblə cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi ona pensiya təyin edildikdən sonra ödənilməli olan pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etmək üçün vacibdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının pensiya təyinatı ilə bağlı cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi də müəyyən olunmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. xx.xx.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» əsasında müəyyən edilir. xx.xx.2017-ci ilədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, xx.xx.1974cü il tarixli, 110/k saylı əmrlə “Azneftkimya zavodları Təmir Tikinti” trestinin 1 saylı Təmir Tikinti idarəsində xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində işə qəbul edilmiş və sovet ordusuna xidmətə çağırılması ilə əlaqədar xx.xx.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün ), xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinə kimi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş (4 ay 13 gün), xx.xx.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı TTİ xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli, xx.xx.1978-ci ildən 2-ci dərəcəli, xx.xx.1979-cu ildən 3-cü dərəcəli, xx.xx.1981-ci ildən 4cü dərəcəli fəhlə işləmiş, xx.xx.1983-cü il tarixli, 74/k saylı əmrlə xüsusi sahəyə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 13 saylı əmrlə xüsusi sahəyə iş icraçısı (prorab) keçirilmiş, xx.xx.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahəyə usta keçirilmiş və xx.xx.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş (13 il 9 gün), xx.xx.1991-ci il tarixli, 1/k saylı əmrlə “İstilik” Kooperativi ANXZT trestinin 1 saylı TTİ-dən köçürülmə yolu ilə kooperativin sədri vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), xx.xx.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və Təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmiş (7 ay 11 gün), xx.xx.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə MC AKO MMC-yə direktor təyin edilmişdir və hal-hazırkı vaxta kimi işləyir ( xx.xx.2019 ilə 15 il 11 ay 16 gün). Xətai Təmir Tikinti-1 İdarəsinin xx.xx.2015-ci il tarixli, 07 saylı arayışına əsasən, iddiaçı “Azneftkimya zavodları Təmir Tikinti” trestinin 1 saylı Təmir Tikinti İdarəsində xx.xx.1974-cü ildən xx.xx.1990-cı ilə kimi ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı vəzifəsinə çalışmışdır. xx.xx.1974-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən sovet ordusunda xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunmuş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi sovet ordusunda hərbi xidmətə getmiş, xx.xx.1977-ci ildən ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1978-ci ildə 2-ci dərəcə, xx.xx.1979-cu ildə 3-cü dərəcə, xx.xx.1981-ci ildə 4-cü dərəcə verilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahədə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahədə usta təyin edilmiş, xx.xx.1986-cı ildə ixtisaslaşdırılmış xüsusi sahəyə iş icraçısı keçirilmiş, xx.xx.1990-cı il tarixdə köçürülmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülmüşdür. Həmçinin arayışda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndi fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 11 mart 2019-cu il tarixli, **********2 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsi araşdırılmadan ona həmin illərdə iş stajı nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının çalışdığı “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli, həmçinin xx.xx.2007-ci il tarixli 12 saylı Siyahılarında qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən bunu nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasını qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, hansı səbəbdən iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edildiyini göstərməmişdir. Yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində odadavamlı materiallarla işləyən fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malik ola bilərlər. Kollegiya qeyd edir ki, odur ki, iddiaçının fəhlə kimi çalışdığı müddət (xx.xx.1977xx.xx.1983 güzəştli iş stajı kimi nəzərə alınmalı, bu müddət isə tələb olunan 12 il 6 aydan az-5 il 8 ay 11 gün təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli 11/2521 saylı arayışda qeyd edilmişdir ki, 1 saylı Təmir-Tikinti idarəsinin Xüsusi İxtisaslaşdrılmış sahəsi “Azneftkimya zavodları Təmir Tikinti” trestinin tabeliyində yaradılmış, Azneftkimya sənayesi nazirliyinin (Dövlət Neft Şirkəti) strukturunda olan, neftayırma-kimya sənayesi zavodlarının termiki emal sobalarının və qurğularının təmir-tikintisi və yenidənquraşdırılması sahəsində odadavamlı materiallarla termiki emal sobaların tikintisi, istilik izolyasiya və çilingər-quraşdırma işləri ilə məşğul olmuşdur. İddiaçı vətəndaş İddiaçı, həqiqətən də “Azneftkimyazavodları Təmir Tikinti” trestinin lsaylı Təmir-Tikinti idarəsinin Xüsusi İxtisaslaşdrılmış sahəsində xx.xx.1974-cü ildən xx.xx.1990-cı ilə kimi termiki emal sobalarının tikintisi və təmirində odadavamlı materiallarla işləyən fəhlə,usta və iş icraçısı vəzifəsində işləmiş, bu barədə məlumatlar arxiv sənədlərin əmrlər jurnalında və xx.xx.1974-cü il tarixində açılmış Əmək kitabçasında qeyd edilmişdir. Əmək kitabçasında qeyd olunan işlərin və vəzifələrin, “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə hansı yarımbəndə aid olduğunu qeyd edirik: 1)1974.09.11-ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunur. (Əmr 110/k.xx.xx.1974) 29-cu bəndin a yarımbəndinə aiddir. 2) 1975.04.21-Sovet ordusuna xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunur. (əmr 45/k.xx.xx.1975). 1977.12.20ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunur. (Əmr140/k.xx.xx.1977) 29-cu bəndin a yarımbəndinə aiddir. 1978.12.01- Odadavamlı materiallarla işləyən 2-ci dərəcə müəyyən olunur. (Əmr26u.16.l2.1977) 29-cu bəndin a yarımbəndinə aiddir. 1979.08.01-odadavamlı materiallarla işləyən 3-cü dərəcə müəyyən olunur. (Əmr26u. xx.xx.1979) 29-cu bəndin a yarımbəndinə aiddir. 1981.04.01- Odadavamlı materiallarla işləyən 4-cü dərəcə müəyyən olunur. ( Əmr 9u.xx.xx.1981) 29-cu bəndin a yarımbəndinə aiddir. 1983.09.01-İxtisaslaşdırılmış xüsusi sahəyə usta əvəzedicisi işinə keçirilir. (Əmr74/k.xx.xx.1983) 29-cu bəndin b yarımbəndinə aiddir. 1983.11.01-İxtisaslaşdırılmış xüsusi sahəyə usta təyin olunur. (Əmr 91/k.xx.xx.1983) 29-cu bəndin b yarımbəndinə aiddir. 1986.03.01-İxtisaslaşdrılmış xüsusi sahəyə iş icraçısı keçirilir. (Əmr13.xx.xx.1986) 29-cu bəndin b yarımbəndinə aiddir. 1987.01.01- İxtisaslaşdırılmış xüsusi sahəyə usta keçirilir. (Əmr114.xx.xx.1987) 29-cu bəndin b yarımbəndinə aiddir. 1990.12.29-Köçürmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülür. (Əmr324k.xx.xx.1990) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə a yarımbəndi fəhlələr, b yarım bəndi isə mütəxəssislər (ustalar və iş icraçıları) üçün nəzərdə tutulur. İddiaçının çalışmış olduğu "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndinin fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyini qeyd etsə də, adıçəkilən siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələri nəzərdə tutulmamışdır. Qərarın b yarımbəndində mütəxəssislər (ustalar və iş icraçıları nəzərdə tutulmuşdur. Arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bundan başqa, iddiaçının pensiya hüququnu həyata keçirmək üçün nə vaxtdan real hərəkətlər etməsi, yəni bu məzmunda tələblə cavabdeh inzibati orqana nə vaxt müraciət etməsi ona pensiya təyin edildikdən sonra ödənilməli olan pensiya məbləğinin hansı tarixdən hesablanması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının güzaştli şərtlər pensiya hüququnun olmaması müəyyən edildiyindən, qeyd olunan hissədə əsaslandırma aparılması zərurəti də aradan qalxmışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 57 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-117/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-117/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver