Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1180/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin vəkili və nümayəndəsi X5 iştirakları ilə İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nə) qarşı sərəncamın qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nə) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı işin hallarını hərtərəfli və tam araşdırmadan mümkünsüz hesab eetmiş və nəzərə almamışdır ki, iddiaçının iddia tələbi əsaslıdır və onun mümkünsüz hesab edilməsi qanunsuzdur. Belə ki, məhkəmə nəzərə almayıb ki, İddiaçı” Firması 2-2(81)-65/2018 saylı iş üzrə xx xxxxxxx 2019-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verdikdən və qətnaməsinin surətini əldə edib 25/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli apelyasiya şikayətinə əlavəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etdikdən sonra Bakı Şəhəri Cavabdeh 182 saylı xx xxxxxxxx 2016-cı il tarixli sərəncamını əldə edərək 30/2019 saylı xx xxxxxx 2019-cu il tarixli məktubla hazırki cavabdehə müraciət edərək, adı çəkilən sərəncamın ləğv edilməsini xahiş edib. Lakin məktubuna heç bir cavab almayıb. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, əvvəlcə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti hüquq şəxslərin dövlət qeydiyyat idarəsində yenidən təsis edilərək xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan keçib, Firmaya müvafiq şəhadətnamə, dövlət reyestrindən çıxarış verilib, sonra isə İddiaçı Firmasının yeni təsisçiləri sıralarında da baş vermiş dəyişikliklə əlaqədar qeydiyyat idarəsinə müraciət edilib, təsisçilərin sıralarında baş vermiş dəyişikliklə bağlı yen təsis sənədləri xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan keçib və X6 direktoru təyin edilib. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərardadın ləğv edilərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəmsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, İddiaçı firması cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi iddiaçı tərəfin inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxdığını əsas götürərək iddianı mümkün saymamışdır. Belə ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı firmasının cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin “xxxxxxxxxxx” MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45000 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən göründüyü kimi həmin iş üzrə İddiaçı firması tərəf olmuş və göstərilən qətnamənin surəti ona təqdim edilmişdir və tərəfindən mübahisələndirilməmişdir. İddiaçı firması Bakı şəhəri Cavabdeh 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamından ən geci xx xxxxxxx 2018-ci il tarixli qətnamə ona təqdim olunduqdan sonra məlumatlı olduğu halda, həmin müddətdən 1 ildən çox müddət keçdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə həminsərəncamın ləğv edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia müddətini buraxmışdır. Kollegiya aşağıdakılara əsasən iddianın mümkünsüzlüyü ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, İPM-də nəzərdə tutulmuş bütün iddia növləri üçün tələb olunan mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı olması, subyektiv hüququn mövcudluğu, cavabdehin iddiaya cavab verməli olub-olmaması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üçün bir sıra xüsusi mümkünlük şərtləri də mövcuddur. Mübahisələndirmə, məcburetmə haqında iddia növlərinə münasibətdə iddia müddətinə riayət edilməsi həmin iddialara münasibətdə zəruri mümkünlük şərti kimi çıxış etdiyi halda, digər iddia növlərinə-öhdəliyin icrası, müəyyən etmə və tanınma haqqında iddia və s. kimi iddia növlərinə münasibətdə mümkünlük şərti kimi tələb olunmur. İddia ərizəsində qeyd olunur ki, ünvan 1 ünvanında İddiaçı firmasının xüsusi mülkiyyətində 130 kv.m (0,013 ha) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10 tərəfindən xx xxxx 2016-cı il tarixdədaşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52031 vərəqində qeydiyyata alınmaqla iddiaçıya ******* nömrəli çıxarış və 051988 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçı həmin torpaq sahəsində təyinatı üzrə fəaliyyət göstərməsi ilə əlaqədar inzibati bina inşa etmək niyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən torpaq sahəsinin kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı Şəhəri Cavabdeh Başçısı 182 saylı xx xxxxxxxx 2016-cı il tarixlisərəncamı ilə qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Cavabdehin həmin qanunsuz sərəncamı əsasında “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya olan məxsus torpaq sahəsinin bir hissəsi qanunsuz zəbt edilərək orada tikinti işlərinin aparılması başlanılmışdır. Həmin Cəmiyyət tərəfindən iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağac da kəsilərək iddiaçının mülkiyyətindəki torpaq sahəsinə daxil olması və orada inşaat işlərinə başlanması qəsdən məhdudlaşdırılmışdır. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Bakı Şəhəri Cavabdeh tərəfindən ona verilmişdir. Cavabdeh qanunsuz olaraq 182 saylı xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı verməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Üçüncü şəxsin etirazından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosialiqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Bakı Şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri- yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binalann sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir və Cəmiyyət bu sərəncamla ona verilmiş 0,65 ha torpaq sahəsində yaşayan sakinlərlə razılıq əldə edərək ərazidə tikinti işlərinə başlamış, artıq yeni binanın tikintisini başa çatdırmışdır. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyənetmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Göründüyü kimi, hazırki iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 182 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı üçüncü şəxs tərəfindən artıq icra olunmuşdur. İddiaçı ərizəsində də məhz cavabdehin icra olunmuş sözügedən sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının hüquqi marağı tanınma haqqında iddia növünə aid olduğu halda, məhkəmə iddia tələbini mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirərək iddia müddətinin ötürülməsini rəhbər tutumuş və iddianı mümkünsüz saymışdır. Halbuki, tanınma haqqında iddia növünə münasibətdə iddia müddətinin ötürülməsi mümkünlük şərti hesab olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75, 80 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı firmasının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxx” MMC-nə) qarşı “sərəncamın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1180/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1180/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver