Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1180/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarən ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Fiziki şəxsin uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN: **********).
2. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinətlər üzrə xx.xx.2024cü il tarixli, 3-17-1/1-M-100930/2024 nömrəli Qərara əsasən aktiv VÖEN aşkarlandığı üçün İddiaçı yaşa görə müavinət təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aktiv VÖEN-i aşkarlandığı üçün artıqvermə müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün vergi orqanına bəyannamə təqdim etdiyi halda dövriyyə məbləğinin olmaması (0-a bərabər olması) barədə müvafiq arayış təqdim etdikdən sonra həmin dövr üzrə müavinət hüququna yenidən baxıla bilər.
3. X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdə ləğv olunması, xx.xx.2024-cü il tarixdən “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası” ərizəsinə əsasən bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.
4. İddiaçı (VÖEN **********) tərəfindən təqdim olunmuş “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlər iş materiallarına əlavə olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. xx.xx.2021-ci il tarixindən sizə yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2012-ci il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğunuz üçün ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır.Bu səbəbdən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müavinət ödənişinizdə artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırda aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün sosial müavinətinizin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək vergi ödəyicisi kimi fəaliyyətiniz barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövr üzrə təqdim olunmuş vergi bəyannamələrinə (hesabatlara) əsasən dövriyyə məbləğinizin olmaması haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixindən başlayaraq yaşa görə təyin edilən sosial müavinət ödənişinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə təyin edilmiş sosial müavinət ödənişinin dayandırılması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə təyin edilmiş sosial müavinətin dayandırılması əsaslarını öyrənmək məqsədi ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST mərkəzinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. xx.xx.2024-cü il tarixində 1 saylı Bakı DOST mərkəzindən təhvil-təslim aktı ilə alınan xx.xx.2024 il tarixli 3-17-1/2-M-114152/2024 nömrəli məktubunda sosial müavinətin bərpa edilməsinin mümkün olmaması haqqında və bununla aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğuna görə müavinət ödənişin xx.xx.2024-cü il tarixindən dayandırılması bildirilmişdir. Lakin sosial müavinətlər haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddənin 1.2- ci bəndinə əsasən yaşa görə təyin edilən müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Əslində iddiaçıya təyin edilən müavinətin ödənişi əmək məcəlləsinin 3-cü maddənin 9-cu bəndində göstərilən əmək funksiyası nəzərə alınmadan risklərlə bağlı fərdi sahibkarlıq fəaliyyətin əmək haqqına zəmanət verən əmək fəaliyyəti ilə əvəzedilməsi nəticəsində dayandırılmışdır.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsinə etirazın onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, lakin iddiaçının xx.xx.2012-ci il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-114152/2024 nömrəli məktubla müavinətin bərpa edilməsindən imtina edilmişdir. İmtina məktubunda qeyd edilənlərlə razılaşmayan İddiaçı dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Belə ki, xidməti yoxlama zamanı xx.xx.2012-ci il tarixdən İddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi məlum olmuşdur. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17- 1/1-M-100930/2024 nömrəli qərarına əsasən yaşa görə sosial müavinətin ödənişi dayandırılmış və iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müavinətin artıq ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasın ı və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı idarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X4 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1 -ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Mərkəzi Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Sosial ödənişlərin təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, aktiv VÖEN-in aşkar edilməsi özlüyündə şəxsə təyin edilmiş yaşa görə sosial müavinətin dayandırlması üçün yetərli əsas deyil. Belə ki, hazırki iş üzrə “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlərdən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınsa (aktiv VÖEN olsa) da, faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti məşğul olduğu və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etdiyi müəyyən edilmir - Vergi ödəyicisinin gəliri 0 AZN təşkil edir. Bu hal mübahisələndilən qərarın ləğvi üçün kifayətdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilənlərdən fərqli olaraq sözügedən Bildirişlərdə vergi ödəyicisinin, yəni İddiaçı gəlirinin 0 AZN təşkil etdiyi qeyd edilməmişdir. Həmin Bildirişdə bəyannamə üzrə ödəniləcək verginin 0 AZN təşkil etdiyi qeyd edilmişdir. Həmçinin İddiaçı vergiyə cəlb olunmayan gəlirlərinin ola biləcəyini nəzərə alaraq bildiririk ki, bu hal iddiaçının faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti məşğul olmadığı və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etmədiyi qənaətinə gəlməyə əsas verə bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan hallar (aktiv VÖEN olması, əldə edilmiş gəlirlər, vergiyə cəlb olunmayan gəlirlər) inzibati akt qəbul edilmədən əvvəl inzibati icraat çərçivəsində araşdırılmalı idi. Lakin cavabdeh orqan fiziki şəxsə (iddiaçıya) münasibətdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli araşdırmadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir. Məhkəmənin sözügedən mövqeyi ilə bağlı bildiririk ki, tərəfimizdən Dövlət Vergi Xidmətinə ünvanlanan iddiaçıların gəlirləri barədə sorğulara həmin məlumatların vergi sirri təşkil etməsi səbəbindən (Vergi Məcəlləsinin 30.2ci maddəsi) müsbət cavab verilmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.
16. Apellyasiya şikayətinə yazılı etitazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, əmək fəaliyyətin funksiyası əmək müqaviləsilə əsaslanır. Nəticədə yaşa görə müavinətin təyin edilməsi aktiv vergi ödəyicisi olub olmamasına yox, gəlirə zəmanət verən əmək müqavilənin olub olmamasına əsaslanır. Müqavilə olmadığı halda müavinət təyin olunur, olduğu halda təyin olunmur və ya ödəniş dayandırılır. Fəaliyyətimdə belə müqavilə yoxdur və olmayıb. Yaşıma görə müavinət təyin olunanda fəaliyyətim hər tərəfli yoxlanılıb və Dövlət tərəfindən təsdiq olunan qaydalarla təyin edilib. 2024-cü ildə innovasiya sahəsində tərəfimdən hazırlanan məhsulları sınaqdan keçirdmək məqsədilə vöeni aktivləşdirdim və mart ayında malları satışa verdim. Lakin satış olmadığına görə oktyabr ayında mallar mənə qaytarıldı. Bununla bağlı fəaliyyətim müvəqqəti olaraq dayandırıldı və hal-hazırda həmin sahədə yeni fəaliyyət axtarışındayam, o cümlədən kiçik yük daşıyan elektromobillərin yeni təqdimatın. Məlumat üçün bildirirəm ki, 2012-ci ildə elektromobillərlə maraqlanaraq zamanda mərhələlərlə: istiqamətin öyrənilməsi və nəqliyyatın seçim mərhələsi; seçilmiş kiçik yük daşıyan elektromobillərin yük daşınma imkanların təhlili mərhələsi; Bakı şəhər ətraf mühitin təmizlənməsi programı çərçivəsində seçilmiş elektromobillərin gediş yolların təhlili mərhələsi; seçilmiş elektromobilləri istehsal edən xarici kompaniyaların axtarış mərhələsi; Çin ölkəsində seçilmiş elektromobilləri istehsal edən "KAMA" zavodu ilə danışıqlar mərhələsi; biznes-planın hazırlama mərhələsi; maraqı olan dövlət və özəl hüquqi və fiziki şəxslərlə danışıqlar mərhələsi; layihənin maliyyələşdiriməsilə bağlı danışıqlar mərhələsi. Bu mərhələdə danışıqlar zəifləndi və fəaliyyətim müvəqqəti olaraq dayandırıldı. "Kovid 19" pandemiyası başlayanda əlaqələr kəsildi və bununla danışıqlar mərhələsində qalaraq elektromobillərlə bağlı o zaman olan fəaliyyətim tamamlandı.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19.“Sosial müavinətlər haqqında” Qanun:
Preambula - Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Maddə 1.0.1 sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 1.0.2 - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 7.0.2 yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Maddə 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
20. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə təyin edilmiş sosial müavinət ödənişinin dayandırılması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsindən ibarətdir. Bu məqsədlə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh müraciəti müsbət həll etməkdən imtina etdikdən sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun 40914 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin olunmuşdur. Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
32. Hazırkı işdən görünür ki, inzibati orqan iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müavinət ödənişinin xx.xx.2024-cü il tarixdən dayandırılmasını iddiaçının xx.xx.2021-xx.xx.2024-cü il tarixədək aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmə sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur.
33. Belə ki, iş materiallarına əlavə olunmuş Fiziki şəxsin uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN: **********).
34. Daha sonra X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdə ləğv olunması, xx.xx.2024-cü il tarixdən “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası” ərizəsinə əsasən bərpa olunması barədə məlumat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla sosial müavinət təyin edilməzdən öncə iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırmışdır.
36. İddiaçı (VÖEN **********) tərəfindən təqdim olunmuş “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlərdə vergi ödəyicisinin gəliri 0 AZN təşkil edir.
37. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, aktiv VÖEN-in aşkar edilməsi özlüyündə şəxsə təyin edilmiş yaşa görə sosial müavinətin dayandırılması üçün yetərli əsas deyil. Belə ki, hazırki iş üzrə “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlərdən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınsa (aktiv VÖEN olsa) da, faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti məşğul olduğu və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etdiyi müəyyən edilmir - Vergi ödəyicisinin gəliri 0 AZN təşkil edir. Bu hal mübahisələndilən qərarın ləğvi üçün kifayətdir.
38. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş 3-21-2-4/2- 238170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixə olan vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən İddiaçı (VÖEN **********) fəaliyyətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2124-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın lazımi dəqiqləşmə aparmaması və ya vəzifələrini vaxtında icra etməməsinin mənfi nəticələri iddiaçını sosial müavinət almaq hüququndan məhrum etməməlidir.
40. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı vergi uçotundan çıxarılması ilə bağlı ərizə verdikdən sonrakı vergi hesabatları dövründə hər hansı bəyannamə təqdim etməmiş, sosial müavinət aldığı dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamış, onun barəsində hər hansı vergi məsuliyyəti barədə qərar da qəbul edilməmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur.
42. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır.
43. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır.
44. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
46. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
47. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-621/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.