Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1172/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən, xx.xx.1978-ci il tarixədək İmişli suvarma sistemləri idarəsində fəhlə vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1982- il tarixədək İmişli rayonunda Xüsusi Su Tikinti İdarəsində fəhlə vəzifəsində, xx.xx.1982-ci il tarixdən, xx.xx.1990-cı tarixədək Yermak şəhəri metallurgiya zavodunun “Uraldomnaremont” trestində tikinti- quraşdırıcı vəzifəsində, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək “Nümunə” koperativində əmtəəşünas, xx.xx.1991-ci il tarixdən 16.011.1993-cü il tarixədək “Sibiryak” kiçik müəssisəsində direktor, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nümunə” koperativində əmtəəşünas, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Nərimanov rayonu Əmək və Məşğulluq Mərkəzində müfəttiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azfen Birgə müəssisəsində quraşdırıcı, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdən hal-hazıradək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləyir. Müəyyən vaxtlarda işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. Hal-hazıradək 36 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Belə ki, onun 60 yaşadək, yəni, xx.xx.2020-ci il tarixədək 36 ildən çox ümumi sığorta stajı, o cümlədən 13 ildən çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Tərəflərindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Hazırki halda cavabdeh kimi onlar nə inzibati aktı qəbul etməkdən imtina edirlər, nə də, hərəkətsizliyə yol verirlər. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Buna baxmayaraq iddiaçı tələb olunan sənədlərin əsillərini, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ əldə etməsinə imkan verə biləcək arayışı Mərkəzi Filiala təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-2112/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasının Yermak şəhərində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj İdarəsində quraşdırıcı çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə Siyahıda göstərilən vəzifəyə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 14 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə onun iştirakı olmadan iclasın keçirilməsi və apellyasiya şikayətinin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasının Yermak şəhərində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj İdarəsində işlədiyi quraşdırıcı çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 60 yaşı tamam olmalı; 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 3) ümumi iş stajı minimum 25 il olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. xx.xx.2020-ci il tarixədək iddiaçının 60 yaşının tamam olması, ümumi iş stajının 25 ildən çox olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi və güzəştli iş stajı 6 il 6 ay 14 gün olması hissəsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlıdır. Belə ki, iddiaçının xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasının Yermak şəhərində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj İdarəsində çalışdığı dövr güzəştli dövr kimi qəbul edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, qanunvericiliklə sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - İş materiallarında olan İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. - İddiaçının adına xx.xx.1978-ci il tarixdə və xx.xx.1986-cı il tarixdə açılmış əmək kitabçalarının və ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixədən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən, xx.xx.1996cı il tarixədək, xx.xx.1996cı il tarixdən xx.xx.2002-ci il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.2002-ci ildə ona işsizlik müavinəti təyin edilmiş, xx.xx.2003-cü il tarixdə işsizlik müavinətinin vaxtı bitmiş hesab edilmişdir. xx.xx.2003-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq, xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən, xx.xx.2007-ci il tarixədək, xx.xx.2011-ci il tarixədən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, HR- 2020/BOS/GHA/R00/3863 nömrəli güzəştli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2003-cü il tarixdə quraşdırıcı peşəsinə işə qəbul olunub. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir (xx.xx.2007-ci il tarixli, 1210/07 hr saylı əmr). İddiaçı yenidən "xxxx" MMC-də Əmək müqaviləsinə əsasən xx.xx.2011ci il tarixdə quraşdırıcı peşəsinə işə qəbul olunub, xx.xx.2014-cü iltarixdə Quraşdırıcı briqadir peşəsinə işə qəbul olunub, xx.xx.2014-cü il tarixdə Quraşdırıcı Briqadir vəzifəsinə keçirilib və hal-hazırda həmin vəzifədə işləyir. "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və götəricilərin siyahısı”, 29cu hissədə, öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 6 ay 18 gün təşkil edir. - Notarial qaydada tərcümə və təsdiq edilmiş “Pavlador vilayətinin Dövlət arxivi” Kommunal dövlət müəssisəsi Pavlodar vilayətinin mədəniyyət, arxivlər və sənədlər İdarəsi Pavlodar vilayətinin Akimatası tərəfindən verilmiş “İddiaçı əmək stajı haqqında” xx.xx.2019-cu il tarixli, 7-19/3-09/D-2 nömrəli arxiv arayışından görünür ki, Pavlador vilayətinin Yermak şəhərinin “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti – montaj idarəsinin şəxsi tərkibi ilə bağlı sənədlərdə, 4 saylı sahənin xidməti əməkdaşlarının və işçilərin aylıq məvacibinin köçürülməsi idarələrində 1982-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində, bütünlükdə 1983-cü il, 1984-cü il, 1985-ci il, 1986-cı il ərzində, 1987-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində, bütünlüklə 1989-cu il ərzində, 1990-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində İddiaçı 4, 5 dərəcəli montajçı çilingər, usta kimi sənədlərdə qeyd olunur. 1982- 1990-cı illər ərzində “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti – montaj idarəsinin şəxsi tərkibinə görə əmrlə, 1987-ci il ərzində iyul-dekabr aylarına görə 4 saylı işçi və xidmət sahələrin aylıq məvaciblərinin köçürülməsi cədvəlləri Pavlodarski vilayətinin dövlət arxivinin Agsu şöbəsinə saxlanmaq üçün təqdim olunmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubuna əsasən məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məhkəmə sorğusuna "xxxx" MMC tərəfindən verilmiş C-2021/BOSS/BAC/GHA/L-590 nömrəli, 03 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, “Uraldomnaremont” Trestinin onların sahəsinə oxşar sahə olduğunu nəzərə alaraq, hesab edirlər ki, hal-hazırda "xxxx" MMC-də Boru quraşdırılması üzrə Usta işləyən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1990cı il tarixədək Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont” zavodunda işlədiyi quraşdırıcı – çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cii l tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajına aiddir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla təqdim edilmiş “Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məlumatdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20195.87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 68507.96 manat olmaqla cəmi pensiya kapitalı 88703,83 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37600,00 manat məbləğində hesablanmışdır. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - "xxxx" MMC tərəfindən ünvanlanmış 12 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Cəmiyyətin Nizamnaməsinin 8-ci maddəsinin (Cəmiyyətin fəaliyyətinin mövzusu və Cəmiyyətin əsas fəaliyyət növləri) 2-ci hissəsinin ikinci bəndinə əsasən “Stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok-modullarının metal konstruksiyalarının Cəmiyyətin dənizkənarı quraşdırma meydançalarında və stapellərində böyük həcmdə yığma üzrə quraşdırma və suya salınma yerinə nəql edilməsi üzrə “Dəniz nöqtəsində” quraşdırma, dayaq özülünün payalarının möhkəmləndirilməsi, göyərtənin və stasionar dəniz özüllərinin yuxarı hissələrinin blok-modullarının quraşdırlması” BOS Şelf MMC-nin əsas fəaliyyət istiqamətidir.İddiaçı başqa ölkənin ərazisində, başqa hüquqi şəxslə bağladığı əmək müqaviləsinin, vəzifə təlimatlarının surətləri və nüsxəsi bizdə olmadığından sizə təqdim etməyimiz imkan xaricindədir. Lakin, İddiaçı BOS şelf MMC-də işlədiyi “quraşdırıcı”, “quraşdırıcı briqadir” və “quraşdırıcı usta” vəzifələri üzrə vəzifə təlimatlarının surətləri qoşa ilə təqdim edilir. - "xxxx" MMC tərəfindən ünvanlanmış 19 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki: "xxxx" MMC domna istehsalı və təmiri, poladəritmə və metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olmur. "xxxx" MMC-də işlədiyi vəzifələr üzrə İddiaçı güzəştli arayış verilmişdir (xx.xx.2020-ci il tarixli arayış). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlanmış 25 may 2022-ci il tarixli **********0 nömrəli “peşələrin uyğunluğu haqqında” məktubda qeyd edilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın “3. Metallurgiya istehsalatı” bölməsinin “3.1. Domna istehsalatı” hissəsində “domna sobalarının təmirilə məşğul olan sanitariya texnika sistemlərinin və avadanlığın quraşdırıcıları” və “metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” vəzifələri nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu səbəbdən adı çəkilən peşələrin zərərli sahələrə aid edilib-edilməməsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərar ilə tənzimlənir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, “Uraldomnatəmir” trestinin Yermak ixtisaslaşdırılmış tikinti-quraşdırma İdarəsində “metallurgiya avadanlığının təmiri üzrə daimi məşğulluqla quraşdırıcı montajçı və mexaniki quraşdırma işləri ustası” və “poladəritmə avadanlığının təmiri üzrə quraşdırıcı-çilingər” peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-ii Siyahısı”nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğun hesab olunaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilə bilərlər.” - “X3” QSC tərəfindən ünvanlanmış 27 may 2022-ci il tarixli x-y-1355 nömrəli məktubdan görünür ki, “X3” QSC Elektrik qövs sobasında metal qırıntılarının əridilməsi və poladın istehsalı ilə məşğuldur. Yarandığı gündən polad istehsalı üzrə ixtisaslaşdığından "X3" QSC-nin fəaliyyət istiqaməti məktubda qeyd etdiyiniz "Uraldomnaremont" trestinin Yermakovski ixtisaslaşdırılmış tikinti montaj idarəsinin fəaliyyət istiqaməti ilə eynilik təşkil etmir. - İddiaçı tərəfindən sonuncu məhkəmə iclasında göndərilmiş Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont-Remmet” Yekaterinburq metallurgiya avadanlıqlarının təmiri firmasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş arayışında qeyd edilir: xx xxxx 1960-cı il təvəllüdlü İddiaçı 1982-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1984-cü il tam, 1985-ci il tam, 1986-cı il tam, 1987-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında, 1988-ci il tam, 1989-cu il tam, 1990-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında həqiqətən də “Uraldomnaremont” trestinin Yermak ixtisaslaşdırılmış inşaat-quraşdırma idarəsində (Qazaxıstan SSR, Pavlodar vilayəti, Yermak ş.) Yermak Ferroərintilər zavodunun ferroərinti sobalarının mexaniki avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər-quraşdırıcı peşəsi üzrə işləmişdir. Həmçinin, daimi əsaslarla metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan çilingər-quraşdırıcı peşəsi üzrə 5-ci dərəcə verilmiş və əmək kitabçası və arxiv sənədinə əsasən daimi əsaslarla metallurgiya sobalarının mexaniki avadanlıqlarının təmiri ilə məşğul olan mexaniki-quraşdırma işləri üzrə usta təyin edilmişdir. Peşələrin kodları 14587, 7233. Yuxarıda qeyd edilən işlər əmək şəraiti ağır və zərərli olan işdir. Ağır və zərərli olan iş şəraitinə malik istehsalatlar, peşələr, işlərin siyahısı SSRİ Dövlət əmək komitəsinin, ÜHİMŞ Rəyasət heyətinin metallurgiya sahəsində əmək şəraiti ağır və zərərli olan istehsalatlar, peşələr və işlərin siyahısı haqqında 10.09.20-ci il tarixli, 283/П-9 saylı Qərarı ilə reqlamentləşdirilir. Yuxarıda qeyd edilən qərarda göstərilib ki, daimi əsaslarla metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan çilingər-quraşdırıcı peşəsi əmək şəraiti ağır və zərərli olan işdir. xx xxxx 1960-cı il təvəllüdlü İddiaçı peşəsi, onun tərəfindən yerinə yetirilən işlər - çilingər-quraşdırıcı əmək şəraiti ağır və zərərli olan işdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Beləliklə, mübahisələndirilən hissə üzrə iddiaçının güzəştli iş stajının tamamlanması iş üzrə apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Belə ki, ilk öncə oxşar fəaliyyət istiqamətinə malik olan "xxxx" MMC tərəfindən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont” zavodunda işlədiyi quraşdırıcı – çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajına aid edilməsi ilə bağlı güzəştli arayış təqdim edilmişdir. Həmçinin, iddiaçının Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont” zavodunda işlədiyi peşələrin uyğunluğunun müəyyən edilməsi ilə bağlı məhkəmənin sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş cavab məktubundan aydın olur ki, “Uraldomnatəmir” trestinin Yermak ixtisaslaşdırılmış tikintiquraşdırma İdarəsində “metallurgiya avadanlığının təmiri üzrə daimi məşğulluqla quraşdırıcı montajçı və mexaniki quraşdırma işləri ustası” və “poladəritmə avadanlığının təmiri üzrə quraşdırıcı-çilingər” peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-ii Siyahısı”nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğun hesab olunduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 3.1-ci hissədə (Metallurgiya bölməsi-Domna istehsalatı) də nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, “Uraldomnaremont-Remmet” Yekaterinburq metallurgiya avadanlıqlarının təmiri firmasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş arayışından da göründüyü kimi, iddiaçı mübahisləndirilən 1982-1990-cı illərdə ferroərinti sobalarının mexaniki avadanlıqlarının təmiri üzrə çilingər-quraşdırıcı peşəsi, metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan çilingər-quraşdırıcı peşəsi metallurgiya sobalarının mexaniki avadanlıqlarının təmiri ilə məşğul olan mexaniki-quraşdırma işləri üzrə usta peşələrində çalışmışdır ki, həmin güzəştli arayışda iddiaçının çalışdığı peşələrin SSRİ Dövlət əmək komitəsinin, ÜHİMŞ Rəyasət heyətinin metallurgiya sahəsində əmək şəraiti ağır və zərərli olan istehsalatlar, peşələr və işlərin siyahısı haqqında 10.09.20-ci il tarixli, 283/П-9 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda müvafiq kod altında göstərildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq (mübahisələndirilməyən 6 il 6 ay 14 gün + məhkəmə araşdırması ilə təsdiqini tapan 7 il 5 ay) xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuş, həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Belə olan halda Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2112/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2112/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1172/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1172/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver