Məhkəmə qərarları › İş №2-1(103)-1176/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1176/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1176/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçılar X8, X9 və X10 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar X2, X3 və X10 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4619/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.1999-cu il təvəllüdlü X5, 30.12.2001-ci il təvəllüdlü X6 və 28.09.2005-ci il təvəllüdlü X12 məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. 1998-ci ildə X4 ilə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan 13.10.1999-cu il təvəllüdlü X8, 30.12.2001-ci il təvəllüdlü X9 və 28.09.2005-ci il təvəllüdlü X18 doğulmuşdur. İddiaçı “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. Lakin həyat yoldaş X4 əslən işğal olunmuş Kəlbəcər rayonundan olsa da məcburi köçkün statusuna malik deyil. Övladlarının hər üçü Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatdadırlar. Övladlarına məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 09.09.2019-cu il tarixli 01/10841 nömrəli cavab məktubu ilə övladlarına məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 09.12.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X2 və X3 birgə iddiaçılar kimi məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4619/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı 13.10.1999-cu il təvəllüdlü X5, 30.12.2001-ci il təvəllüdlü X6 və 28.09.2005-ci il təvəllüdlü X12 məcburi köçkün statusunun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.08.2020-ci il tarixli 2-1(103)-819/2020 saylı qərarı ilə şikayətin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-4619/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçıların iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2114/2020 saylı 25.11.2020-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli 2-1(103)-819/2020 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı X18 iş üzrə icraata iddiaçı qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. İddiaçı 2019cu ilin oktyabr ayında övladları 13.10.1999-cu il təvəllüdlü X5, 30.12.2001-ci il təvəllüdlü X6 və 28.09.2005-ci il təvəllüdlü X12 məcburi köçkün statusunun verilməsi ilə bağlı Komitəyə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı məcburi köçkün düşmüş, işğaldan sonra 1998-ci il tarixdə məcburi köçkün statusu olmayan şəxslə - X1 ilə faktiki nikaha daxil olmuşdur. Eyni zamanda “atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrlə uşaqların hər üçünün atasının X1 olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən uşaqların atası X1 məcburi köçkün olmadığından Qaydanın 4.1.6-cı bəndinə əsasən X5, X6 və X12 məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının, şəxsiyyət vəsiqəsini almış uşaqlara (16 yaşlı) məcburi köçkün statusu verilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar X8, X9 və X10 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçıların izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 068460 nömrəli Məcburi köçkün vəsiqəsinə əsasən (əslinə baxış keçirilmişdir) İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonunda müvəqqəti məskunlaşmışdır. X7 və İddiaçı birgə faktiki nikahlarından 13.10.1999-cu il tarixdə X8, 30.12.2001-ci il tarixdə X9 və 28.09.2005-ci il tarixdə X18 doğulmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin 5394 nömrəli 24.10.2019-cu il tarixli arayışına əsasən Əşrəfova X15 rayonundan məcburi küçkün kimi Abşeron rayonu, Masazır kəndində məskunlaşmışdır. Ailə tərkibi: X8, X9 və X13r. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan 09.09.2019-cu il tarixli cavab məktubu ilə İddiaçı övladlarına məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi akt kimi qeydə alınmış “Qaydalar”ın tələblərinə əsasən verilir. Həmin “Qaydalar”ın 4.1.6-cı bəndinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan “Qaydalar”ın 2.4.4 bəndinin tələblərinə görə rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları məcburi köçkün statusu almaq üçün qeyd olunan sənədləri Komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin status sektoruna təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, digər iddiaçılar X8 və X9 iddiaçı qismində məhkəmə icraatına cəlb edilsələr də X18 məhkəmə icraatına cəlb edilməmiş, İddiaçı onun qanuni nümayəndəsi qismində çıxış etmişdir. 28.09.2005-ci il təvəllüdlü X18 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Hazırkı inzibati iş üzrə icraatda isə bilavasitə İddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ uşaqlarının hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Hansı ki, İddiaçı bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan 28.09.2005-ci il təvəllüdlü X10 qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rəddinin qanuni əsası kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməklə iddia tələbinin rədd edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olmuşdur. Məhkəmə sözügedən Qaydaların atası “məcburi köçkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçının uşaqlarına münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bilavasitə konstitusion norma tətbiq edilməklə inzibati orqanın normativ xarakterli aktına qiymət verilməli idi. Məhkəmə kollegiyası göstərir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və uşaqları onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən X18 inzibati məhkəmə icraatına iddiaçı qismində cəlb edilmiş, İddiaçı isə məhkəmə icraatında X10 qanuni nümayəndəsi qismində iştirak etmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin 23.05.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. İşin hallarından isə görünür ki, iddiaçıların anası İddiaçı X7 ilə faktiki nikahda olmuşdur. İddiaçı məcburi köçkün statusuna malikdir və Kəlbəcər rayonunda qeydiyyatdadır. İddiaçıların atası X7 da həmçinin Kəlbəcər rayonu, Taxtabaşı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ-V bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.2-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu prinsipi əsasında həyata keçirilir. Həmin Qanunun 64.1.5-ci maddəsinə əsasən normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə hüquqların həcminin əsassız dəyişdirilməsi aiddir. Həmin Qanunun 64.6-cı maddəsinə əsasən normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Əşrəfova X15 rayonundan məcburi köçkün olduğundan, iddiaçının rəsmi nikahı olmadığından, 13.10.1999-cu il tarixdə X8, 30.12.2001-ci il tarixdə X9 və 28.09.2005-ci il tarixdə X18 doğulduğundan, İddiaçı malik olduğu “məcburi küçkün” statusunun onun uşaqlarına da şamil olunmaması iddiaçıların konstitusiyon hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçının məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsinə səbəb olur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-4619/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekbar 2019-cu il tarixli, 2-1(81)- 4619/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar