Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1176/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Səriyyə Seyid qızı Seyidovanın sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-248/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Yasamal rayon İcra Hakimiyətindən 950558 manat pulun tutularaq kompensasiya olaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən bütün öhdəliklər Bakı şəhəri Cavabdeh aidiyyatı üzrə üzərinə 5 il müddətinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitutsiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı İcra Hamimiyyəti tərəfindən imzalanan sərəncamdan daha üstün hüquqi qüvvəyə malikdir. Cavabdeh sərəncamla işi kimi həvalə etməsindən asılı olmayaraq həmin işin yerinə yetirilməsi və yerinə yetirilməsinə nəzarət əsasında məsuliyyət daşıyır. Bu səbəbdən ərizəçinin hüquqlarının bərpa edilməsi, onu Nazirlər Kabinetinin 86 saylı qərarı icra edilənə qədər yerləşdirilməsi, kompensasiyanın ödənilməsi və digər öhdəliklər cavabdehin üzərindədir. Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 182,9 kv.m yaşayış sahəsi, 118,1 kv.m köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi ərizəçinin titullu mülkiyyətində idi. xx xxxx 2017-ci ildə Cavabdeh Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerdə yerləşən, fərdi evlərin (o cümlədən ərizəçinin evinin) yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə ev kimi sökülməsi barədə sərəncam verdi və 2018-ci ilin yazında ərizəçinin evi onun razılığı olmadan və ona kompensasiya verilmədən söküldü. Bununla da ərizəçinin mülkiyyət hüquqlarına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 2-cü cümləsinin mənasında müdaxilə oldu. İddiaçı apellyasiya şikayətində göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəllənin 19, 247.1, Mənzil Məcəllləsinin 28.1, 28.4-ci maddələri, İnzibati Prosessual Məcəllənin 2.2.1, 32.1-ci maddələrinə istinad etmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-248/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazır iddiasında cavabdehə qarşı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0.0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 182.9 kv.m yaşayış sahəsi, 118.1 kv.m köməkçi sahədən ibarət olan 80 nömrəli fərdi yaşayış evinin Cavabdeh 219 nömrəli, xx.xx.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən cavabdeh tərəfindən onun heç bir razılığı olmadan sökülməsinə görə Cavabdehndən 950558 manat məbləğində pulun tutularaq ona kompensasiya olaraq ödənilməsini xahiş edir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami. Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh Başçısı tərəfindən 219 nömrəli, xx.xx.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncam qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında “xxxxxxxxx” MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “xxxxxxxxx” MMC-yə icarəyə ayrılmışdır. Sərəncamın 3.1-ci bəndində qeyd edilir ki, sifarişçiyə tapşırılır ki, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləri əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etsin. Göründüyü kimi, Sərəncama əsasən Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, yeni yaşayış binası tikilənədək əhalinin mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, mübahisənin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi, iddiaçıya lazımi maliyyə vəsaitinin ödənilməsinə və ona yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılmasının həyata keçirilməsi “xxxxxxxxx” MMC-yə həvalə edildiyi üçün hazırkı halda iddiaya cavab verməli olan “xxxxxxxxx” MMC-dir. İddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .. yoxlamalıdırlar (2.3-cü bənd). Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırki tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-248/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-1176/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1176/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver