Məhkəmə qərarları › İş №2-1(103)-1183/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1183/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1183/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə , İddiaçı (xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pul tutulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2527/2020 nömrəli qərardadından iddiaçının apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli məktubunun qanunsuz hesab edilməsi həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pul tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı namizədliyini irəli sürülməsi üçün zəruri olan sənədləri 17 saylı Yasamal 3-cü X7 təhvil vermişdir və ona xx xxxxxx 2019-cu il tarixdə bildiriş verilmişdir. Azərbaycan Respublikasının Beynəlxalq Bankında xüsusi hesab açılması üçün bankın Bakı şəhəri İnşaatçılar pr-də yerləşən Yasamal filialına müraciət etdi və ona 345 saylı qeydiyyat gözləmə talonu verildi. Saat 15-00 də növbə çatdı, lakin xüsusi hesab açılmasından imtina edildi və səbəb göstərildi ki, DSK tərəfindən bildiriş verildi xx xxxxxx 2019- cu il tarixdən 5 gün keçibdir. Bu tamamilə qanunsuzdur, çünki 5 gün müddət keçməmişdir. Yəni bu süni seçki hüququna müdaxilədir. Bununla bağlı X7 müraciət edib, lakin çevik cavab verilmir. Bu qanunsuzluğa etiraz əlaməti olaraq təkadamlıq piket keçirtmək qərarına gəlmişdir. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərilmişdir və müraciətə yuxarıda göstərilən qanunsuzluğa etiraz olaraq : xx xxxxxx 2019-cu il tarixdə 17 saylı X1rşısında , saat 15-00 –də 20 dəqiqə, həmin günsaat 17-00 X3rşısında 20 dəqiqə təkadamlıq aksiya piket keçirəcəyini, həmçinin xx xxxxxx 2019-cu il tarixdə saat 12-00 Azərbaycan Mərkəzi Bankının Baş Ofisi qarşısında təkadamlıq aksiya piket keçirəcəyini bildirmişdir. Səsləndirəcək şüarlar “seçki hüquqlarım təmin olunsun, formal bürokratik əngəllərə son qoyulsun. İmtina, yaxud məqsədəmüvafiq deyil cavabı verildiyi halda mənəvi zərərin əvəzi olaraq 20000 manat pul ödənilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti formal cavab vermişdir və xx.xx.2019- cu il tarixli məktubla bunun keçirilməsinin məqsədəmüvafiq olmaması göstərilmişdir. Həmin cavab-məktub tamamilə qanunsuzdur və qeyri-qanunidir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2527/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiаçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubu qanunsuz hesab edilməsi həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun tutulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2527/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün işin yenidən həmin Məhkəməyə göndərilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 49,60,71,147-ci maddələrinin, İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 10,11,13-cü maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar əsaslandırılmış və Azərbaycan Respublikasının Konstitusiyasının 49, 60-cı maddələrinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə istinad olunmuşdur. İş üzrə tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını qərara aldı. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına əsasən İddiaçı xx xxxxxx 2019- cu il tarixdə 17 saylı X1rşısında, saat 15-00 –də 20 dəqiqə, həmin gün saat 17:00 X3rşısında 20 dəqiqə təkadamlıq aksiya piket, həmçinin xx xxxxxx 2019-cu il tarixdə saat 12-00 Azərbaycan Mərkəzi Bankının Baş Ofisi qarşısında təkadamlıq aksiya piket keçirilməsinin planlaşdırılması barədə 27 dekabr 2019-cu ildə yazılı şəkildə Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının V-87-003 nömrəli, xx.xx.2019cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir: “Sizin aksiya keçirilməklə bağlı xx xxxxxx 2019-cu il tarixli müraciətinzə Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, aksiya keçirilməsi haqqında müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələblərinə cavab vermir. Qeyd olunanı nəzərə alaraq 06 və xx xxxxxx 2019-cu il tarixlərində planlaşdırdığınız etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun hesab etmirik”. Hazırkı iddia tələbi ilə iddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onun X10 Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmə azadlığı), “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı ) ilə müəyyən olunmuş hüquq və azadlıqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati icraat qaydasında baxılır. Hazırkı iddia Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd olunmuşdur ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli V-87-003 nömrəli məktubunda cavabdehin “06 və xx xxxxxx 2019-cu il tarixlərində planlaşdırdığınız etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçının etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Göründüyü kimi, qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə xəbərdarlıqla bağlı cavabdehin etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakmiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçının nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçının hər hansı bir subyektiv hüququ pozulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hüquqi əsaslarından biri o, olmuşdur ki, iddiaçı mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında belə bir əsaslandırma mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunun qanunsuz hesab edilməsi həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pul tutulması tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, apellyasiya şikayətində isə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2527/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün işin yenidən həmin Məhkəməyə göndərilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 49,60,71,147-ci maddələrinin, İnsan Hüquqları və X4 haqqında Avropa Konvensiyasının 10,11,13-cü maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlmişdir, qərardadın ləğv edilməsi üçün əsas yoxdur, qərardad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2527/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar