Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1178/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 (xx xxxxxx 2020-ci il tarixli, **********4 nömrəli etibarnaməyə əsasən) iştirakı ilə, İddiaçı (xx.xx.1970-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi filialı) qarşı yeni məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxxx 2019-cu il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı Azərbaycan Respublikası 1 saylı Bаkı İnzibаti-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılarkən Müdafiə Nazirliyinin əmri ilə GM023 saylı Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “A” bəndi ilə yəni xidmətinin başa çatdığına görə ehtiyata buraxılmışdır. xx xxxx 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən yeni məlumat vərəqəsi hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və X4 üzrə İdarəsinə göndərilsə də qərar bu günədək icra edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xəcrliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yeni məlumat vərəqəsi əsasında xx.xx.2000-ci ildən xx.xx.2016-cı il tarixədək yaranmış pensiya fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası ödənilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarının ləğv edilməsini , Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən verilən yeni Məlumat Vərəqəsi əsas götürülərək ona 19 il 4 ay üçün ödənilməli olan 5.336 manat məbləğində pulun birdəfəlik tam şəkildə pensiya kartına köçürülməsi barəsində yeni məhkəmə qərarının verilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildə keçmiş SSRİnin “X7 Raketçi Mühəndisləri” Hərbi Məktəbinə daxil olmuşdur. 1988-ci ildə erməni millətçiləri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla əlaqədar qanunsuz tələbləri keçmiş SSRİ rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilməməsi nəticəsində 1990-cı illərin əvvəllərində bütün keçmiş SSRİ-ni iğtişaşlar bürüdü. Həmin iğtişaşlarla əlaqədar o təhsilini başa vurmadan 1991-ci ildə Vətənə qayıdaraq həm yenicə yaranmaqda olan Milli Ordu quruculuğunda iştirak etmiş, həm də Zəngilan rayonunda torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməyə başlamışdır. Çətinliklə də olsa həmyerlilərinin iştirakı ilə Zəngilan rayonunda 1991ci ildə N saylı döyüşən tabor yaratdılar. Həmin vaxt Müdafiə Nazirliyi hələ tam fəaliyyətə başlamadığı üçün taboru öz maddi vəsaitləri hesabına yaratmağa başlamışlar. Ərizəyə əlavə etdiyi məhkəmə qətnaməsi ilə də tam sübut olunur ki, həmin vaxtda o da bir çox azərbaycanlılar kimi Milli Ordu quruculuğunda bir hərbçi kimi fəal iştirak etmiş, cəbhə bölgəsində Zəngilanın müdafiəsi üçün yaradılması nəzərdə tutulan N saylı hərbi hissənin yaradılmasına maddi dəstək göstərmişdir. Həmçinin yaratdıqları N saylı hərbi hissənin hərbi texnika ilə təmin olunmasında da müstəsna xidmətləri olmuşdur. O, həm də hərbi təcrübəsi olan hərbi qulluqçu kimi 1992-ci ilin axırlarınadək Zəngilanın müdafiəsində aparılan döyüşlərdə ön cərgədə olmuşdur. 1994-cü ildə elan olunan atəşkəsdən sonra onu xidmətini davam etdirmək üçün arxa cəbhədə olan Ali Hərbi Məktəbə göndərmişlər. 2000ci ildə təqaüdə çıxanda təqaüdünün hesablanmasında qanunsuzluğa yol verilmişdir. Həmin qanunsuzluğu aradan qaldıran məhkəmə xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək onun pensiyasında yaranan fərqin ödənilməsi barəsində qərar vermişdir. Məhkəmə xx.xx.2016-cı il tarixdən 1997-ci il tarixinədək olan dövrün cavabdeh tərəfindən ödənilməsini nəzərə almışdır. Cavabdeh inzibati orqan axırıncı 3 ilin ödənilməsini məhkəmədə bildirsə də, yuxarıda göstərdiyi kimi ödəməyərək hər aylıq təqaüdünə 20 manat əlavə etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, iddiaçının hərbi qulluqçu kimi, İİ qrup əlliliyə görə pensiyaya çıxdığını, “Əmək pensiyaları haqqında” Qanuna əsasən müraciət etdiyi tarixdən ən çoxu 3 il müddətinə hesablanaraq ödənildiyini və məbləğin hər ay pensiya məbləğinin üzərinə gəlinməklə ödənildiyini bildirdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilsə də, sonuncu məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, 2000-ci ildən hərbi xidmətdən ehtiyata buraxıldığını, 2000-19-cu illərin mübahisəli hal olduğunu, 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi son vəzifə maaşına uyğun məlumat vərəqəsini tərtib etdiyini, cavabdehin yalnız son 3 ili hissə-hissə ödədiyini, birinci instansiya məhkəməsinin iddia tələbini 2016-cı ilə qədər olan hissədə təmin etdiyini, eyni zamanda, iddia tələbində məbləğin plastik karta köçürülməsini də xahiş etdiyini, bu günə kimi ona əvvəlki qərar üzrə 200 manat pul ödədiklərini, 5336 manat ona tam şəkildə ödənilməli olduğunu, iddia tələbinin tam təmin edilməli olduğunu bildirdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatının dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının və cavabdehin apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -ASAN 2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA1025320 saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1970ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. -ZE-50779 nömrəli MN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı xx xxxx 2000-ci il tarixdən 2-ci qrup əlliliyə görə pensiya təyin edilmiş, pensiyanın ümumi məbləği 189,15 manat təşkil edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı təminat xərcinin 642,45 manat məbləğinin 80% olaraq yenidən hesablanmış pensiya məbləği 513,96 manat təşkil etmişdir. Həmin qərardan görünür ki, xx.xx.2016-xx.xx.2019-cu il tarixə qədər 828 manat alınmamış pensiya məbləği, xx.xx.2019-cu il tarixdə isə 513,96 manat pensiya məbləği hesablanmışdır. -İddiaçı 2019-cu ilin avqust ayında cavabdehə müraciət edərək 2000-ci ildən 2019cu ilə qədər olan müddət üçün pensiya fərqinin ödənilməsini xahiş etsə də, müraciəti tam təmin edilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xx xxxx 2000-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən idarə tərəfindən ödənilir.Sözügedən orqan tərəfindən İdarəyə təqdim olunmuş yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası cari ilin sentyabr ayında keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 828 manat məbləğində fərq cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüləcəkdir. Yeni məlumat vərəqəsində sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 395 manat, rütbə maaşı 108 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi 75,45 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 642,45 manat göstərilmişdir. Yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (642,45 manat) 80 faizi -513,96 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********9 nömrəli arayışa (arayış rəis müavini E.Məmmədov və mühasib V.Həmidova tərəfindən imzalanmışdır) əsasən iddiaçının 2-ci qrup əlilliyə görə (Azərbaycan Respublikasının müdafiəsi zamanı) 634,48 manat məbləğində pensiya aldığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin 2-1(112)-366/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolunda sədrlik edənin sualına əsasən iddiaçı bildirmişdir ki, əmək pensiyasına 2000ci ildən çıxmışdır, son 3 ilə ödənilməmiş pensiya məbləğinin fərqi ona ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədində iddiaçının diaqnozunun “keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri. Postravmatik ensefalopatiya” qeyd edilmişdir. İddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, İddiaçı pensiya hüququ xx.xx.2000-ci il tarixdə yarandığından iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2016-cı il tarixədək yaranmış pensiya fərqi yenidən hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx xxxxxxxx 2012-ci ildən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının hüququnun yarandığı 2000-ci ildə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən İİ qrup əlliyinə görə əmək pensiyası təyin edilmişdir. 25 iyul 2019-cu il tarixdə iddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat vərəqi verilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin əmək pensiyasının yenidən hesablanması barədə qərarına əsasən iddiaçıya pensiya yenidən hesablanaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddiaçıya xx.xx.2000-ci ildən xx.xx.2016-cı il tarixədək yaranmış pensiya fərqinin yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi qərarı ilə iddia tələbini qismən təmin edərək, İddiaçı yeni məlumat vərəqəsi əsasında xx.xx.2000-ci ildən xx.xx.2016-cı il tarixədək yaranmış pensiya fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara alsa da, iddia tələbinin qalan hissəsi barədə hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan və cavabdehin apellyasiya şikayətinin dəlili isə əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-366/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi filialı)qarşı xx xxxx 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1178/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1178/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver