Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1175/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “onun cavabdeh inzibati orqana ünvanladığı 10 aprel 2019-cu il tarixli sorğunun 1, 2 və 3cü suallarına, 01 may 2019-cu il tarixli sorğunun 1-ci sualına və 2-ci suallarına cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2640/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanladığı 10 aprel 2019-cu il tarixli sorğunun 1, 2 və 3-cü suallarına, 01 may 2019-cu il tarixli sorğunun 1-ci və 2-ci suallarına cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iki dəfə anoloji sorğu ilə inzibati orqana müraciət etsə də, inzibati orqan bu sorğulara cavab verməkdən əsassız olaraq imtina etmiş və qanunsuz olaraq onun vəkillik fəaliyyətini pozmaqla yanaşı vətəndaşların da yüksək kefiyyətli yardım almaq hüququnu pozmuşdur. Belə ki, o, X1 ilə vəkillik müqaviləsi bağlayaraq sonuncunun cavabdeh X2 qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə köməklik göstərir. Hüquqlarının müdafiəsini daha etibarlı həyata keçirmək məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasnaməsində xidmətin vəzifəsi kimi nəzərdə tutulan məsələlər üzrə cavab almaq istəsə də, həmin sorğuya çox etinasız və laqeyd yanaşılmaqla yanaşı xidmətin öz vəzifələrini icra etməməsi nəticəsində onun vəkillik fəaliyyətinin pozulması ilə yanaşı Konstitusiyanın 63-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci, 2.0.5, 3.0.16, 3.0.19, 3.0.24-cü bəndlərində xidmətin vəzifəsi kimi nəzərdə tutulan məsələlər üzrə cavab almaqla bağlı verdyi sorğulara qanunsuz bir şəkildə imtina edilmişdir. Halbuki, o, sorğusunu onunla əsaslandırmışdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti əsassız olaraq onun sorğusundan imtina etmiş, habelə onun vəzifə səlahiyyətlərinə aid olan məsələlər üzrə məlumat verməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan üzərinə düşən öhdəliyi icra etməkdən imtinasını əsaslandıra bilməmiş və bu halı sübut edə bilməmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2640/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış 10 aprel 2019-cu il tarixli sorğunun 1 və 2-ci suallarına, 01 may 2019-cu il tarixli sorğunun isə 1-ci sualına cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2640/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə vəkil sorğusu olaraq ünvanladığı 10 aprel 2019-cu il və 01 may 2019-cu il tarixli sorğularında göstərdiyi suallar üzrə məlumatların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işlə əlaqədar iddiaçının təqdim etdiyi sorğularda yalnız onun müdafiə etdiyi fiziki şəxsin deyil, bir neçə mülkiyyətçiyə məxsus torpaq sahələri barədə məlumat verilməsi tələb olunduğundan iddianın mümkünsüzlüyü bildirilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi üçün Xidmətin 28 iyun 2019-cu il tarixli **********76 nömrəli məktubu ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə Etiraz təqdim olunmuşdur. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli məhkəmə bildirişi əsasında müvafiq iş üzrə məhkəmə iclaslarında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakı təmin olunaraq şifahi izahat verilmişdir. İddiaçı 10 aprel 2019-cu il tarixli və 01 may 2019-cu il tarixli müraciətlərlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edərək ünvan 3 ünvanında yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri barədə məlumatların, həmin torpaq sahələrinin döngə nöqtələrinin təqdim edilməsini xahiş etmişdir. Vəkil İddiaçı tərəfindən məhkəməyə qədər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış 10 aprel 2019-cu il tarixli və 01 may 2019-cu il tarixli sorğularına cavab olaraq tələb olunan məlumatların yalnız onun müdafiə etdiyi mülkiyyətçiyə deyil, digər mülkiyyətçilərə məxsus torpaq sahələrinə də aid olması səbəbindən həmin məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, həmin sorğularda konkret olaraq hansı torpaq sahəsi ilə bağlı məlumatın tələb olunduğu göstərilməmişdir. Həmçinin müraciəti ilə əlaqədar vəkil İddiaçı Xidmətdə qəbul olunarkən onun sorğusunda tələb etdiyi məlumatların digər şəxslərin mülkiyyət hüququ ilə, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı olduğundan həmin məlumatların verilməsinin mümkün olmadığı izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2-1(81)- 2640/2019 nömrəli qərarının icrası ilə bağlı aparılmış araşdırmalar zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazi dairəsinin sərhədləri naturada müəyyən olunaraq xəritəsi tərtib edilmiş və baxılıb razılaşdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xəritəsi tərtib edilərək baxılıb razılaşdırılması üçün M.Ə.Rəsulzadə Bələdiyyəsinə təqdim edilmişdir. Həmin xəritələr bələdiyyə və Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış, hal-hazırda qonşu rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılma mərhələsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi zamanı Komitənin rayon və şəhər şöbələrində saxlanılan bütün sənədlər, o cümlədən fiziki və hüquqi şəxslərin adlarına hazırlanmış torpağa mülkiyyət, istifadə və icarə hüququna dair sənədlərin nsxələri və onların qeydiyyat kitabları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-101/2020 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2640/2019 saylı 10 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindın verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1396/2020 saylı 2 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-101/2020 saylı 16 yanvar 2020-ci il tarixli qərarının ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında yenidən baxılması 09.06.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayndəsinin iştirakı olmadam baxılmasına etiraz etməmşdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Hazırkı işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədəAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1396/2020 saylı 2 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi istinad etdiyi **********47 nömrəli cavab məktubundakı cavabla bağlı (“...Həmin xəritələr təsdiq olunduqdan sonra müraciətə baxıla bilər.”) iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, iddiaçı qərarı mübahisələndirməmişdir. Cavabdeh isə qərarı iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Yəni **********47 nömrəli məktubda əks olunan məzmunda cavab və həmin cavaba aid iddiaçının sualları üzrə birinci instansiya məhkəməsinin qərarı apelyasiya icraatının baxış predmeti deyildi. Cavabdeh iddiaçının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunların müddəalarından irəli gələn tələb hüququnun nə üçün müstəqil qaydada (peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar) deyil, məhz məhkəmə vasitəsi ilə həyata keçirilməli olduğunun səbəblərini əsaslandıra bilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi həmin səbəblər üzrə araşdırma aparmamışdır. Əgər cavabdehin yuxarıda qeyd edilən məzmunda cavabı iddiaçı tərəfindən sorğulanan məlumatın məhkəmə vasitəsi ilə əldə edilməsinin mümkünlüyünü özündə ehtiva edirsə, cavabdeh həmin məlumatın vəkil sorğusu əsasında verilməsini istisna edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulan əsasları cavab məktubunda göstərməli idi. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır (İPM-in 82-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi də öz qərarının əsaslandırmasını apelyasiya şikayətinin dəlilləri üzərində qurmuş (qərarını şikayətin məzmununa uyğun əsaslandırmış), lakin işin faktiki hallarını, xüsusilə də apelyasiya şikayətində istinad edilən dəlillərin iddiaçının sorğusuna dair **********29 saylı 24 aprel 2019-cu il tarixli və **********87 saylı 20 may 2019-cu il tarixli cavab məktublarında göstərilənlərlə uzlaşmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya baxışı zamanı işə tam və hərtərəfli baxılması üçün, eyni zamanda iddiaçının informasiya sorğusuna cavabın alınmasını təmin etmək məqsədilə ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin 2014-cü ilin dekabr ayına qədər və həmin tarixdən sonra hal-hazırda kimin mülkiyyətində (dövlət, bələdiyyə, xüsusi) olması, o cümlədən torpağın kateqoriyası barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. 02.06.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə daxil olmuş cavab məktubuna əlavə edilmiş arayışdan müəyyən olunur ki, qeyd edilən torpaq sahəsinə yerində baxış keçirilmişdir. “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi 2014-cü ilin dejabr ayına qədər Binəqədi bələdiyyəsinin hüdudları daxilində dövlət mülkiyyəti torpağı olmuş, hal-hazırda xüsusi mülkiyyətdədir, kateqoriyası yaşayış məntəqəsi torpağıdır. RX seriyalı ******* saylı 09.12.2014-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən sahəsi 0.275 ha olan torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Apellyasiya baxışı zamanı iddiaçı Samir Xudaquliyev məhkəməyə ərizə təqdim edərək, onun iddia tələbində qoyduğu sorğularına cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğl tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1175/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1175/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver