Məhkəmə qərarları › İş №2-1(103)-118/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-118/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-118/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbedilməsi haqqında” 29 oktyabr 2021ci il tarixli **********8118 saylı qəraının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.32.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Cavabdehin vergi orqanının əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair qəbul olunmuş 29 oktyabr 2021-ci il tarixli **********8118 saylı qərarına əsasən ona AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinə görə 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması həqiqəti əks etdirmir. 2021-ci ilin oktyabr ayının 13-də cavabdehə müraciət edərək yay mövsümünün başa çatması ilə əlaqədar həmin tarixdən fəaliyyəti dayandırdıqlarını bildirmişdir. Bu o deməkdir ki, həmin obyektdə əmək müqavilələrinə işçilərlə xitam verilmişdir. Bu barədə vergi müfəttişi də məlumatlı olmuşdur. Bundan sonra yeni işçilər götürülməklə payız-qış mövsümu qaydalarına uyğun olaraq işə başlamaq niyyəti olmuşdur. Keçmiş işçilərdən yalnız 2-3 nəfərlə əmək müqaviləsi bağlanılması niyyəti olmuşdur. Əlavə 3-4 yeni işçi də götürülməsi niyyəti olmuşdur. Bununla əlaqədar yeni işə götürüləcək işçilərlə iş saatları, əmək haqqı və digər şərtlər barədə danışıqlar aparılırdı. Bu zaman obyekt müştəri qəbul etmir, yemək hazırlanmırdı. Lakin, buna baxmayaraq vergi müfəttişləri obyektə hücum edərək hər hansı xidmət göstərilmədiyi halda danışıqlar aparan şəxsləri əmək müqaviləsi bağlamayan işçilər kimi göstərmiş, onlardan məcburi izahatlar almışdır.» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı ümumi ifadələrə istinad etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddianı əsaslandırmağa çalışmışdır. İddiaçının izahatından da görünür ki, səkkiz nəfər işçi ilə heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanılmamışdır. Eyni zamanda, işçilərin izahatı ilə də iddiaçının onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanılmadığı təsdiq edilir. Operativ vergi nəzarəti hər hansı pozuntu olmadan Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı xx.xx.2022-ci tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Barəsində çıxarılmış həmin qərar, qərəzli qərar olmaqla həqiqəti əks etdirmir. Belə ki, ərizəyə əlavə etdiyi rəsmi müraciətlərindən də göründüyü kimi, fərdi sahibkar kimi işlətdiyi ictimai iaşə müəssisəsi tərəfindən icarə əsasında işlədilir və mülk sahibinin adınaa olan VÖEN əsasında fəaliyyət göstərib. Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edərək, bütün hesabatları verdikdən və vergiləri artıqlaması ilə ödədikdən sonra yay mövsümünün başa çatması ilə əlaqədar 13 oktyabr 2021-ci il tarixdən fəaliyyətlərini dayandırdırdığını bildirmişdir. O dövrə kimi obyektdə fəaliyyət göstərən işçilərlə əmək müqavilələrinə xitam verildiyini də göstərmişdir. Bu barədə Vergilər Nazirliyinin rəsmi portalında məlumat götürən vergi müfəttişi A.S.Əliyev 19 oktyabr 2021-ci il tarixdə saat 19-20 radələrində obyektdə olub və həqiqətən də fəaliyyət göstərmələrinə əmin olub. Belə ki, onlar müştərilərə xidmət göstərilməsini 13 oktyabrdan dayandırmışlar. Yeni işçilər götürməklə payız-qış mövsümü qaydalarına uyğun olaraq, işə başlamaq fikrində imiş. Abbas Əliyev onlardan nə zaman fəaliyyətə başlayacağımızı soruşmuş və o bir həftə ərzində işə yeni işçilər cəlb etməklə fərqli fəaliyyətə başlamaq niyyətində olduğunu bildirmişdir. Yəni, Abbas Əliyev bildi ki, iaşə müəssisəsinin köhnə işçilərlə əmək müqavilələrinə xitam verilib və yeni kollektiv formalaşdırmaq mərhələsindədir. Onun keçmiş işçilərindən yalnız 2-3 nəfərlə əmək müqaviləsini bağlamaq niyyəti olub. Əlavə 3-4 nəfər də yeni işçi götüürmək niyyətində imiş. Hələlik isə işə götürəcəyi işçilərlə görəcəkləri işin şərtləri, iş saaatları və əmək haqqının miqdarı barədə danışıqlar və söhbətlər aparıblar. X11 də, bildirib. İaşə müəssisəsi fəaliyyət göstərmirdi. Müştəri qəbul etmir, yemək hazırlanmırdı. Lakin bütün bunlara baxmayaraq, 22 oktyabr 2021-ci il tarixdə Abbas Əliyevin başçılığı ilə 6 nəfərdən ibarət Vergi müfəttişləri briqadası, obyektə hücum edərək, kafedə bir nəfər də olsun müştəri olmadığı, heç kimə, hər hansı xidmət göstərilmədiyi halda kafedə olan, 2-si köhnə işçiləri, 6-nəfər isə işçi kimi götürmək barədə yalnız danışıqlar apardığı şəxslərin hamısını əmək müqaviləsi bağlamadan işləyən işçilər kimi qələmə aldılar. Onlar kafedə olan insanların hamısını ayrı- ayrılıqda izolira edərək, onlardan istədikləri izahatları almağa məcbur etdilər. Belə çıxdı ki, müəssisədə bir nəfər də olsun əmək müqaviləsi əsasında işləyən yoxdur. Halbuki oktyabr almın 13-də yay mövsümünə yekun vurub, fəaliyyəti dayandırana qədər onların 4 rəsmi işçiləri olub. Hamı bilirdi ki, vergi əməkdaşları yoxlanışa gələrkən kafe fəaliyyət göstərmirdi, kafedə heç bir müştəri yox idi və kimsəyə xidmət göstərilmirdi. Lakin, bütün bunlara baxmayaraq, görünürdü ki, vergi müfəttişlərini bu halların heç biri maraqlandırmır. Onların məqsədi, qanuni-qanunsuz olmasından asılı olmayaraq guya vergi qanunvericiliyinin pozulması ilə bağlı bizə qarşı vergi sanksiyası tətbiq etmək idi. Yoxlanış həyata keçirilərkən tərtib edilmiş protokol həqiqəti əks etdirmir. İzahatı alınmış şəxslərə psixoloji təsir göstərilmişdir. Onların bəzilərindən guya artıq işə qəbul edildikləri və atrıq 2 gündür ki, fəaliyyət göstərdikləri barədə izahat alınıb. Vergi əməkdaşları qətiyyən nəzərə almaq istəməmişlər ki, kafenin fəaliyyət göstərdiyi bütün müddət ərzində orada işləyən işçilərlə daim əmək müqavilələri mövcud olmuşdur. Dövlət vergiləri isə daim artıqlaması ilə ödənilmişdir. Müəssisəni birdən-birə belə ağır sanksiyalara məruz qoymaqla vergi müfəttişləri fəaliyyətə başlamamış bizi açıq bankrotla üz-üzə qoymuşlar. Vergi əməkdaşları axşam saat 19-20 radələrində kafeyə gəlmişlər və kafedə heç bir müştəri olmamışdır. Kafedəki kamera görüntüləri bunun əyani sübutudur. Kamera görüntülərini məhkəməyə göstərsəmdə məhkəmə işə əlavə etməmişdir. Əgər kafe fəaliyyət göstərsə idi nə üçün axşam saatlarında heç bir müştəri yox idi. Bütün bu halları məhkəmə araşdırmamış, barəsində tam qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə Qərar qəbul edərkən maddi və prosesual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımı pozaraq ziyanıma olan qərar qəbul etmişdir. İnsan Hüquqları üzrə X1rşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərannda ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasma qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qərarı əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görədə apellyasiya məhkəməsi qaydasında ləğv edilməlidir.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2583/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, «Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş iş üzrə yeni qərar qəbul olunmaqla İddiaçı iddiası təmin edilmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8118 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli isə onunla razılaşmamış, iddiaçının mübahisəli icarə obyektində fəaləyyəti ilə bağlı vergi orqanında olan səndələrin suərtlərini təqdim edərək, nəzarət kassa-aparatının 2012-ci ildən iddiaçının adına qeydiyata alındığını, operativ vergi nəzarəti keçirilən gün iddiaçının fəaliyyət göstərdiyini və işə əlavə olunmuş izahatında və izahatı alınmış şəxslərdən 8 nəfərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunduğu etiraf olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri nəzərə alınmaqla, iş materialları və hazırkı mərhələdə toplanmış sübutların araşdırılması zamanı və tərəflərin məhkəməyə verdiyi izahatlarına əsasən məhkəmə kollegiyası tərəfindən aşağıdakılar müəyyən olunmuşdur. -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə (№003067) verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən aydın olur ki, vergi orqanının əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarətinin həyata keçirildiyi “Xəyalə” kafesinin mülkiyyətçiləri F.Ə.Muxtarov, S.R.Muxtarova və R.M.Bayramovadır. - 12 mart 2012-ci il tarixdə həmin mülkiyytəçilərlə İddiaçı arasında icarə müqaviləsi bağlanaraq “Xəyal” kafesi xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinə qədər icarəçinin istifadəsinə verilmiş, elə həmin tarixdə də iddiaçı vergi uçotuna aılınıb eyniəşdirilmə nömrəsi verilməsi üçün vergi orqanına müraciət etmiş və həmin tarixdə də vergi uçotuna alınaraq ona ********** VÖEN verilmiş və NKA-nın qeydiyyata alınması aktı ilə ona həmin yeməkxana üzrə xx.xx.2012-ci il tarixdə “Ştrix-Mini-F (model 02) markalı 00016375 zavod nömrəli nəzarət-kassa aparatı qeydə alınmışdır. - xx.xx.2017-ci il tarixdə “Xəyal” kafesinin mülkiyyətçiləri icarə müqaviəlsini X6 adında (VÖEN**********) şəxslə bağlasa da, onun adına vergi orqanında həmin obyektdə nəzarətkassa aparatı qeydə alınmamışdır. - 05.06. 2020-ci il tarixdə isə “Xəyal” yeməkxanasının icarəyə verilməsi barədə müqavilə mülkiyyətçilərlə iddiaçı arasında təkrarən bir il müddətinə (xx.xx.2022-ci il tarixinədək) bağlanmış (müqavilənin də 4.3-cü bəndinə əsasən tərəflərin müvvafiq yazılı müraciəti olmajdıqda müqavilə eyni şərtələ uzadılmış hesab olunur.) və həmin obyekt xx.xx.2020-ci il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydə alınmışdır) və 2012-ci ildə adına qeydə alınmış və obyektdə quraşdırılan “Ştrix-Mini-F(model 02) markalı 00016375 zavod nömrəli nəzarət-kassa aparatı ilə fəaliyyət göstərməyə başlamışdır. -xx.xx.2021-ci il tarixdə həmin kafedə cavabdehin əməkdaşları tərəfindən operativ vergi nəzarəti keçirilmiş, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol və operativ vergi nəzarətinin nəticəsi barədə Akt tərtib olunmuşdur (i.v.14-15). Həmin sənədlərə əsasən müəyyən olunan faktlar ondan ibarət olmuşdur ki, operativ vergi nəzarəti zamanı fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Xəyalə” iaşə obyektində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005356 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsin (İddiaçı və onun əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyi şəxslər - M..S. Yusifova, V.Y.Kilin,,T.S.Yusifov, .C.A.İsmayılov, , X.T.Yusifova, H.C.Əhmədova, Ş.A.Znynalova), A.M.Mustafayev) və vergi ödəyicisinin yazılı izahatları alınmış və onlar həmin izahatlarında iddiaçı ilə əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər (İzahatlar işə əlavə olunmuşdur). Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda cavabdeh tərəfindən 22.10.201ci il tarixdə qəbul etdiyi operativ vergi nəzarəti keçirilməsi haqında qərarına əsasən aparılmış operativ vergi nəzarəti zamanı foto və ya videogörüntülərdən istifadə olunması belə, iş üzrə tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, cavabdeh vergi qanunvericiliyinin tələblərinə uyğun hərəkət edərək, qanunla üzərinə qoyulmuş öhdəliyini yerinə yetirmiş, iddiaçının fəaliyyət göstərdiyi kafedə operativ vergi nəzarəti keçirərəkən onun tərəfindən vergi orqanına fəaliyyətini xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırması barədə arayış təqdim edilməsinə baxmyaraq, kafedə sahibkarlıq fəaliyyətini davam etdirdyi və bu zaman əmək müqaviləsi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyi aşkar olunmuş, aşkar olunmuş həmin faktlar barədə protokol və akt tərtib olunmuş, həmin şəxslərin izahatları alınmış və mübahsələndirilən 29 oktyabr 2021-ci il tarixli qərarı əsasında, hər fiziki şəxsə münasibətdə 2000 manat olmaqla, cəmi, 16.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla vergi məsuliyyətinə cəlb olunmuşdur. Beləliklə də, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə mübahisələndirilən qərarın qəbulunu zəruri edən şərtlər mövcud olduğu sübuta yetirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul olunmuşdur. Belə olan halda, həmin qərarla iddiaçının hüquqlarının pozulması istisna olunur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar