Məhkəmə qərarları › İş №2-1(103)-1181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1181/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1181/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydinin bərpası» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydinin bərpası» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və 5 saylı Bakı “Asan xidmət” mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla doğum akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni xx xxxx 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən xx xxxxx 1987-ci ildə 153 saylı akt qeydi ilə qeydə alınmış, anası-milliyətcə rus Abkaryan (Krestova) İrina Nikolayevna, atası-milliyətcə erməni X5(g)enoviç olan Məmmədova (Abkaryan) Elina Slavikovnanın doğum haqqında akt qeydinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovna apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Onun işinə mülki məhkəmə icraatı qaydasında o halda baxıla bilərdi ki, doğum akt qeydinin bərpası üçün həmin qeydin əvvəllər olduğunu təsdiq edən sənəd mövcud olmasın və doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yaransın. Onun işindən görünür ki, doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd var. Bu qeydin mövcud olduğunu təsdiq edən sənəd mövcud olduğundan onun doğum akt qeydini bərpa etmək üçün doğumunun qeyd edilmə faktının mülki məhkəmə tərəfindən müəyyən edilməsinə ehtiyac yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1325/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3735/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovna tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102-1968/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1325/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Digər 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Paport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda məhkəmə iclasında nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi «doğum akt qeydinin bərpası»ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinə inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxılmalı olmasına əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşsa da, işə kassasiya qaydasında baxan məhkəmə fərqli mövqedən çıxış etmişdir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1968/2020 saylı 20.10 2020-ci il tarixli qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. İnzibati orqanın ərizəni təmin etməkdən imtina etdiyi nəzərə alındıqda, iddiaçının hazırkı məzmunda iddiasının məhkəmələrin yuxarıda qeyd etdikləri səbəblərə görə mümkünsüz hesab edilməsi qanuni və əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünə dair məsələni, bununla bağlı işin faktiki hallarını yuxarıda qeyd edilən normaların dispozisiya şərtlərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Bu zaman, nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinə dair müddəaların tələbləri iddianın mümkünlüyünə də aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd). Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Lakin hazırki işdə inzibati orqanın ərizəni təmin etməkdən imtina etdiyi nəzərə alındıqda iddiaçının hazırki məzmunda iddiasının birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan səbəblərə görə mümkünsüz hesab etməsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmmədova (Abkaryan) Elina Slavikovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3735/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar