Məhkəmə qərarları › İş №2-1(103)-1176/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1176/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1176/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2ə və Azərbaycan Respublikasının Cavabdeh3nə qarşı "xxxx" Qrup MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin qarşısının alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2- 1(112)-1810/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2ə, Azərbaycan Respublikasının Cavabdeh3nə və "xxxx" qrup MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəmənin hüquqi yardımına əsasən iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində Cavabdeh2, Azərbaycan Respublikasının Cavabdeh3 göstərilməklə cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli 2-1(112)-6617/2020 saylı qərardadları ilə tələbini dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, "xxxx" Qrup MMC isə 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1810/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2ə və Cavabdeh3nə qarşı "xxxx" Qrup MMC məhkəmə icraatına 3- cü şəxs qismində cəlb edilməklə “qanunsuz tikilinin qarşısının alınması”na dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1596/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)- 1810/2021 nömrəli qərardadı (iddianın mümkün sayılmaması barədə) ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2ə, Azərbaycan Respublikası Cavabdeh3nə qarşı (üçüncü şəxs "xxxx" Qrup MMC) cavabdeh orqanların işlərində olan nöqsanlarla əlaqədar cavab verməklə yanaşı qanunsuz tikilinin qarşısının alınması barədə tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yenidən hüquqi yardım göstərərək, iddia tələbinin mücərrəd, qeyrimüəyyən xarakter daşıdığından hər bir cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi izah olunmuşdur. Daha sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə daxil olmuşdur. Əlavə ərizəsində cavabdeh qismində Nərimanov rayon Prokurorluğu, Nərimanov rayon Polis İdarəsi və 18-ci polis şöbəsi göstərilmişdir. Tələbdə isə icazəsi olmadan "xxxx" MMC, indiki "xxxx" MMC tərəfindən zəbt olunmuş torpaq sahəsinin sənədləri olmadığı halda, heç bir tədbir görülməmiş, fəaliyyətsizlik göstərərək dövlətə deyil, kimlərəsə xidmət etdikləri qeyd edilmiş və dəfələrlə müraciətlərinə baxmayaraq hansı səbəbdən heç bir tədbirin görülməməsi soruşulmuşdu. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya yenidən hüquqi yardım göstərilərək, iddia tələbinin mücərrəd, qeyri-müəyyən xarakter daşıdığından hər bir cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməli olduğu, həmçinin xx.xx.2021-ci il tarixli iddiaçının işə əlavə sayılan ərizəsində tələbin konkret göstərilmədiyi, həmçinin cavabdehlər qismində göstərilən dövlət orqanlarına müraciətlərin və müraciətlərinə cavabların əlavə edilmədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, tələbi 2020-ci ilin başlanğıcında qanunsuz tikili başlayandan müraciətlərinə məhəl qoymayan dövlət qurumlarının fəaliyyətsizlikləri ilə əlaqədardır. Müvafiq instansiyalar tikintini dayandırmalı və zəbt olunmuş torpağın əvvəlki vəziyyətinə qaytarılmasını təmin etməli idilər. Bu işlə əlaqədar fəaliyyətsizlik göstərən dövlət qurumlarının rəhbərlərinin qanununun bütün ciddiliyi ilə məsuliyyətə cəlb edilməsini, həmçinin qanunsuz zəbt olunan torpağın əlavə tikililərdən azad olunaraq əvvəlki vəziyyətə qaytarılması tələbini, üzərlərinə düşən dövlət qurumları tərəfindən layiqincə, məsuliyyətlə yerinə yetirilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə sorğu verərək sənədləri tələb etmək əvəzinə dövlətin mənafeyin qorumaq əvəzinə, tikilinin ölçülərini ölçdürərək sxemi tələb etmək əvəzinə sadəcə olaraq məhkəməni farsa çevirmişdir. İnzibati Məhkəmə tərəfindən ona heç bir hüquqi yardım göstərilməyib. Həmçinin tikinti gedən zaman məhkəmə Ceyhun Hacıbəyli 102 ünvanında “İstanbul Meyhane” restoranı tərəfindən qanunsuz tikintinin qarşısını almayıb, tikintini dayandırmayıb və bununla tikintinin başa çatmasına şərait yaradıb. Məhkəmə qərardadında bildirir ki, onun məhkəmənin qarşısında qoyduğu tələblər mücərəddir və o, məhkəməyə heç bir sənəd, ərizə və onlara olan cavabları təqdim etməmişdir. Bildirmək istəyir ki, məhkəməyə müraciət edərək bildirmişdir ki, proses zamanı bütün ərizələri və onlara olan cavabları, sənədləri təqdim etməyə hazırdır, lakin buna baxmayaraq məhkəmə sənədləri ona təqdim etməyə imkan yaratmadı və qərardad çıxartdı. Şəhərsalma və Arxitektura idarəsi dəfələrlə öz rəsmi məktubları ilə Cavabdeh2i və FHN-nin Tikintiyə Nəzarət idarəsini xəbərdar etmişdir ki, Ceyhun Hacıbəyli 102 ünvanında qanunsuz tikinti gedir. Nə Cavabdeh2, nə də FHN-yi bu rəsmi məktublara məhəl qoymayıblar və tikinti davam edib. Hətta FHN-nin Tikintiyə Nəzarət Agentliyi yazılı bildirmişdir ki, sözügedən tikintinin icazəsi və nişanı yoxdur, o səbəbdən də bu tikintini yoxlamaq mümkün deyil. Çox absurd cavabdır, bəs icazəsi olmayan tikinti nə səbəbdən dayandırılmamışdır? Məhkəmə prosesi zamanı hakim buna heç bir aydınlıq gətirmək istəməmişdir. Cavabdeh2in məhkəmə qarşısında, nə də sonradan vəsatət qaldıraraq Nərimanov rayon Prokurorluğunun nümayəndələri, ümumiyyətlə heç bir məhkəmə iclasında iştirak etməmişlər. Qanunsuz tikinti başlayanda o, Nərimanov rayon prokurorluğuna dəfələrlə müraciət etmiş, müraciətləri 18-ci polis şöbəsinə yönəldilmişdir. Polis 4 dəfə əsassız olaraq işi bağlamışdır, 1 dəfə Nərimanov rayon Məhkəməsi tərəfindən qərar ləğv edilmiş, sonralar isə prokurorluq tərəfindən ləğv edilmişdir. Sonuncu dəfə qərar ləğv olunaraq istintaqa göndərilmiş, 3 ay istintaqda olduqdan sonra müstəntiq Elnur istintaq işin prokurorluqda olduğunu söylədi. Prokurorluqdan heç bir cavab verilmir. O, adi vətəndaş dövlətin və cəmiyyətin mənafeyini düşünür və həmçinin ona maneçilik törədən, gedişgəlişinə maneə yaradan, icazəsi olmadan 100 kv.m önə və hektarlarla sahəni hasara alaraq mənimsəyənlərə göz yuman dövlət qurumlarının fəaliyyətsizlikləri ilə əlaqədar müraciət etmişdir. Məhkəmə 2 il ərzində hələdə heç bir sənəd tələb edə bilməyib. Sözügedən ərazinin əvvəlki sxem və ölçüləri indiki tikili və hasara alınmış sahəyə baxış keçirtməklə hektarlarla şəhərin mərkəzində mənimsənilən sahə dərhal bilinəcək. Əslində işə əvvəlki sxem və ölçüləri indiki sxem və ölçüləri ilə müqayisələndirməli, heç bir icazə olmadığı üçün fəaliyyətsizlik göstərən dövlət qurumlarına qarşı qanun tələb edən tədbirlər görülməli, zəbt olunmuş torpaq əlavə tikililərdən azad olunaraq əvvəlki vəziyyətinə qaytarılmalı olduğu halda məhkəmə dövlətin mənafeyini yox, digər mənafeləri güdür. Buna sübut olaraq Cavabdeh2in yazdığı cavabı qoşmaya əlavə edir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh2in nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Cavabdeh3 və 3-cü şəxs "xxxx" Qrup MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı qanunsuz tikilinin qarşısının alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, şin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddia ərizəsindən və iş materialarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi tikili ünvan 2 ünvanında yerləşir. İddiaçı qeyd edilən tikilinin ona mane olduğunu, bundan əlavə həmin ərazidə yerləşən dövlətə məxsus torpaq sahəsinin zəbt olunduğunu iddia edir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ünvanı ünvan 3unvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırkı iddia ərizəsi ilə İddiaçı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında da qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpağın əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hüquqi yardım məktubuna cavab olaraq iddia tələblərini dəqiqləşdirməmiş, tələblərinin yönəldiyi cavabdehləri qeyd etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, həmçinin iddiaçının tələblərinin hər biri cavabdehə münasibətdə ayrılıqda müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh2 Başçısının müavini tərəfindən məhkəməyə ünvanlanmış 4/760 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh2ə (RİH) və qeyrilərinə qarşı “qanunsuz tikilinin qarşısının alınması”na dair iddia tələbi üzrə bildirirlər ki, iddia tələbi natamam tərtib edildiyindən, iddiaçının qanunla qorunan hansı hüquqlarının pozulmasından bəhs edilmədiyindən və iddia tələbi üzrə hər hansı bir mötəbər sübutun RİH-ə təqdim edilməməsi və müraciətin olmaması səbəbindən iddia tələbinə qarşı hər hansı münasibət bildirə bilmirik. İş materiallarında olan ƏMDK yanında X1 X4 Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********56 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyektlərinə bitişik ərazidə tikinti işləri aparılan zaman dövlət mülkiyyətindəki torpaq sahəsinin zəbt edilməsi faktının bir daha dəqiq araşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş 9 fevral 2021-ci il tarixli müraciətinizə X1 X4 Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə təkrar baxış keçirilmişdir. Təkrar baxış zamanı bir daha araşdırma aparılmış və həmin ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binalarının xüsusi mülkiyyətdə olan 6311,7 kv.m torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Hazırda həmin ərazidə tikinti işləri aparılmır və aparılmış tikinti işləri zamanı dövlət mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-cı maddəsinin 4cü bəndinə əsasən, torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikintilər və qurğular inşa etmək hüququ vardır. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış K-5 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh2dən daxil olmuş xx.xx.2021-ci il tarixli, K-22/5-146/5 saylı məktubu ilə C.Hacıbəyli küçəsi, 758-759-cu məhəllə ünvanında yerləşən restoran sahibləri tərəfindən səkinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılmasına dair Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Məlumat üçün təkrarən bildiririk ki, yuxarıda qeyd olunan ünvanda “İstanbul Meyxanaçı” və “Ribak’’ restoranlarında təmir işləri aparılması ilə əlaqədar səkinin bir hissəsi sakinlərin təhlükəsizliyi məqsədi ilə müvəqqəti çəpərə alınmışdır. Təmir işləri başa çatdıqdan sonra səki əvvəlki vəziyyətinə qaytarılacaqdır. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin Cavabdeh2ə və məlumat üçün iddiaçıya ünvanlanmış məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən sahibkarlıq obyektinin qarşısında, piyadaların hərəkətinə maneə yaradan əlavə tikinti işlərinin qarşısının alınması üçün göstərişlərin verilməsi barədə İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli K-16 nömrəli müraciəti əsasında keçirilmiş monitorinq nəticəsində ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsinin kürsülü hissəsindəki pilləkən sökülməklə yerində 100 kv.m.-ə yaxın sahədə tikinti işlərinin davam etdirilməsi müşahidə olunmuşdur. Məlumat üçün bildiririk ki, göstərilən ünvandakı tikinti-quraşdırma işləri ilə bağlı Bakı şəhəri Cavabdeh2ə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 04/02-696 nömrəli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaların 4-cü hissəsini rəhbər tutaraq, yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi, şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərinin görülməsi və nəticəsi barədə Komitəyə məlumatın təqdim edilməsi barədə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış K-18-148 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, C.Hacıbəyli küçəsi 102 ünvanında yerləşən sahibkarlıq obyektinin qarşısında əlavə tikinti işlərinin aparılaraq zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlandığının elektron ərizəyə baxılmışdır. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən C.Hacıbəyli küçəsi 102 ünvanında yerləşən sahibkarlıq obyektində təmir bərpa işləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-1810/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar