Məhkəmə qərarları › İş №2-1(103)-1173/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1173/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1173/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********402100 № li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin göstərilməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir. Lakin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 may 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə 74.622,24 manat mənfəət vergisi hesablanmışdır. Göstərilən vergi məbləğinin azaldılmasına dair Dövlət Vergi Xidmətinə müraciət edilmiş, Xidmətin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsassızdır. Belə ki, şərh olunduğu kimi 2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin görülməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir. İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar, vergi orqanı tərəfindən əsassız olaraq əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və bunun nəticəsində əsassız olaraq İddiaçı MMC-yə 74622,24 manat mənfəət vergisi hesablanmışdır. Qanuna əsasən vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəlləsinin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir və xərclər çıxıldıqdan sonra qalan mənfəət vergitutma obyektidir. 2021-ci il ərzində işlərin görülməsi və xidmətlərin görülməsindən İddiaçı MMC-nin hesabına 552569,20 manat vəsait daxil olmuşdur. Xərclər isə 552578,25 manat təşkil etmişdir. Bununla da 2021-ci ildə MMC 9,05 manat zərərlə işləmiş, mənfəət əldə etməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...2021-ci il ərzində 552569,21 manat məbləğində satış əməliyyatı həyata keçirilmiş, o cümlədən həmin il elektron qaimə-faktura məlumatına əsasən 531588,28 manat məbləğində xərc göstəricisi olmuş, bunun 352130,28 manat hissəsi "X6" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə edildiyi müəyyən edilmişdir ki, həmin əməliyyatlar riskli (əmtəəsiz) əməliyyatlar kimi qiymətləndirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2021-ci il ərzində 531588,28 manat dəyərində elektron qaimə-fakturalar əldə etməsi, bundan 352130,25 manat hissəsində olan elektron qaimə fakturaların (tikinti materialları, dəftərxana malları, məişət malları və s.) "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "X6" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Bu səbəbdən qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********643800 nömrəli, "xxxx" MMC-nin, "X6" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********239100 **********268500, **********271300 nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda, həmin ildə X2 (VÖEN **********) “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura adı altında 179458,0 manat məbləğində müxtəlif məbləğlərdə ödəmə kartları əldə edilmişdir ki, qeyd edilənlər mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində əks etdirilməməlidir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********577900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üzrə 110513,84 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********402100 nömrəli Qərar qəbul olunmuşdur. Həmin qərarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********402100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən, İddiaçı MMC-yə 106315,84 (110513,84-4198,0 (20.990 x 20 %)) manat əlavə verginin hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd olunmuş aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçıdan 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisi 2021-ci il ərzində 552569,21 manat məbləğində satış əməliyyatı həyata keçirilmiş, o cümlədən həmin il elektron qaimə-faktura məlumatına əsasən 531 588,28 manat məbləğində xərc göstəricisi olmuş, bunun 352 130,28 manat hissəsi "X6" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə edildiyi müəyyən edilmişdir ki, həmin əməliyyatlar riskli (əmtəəsiz) əməliyyatlar kimi qiymətləndirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2021-ci il ərzində 531 588,28 manat dəyərində elektron qaimə-fakturalar əldə etməsi, bundan 352 130,25 manat hissəsində olan elektron qaiməfakturaların (tikinti materialları, dəftərxana malları, məişət malları və s.) "xxxx" MMC-dən (VÖEN **********), "xxxx" MMC-dən (VÖEN **********), "X6" MMC-dən (VÖEN **********) və "xxxx" MMC-dən (VÖEN **********) əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə- fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarlına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin, riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********643800 nömrəli, "xxxx" MMC-nin, "X6" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********239100, **********268500, **********271300 nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda, həmin ildə X2 (VÖEN **********) “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura adı altında 179458,0 manat məbləğində müxtəlif məbləğlərdə ödəmə kartları əldə edilmişdir ki, qeyd edilənlər mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində əks etdirilməməlidir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********577900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021 -ci ilin iyul ayı üzrə 110513,84 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********402100 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə heç bir göstərici olmadan mənfəət bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 552569,21 manat gəlir əldə etdiyi, 352 130,25 manat olan elektron qaiməfakturalar üzrə əmtəəsiz əməliyyat apardığı və 179458,0 manat məbləğində müxtəlif məbləğlərdə ödəmə kartları “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura üzrə əldə edildiyi üçün xərc sənədi kimi nəzərə alınmamışdır. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilməmiş və hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Nə ekspert rəyində. nə də məhkəmənin qərarında 531 588,28 manat xərcin “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura üzrə olan 179 458,0 manat məbləğində olan hissəsinə münasibət bildirilməmişdir. Vergitutma məqsədləri üçün Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixindən edilmiş dəyişikliyə görə “Malların agentə (komisyonçuya) təqdim edilməsi” üzrə elektron qaimə fakturanın forması təsdiq edilmişdir. Deməli, komitent malları komisyonçuya verəndə malların vəkalət verən tərəfindən agentə verilməsi üçün elektron qaimə-fakturasını təqdim etməlidir.Malların vəkalət verən tərəfindən agentə verilməsi zamanı təqdim edilən elektron qaimə-faktura üzrə aparılan əməliyyat vergitutma məqsədləri üçün təqdim edilmə sayılmır. Yəni malların mülkiyyəti komitentdə qaldığına görə bu zaman heç bir vergitutma obyekti yaranmır. Həmçinin,“Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə fakturası üzrə olan məbləğ mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində əks etdirilməməlidir…” Əlavə olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, **********402100 saylı qərarı 14.01,2023-cü il tarixdə oxunaraq qəbul edilmiş, buna baxmayaraq iddiaçı həmin qərarı xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd olunanlarla bağlı iddianın mümkünsüz sayılması barədə məhkəməyə vəsatət təqdim edilmiş, lakin məhkəmə tərəfindən vəsatət nəzərə alınmamış, iddia mümkün sayılmışdır…” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətinə uyğun izahat verərək vergi orqanı tərəfindən iddiaçının nəzərə alınmayan xərclərinin ümumi məbləğinin 531.588, 88 manat təşkil etdiyini, bundan 352.130,28 manatının riskli vergi ödəyiciləri ilə aparılan əmliyyatlar, 179.458 manat hissəsinin isə sırf komision müqaviləsindən irəli gəldiyi halda, iddiaçı tərəfindən əsassız olaraq xidmət dəyərini öz xərci kimi göstərdiyi xərclərdən ibarət oluduğunu bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir (Məhkəmənin suallarını cavablandırarkən, nümayəndə bildirmişdir ki, iddiaçının 352.130,28 manat dəyərində əməliyyatlar apardığı vergi ödəyiciləri, həmin əməliyyatlar aparıldıqdan sonra 31 yanvar 2022-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına salınmışlar). Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndələri H.F.Kərimov və Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər (İddiaçının nümayəndəsi Vəkil hazırkı məhkəmə iclasında qərarın elanında iştirak etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi “xx.xx.2023-cü il tarixli **********402100 № li qərarı ilə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələri əsas tutulmaqla, iddiaçıya əlaqəli məlumatlara əsasən 2021-ci il üçün 110.513,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İş materialları araşdırıldıqda müəyyən olunur ki, cavabdehin mübahisələndirilən qərarı ilə hesablanmış 2021-ci il üçün hesablanmış 110513,84 manat məbləğində mənfəət vergisinin hesablanmasına əsas olan hallardan biri, iddiaçının "xxxx" MMC, "xxxx" MMC və "X6" MMC və “Life Time Services" MMC” adında vergi ödəyiciləri ilə apardığı 352.130,28 manat dəyərində əməliyyatların xərc sənədləri kimi qəbul edilməməsidir. Belə ki, həmin qurumlar müvafiq olaraq, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********268500;**********239100 və **********271300 №li və xx.xx.2022-ci il tarixli **********643800 №li qərarları ilə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.82-ci maddəsi də məhz nəzərədə tutur ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci ildə 552569,21 manat dəyərində elektron qaimə-fakturalar əldə etmiş və bundan 352.130,28 manat məbləğində hissəsini ehtiva edən əməliyyatlar adıçəkilən riskli vergi ödəyiciləri ilə, onların xx.xx.2022ci il tarixində “riskli vergi ödəyicisi hesab edildikləri tarixə qədər aparılmışdır. Digər 179.458,0 manat məbləğində hissəsi isə ödəmə kartlarının “Malların agentə (komisyonçuya) təqdim edilməsi”nə dair elektron qaimə-faktura üzrə əldə edilmişdır. Məhkəmə Ekspertizası Mərəkəzindən iş üzrə alınmış ekspert rəyində də 2021-ci ildə 352.130,28 manat dəyərində əməliyyatların məhz qeyd olunan təşkilatlarla aparıldığı təsdiq olunur. İş materallarında olan, “Riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar” barədə məlumata (i.v.112-113), o cümlədən ekspert rəyində də həmçinin, adıçəkilən vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə cədvəl şəklində verilmiş məlumat göstəriciləri aşağıdakılardan ibarətdir: Riskli vergi ödəyicisi hesab edilən müəssisələrlə Vergi "xxxx" MMC-nin apardığı əməliyyatlara dair e-qaimə ödəyicisinin Risklinin qərarı fakturalarda olan məlumatlar risk adı tarixi seriya nömrəs dəyəri tarixi tarixi nömrəsi "LİFETİME 30.12.20 EBB 69812 4835,90 xx.xx.2022 31.01.2 **********27 "LİFETİME 13.12.20 EBB 70852 3824,10 xx.xx.2022 31.01.2 **********26 "LİFETİME 23.12.20 EBB 654960 47135,00 xx.xx.2022 31.01.2 **********26 "xxxx" 14.12.20 EBB 152431 133541,85 xx.xx.2022 31.01.2 **********23 "xxxx" 21.12.20 EBB 474133 4842,00 xx.xx.2022 31.01.2 **********23 "xxxx" 21.12.20 EBB 474355 35287,00 xx.xx.2022 31.01.2 **********23 "xxxx" 23.12.20 EBB 693067 36079,25 xx.xx.2022 31.01.2 **********23 "xxxx" 26.12.20 EBB 790627 J32039,6 xx.xx.2022 31.01.2 **********23 "BASİLİCİA" 29.12.20 EBB 29339 4545,55 xx.xx.2022 31.01.2 **********64 YEKUN 352.130,2 Sözügedən məlumat göstərcilərindən də aydın görünür ki, iddiaçı müəssisənin qeyd olunan vergi ödəyiciləri ilə apardığı əməliyytlar onların riskli vergi ödəyiciləri siyahısına daxil edildikləri xx.xx.2022-ci il tarixədək aparılmışdır. Belə olan halda, iddiaçının apardığı həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilərək, xərc sənədi kimi qəbul edilməməsi və bu əsasla ona 2021-ci il üçün mənfəət vergisi hesablanması qanunsuzdur. Bu baxımdan, məhkəmə kollegiyası iş üzrə Məhkəmə Ekspertizası Mərəkəzinin ekspert rəyində həmin hissədə aparılmış əməliyyatların xərc sənədləri kimi cavabdeh vergi orqanı tərəfindən nəzərə alınmamasının düzgün olmadığı barədə gəldiyi rəylə razılaşır. Lakin həmin rəydə ekspertin 2021-ci ildə həyata keçirilmiş əməliyyatların 352.130,28 manat dəyərində hissəsinə münasibət bildirsə də, digər 179.458,0 manat məbləğində olan hissəsinə heç bir münasibət bildirmədən, həmin əməliyyatların iddiaçı tərəfindən xərc sənədlərinə aid etməsini düzgün hesab etmişdir. Məhkəmə kollegiyası həmin hissədə ekspert rəyi ilə razılaşmır. Çünki, işdən görünür ki, iddiaçı, X3 adında digər vergi ödəyicisindən (VÖEN **********) “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə-faktura ona təqdim edilmiş 179.458,0 manat məbləğində müxtəlif məbləğlərdə ödəmə kartlarının satışı ilə bağlı xidmət göstərmişdir. Mülki Məcəllənin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır. Eyni zamanda, Vergi Məcəlləsinin 172.4.2-ci maddəsinə əsasən digər şəxs (vəkalət verən) üçün vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxtdır. Digər şəxs (vəkalət verən) tərəfindən malların agentə təhvil verilməsi bu məqsəd üçün nəzərdə tutulan elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 172.4.4-cü maddəsinə əsasən Agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır). Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, malların vəkalət verən tərəfindən agentə verilməsi zamanı təqdim edilən elektron qaimə-faktura üzrə aparılan əməliyyat vergitutma məqsədləri üçün təqdim etmə sayılmır. Yəni mallara mülkiyyət hüququ komitentdə qaldığından heç bir vergitutma obyekti yaranmır. Çünki, qeyd olunan halda iddiaçı vasitəçi kimi kartları alıb satmışdır. Yəni, göstərdiyi xidmət onun gəliridir. Belə ki, X2 aldığı kartlara görə ödəniş həyata keçirməmiş, sadəcə olaraq kartları götürüb satmaqla ona xidmət göstərmişdir. Başqa sözlə, iddiaçı, həmin kartlara görə xərc çəkmədiyi halda, yəni 179.458,0 manat məbləğində vəsaitin xərcin kartın əsil sahibinə aid olduğu halda, onu öz xərci kimi gəstərə bilməzdi. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən “Malların agentə (komisyonçuya) təqdim edilməsi” elektron qaimə fakturası üzrə məbləğ mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində əks etdirilə bilməz. İddiaçı isə xidmət əsnasında satdığı həmin kartlara görə əldə edilmiş 179.458,0 manat vəsaiti mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsində öz xərcləri kimi əks etdirmişdir. Həmin məbləğin Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunan 20 faiz dərəcəsi ilə müəyyən olunan mənffət vergisi 35.891,60 (179.458,0 x20%) manat təşkil edir. Beləliklə də, müəyyən olunur ki, cavabdehin mübahisələndirən qərarı ilə iddiaçıya 2021-ci il üçün hesablanmış 110.513,84 manat məbləğində mənfəət vergisindən 35.891,60 manat məbləğində hissəsi əsaslıdır. Başqa sözlə, həmin qərarın yalnız, 74.622,24 manat hissəsində əsassız olduğu və həmin hissədə iddiaçının hüqunu pozduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, həmin hissədə heç bir araşdırma aparmamış, cavabdehin iddia ərizəsinə etirazının müvafiq dəlillərinə hüquqi qiymət verməmiş, ekspert rəyinə əsaslanaraq, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 552.569,20 manat gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə 531.579,20 manat, bu kəmiyyətlər aralarındakı fərqin 20.990 manat və bu məbləğdən hesablanan mənfəət vergisinin isə 4198 manat təşkil etdyini qeyd edərək həmin məbləği, mübahisələndirən qərarla ona hesablanmış 110513,84 manat mənfəət vergisindən çıxaraq, həmin qərarı qismən, 106.315,84 manat məbləğində hissəsində ləğv etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin iddiaçıya 110513,84 manat məbləğində mənfəət vergisi hesablanması barədə qərarı 35.891,60 manat məbləğində əlavə vergi hesablanması hissəsində işin sübutlarla müəyən olunan hallarına və qanunvericiliyə uyğun hesablandığı və həmin qərar yalnız 74.622,24 manat hissəsində əsassız olduğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətinin, İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı dəlillərinə gəldikdə, işə əlavə olunmuş vəsatətlərində cavabdeh mübahisələndirilən qərarın xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron poçtunda oxunduğunu, məhkəmə qaydasında isə həmin qərarı xx.xx.2023-cü il tarixində mübahisələndirdiyini qeyd edərək hesab etmişdir ki, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinin tələbinə görə isə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarına əsasən isə mübahisələndirilən qərarın iddiaçıya, Məcəllənin qeyd olunan 49.4-cü maddəsinin tələbinə müvafiq qaydada təqdim edildiyi müəyyən olunmur. Odur ki, qeyd olunanlar baxımından, iddia mümkün iddia kimi mahiyyəti üzrə baxılması əsaslıdır (Eyni hal üzrə Ali Məhkəmənin 2-1(102)-2206/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbləri pozulduğundan müddət buraxılmamış hesab olunmuşdur. Həmin qərar işə əlavə olunur). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qismən, cavabdehin xx.xx.2023-cü il tarixli **********402100 №-li qərarının - 31.693,60 (106.315,84-74.622,24) manat məbləğində əlavə mənfəət vergisinin hesablanması hissəsinin ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddiaçının tələbi rədd edilməli və qərar cavabdehin qərarının 74.622,24 manat hissəsində əlavə verginin hesablanması hissəsinin ləğv edilməsi hissəsində və ekspertiza xərclərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8229/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, qismən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********402100 №-li qərarının 31.693,60 manat məbləğində əlavə mənfəət vergisi hesablanması hissəsinin ləğv edilməsi hisssində ləğv edilsin. Həmin hissədə İddiaçı MMC-nin tələbi rədd edilsin. Məhkəmənin həmin qərarı, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********402100 № li qərarının 74.622,24 manat məbləğində mənfəət vergisinin hesablanması hissəsinin ləğv edilməsi hissəsində və ekspertiza xərclərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar