Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1170/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********650100 nömrəli və xx.xx.2023-cü il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********650100 nömrəli və xx.xx.2023-cü il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, mübahisənin predmetini cavabdehin 2021-ci il üzrə mənfəət vergisi üzrə 2021-ci il ərzində 30141,91 manat əlavə hesablama və 2021-ci ilin sentyabr ayı üzrə 27990,84 manat əlavə hesablama təşkil edir. 2021-ci ilin mənfəət vergisinə dair- cavabdeh qeyd olunan hesablamaları apararək iddiaçının ilk olaraq yuxarı vergi orqanına etdiyi şikayətdə əks olunanlara istinad etmişdir. Belə ki, iddiaçı digər vergi orqanı, DVX-nin idxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ vergi nəzarəti tədbiri nəticəsində cəmiyyətə əsassız olaraq 42.895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3290/2022 saylı qərarı ilə ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-652/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)- 1180/2023 saylı qərarı ilə təmin edilməyərək qərar qüvvəsini almışdır. Yuxarı vergi orqanı isə həmin ləğv olunan iş üzrə iddiaçının nümayəndəsinin izahatında əks etdirilən rəqəmə istinad etmişdir. Halbuki, həmin rəqəm hər hansı sənədlərlə təsdiqi tapmasa da, yuxarı vergi orqanı heç bir əsas olmadan həmin hissədə hesablamanı qüvvədə saxlamışdır. Ərizəyə əlavə edilən satış sənədlərindən (kassa çekləri, e-qaimə məlumatı) göründüyü kimi, iddiaçının bəyannamələrdə əks etdirdiyi gəlir və xərc məbləğləri uçot sənədlərində əksini tapır. Belə ki, 2021-ci il ərzində Cəmiyyətin e-qaimə üzrə topdansatışdan gəliri- 291739,54 manat, kassa ilə pərakəndə satışdan gəliri- 291311,94 manat, ümumilikdə gəliri 583051,50 manat təşkil etmişdir. Əlavə olunan 2021-ci ilin mart-dekabr ayları üzrə kassa çıxarışlarından göründüyü kimi, Cəmiyyətin pərakəndə qaydada satışı aşağıdakı qaydada olmuşdur: 04/2021- 103299,29 / 1,18 = 87541,77 manat, 05/2021 - 117281,35 / 1,18 = 99390,97 manat, 06/2021 - 27215,47/1,18 = 23063,96 manat, 09/2021 - 7284,05 /1,18 = 6172,92 manat, 10/2021 - 8667,93 /1,18 = 7345,70 manat, 11/2021 -80000,0 / 1,18 = 67796,61 manat. Ümumilikdə, 291311,94 manat. Hazırki mübahisə üzrə iddiaçının xərcləri cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna baxmayaraq cavabdehin 2021-ci il üzrə xərclərinin tərkibi qeyd edilir. Təqdim olunan malların maya dəyəri -413512,47 manat, əmək haqqı xərcləri - 11111,72 manat, Sosial sığorta haqları - 2362,60 manat, İcarə haqqı - 16212,0 manat, Bank xidməti üzrə xərclər - 1414,7 manat, Ödənilmiş sığorta haqları - 50,9 manat, Digər xərclər - 542,55 manat, Ümumilikdə, xərclər 445206,94 manat təşkil etmişdir. İddiaçı tərəfindən qeyd olunanlara uyğun mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. 2021- ci ilin sentyabr ayı üzrə ƏDV hesablanmasına dair Cavabdeh tərəfindən təqdim edilən uyğunsuzluq məktubunda iddiaçının güya 632820,06 manat məbləğində mal idxal etdiyi qeyd olunmuşdur. Halbuki, qeyd olunan rəqəm gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyərdir. İddiaçının idxal etdiyi malların maya dəyəri 413512,47 manat təşkil edir və təqdim edilən mənfəət vergisi bəyannaməsində də bu göstərici qəbul edilmişdir. Cavabdeh isə statistik dəyər üzərinə operativ vergi nəzarəti tədbiri nəticəsində əks olunan rəqəmləri tətbiq etməklə yekunda əsassız hesablama aparmışdır. Göründüyü kimi, iddiaçıya hesablanmış hər iki hesablamanın əsasları operativ vergi nəzarəti tədbiri zamanı statistik dəyərlə qeyd olunan rəqəmlərdir ki, həmin tədbirin nəticələri də artıq ləğv olunmuşdur. Ümumiyyətlə isə, məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəəmaterial ehtiyatlarına aid etməyə borcludur? Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir: 1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcədə malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraxşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı baza məlumatları əsasında 2021-ci il dövrü ərzində 647525.30 manat xərc (elektron qaimə faktura məlumatları əsasında və idxal əsasında) müəyyən edilmişdir ki, 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər sətirlərində 1568194.16 manat xərc məbləği göstərilmiş, ilin əvvəlinə 0.00 manat və sonuna isə 24935.59 manat mal qalığının olması nəzərə almaqla 945604.45 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********415000 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il MV bəyannaməsi üzrə 200819,19 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********039100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli, **********752100 nömrəli və xx.xx.2022-ci il tarixli, **********516300, **********517000 nömrəli şikayət məktubları əsasında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2022-ci il tarixli, **********832200 nömrəli “inzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarına əsasən cəmiyyətin fəaliyyətinin araşdırılması zamanı 2021-ci il ərzində invoys dəyəri 337.215,32 manat, idxal rüsumu 69.888,86 manat, ödənilmiş aksizin dəyərinin 0,21 manat, digər rüsum və vergilər 5 270,0 manat olmaqla, ümumilikdə faktiki maya dəyəri 412 374,39 manat məbləğində idxal əməliyyatının aparıldığı, e-Qaimə əsasında 16 715,45 manat məbləğində iş və xidmətlərin (Müddətli qeyri-yaşayış daşınmaz əmlakın haqqı, yardımçıtexniki xidmətlər, fərdi qəza və xəstəlik sığortası üzrə xidmətlər və sair) əldə edildiyi müəyyən edilmişdir. 2021-ci il üzrə nəzarət kassa aparatının göstəricilərinin 443.321,85 manat məbləğində və elektron qaimə- faktura ilə satılan malların dəyərinin 290.439,21 manat məbləğində, ümumilikdə 2021-ci il üzrə vergiyə cəlb edilən dövriyyənin 733.761,06 manat məbləğində olduğunu nəzərə alaraq, Cəmiyyətin şikayətinin qismən təmin edilməli olduğu qənaətinə gəlinmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin 145.457.92 manat hissəsi azaldılaraq və 30141,91 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********650100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilməklə vergi ödəyicisinə göndərilmişdir. 2021-ci ilin sentyabr ayının əlavə dəyər vergsi bəyannaməsi üzrə vergi ödəyicisi xx.xx.2021-ci il tarixdən vergi orqanında qeydiyyata alınmış və Operativ vergi nəzarəti tədbirlərinə qədər (xx.xx.2021-ci il) 632.820,06 manat dəyərində mallar idxal edilmiş, elektron qaimə faktura və elektron alış aktı əsasında mallar alınmamış, cəmi mədaxil edilmiş malların dəyəri 632.820,06 manat təşkil etmişdir. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixə təsərrüfat obyektində 45 932,6 manat dəyərində mal qalığı və tərtib edilmiş aktlara əsasən ticarət əlavəsinin 10% olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin sonuna 45.932,6 manat mal qalığının olduğunu nəzərə alaraq, araşdırma nəticəsində təqdim edilmiş malların maya dəyərinin 586.887,46 manat, ticarət əlavəsi nəzərə alınmalqa xx.xx.2021-ci il tarixiə 645.576,21 manat dövriyyə olmalı halda, uçot-baza məlumatlarına əsasən qeyd olunan dövr üzrə dövriyyənin 490.071,52 manat olması 155.504,69 manat dövriyyə dövriyyə kənarlaşma yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********941000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 27990.84 manat vergi məbləği hesablanaraq, 05.01,2023-cü il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barədə xx.xx.2022-ci il tarixli **********650100 nömrəli və xx.xx.2023-cü il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarları ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli , **********9788 nömrəli qərarına əsasən, İddiaçındə (ünvan 1 ünvanda) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005449 nömrəli akta əsasən, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturanın tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinə 58.13-ci maddəsinə əsasən 42895.13 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - Ali Məhkəməsinin İnzibati Kollegiyasının (İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “topdansatışla məşğul olan vergi ödəyicisinə pərakəndə ticarət fəaliyyətinə görə vergi hesablanması barədə qərarların ləğv edilməsi” barədə 2-1(102)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddiaçı 23 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 8 iyul 2022-ci il tarixli, 2- 1(112)-3290/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021- ci il tarixli **********9788 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və P.A.Hüseynov) 17 yanvar 2023-cü il tarixli, 2- 1(103)-652/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyul 2022- ci il tarixli, 2-1(112)-3290/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. - Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd edilən inzibati iş üzrə qəbul etdiyi 2- 1(102)- 1180/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2- 1(103)-652/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. - 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. - 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır - 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 50.1-ci maddəsinə görə, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-ci maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə görə, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli **********650100 nömrəli və xx.xx.2023-cü il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş edir. Cavabdeh isə etirazın dəlili kimi qeyd etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərarları ilə ondan ödənilməsi tələb olunan əlavə vergilərin hesablanmasına əsas – operativ vergi nəzarətinin nəticələri olmuşdur. Halbuki, operativ vergi nəzarətinin nəticəsi olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərar ləğv olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin X2 üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ vergi nəzarəti tədbiri nəticəsində iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021- ci il tarixli **********9788 nömrəli qərar qəbul edilmişdir. Lakin iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3290/2022 saylı qərarı ilə müvafiq qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(103)-652/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1180/2023 saylı qərarı ilə təmin edilməyərək qərar qüvvəsini almışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1170/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1170/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver