Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1175/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ) qarşı “torpaq sahəsinin qeydiyyata alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6340/2021 saylı 04.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan X7 tərəfindən ona ayrılmış 0.06 ha torpaq sahəsinə mərkəzçəkmə planının tərtib olunması, çöl ölçmə işlərinin aparılması və çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddianın əsaslarına görə Abşeron rayon X4 26.12.1991-ci il tarixli 145 saylı əmrinə və Abşeron rayon X7 həmkarlar ittifaqı komitəsinin və əmək kollektiktivi şurasının 26.12.1991-ci il tarixli 58 nömrəli protokoluna əsasən iddiaçının adına sovxoz ərazisində yerləşən torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində özünə fərdi yaşayış evini inşa etmişdir. O, torpaq sahəsinə çıxarış almaq üçün arxiv arayışını almaq məqsədi ilə əvvəlcə Abşeron rayon Dövlət Arxivinə müraciət etmiş, Abşeron rayon Dövlət Arxiv İdarəsinin 23.09.2020-ci il tarixli F-635 saylı məktubu ilə ona torpaq sahəsi ayrılması təsdiqini tapmışdır. Daha sonra sənədlərini cavabdeh İdarəyə təqdim etmiş, lakin sonuncu 27.01.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyindən qeydiyyata alınması mümkün olmamışdır. O, 2-ci dəfə 07.04.2021-ci il tarixdə sənədlərini cavabdehə təqdim etsə də həmin məktubuna da heç bir əsas olmadan torpağın qeydiyyata alınmasından imtina olunmuşdur. Halbuki, İdarəyə təqdim etdiyi X5 cavab məktubunda qeyd olunmuşdur ki, ayrılan torpaq sahəsinə hər hansı bir ayrıca aktı və cizgi arxivə təhvil verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, 26.12.1991-ci il tarixli, 145 nömrəli sovxoz əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin, təqdim edilən sənədlərdə ad və ata adında uyğunsuzluq mövcüddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6340/2021 saylı 04.11.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli 516 saylı Fərmanının tələblərini bilə-bilə nəzərə almadan rədd etmişdir. Halbuki, həmin Fərmanda torpaq sahəsinin planı və ölçsünün tərtib edilməsi və verilməsini təmin etməkcavabdeh idarənin səlahiyyətlərinə aid edilmişdir. Bununla yanaşı, məhkəmə qəbul etdiyi qərarda göstərir ki, guya arxiv arayışı təqdim edilmədyindən ona ayrılmış torpaq sahəsi Abşeron rayon arxiv çıxarışında 0,08 ha olduğu halda, ona ayrılmış torpaq sahəsi Abşeron rayon arxiv çıarışında 0,08ha olduğu halda, ona ayrılmış torpaq sahəsi ilə əlaqədar verilmiş qərarda 0,06ha göstərilmişdir. Hesab edir ki, buk imi çatışmazlıqlar torpağın dövlət qeydiyatına maneçilik törətmir və ona ayrılmış torpaq sahəsinin ölçüsü ilə əlaqədar hər hansı bir mübahisə yaratmır və tələbində yodur. Bununla yanaşı guya onun adında və soyadında təqdim olunan sənədlərdə hərf səhvi var. Halbuki, o, şəxsiyət vəsiqəsinin surətini məhkəməyə təqdim etmişdir. Bu kimi əsassız tələblər olduğundan o, məcbur olub apellyasiya şikayəti vermişdir. Məhkəmənin qərarı ona 29.12.2021-ci il tarixində verilmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun əmək kitabçasında torpaq ayrılarkən sovxozda işlədiyinin öz təsdiqini tapdığını bildirərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı arxiv arayışı təqdim edilsə də. torpağın torpaq ayıran qurum tərəfindən tərtib edilməli olan plan-sxeminin idarəyə təqdim edilmədiyini, bundan əlavə sənədlərdə iddiaçının ad və ata adında da uyğunsuzluq olduğunu qeyd edərək qanunvericiliyə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının adına qeyd alınmasını mümkünsüz olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarına əsasən iddiaçıya X6 sovxoz ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılması barədə Abşeron rayon X4 26.12.1991-ci il tarixli 145 saylı əmri və həmin X2 Komitəsinin və X3 23.11.1991-ci il tarixli 58 nömrəli protokol qərarı işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən həm iddiaçıya ünvanlanmış imtina məktubunda, həm iddia ərizəsinə etirazında, həm də hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən mübahisələndirlən halları ondan ibarətdir ki, qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən idarəyə X4 26.12.1991-ci il tarixli, 145 nömrəli əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmiş, həm də, təqdim edilən sənədlərdə onun adı və ata adında uyğunsuzluq mövcüddur. Qanunvericiyin tələbləri və iş materialları araşdırıldıqda müəyyən olunur ki, cavabdehin imtinasının qeyd olunan faktiki və hüquqi şərtlərinin mövcudluğu öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» Lakin iddiaçı tərəfindən cavabdeh qeydiyyat orqanına, qanunvericiliyin həmin tələblərinə müvafiq olan sənədlərin təqdim edildiyi öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əsasən iddiaçıya sovxoz ərazisində torpaq sahəsinin ayrılması barədə Abşeron rayon X4 Həmkarlar direktorunun 23 noyabr 1991-ci il tarixli 58 saylı protokol qərarı və sovxoz direktorunun 26 dekabr 1991-ci il 145 №-li əmrinin arxiv arayışları (i.v. 5; 21) mövcud olsa da,AR Prezidentinin qeyd olunan Fərmanının 2-ci bəndinə görə qeydiyyat orqanına təqdim edilməsi tələb olunan, iddiaçıya ayrılan mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər, o cümlədən: müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər təqdim edilməmişdir Cavabdeh idarənin işə əlavə olunmuş 02.11.2021-ci il tarixli **********51 nömrəli məktubundan (i.v.45) görünür ki, iddiaçıya məxsus mübahisəli ünvana texniki baxışın keçirilərkən müəyyən edilmişdir ki, Abşeron rayon X7 ərazisində yerləşən 3 torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. İddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilməmişdir. Eyni zamanda, işə əlavə edilmiş Abşeron Rayon Dövlət Arxivinin 04.02.2021-ci il tarixli F-108 nömrəli məktubunda qeyd edilmşdir ki, Abşeron rayon X7 direktorunun 23 noyabr 1991-ci il tarixli 58 saylı protokolu ilə vətəndaşlara ayrılmış torpaq sahəsinə aid ayrıc aktı, cizgi və s. bu kimi sənədlər Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın yuxarıda qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçı tərəftindən ona ayrılmış mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər cavabdeh idarəyə təqdim olunmamışdır. Belə olan halda, yəni həmin torpaq sahəsi ayrılarkən torpağın yerini müəyyən edən sənədlər (ayrıc aktı, planı) təqdim edilmədyi təqdirdə, torpaq sahəsinin faktiki vəziyyətində ölçmə işləri aparılmaqla, torpağın planının tərtib olunması, ilkin torpaqayırma sənədlərinə uyğun hesab olunması mümkünsüzdür. Məhz bu bu səbəbdən də həmin torpaq sahəsinə dair hüququn iddiaçının adına reyestrdə qeydə alınaraq, ona bu barədə çıxarış verilməsi mümkünlüyü də istisna olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinin tələbində də məhz, qeyd olunur ki, qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Eyni zamanda, torpağın iddiaçının istifadəsinə ayrıldığı vaxt qüvvədə olan (09.11.1991-ci il 254 Xİİ №-li Qanunla) Azərbaycan respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsi ilə də müəyyən edirdi ki, torpaq sahələrinin verilməsi yer quruluşu sənədləriən uyğun torpaqayırma qaydasında həyata keçirilir və torpaqayırma aktında torpağın məqsədli təyinatı göstərilir. Eyni zamanda, qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbi nəzərədə tutur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri qaydasında nə cavabdeh idarəyə, nə də hazırkı mərhələdə məhkəməyə torpağın yer quruluşu sənədi, o cümlədən, torpaq sahəsini planı (plan-cizgisi və ya ayrıc aktı) təqdim olunmamış, dövlət arxivinin məlumatlarında da belə sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 14.3-cü maddəsinin təlbinə görə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin sübutlarla və qanunvericiliyin tələbləri ilə müəyyən edilən hallarından isə göründüyü kimi, iddiaçı cavabdeh qeydiyyat orqanına, ona ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər, o cümlədən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsünə dair, bundan əlavə, formal baxımdan olsa belə, hər bir halda, şəxsiyyət vəsiqisində təsbit olunan adının («Nənəbəgim») və ata adının (Mirə), arxiv çıxarışlarındakı adı (Nənəbəyim) və ata adı («Miri») arasındakı uyğunsuzluğu aradan qaldıran təsdiqedici sənədləri də nə cavabdehə, nə də məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, İPM-in qeyd olunan 14.3-cü maddəsi ilə üzərinə düşən sübutetmə yükünü yerinə yetirməmişdir. Belə olan halda, iddiaçının mübahisəlndirilən torpaq sahəsi ilə bağlı cavabdeh qeydiyat orqanına müraciət etdiyi hüquq, dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya mübahisli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən və çıxarış verilməsindən imtina olunması işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələbinə uyğundur. Belə olan halda, cavabdehin iddiaçının ərizəsinin icra edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozması kimi yozula bilməz. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6340/2021 saylı 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6340/2021 saylı 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1175/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1175/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver