Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1179/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İlkin iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia üzrə Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8354/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarından ilkin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilkin iddia üzrə Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 15.937,91 manat pensiya məbləğinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu DSMF-nin Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin işlədiyi tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan uşaq psixiatriya (psixonevroloji) müalicə-proflaktika idarələrinin orta və kiçik tibb heyətinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2013-cü il tarixindən DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF-nin Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.937,91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması XŞTÜMF-la tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar yazılı razılığın Filiala təqdim edilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Filiala təqdim olunmamışdır. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh- DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü ildən ona təyin olunmuş, lakin xx.xx.2020-ci il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizə ilə DSMF-yə müraciət etmiş, çalışdığı müəssisədə vəzifəsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Bundan sonra çalışdığı müəssisə və vəzifə araşdırılmış, xx.xx.1981-ci ildən xx.xx.1999-cu il tarixədək 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “tibb bacısı” vəzifəsi üzrə fəaliyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Ona pensiya təyin olunarkən 52 yaşı tamam olmuş, ümumi iş stajı və güzəştli şərtlərə görə nəzərdə tutulmuş əmək fəaliyyəti ona sözügedən pensiya növünün təyin edilməsi üçün əsas verir. 2013-cü ildən pensiya təyin olunması üçün müraciət etmiş və həmin ildən də pensiya almağa başlamışdır. Uzun illərdir ki, zərərli şəraitdə xəstələrə qulluq emişdir. Tibb bacısı kimi işlədiyi Xəstəxanada həm böyük, həm də azyaşlı psixiatrik xəstələrlə işləmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********2 №li xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, 2013-cü ildən ona təyin olunmuş, lakin xx.xx.2020-ci il tarixindən cavabdeh tərəfindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8354/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı ilə ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia üzrə Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia təmin olunmuş, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********2 №li xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh 2013-cü ildən təyin edilmiş və xx.xx.2020-ci il tarixindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırki məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. İlkin iddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdehin işlədiyi tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan uşaq psixiatriya (psixonevroloji) müalicə-proflaktika idarələrinin orta və kiçik tibb heyətinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2013-cü il tarixindən DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF-nin Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.937,91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması XŞTÜMF-la tapşırılmış və məhkəməyə müraciət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İlkin cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı şəhəri Nizami RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - BT seriyalı 054437 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh 1979-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 №li Bakı Tibb Məktəbinə daxil olmuş və 1981-ci ildə “Tibb bacısı uşaq müalicə-profilaktika müəssisələri” ixtisası üzrə tam kursu bitirmişdir. - Cavabdeh pensiya işində olan: - Pensiyaçının uçot vərəqindən və DSMF Nizami rayon şöbəsinin 1727 №li xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********2 №li xx.xx.2021-ci il tarixli qərarından görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 №li xx.xx.2020-ci il tarixli məktuba əsasən Cavabdeh əmək pensiyası dayandırılmışdır. Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2020-xx.xx.2020; məbləğ 233,20 manat olmuşdur. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış **********9 №li xx.xx.2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” bildirişdə göstərilmişdir ki, araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1981-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi işlədiyi tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan uşaq evlərinin psixatriya (psixonevroloji) müalicə-profilaktika idarələrinin orta və kiçik tibb heyətinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2013-cü il tarixindən DSMF Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən DSMF-nin Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2013xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15937,91 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Vətəndaşa artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması təklif olunmuş və əks halda həmin məbləğin qaytarılması üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən verilmiş xx.xx.2021-ci il 9266 №li arayışda göstərilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li Respublika Psixiatriya Xəstəxanasında xx.xx.1981-ci il tarixdən (əmr № 167/xx.xx.1981) xx.xx.1999cu il tarixə kimi (əmr № 32 a/xx.xx.1999) psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş 19-cu və 24-cü psixiatrik şöbələrində tibb bacısı vəzifəsində çalışmışdır. Cavabdeh işlədiyi müddət ərzində sağlamlıq üçün xüsusilə təhlükəli ağır olan əmək şəraitində çalışmasına görə hər ay vəzifə (tarif) maaşının 20 faizi miqdarında əlavə haqq ödənilmiş, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin syahısı”na əsasən orta tibb heyətində çalışdığı üçün 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmişdir. Cavabdeh xəstəxanada işlədiyi dövrdə əmək fəaliyyətini həyata keçirdiyi tibb bacısı vəzifəsinin güzəştli şərtlərlə pensiya təyin etmək hüququ və güzəştli iş stajının olub-olmamasının təyini DSMF-nin səlahiyyətləri çərçivəsindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İlk növbədə qarşılıqlı iddia tələbinə müasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.; b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı isə ona ödənilən dayandırılmış pensiyanın bərpa olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş 20 ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən hallarındandır. Qarşılıqlı iddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr “ Səhiyyə və sosial təminat idarələri adlanan XXİV bölməsində (kod ********) nəzərdə tutulmuşdur: uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (V kod 2260000v) Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Tibb və sosial təminat müəssisələri” adlanan 19-cu (c) bölməsində nəzərdə tutulmuşdur: uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində: orta tibb heyəti və kiçik tibbi heyət. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li Respublika Psixiatriya Xəstəxanasında digər şöbələrlə yanaşı “Uşaq və yeniyetmə Psixiatrik Şöbə”ləri də fəaliyyət göstərir və Cavabdeh həmin Xəstəxanada xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi orta tibb heyətində işləmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş lakin pensiya ödənişini həyata keçirən inzibati orqan ona əsassız olaraq pensiyanı ödənilməsini dayandırmış və ötən müddət ərzində ödənilmiş pensiyanın geri qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası ilkin iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. İlkin iddiaçı tərəfindən Cavabdeh ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Həmçinin “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi- əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsi əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən; - bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir (bənd 1.1). - Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər (bənd 2.1). - Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X5 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir (bənd 2.7). Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PASa daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir (2.10.). - Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir (bənd 2.11.). - Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir (2.13). Göründüyü kimi pensiyanın müəyyən edilməsi iddiaçı inzibati orqanın yuxarı orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və ya onun müvafiq şöbələri, idarələri) tərəfindən həyata keçirilir və pensiyanın müəyyən edilməsi zamanı hesablamaların səhv olmasına görə vətəndaş (pensiya təyin olunmuş və ya pensiyası yenidən hesablanmış şəxs) məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 20 il ümumi və 10 il güzəştli iş stajı olduğundan inzibati orqanın təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunazidd olmuşdur. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6nə sorğu verilmiş və 17 may 2022-ci il tarixli sorğuya xx.xx.2022-ci il tarixli 195 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı Cavabdeh xx.xx.1981-ci il tarixdən 01.04.999-cu il tarixədək psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş 24-cü, 19-cu, 6-cı şöbələrdə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində tibb bacışı vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində iddiaçı AR Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləği” qərarının 2.2.1 Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr bəndinə əsasən hər ay vəzifə maaşının 20 faizi miqdarında əlavə haqq ödənilmişdir. İşlədiyi müddət ərzində AR NK-nin 05 iyul 2004-cü il tarixli 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı” Qərarına əsasən Psixiatriya müəssisələrində orta tibb heyətində çalışanlara 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmiş, ödənilmə aparılmışdır. 167 saylı xx.xx.1986-cı il tarizli əmrdən çıxarışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən 1 nömrəli Ruhi xəstəxanaya 24-cü şöbəyə tibb bacısı vəzifəsinə qəbul edilmiş; 74 saylı xx.xx.1986-cı il tarixli əmrdən çıxarışa əsasən 1 nömrəli Ruhi xəstəxanaya 19-cu çöbəyə tibb bacısı vəzifəsinə köçürülmüş; 32-a saylı xx.xx.1999-cu il tarixli əmrdən çıxarışa əsasən iddiaçı 6-cı şöbə, tibb bacısı- xx.xx.1999-cu il tarixdən AR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şikayətin dəlili formal xarakter daşımaqla iş materialları öz təsdiqini tapmamış və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8354/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1179/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1179/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver