Məhkəmə qərarları › İş №2-1(103)-1171/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1171/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1171/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Nuriyeva (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(82)-1177/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş iş üzrə icraata xitam verilməsi barədə vəsatətə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа, şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin vergilərin hesablanması barədə 05.11.2019-cu il tarixli **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli 2-1(82)- 1177/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, **********077200 nömrəli 05.11.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim – X.X.İmanov). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-849/2020 saylı, 18.06.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli 2-1(82)-1177/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov). Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.01.2021-ci il tarixli 2-1(102)-22/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2020-ci il tarixli, 2-1(103)-849/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim N.Rəsulbəyova, İ.Hüseynov və K.Bədəlov). Cavabdeh kassasiya instansiya məhkəməsinə 03.11.2020-ci il tarixli **********010200 nömrəli icraata xitam verilməsinə dair vəsatət təqdim edilmişdir. Cavabdehin nümayəndəsi X2 vəsatəti müdafiə edərək, izahatında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən mübahisələndirilən 05.11.2019-cu il tarixli **********077200 saylı qərar hal-hazırda qüvvədə deyildir. Belə ki, sözügedən qərarın qəbul edilməsindən sonra vergi ödəyicisi tərəfindən 04.06.2020-ci il, 27.07.2020-ci il, 14.08.2020-ci il tarixlərdə 2018ci ilin İİ rübü üzrə bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri (bundan sonra İBTFSV) təqdim edildiyindən müvafiq bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilərək, həmin dövr üzrə 21.08.2020-ci il tarixli **********923000 saylı qərar qəbul olunmuşdur. Həmçinin 21.08.2020-ci il tarixli **********923000 saylı qərarda mübahisə predmetini təşkil edən 05.11.2019-cu il tarixli **********077200 saylı qərarın ləğvi barədə qeyd öz əksini tapmışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən qərar 21.08.2020-ci il tarixli 1**********923000 saylı qərarın qəbul edilməsi ilə qüvvədən düşmüşdür. Daha sonra vergi ödəyicisi tərəfindən 24.09.2020-ci il tarixdə yenidən dəqiqləşdirilmiş BTFSV bəyannaməsi təqdim edildiyindən, qeyd edilən 21.08.2020-ci il tarixli **********923000 saylı qərar da ləğv edilərək, müvafiq dövr üzrə **********986100 saylı qərar qəbul edilmişdir. Həmçinin nümayəndə bildirmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyənnaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Yəni, vergi qanunvericiliyi ilə müəyəyən edilən kameral vergi yoxlamasının həyata keçirilməsi müddəti başa çatmadığından və eyni dövr üzrə yeni qərar qəbul edilmədiyindən, həmin vaxtı mübahisələndirilən qərarın qüvvədə olması səbəbindən apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən qərar hal-hazırda qüvvədə deyildir. Odur ki mübahisə predmetini təşkil edən qərar ləğv edildiyindən, iş üzrə mübahisə predmeti artıq mövcud deyildir. Nümayəndə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil vəsatətin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini, tərəfləri dinləyərək, hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan 21.08.2020-ci il tarixli, **********923000 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2018-ci ilin 2-ci rübü üzrə ”Ressan” MTK tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi 715366,70 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi 1025901,12 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi 310534,42 manat məbləğində təşkil edir. Bu qərara əsasən əvvəlki **********077200 saylı qərar ləğv edilmişdir. İşdə olan 30.09.2020-ci il tarixli, **********986100 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, 2018-ci ilin 2-ci rübü üzrə İddiaçı MTK tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi 836386,10 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi 1025901,12 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi 189515,02 manat təşkil edir. Bu qərara əsasən əvvəlki **********923000 saylı qərar ləğv edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə 05.02.2021-ci tarixdə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tələb olunan vergi məbləği ilə bağlı iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi yarandığından kooperativ vergi orqanının qanunsuz qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya və apelyasiya instansiya məhkəmələrində işə baxaraq iddiaçının xeyrinə qərarlar qəbul olunub. İş kassasiya instansiya məhkəməsində olarkən cavabdeh iddiaçının mübahisələndirdiyi 05.11.2019-cu il tarixli, **********077200 saylı özü ləğv edib, lakin 05.01.2021-ci il tarixdə iddiaçıya **********8 saylı bildiriş göndərərək əlavə olaraq 320832,07 manat vergi və 62159,75 manat faiz borcu, cəmi 382832,07 manat ödənilməsini tələb edib. İddiaçı məhkəmədən cavabdehin cəmi 382832,07 manat borcun tələb etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin pul tələb etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərinin görülməsinə dair 09.02.2021-ci il tarixli, 2-1(112)-4148/2021 saylı sərəncam qəbul edilmişdir. Göründüyü kimi, hazırki iş məhkəmə icraatında olduğu müddətdə cavabdeh mübahisələndirilən qərarı ləğv edib, yeni qərarlar qəbul edib, yeni qərarlar mühasiləndirilən qərar üzrə olan vergi borcu olaraq qalır, yəni cavabdeh yeni qərarlarla iddiaçının tələbini təmin etməmiş, iddiaçı yeni qərarla ona hesablanmış vergi borcu ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırmış, həmin iddia icraata qəbul edilmiş və belə olan halda mübahisə ilə bağlı apelyasiya instansiya məhkəməsində məhkəmə icraatın davam etdirilməsi və işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iş üzrə icraata xitam verilməsi barədə vəsatət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 67-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı və qərara aldı: Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli 2-1(82)-1177/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 05.11.2019-cu il tarixli **********077200 nömrəli qərarının ləğv edilərək kameral qaydada əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar