Məhkəmə qərarları › İş №2-1(103)-1175/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1175/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1175/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15018/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə Komitə) qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: İddiaçının ailəsi məlum hadisələrlə əlaqədar Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Onun atası Qanuni nümayəndə xx.xx.1977-ci il tarixində Füzuli rayonunda doğulmuş, xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamış, sonradan erməni işğalçılarının hücumu nəticəsində doğma torpaqlarından başqa yaşayış yerinə köçməyə məcbur olmuş, cavabdeh tərəfindən ona məcburi köçkün statusunun olmasını təsdiq edən məcburi köçkün vəsiqəsi də verilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuş, müvafiq məcburi köçkün statusuna malik olmalarını təsdiq edən vəsiqənin alınması üçün valideynləri cavabdeh orqana müraciət etmişdir. Çünki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə valideynləri məcburi köçkün olan 18 yaşına çatmamış uşaqlar da məcburi köçkün statusunu əldə edirlər. Lakin cavabdeh orqan tərəfindən ərizələri təmin edilməmiş və əsas kimi Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olunduğundan xx.xx.2020-ci il tarixindən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, qeydiyyatda olan kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin dayandırıldığı bildirilmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Çünki, o, doğulduqdan sonra məcburi köçkün kimi həm yerli icra nümayəndəliyində, həm də cavabdeh Komitədə qeydiyyata alınmışdır. Valideyinin məcburi köçkün statusu və həmçinin bu statusunu təsdiq edən məcburi köçkün vəsiqəsi vardır…» Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15018/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2005-cı il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar əsassızdır. Belə ki, Füzuli rayonu,Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmasına baxmayaraq həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşikləri mövqeyinə,yəni, «təmas xətti»nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər yəyn nəzərədə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə ikinci Qarağ müharibəsində qazanılmış Zəfər nəticəsində ərazilərin işğaldan azadolunması nəticəsində,təmas xətti tamamilə ləğv edilmişdir. 1994-cü ildə Horadiz işğaldan azad olunduqdan sonra şəhər sakinləri faktiki olaraq orada yaşaiış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Göründüyü kimi,iddiaçının valideynləri 1994-cü ildə işğalda azad olunmuş Füzuli rayonunun Horadiz şəhərinə qayıtmaq imkanına malik olduqlarından məcburi köçkün statusunu itirmişlə. Qeyd olunanların yekunu olaraq iddiaçının atası Anar Hüseynzadə 1994-cü ildə işğaldan azad olunan Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən Hradiz şəhərindən məcburi köçkün düşə bilməzdi…» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. İddiaçıya məxsus iş materiallarına əlavə olunmuş: -Füzuli rayon VVADQ şöbəsi tərəfindən 25 dekabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 709277 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki xx.xx.2005-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnamədə uşağın atası kimi Qanuni nümayəndə, anası kimi isə X5 qeyd olunmuşdur. -“Asan 3” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş iddiaçınn atası Qanuni nümayəndə məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə məlumatlara əsasən müəyyən olunur ki, xx.xx.1977-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. -“Asan 3” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X3 məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1981-ci il tərixdə doğulmuş Füzuli rayonu, Dövlətyarlı ərazi dairəsi, Dövlətyarlı kəndində qeydiyyatdadır. - Füzuli rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş “Nikahın bağlanması haqqında” Vİİ-JQ seriyalı 360437 №-li, xx.xx.1999-cu il tarixli şəhadətnamənin surətinə əsasən iddiaçının valideynləri Qanuni nümayəndə X6 ilə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1999-cu ilin noyabr ayının 09cu günündə 86 №-ilə qeyd aparılmış, ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. -Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-43-12/2-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışda bildirilir ki, Qanuni nümayəndə Horadiz şəhər, Nəsimi küçəsi, ev 16-da yaşayır. Məcburi köçkündür. Ailə tərkibi - özü xx.xx.1977-ci il təvəllüdlü Qanuni nümayəndə, arvadı -xx.xx.1981-ci il təvəllüdlü X5, oğlu -xx.xx.2000-ci il təvəllüdlü X9, oğlu - xx.xx.2001-ci il təvəllüdlü X10, oğlu xx.xx.2005-ci il təvəllüdlü İddiaçı ibarətdir. -Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ünvanlanmış 5-43-2/2-2080/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda isə bildirilir ki, Qanuni nümayəndə xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamış, məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonunda məskunlaşıb yaşayır və vahid aylıq müavinət alır. X12 oğlu-23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamış, məcburi köçkün olmuş və 2013-cü ildə vəfat etmişdir. X1 qızı-23 avqust 1993-cü il tarixədək Füzuli rayonu Horadiz qəsəbəsində yaşamış, məcburi köçkün olmuş və 2021ci ildə vəfat etmişdir. -AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Yasamal rayonu üzrə sektoru tərəfindən verilmiş 1146 və 1147 №-li, xx.xx.2023- cü il tarixli arayışlardan müəyyən olunur ki, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün kimi Komitənin Yasamal rayonunda qeydiyyatdadır və oğlu (iddiaçı) İddiaçı digər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Beləliklə, tədqiq olunan sənədlərələ müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamış, məcburi köçkün statusuna malikdir, yaşyış ünvanı üzrə rəsmi qeydiyyatı işğalda olmuş Füzuli rayonu Horadiz şəhərinədir, oğlu, yəni, hazırkı İddiaçı və digər ailə üzvləri, o cümlədən, Füzuli rayonu, Dövlətyarlı ərazi dairəsi, Dövlətyarlı kəndində qeydiyyatda olan həyat yoldaşı (idiaçının anası) İlahə Hüseynova (Mehdiyeva) ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, idddiaçıya məcburi köçkün stasunun verilməsindən imtinasını “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən onununla əsaslandırır ki, iddiaçının atasının qeydiyyatda olduğu Füzuli rayonu Horadiz şəhəri sonradan, 1994-cü ildə işğaldan azad olunduğundan orada yaşamaq imkanları olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Birincisi, ona görə ki, «Hordiz» ailə üzvləri üçün təhlükəli olan, işğal ərizisinə yaxın olan yerdə, yəni təmas xəttinin birbaşa yaxınlığında yerləşirdi. İkincisi, cavabdeh Komitə tərəfindən iddiaçının valideynlərinin, o cümlədən, atasının məcburi köçkün statusundan məhrumetmə məsələsinə dair “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 9-cu maddəsinin tələb qaydasında hər hansı bir qərar da qəbul edilməmişdir. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən məcburi köçkün statusuna malik olan atası ilə birlikdə yaşamış iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunmasının əsassız olduğu və onun hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmış və işin halları baxımından, iddianın təmin olunması barədə maddi hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15018/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15018/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar