Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1173/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X2rşı “X3ması Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2543/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh əvvəlki Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ukrayna Respublikasının “X3ması Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən onun adına verilmiş B17 seriyalı 133724 saylı 30.06.2017ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13.09.2012-ci ildən 21.08.2013-cü il tarixədək Ukraynanın «X3ması Akademiyası» Ali Təhsil Müəssisəsi Özəl Səhmdar Cəmiyyətinin xarici vətəndaşlar üçün hazırlıq fakültəsində (əyani şöbəsində) təhsil almış və gələcək ixtisasına müvafiq olaraq xarici vətəndaşlar üçün hazırlıq fakültəsinin proqramı üzrə Ukrayna (rus) dili və digər fənləri öyrənmişdir. 2013-2017-ci illərdə Ukraynanın «X3ması Akademiyasında əyani təhsilalma formasında ali təhsil almış, “Beynəlxalq kommersiya hüququ” ixtisaslaşması üzrə bakalavr ali təhsil dərəcəsi almış və həmin təhsil müəssisəsini bitirməyinə dair adına 30.06.2017-ci il tarixli, B17 133724 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi məqsədilə 2017-ci ilin avqust ayında Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 27.07.2018-ci il tarixli, 23-04-647/ANİ saylı nömrəli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya səbəb kimi tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2543/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur, cavabdehin imtinası isə qanuni və əsaslıdır. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-611/2020 saylı 04 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2543/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1448/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-611/2020 saylı 04 mart 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İşə apellyasiya qaydasında son olaraq yenidən baxılması 15.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nüməndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə proseslərindən iştirak edən cavabdehin nümayəndəsi Siyavuş Əhmədzadə apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X2rşı tələbi “B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23-04-647/ANİ saylı 27.07.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahsində ixtisasların tanənmasə haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Müraciətə baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “X1 Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə meyarları) və İzahedici Memorondumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukraynanın «X3ması Akademiyası tərəfindən iddiaçının adına verilmiş B17 seriyalı 33724 saylı 30.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmamışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxmış birinci instansiya məhkəməsi onun tələbini təmin etsə də, apellyasiya instansiyas həmin mövqe ilə razılaşmamış, kassasiya instansiyası məhkəməsi isə sonuncunun mövqeyi ilə razılaşmamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1448/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı ekvivalentlik haqqında mənfi rəyi əks etdirən sənəd (material), həmin sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair məlumat işdə yoxdur. Belə olan halda, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, işə əlavə edilməsinə baxmayaraq, iddiaçının rus dilini bilməsi səviyyəsinə dair mütəxəssis rəyi digər sübutlarla birlikdə tədqiq olunmamış, qiymətləndirilməmişdir. Sazişin tələblərinə əsasən iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən 13 iyul 2021-ci il tarixli qərardadla İddiaçı bakalavr diplomu üzrə ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən müsahibənin təşkil edilməsi və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddətin təyin edilməsi və bunun nəticəsi barəsində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı 06 sentyabr 2021-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə daxil olmuş məktubdan müəyyən olunur ki, iddiaçının aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Bedə ki, məktuba əlavə olunmuş T025009 saylı qeydiyyat nömrəli 2021-ci il tarixli şəhadətnamədən görünür ki, “X3ması Akademiyası” tərəfindən İddiaçı verilmiş B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomu Azərbaycan Respublikasında 050206-hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir. İ024435 saylı qeydiyyat nömrəli 2021-ci il tarixli şəhadətnamədən isə görünür ki, “X3ması Akademiyası” tərəfindən İddiaçı verilmiş B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli ali təhsil haqqında sənəd Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüquqi verilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinə cavab verildiyi, buna görə də onun tələbinin təmin olunduğu və artıq tərəflər arasında mübahisənin olmadığı müəyyən olundu. Azərbaycan espublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının B17 seriyalı 133724 saylı 30.06.2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1173/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1173/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver