Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1170/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Şərafət Asif qızı Məmmədova və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X4) “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair "xxxx"na əsasən ona verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015- ci il tarixli, 443 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərardadı ilə "xxxx" MMC və X4 üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yaşayış binasının layihələşdirilməsi barədə xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamına əsasən Bakı şəhər Baş Memarlıq və Şəhərsalma Baş idarəsi ilə 18.04-673 saylı, xx.xx.2006-cı il tarixli razılaşdırılmış eskiz layihədə yaşayış sahəsinin “C” və “B” bloklarının, həmçinin ortada yerləşəcək qeyriyaşayış ticarət sahəsinin layihələşdirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitlərinin və digər aktivlərin əlavə pay kimi təsisçilərə faiz nisbətində təqdim edilməsi və bu barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin “Ortaqların anlaşması”na görə digər ortaqlar olan o, və Yavər Aslanov A-2 və C-2 blokuna sahib olmaqla onların məsuliyyətinə verilmişdir. Eyni zamanda, moykada olan 24 sot ərazinin Yavər Aslanov və ona aid edilməsi razılaşdırılmışdır. “Ortaqların anlaşması”ndan aydın olur ki, xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncama əsasən orada öz əksini tapmış torpaq sahəsi hüquqi şəxsin ümumi istifadəsinə verilmiş və hüquqi şəxsin təsisçiləri də öz aralarında razılığa gələrək həmin torpaq sahəsini bölüşdürmüşlər. Bakı şəhər İcra Hakimiyyətinin 0,73 ha torpaq sahəsinin "xxxx" MTK-ya ayrılması barədə xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamı həmin kooperativinin sədri Hikmət Yigitdölün etibar etdiyi şəxs tərəfindən dəyişdirilmiş, hüquqi şəxsə dair qanuni hərəkətlərin aparılması üçün verilmiş etibarnamə əsasında öz xeyrinə, öz mənafeyini üstün tutaraq sərəncamın öz adına dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Həmin müraciət qanuna əsaslanmadan cavabdeh tərəfindən müsbət dəyərləndirilərək Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0.4984 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə isə ümumiyyətlə sözügedən Sərəncamın dəyişdirilməsi, hüquqi şəxsin mülkiyyətində olan əmlaklara dair yalnızca bir təsisçinin adından bütövlüklə əmlaka dair hər hansı bir hüquqi addımlar atılması nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan etibarnamədə etibar edən şəxsin adına olan hər hansı ev, mənzil, torpaq və ya qeyritorpaq sahəsi almaq, qəbul etmək, sənədləşmə işlərinin aparılması, lazimi sənədlərin toplanması, çıxarış və kadastr planı almaq, buna görə imza etmək və digər tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulmuş, hüquqi şəxsin əmlakına dair müddəa qeyd olunmamışdır. Etibarnamənin mətnində hüquqi şəxsin əmlakı hesab edilən xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamın dəyişdirilə bilməsi, ləğv edilməsi vəzifəsi bir kənara, ümumiyyətlə həmin Sərəncamın etibar edilən şəxsin xeyrinə, onun adına dəyişdirilməsi qeyd olunmamışdır. Etibarnamə üzrə səlahiyyətli şəxs təmsil etdiyi şəxsin əmlakından öz xeyrinə istifadə edə bilməz, öz maraqları naminə öz gəlirlərini zənginləşdirə bilməz. O, sonradan digər mübahisə ilə bağlı məhkəmə prosesinin gedişində "xxxx" MMC-in direktoru X1 əmlaka dair sənəd imzaladığını və "xxxx" MTK-ın təsisçisi Hikmət Yigitdölün mülkiyyətində olan həmin əmlakları öz mülkiyyətinə keçirdiyini bilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamı ilə onlara ayrılmış torpaq sahəsinin bir hissəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi qanunsuzdur. Həmin ərazidə A-2, C-2 blokları və onların arasında yerləşən torpaq sahəsi, cəmi 29 sot torpaq sahəsi “Ortaqların anlaşması”na əsasən ona verilmişdir. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı qanun pozuntusu ilə qəbul edilmişdir və onun hüquqlarını pozur, ona görə də ləğv edilməlidir. Üçüncü şəxs X4 tərəfindən iddia ərizəsinə etiraz verilərək onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində tikinti işləri aparılmasından ötrü verilmiş sərəncamı mübahisələndirir. Lakin iddiaçı qeyd olunan inzibati aktın onun maraqlarına toxunduğunu əsaslandırmamış və bunun nədə ifadə olmasını iddia tələbində qeyd etməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. Qeyd olunan sərəncam isə onun maraqlarına toxunmur. "xxxx" MTK hazırkı mübahisə predmeti olan sərəncamı 2018-ci ildə mübahisləndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarından verilmiş kassasiya icraatına xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarı qüvvədə qalmışdır. İddiaçının qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair "xxxx"na əsasən İddiaçı verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015ci il tarixli, 443 saylı Sərəncamının ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs qismində "xxxx" MMC-nə və X3 qarşı "Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamın 40% hissəsində ləğv olunması" tələbinə dair iddia ərizəsi vardır. Belə ki, iddiaçı bildirir ki, iş materiallarına kserosürət olaraq əlavə olunmuş və 2 variantda olan (birində ümumiyyətlə tarix yoxdur) "ortaqlıq anlaşmasına" əsasən, mübahisələndirilən sərəncamın 40% ona məxsusdur və buna görə də sərəncam bu hissədə ləğv olunmalıdır. İddiaçı bildirir ki, qeyd olunan "xxxx"na əsasən, onlar təsisçi olaraq, MTK-nın əmlakını bölmüşlər. Həmin bölgüyə əsasən, mübahisələndirilən sərəncamın 40% onun maraqlarına toxunur. Həmçinin iddiaçı qeyd edir ki, mübahisələndirilən sərəncam qanunsuz olaraq əldə olunmuşdur. Belə ki, iddiaçı mövqeyni onunla əsaslandırır ki, mübahisəli sərəncam "xxxx" MMC-nin adına dəyişdirilərkən, etibarnamədən istifadə olunmuşdur ki, həmin etibarnamə qanunsuzdur. Sonradan Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərar ilə tanış olarkən məlum oldu ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqlarının təsdiq edilməsinə dair “Ortaqların anlaşması”na əsasən ona verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə dair hissədə "xxxx" MMCnə yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında" Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən və iddiaçının özünün izahatından da görünür ki, o, "xxxx" MTK-nın təsisçilərindən biridir. Belə ki, "xxxx" MTK-nın həmin vaxtdan hal-hazıki tarixə qədər direktoru olan Hikmət Yigitdöl, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilən A1 bloku və A1 bloku ilə A 2 bloku arasında olan 4 mərtəbəli qeyriyaşayış binalarında olan mənzillər və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə təkrar satmış və nəticədə zərərçəkmişlərə küllü miqdarda zərər vurmuşdur. Qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və həmin hallar barəsində cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işi üzrə aparılan araşdırma zamanı təqsirləndirilən şəxs "xxxx" MTKnın direktoru olan Hikmət Yigitdöl həmin hallarla bağlı cinayət məsuliyyətinə cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 311-ci maddələri ilə ittiham elan olunmuşdur. Həmin ərəfədə "xxxx" MTK-nın direktoru olan Hikmət Yigitdöl tərəfindən vətəndaşlara vurulmuş ziyan, tərəflərindən tikilmiş C blokunda yerləşən sahələr hesabına ödənilmşidir. Buna görə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmü ilə "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl 3 il müddətində dövlət və yerli idarəetmə orqanlarında müəyyən vəzifə tutmamaqla, barəsində şərti olaraq 1 il cəza təyin edilmişdir. Bundan sonra, onların və "X7" MTK-nın müraciəti əsasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin sonradan, həmin sərəncamla bağlı, iddiaçının da daxil olduğu təsisçilərin iştirakı ilə narazılıq yaranmış və nəticədə təsisçilərin təkidi ilə "xxxx" MTK həmin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamını o vaxtki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirmişdir. İnzibati işin materiallarına əlavə olunmuş məhkəmə qərarlarından görünür ki, "xxxx" MTK hal-hazırki mübahisə predmeti olan sərəncamı 2018ci ildə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi barədə olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarından verilmiş kassasiya icraatına xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı qüvvədə qalmışdır. Belə ki, iddiaçı birinci dəfə, yəni bu ilin yanvar ayında məhkəməyə müraciət etdikdə, məhkəmə işin bu hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd olunan sərəncamdan hələ 2018-ci il tarixdə xəbəri olmuş və təsisçisi olduğu "xxxx" MTK vasitəsi ilə həmin sərəncamı mübahisələndirmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının tələbi mümkün sayılmamışdır. Hətta iddiaçı həmin vaxtı iddia tələbi irəli sürmək üçün buraxılmış müddətin ötürülməsinin üzrlü sayılmasını məhkəmədən xahiş etsə də, məhkəmə həmin ərizəni də təmin etməmişdir. Belə ki, inzibati iş üzrə İddiaçı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində tikinti işlərinin layihələndirilməsi barədə verilmiş sərəncamı mübahisələndirir. Lakin iddiaçı qeyd olunan inzibati aktın onun maraqlarına necə toxunduğunu əsaslandırmamış və bunun nədə ifadə olmasını iddia tələbində qeyd etməmişdir. Belə ki, qeyd olunan sərəncama nəzər saldıqda görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. Qeyd olunan sərəncam isə onun maraqlarına toxunmur. Əgər "xxxx" MTK-nın təsisçisi kimi mübahisələndirilən sərəncam onun maraqlarına toxunursa, "xxxx" MTK halhazırki mübahisə predmeti olan sərəncamı 2018-ci ildə mübahisələndirmişdir. İddiaçının ümumiyyətlə qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. İddiaçı özü "xxxx" MTK-nın təsisçilərindən biridir. Onun indiyə qədər, iş üzrə müəyyən olunmuş məhkəmə qərarlarından xəbərinin olmaması absurddur. Həmçinin, "xxxx" MMC sözügedən və mübahisələndirilən sərəncam əsasında artıq, bir bloklu 25 mərtəbəli binanı inşa edərək sakinlərin istifadəsinə vermişdir. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutumuş cavabdehin müvafiq imtinasını almamışdır. Bu hal da, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının tələbləri baxımından iddianın mümkünsüz sayılması üçün əsasdır. İddiaçının yuxarıda qeyd olunan iddiasının mümkün sayılmaması barədə olan qərardaddan şikayəti əsasında iş, hələ bu ilin may ayında apellyasiya instansiyası məhkəməsində olduqda, tərəflərindən bu məsələ qaldırılmışdır. Bu zaman, iddiaçı tərəf məhkəməyə Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış ərizə təqdim etmişdir. Lakin həmin ərizənin tarixinə nəzər saldıqda görünür ki, ərizə bu ilin dekabr ayında təqdim edilmişdir. Məhkəmə buna münasibət bildirməmiş və araşdırmamışdır ki, həqiqətən də iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə pretenziya qaydasında müraciət etmişdir ya yox. Belə ki, məhkəmə işi araşdırarkən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif məzmunla sorğular ünvanlamışdır ki, qeyd olunan hal barədə də Bakı şəhər İcra Hakimiyyətinə sorğu verə bilərdi. Məhkəmə işi araşdırarkən Bakı şəhəri İcra Hakimiyyətinin iştirakını işdə lazımı qədər təşkil etməmişdir. Belə ki, məhkəmə bütün bu qeyd olunanların üzərindən keçərək, işi mahiyyəti üzrə cəmi iki məhkəmə iclasına araşdırmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsi 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 5223/2022 saylı qərarı təkcə onunla əsalandırılmışdır ki, iddiaçı ilə "X7" MTK-nını təsisçiləri arasında pay haqlarına dair razılaşma mövcuddur. Həmin bu razılaşma olan mobil telefon vasitəsi ilə fotoşop olunmuş iki versiyadan ibarət olan və əsli məhkəməyə təqdim olunmamış bu kağız parçası adlandırılan sənədin adı "ortaklıq anlaşmasıdır". Əslində məhkəmə təkcə həmin sənədə istinad edirdisə niyə görə həmin sənədin əslini iddiaçıdan tələb etməmişdir. Belə ki, tərəflərindən iş materialları ilə tanış olarkən həmin bu saxta sənədin əslini müəyyən etməmişlər. Ümumiyyətlə iş materiallarına əlavə olunmuş həmin bu saxta sənədin nə tarixi, nə də ki, düzənli bir mövqeyi yoxdur. Burada nə "xxxx" MMC-nin adı, nə də ki, onun hər hansı bir öhdəliyi yoxdur. Həmçinin, həmin bu sənəddə mübahisələndirilən sərəncamdan söhbət belə getmir. Eyni zamanda, İddiaçı və digər şəxsə A-2 və C-2 bloklarının məxsus olması bildirilir. Belə ki, nə "xxxx" MTK-nə, nə də ki, "xxxx" MMC-nə verilmiş tikinti layihəsinin eskizində "A-2 və C-2" bloklarından söhbət getmir. Məhkəmə işin bu halını da araşdırmamışdır. Əslində məhkəmə həqiqətən də qeyd olunan "A-2 və C-2" bloklarını müəyyən etmək üçün yerli baxış keçirməli, iş üzrə xüsusi biliyə malik olan eksperti cəlb etməli idi. Bundan sonra müvafiq ekspertiza təyin etməli idi. Həmin bu saxta sənəddə yalnız və yalnız "xxxx" MMC-nin direktoru X2 adı qeyd olunsa da, məhkəmənin yerli baxışı zamanı X4 həmin sənəddə olan imzanın ona məxsus olmamasını bildirmişdir. Məhkəmə isə qərarda buna da münasibət bildirməmişdir. Halbuki, məhkəmə qeyd olunan halı da araşdırmaq üçün yenə də müvafiq ekspertiza təyin etməli idi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərarının ləğv edilib iddianın Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Yaşayış binasının layihələndirilməsi haqqında” Bakı ŞİHB-nın 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Xətai RİHB-nın xx.xx.2005ci il tarixli, 921 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MHQİ-nin müvafiq qeydiyyat vəsiqəsi nəzərə alınaraq Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0.73 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında" Bakı ŞİHB-nın 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncama əsasən isə "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 02 saylı müraciəti və "xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə Bakı ŞİHB-nın 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilmiş 0.4984 ha hissəsinin həmin Cəmiyyətə aid edilməsi, Bakı ŞİHB-nın 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 0.2316 ha müəyyən edilməsi qərara alınmışdır. Lakin "xxxx" MTK-nın payçıları (o cümlədən İddiaçı) arasında “Əlavə pay haqların təsdiq edilməsinə dair “Ortakların anlaşması" imzalanmışdır və həmin anlaşmaya əsasən Bakı ŞİHB-nm 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin bir hissəsinin iddiaçıya verilməsi MTK təsisçiləri arasında razılaşdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, həmin anlaşma tərəflərin imzaları ilə təsdiq edilməklə tərtib edilmişdir və hazırda qüvvədədir. Bakı ŞİHB-nın 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı imzalanarkən isə qeyd olunanlar nəzərə alınmamışdır. Həmin torpaq sahəsi ilə bağlı aralarında razılaşmanın olmasına baxmayaraq, iddiaçının Bakı ŞİHB-nın 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamından məlumatı olmamışdır. MTKnın torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi qeyd olunan anlaşmaya əsasən iddiaçıya aid torpaq sahəsinə müdaxilə edilməsi və onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu baxımdan məhkəmə iddiaçının tələbini əsaslı hesab edib onun təmin olunması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu qənaət tam əsaslandırılmamışdır. Hazırkı iş Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə ümumiyyətlə mümkün sayılmamalı idi. Belə ki, məhkəmənin “müəyyən etdiyi” hal ondan ibarət olmuşdur ki, "xxxx" MTK-nın payçıları (o cümlədən İddiaçı) arasında “Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların anlaşması” imzalanmışdır və həmin anlaşmaya əsasən Bakı ŞİHB-nın 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin bir hissəsinin iddiaçıya verilməsi MTK təsisçiləri arasında razılaşdırılmışdır”. Göründüyü kimi qeyd edilən anlaşma "xxxx" MTK-nın payçıları arasında razılaşdırılmış, lakin bu razılaşdırılma tam başa çatdırılmamışdır. Hazırkı halda həmin “Ortaklık anlaşması”nın Bakı ŞİH-nə hər hansı bir aidiyyəti olmamış və bu baxımdan Bakı ŞİHB-nın 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə olmasını iddia etmək ən azından yolverilməzdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili hər iki apellyasiya şikayətinə etiraz edərək onların təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, xx.xx.2022-ci saylı qərarı ləğv edilməli və iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinə və iş üzrə toplanmış digər sübutlara əsasən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" MTK-nın 25 iyul 2005-ci il tarixdə təsdiq edilmiş nizamnaməsindən, həmin nizamnaməyə 05 may 2010-cu il tarixdə edilmiş dəyişiklikdən görünür ki, həmin MTK-nın təsisçilərindən biri də İddiaçıdur. İddiaçı “X7” MTK cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X4 və "xxxx" MMC 3-cü şəxs qismində olmaqla) iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 443 saylı, 23 oktyabr 2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-185/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 23 oktyabr 2015-ci il tarixli, 443 saylı sərəncamı etibarsız hesab edilmişdir. Həmin qərardan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-185/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı “X7” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X4 və "xxxx" MMC olmaqla) cavabdehin 443 saylı, 23 oktyabr 2015-ci il tarixil sərəncamının etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1956/2018 saylı qərarı ilə iddiaçı “X7” MTK-nın kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarından iddiaçı “X7” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, hazırda İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə iddia ərizəsi əvvəllər onun təsisçilərindən biri olduğu “X7” MTK tərəfindən də mübahisələndirilmişdir. “X7” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X4 və "xxxx" MMC üçüncü şəxs qismində olmaqla) iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1956/2018 saylı qərarı ilə “X7” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)69/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, ərizəçi İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş, "xxxx" MMC-nin istifadəsinə ("xxxx" MMC-nin direktoru X4) verilmiş 0.4984 ha hissəsində tikinti və ya digər hərəkətlərin aparılmasının, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs "xxxx" MMC-yə, direktoru X3 və başqa şəxslərə qadağan edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Həmin iş üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni təmin etsələr də, iddianın uğurluluq ehtimalının yoxlanılmasını və qiymətləndirilməsini həyata keçirməmişlər. İşin hallarından müəyyən olunur ki, ərizəçi iddiasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının qismən (40% nisbətində) ləğv olunmasını tələb etmişdir. Həmin sərəncamla "xxxx" MMC-nin müraciəti və "xxxx" MTK-nın razılığı nəzərə alınmaqla Xətai rayonu, Xocalı (keçmiş Telnov) prospektindəki 1181-ci məhəllədə xx.xx.2005-ci il tarixli sərəncamın 1-ci bəndi ilə “Hom- Paş Prestij" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş 0.4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmiş, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə "Hom-Paş Prestij” MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 0.2316 ha müəyyən edilmişdir. Ərizəçi ona istinad etmişdir ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının qanuniliyi şübhə altındadır. Çünki, xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncam “Hom-Paş Prestij" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə əsasında dəyişdirilmişdir. Həmin etibarnamədə isə ümumiyyətlə, sözügedən sərəncamın dəyişdirilməsi, hüquqi şəxsin mülkiyyətində olan əmlaklara dair yalnızca bir təsisçinin adından bütövlükdə əmlaka dair hər hansı bir hüquqi addımlar atılması nəzərdə tutulmamışdır. Ərizəçi tələbinin əsası kimi "xxxx" MTK-nın payçıları Hikmət Yigitdöl, Azər Qurbanov, Yavər Aslanov və İddiaçı arasında bağlanılmış "xxxx"na istinad etmişdir. Həmin sənədin məzmunundan görünür ki, yaşayış və qeyri-yaşayış sahələrinin payçılar arasında bölüşdürülməsi (ərizəçinin digər payçı Yavər Aslanovla birgə A-2 blokuna və C-2 blokuna sahib olması, moykada olan 24 sot sərəncamın İddiaçı və Yavər Aslanova aid olması) qeyd edilmiş və "xxxx" MTK-nın ümumi yığıncağına ünvanlanmışdır. Belə olan halda, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi sözügedən "xxxx"na istinadla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamının ləğv edilməsinin mümkünlüyündən asılı olacaqdır. Qanunvericiliyin tələblərinə görə, məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən sərəncamla torpaq sahəsinin icarəyə verilməsi məsələsi həll olunduğundan, "xxxx" özü-özlüyündə torpaq sahəsinə münasibətdə hüquq yarada bilməz. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən sərəncam “Hom-Paş Prestij" MTK-nın icarəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlıdır ki, həmin sərəncamı mübahisələndirmək də icarə hüququna müdaxilə edilən şəxsə - yəni, "xxxx" MTK-nın özünə məxsusdur. Qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi məsələsi yalnız səlahiyyətli dövlət orqanının qərarı əsasında həyata keçirilir. Digər tərəfdən, həmin “Ortaklık Anlaşması’’nın məzmunundan müəyyən olunur ki, orada MTK tərəfindən inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı məsələ həll edilmiş, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində icarə hüquqlarının hansısa şəxslərə verilməsi məsələsinə münasibət bildirilməmişdir. "xxxx" MTK-nın ümumi yığıncağına ünvanlanmışdır, yəni tərəflər gəldikləri razılaşmanın ümumi yığıncaq tərəfindən təsdiqlənməsini xahiş etmişlər. Belə olan halda, ümumi yığıncağın qərarının olmaması da "xxxx"nda şərtlərin hüquqi qüvvəsinə və müvafiq olaraq hazırkı iddianın uğurluğunun qiymətləndirilməsinə təsir edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bu baxımdan, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, hazırkı iddianın əsaslandırılmış iddia kimi qəbul olunaraq inzibati icraat qaydasında təkrarən baxılması yolverilməz və mümkünsüzdür. Başqa sözlə, iddianın mümkünlük şərtləri ödənilmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı təsisçilərindən biri olduğu "xxxx" MTK vasitəsilə hal-hazırki mübahisə predmeti olan sərəncamı 2018-ci ildə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi barədə olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarından verilmiş kassasiya icraatına xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş hərtərəfli araşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən hallara diqqət yetirilməmiş, mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunması barədə prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual hüquq normalarının tələblərinin pozulması hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ləğv edilməli və iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin və cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərarı ləğv edilsin. İddiaçı iddiası qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Şərafət Məmmədova Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1170/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1170/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver