Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1170/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı (üçüncü şəxs “X16 Limited” Ticari Şirkəti) «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və hüquqi şəxsin nizamnamə kapitalı üzərində müvafiq pay hüququna dair qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi»nə dair iddia tələbinə dair » inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.22.3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən: - cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X16 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının "xxxx" MMCnin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi 10 yanvar 2020-ci il tarixdə qüvvəyə minmiş, o vaxtdan bu günədək, yəni 8 ay müddətində “AZPROF" MMCnin 50% payı üzərində “X16 Limited” Ticari Şirkətinin pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilməmiş, 8 aydan sonra nədənsə birdən-birə həmin Şirkətin 50% pay haqqı qanunsuz olaraq qeydə alınmışdır. Halbuki, “X16 Limited” Ticari Şirkətinin nümayəndəsi kimi özünü təqdim edən X4 dəfələrlə iddiaçıya şəxsən bildirmişdir ki, cavabdeh həmin pay hüququnu qeydə almaqdan imtina etmiş, əsas kimi də həm məhkəmə qərarında İdarənin üzərinə məhkəmə tərəfindən öhdəliyin qoyulmamasını və həm də “X16 Limited” Ticari Şirkətinin təsis sənədlərinin olmamasını göstərmişdir. Bununla bağlı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən rəsmi imtina məktubu da verilmişdir. İddiaçı hesab edir ki, “X16 Limited” Ticari Şirkəti 50% paya hüququnun qeydə alınmasında qanunsuzluğa yol verilmişdir. Çünki, mümkün deyil ki, 8 ay qeydə alınmayan və rəsmi imtina verilən pay hüququ sonradan qısa müddətdə qeydə alınsın.” Cavabdeh iddianı qəbul etməmiş və iddia tələbinin qanunvericiliyə zidd olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X16 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmış və İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs “X16 Limited” Ticari Şirkəti” həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının tələbi qanunvericiliyə ziddir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17 aprel 2020-ci il tarixli xx/xx-64517/19-12 nömrəli məktubu ilə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" MMC-ninreyestrdə qeydə alınmış faktlarının (təsisçisinin) sonrakı dəyişikliklərinin reyestrdə qeydə alınması məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin16 aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra edilməsinə dair məktub daxil olmuşdur. İcra sənədi üzrə iddiaçılar X3 və X8 "xxxx" MMC-nin “X16 Limited” Ticari Şirkətindən olan 50 faiz paylarının cavabdehlr X13 və İddiaçı 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqıısı müqaviləsi”nin etibarsız hesab edilməsi qeyd olunmuşdur. Həmin icra sənədi üzrə Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş 62 nömrəli şəhadətnamədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin16 aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra olunması qeyd edilmişdir. Həmin məhkəmə işi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməs qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı və 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-6625/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bu isə üçüncü şəxsə məxsus 50% payının (İddiaçı-25% və X19 25% olmuşdur) bərpa edilməsi ilə nəticələnir. Üçüncü şəxs hal-hazırda öz ölkəsində ləğv edilmədiyini təsdiq edən sənəd xx.xx.2020-ci il tarixdə cavabdeh idarəyə təqdim edildikdən sonra 26 saylı notariat kontorunda payın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qeydinin reyestrə daxil edilməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin istinadları qanunsuzdur. Belə ki, istinad olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi öz qanuni qüvvəsini almamış, xx.xx.2021-ci il tarixdə onlar tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş və hal-hazırda həmin iş Ali Məhkəmənin icraatındadır.” Məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs “X16 Limited” Ticari Şirkəti”nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, eyni zamanda, hazırkı məhkəmə iclası barədə məlumat verilmiş cavabdehin nümayəndəsi də məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 üçüncü şəxsin apellyasiya şikayətində istinad etdiyi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından verilən kassasiya şikayəti ilə əlaqədar bildirmişdir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi qüvvəsində saxlanılaraq qanuni qüvvəsini aldığını və Ali Məhkəmənin qərarının məhkəməyə təqdim olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (”İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq, "xxxx" MMC-nin nizamnamə kapitalı üzərindəki 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48.1-ci maddəsinə görə hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: - "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə cavabdeh qeydiyyat orqanı tərəfindən dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) nizamnaməsinin (surətinin) 2.2-ci bəndində cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: X10 – 50%, X19 – 25%, İddiaçı – 25%. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və X11 "xxxx" MMC-nin “X16 Limited” Ticari Şirkətindən olan 50% paylarının cavabdehlər X12 və İddiaçı 50.000 manata satılması dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli payın alqı-satqısı müqaviləsinin etibarsız sayılması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnamə əsasında 16 aprel 2018-ci il tarixli “icra vərəqəsi” verilmişdir. Həmin İcra vərəqəsində qətnamənin 27 mart 2018-ci il tarixdə qüvvəyə mindiyi qeyd olunmuşdur. Bakı şəhəri Xüsusi notariusu İ.B.Hüseynovun Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 13 mart 2020-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 16 aprel 2018-ci il tarixli icra sənədi icra olunmuşdur və müqavilədə müvafiq qeydlər aparılmışdır. Lakin iş materiallarına əsasən həmçinin müəyyən olunur ki, cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin 22 fevral 2018-ci il tarixli qətnaməsidən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)490/2019 saylı iş üzrə 18 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı və vəkilinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi qismən, – cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş və işə ona münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya qaydasında işə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)53/2020 saylı iş üzrə 10 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı iş üzrə 10 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)- 6(k)/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-53/2020 saylı 10 yanvar 2020-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: “ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni "xxxx" MMC-nin “X16 Limited” Ticari Şirkətindən olan 50% payının İddiaçı 5.000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilsin. X2 və X8 İddiaçı qıızına qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin.” Hazırkı mərhələdə isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış, qanuni qüvvəsini almışdır (Qərar işə əlavə olunmuşdur). Beləliklə də tədqiq olunan qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının əvvəlki nizamnamə kapitalındakı təsisçi payı bərpa olunur. Yəni, İddiaçı - "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) Nizamnaməsinin (surətinin) 2.2-ci bəndində MMC-nin iştirakçılarının nizamnamə kapitalında təsbit olunan – 25% payı bərpa edilmiş olur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 9.1-ci maddəsi nəzərdə tutur ki, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İşin sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qeyd olunan təsisçi payının bərpa etmək öhdəliyinin faktiki şərtləri sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsi mahiyyət etibarı ilə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin iddiaçının tələbinin qanunvericiliyə zidd olduğunu, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs “X16 Limited” Ticari Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1170/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1170/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver