Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1183/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7439/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 aprel 2015-ci il tarixindən, yəni 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiya hüququnun yarandığı 09 aprel 2015-ci il tarixindən, yəni 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 50 yaşının tamam olduğu 09 aprel 2015-ci il tarixinə kimi 20 ildən çox ümumi, bu müddətin 15 ilindən çoxunu hava gəmilərində xidmət işlərində çalışdığı üçün 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər - 55 yaşına çatdıqda və azı 25 ilümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; müddəalarına görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququyarandığı üçün pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh 19 may 2021-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının xahişi yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, „... ümumi is stajı 20 ildən az (15 il 4 ay 9 gün) təşkil etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi ücün qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı orta təhsilini başa vurduqdan sonra Əzizbəyov rayon Paylayıcı Stansiyasında 21 oktyabr 1982-ci il tarixində operator vəzifəsinə işə qəbul edilmiş və 28 oktyabr 1983-cü il tarixində işdən azad edilmiş, 01 noyabr 1983-cü il tarixində Mülki Aviasiya Bakı Birləşdirilmiş Aviadəstəsində təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmiş, 14 iyul 1993-cü il tarixində işdən azad olunmuş, 12 avqust 1993-cü il - 01 aprel 1998-ci il tarixlərində X2 xadimə vəzifəsində çalışmışdır. Cavabdehin iddiaçının əmək kitabçasındakı qeydlər əsasında ümumi iş stajının az olması qənaətinə gəlməsi Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına ziddir. Cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 20 ildən az olmasını bildirmişdır. Halbuki, həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci maddəsində deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Məhz həmin bu qaydalar əsas götürülərək "xxxx" QSC-nin iddiaçıya təqdim etdiyi arayışda xx.xx.1983 - xx.xx.1993-cü il tarixləri arasında topladığı 5206 saat uçuş saatı əvvəlcə 18-ə bölünmüş, alınan nəticə (5206:18=289,222) sonradan 12 aya bölünərək 289,222:12 = 24 il 10 ay stajının olduğu öz əksini tapmışdır. Beləliklə, aydın olur ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı: 1) 24 il 10 ay - təyyarə bələdçisi; 2) 4 il 6 ay 20 gün - X2 xadimə; 3) 1 il 7 gün - Əzizbəyov rayon Paylayıcı Stansiyasında operator olmaqla, cəmi 30 il 4 ay 9 gün təşkil edir. Bununla da cavabdehin iddiaçının güzəştli pensiya təyinatı üçün tələb edilən ümumi iş stajının (20 il) olmaması barədə mülahizəsinin əsassız olması sübuta yetirilir. Əsassız olmasının sübuta yetirilməsi tələb olunan ikinci məsələ cavabdehin, guya iddiaçıya pensiya təyinatı aparılması üçün pensiya kapitalının lazım olan 43.200 manatdan az olması mülahizəsidir. İddiaçının pensiya kapitalının 15 il 4 ay 9 gün üçün 12615,87 manat təşkil edildiyi göstərilmişdir. Halbuki, topladığı sığorta stajına - 30 il 4 ay 9 günlük staja görə, mütənasib olaraq, pensiya kapitalı iki dəfə artıq hesablanmalı idi. İddiaçıya pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən aparılmalı olduğu, pensiya kapitalı və onun minimum məbləği barədə həmin qanunda heç bir müddəa olmadığı üçün cavabdehin belə bir pensiya kapitalını iddiaçıdan tələb etməsi qanuna ziddir. Belə bir müddəa öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-1(102)- 623/2021 nömrəli, iddiaçı X3 cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı iş üzrə çıxardığı qərarda da öz əksini tapmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia aşağıdakılara görə əsassızdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən, ümumi iş stajı 20 ildən az, yəni cəmi 15 il 4 ay 9 gün təşkil edir. İddiaçı pensiya kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43.200,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12.615,87 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7439/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 26 oktyabr 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 20 ildən az (15 il 4 ay 9 gün) təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43.200,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12.615,87 manat təşkil etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli S-1672 saylı arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Aviasiya sistemində çalışmışdır: xx.xx.1983-cü il tarixdən təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. "xxxx" QSC-nin 312 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Səfərqaliyeva (Perşina) İrina Vladimirovna "xxxx" Aviasiya Şirkətində böyük təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: xx.xx.1983 - xx.xx.1983, 110 saat (yüz on saat); xx.xx.1984- xx.xx.1984, 600 saat (altı yüz saat); xx.xx.1985 - xx.xx.1985, 520 saat (beş yüz iyirmi saat); xx.xx.1986- xx.xx.1986, 504 saat (beş yüz dörd saat); xx.xx.1987- xx.xx.1987, 553 saat (beş yüz əlli üç saat); xx.xx.1988- xx.xx.1988, 642 saat (altı yüz qırx iki saat); xx.xx.1989- xx.xx.1989, 549 saat (beş yüz qırx doqquz saat); xx.xx.1990- xx.xx.1990, 562 saat (beş yüz altmış iki saat); xx.xx.1991- xx.xx.1991, 516 saat (beş yüz on altı saat); xx.xx.1992- xx.xx.1992, 502 saat (beş yüz iki saat); xx.xx.1993xx.xx.1993, 148 saat (yüz qırx səkkiz saat). Cəmi: 5206 saat (Beş min iki yüz altı saat). Yekun: Təyyarə bələdçisi vəzifəsində işləmiş Səfərqaliyeva (Perşina) İrina Vladimirovnanin uçuş xidməti cəmi 24 (iyirmi dörd) il 10 (on) ay təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasinda tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşlarin pensiya təminati haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən hava gəmilərində işləyən qadin bələdçilər 50 yaşina çatdiqda və azi 20 il ümumi iş staji olduqda, bu müddətin azi 10 ilini bələdçi vəzifəsində çalişarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1982-ci il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1982-ci il tarixdə xx.xx.1983-cü il tarixə qədər BKM-da operator, xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixə qədər təyyarə bələdçisi xidmətinə təyyarə bələdçisi, xx.xx.1990-cı il tarixdən CBA-da təyyarə bələdçisi, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər Bakı hava limanının yenidən təşkili ilə əlaqədar olaraq, “AZAL TRANS” Bakı nəqliyyat aviaşirkətində təyyarə bələdçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “Bilgəh” Kardiologiya sanatoriyasında xadimə işləmişdir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" xx.xx.2021-ci il tarixli 12/4772 saylı məktubu ilə bildirilmişdir ki, “İddiaçı xx.xx.1983-cü il tarixində 82/İ saylı xx.xx.1983-cü il tarixli əmrlə təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 64/İ saylı xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixindən işdən azad edilmişdir. Təyyarə bələdçisi vəzifəsində işləyən şəxslərin əmək stajı onların uçuş saatları əsasında formalaşır və bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, “təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür.” İddiaçı xx.xx.1983-xx.xx.1993 tarixləri arasındakı dövrdə 5206 (beş min iki yüz altı) uçuş saatı olmuşdur. Həmin qayda ilə uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (5206:18= 289,222), daha sonra alınan rəqəm 12-yə bölünür289,222:12 = 24 il 10 ay. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, həmin qanun qüvvəyə minən günə qədər ümumi və güzəştli iş stajını toplamış şəxslərə yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliyə görə təyin edilir. 01 yanvar 2006-cı il tarixində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Həmin tarixdən əvvəlki dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. Həmin Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, hava gəmilərində işləyən qadın bələdçilər 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı təyyarə bələdçisi vəzifəsində topladığı 24 il 10 aylıq staj həmin tələbləri (ümumi və güzəştli iş stajı) ödəyir. Təyyarə bələdçisi vəzifəsi ”Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndində xüsusi olaraq göstərildiyi ücün (misal üçün, həmin maddədə ə); j); z) bəndlərində göstərilən peşələr və sağıcılar kimi) göstərilmiş o dövrdə qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə uyğunlaşdırmaya ehtiyac qalmır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə ayrıca olaraq təyyarə bələdçiləri ücün üçün bənd nəzərdə tutulmamış və bu səbəblə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3. Mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, bövük bort bələdçisi, təlimatcı-bort bələdçisi vəzifələri qeyd edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 №-li imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanmaısı üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi 26 oktyabr 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 20 ildən az (15 il 4 ay 9 gün) təşkil edir. Bundan başqa fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum rnəbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12615,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əmək pensiyası qanunvericiliyinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 31 il 4 ay 7 gün ümumi iş stajı, 24 il 10 ay gün isə xüsusi iş stajı toplanır ki, bu da ona 50 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün kifayətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarından göründüyü kimi iddiaçı 2006-cı ilin yanvar ayınadək təyyarədə işlədiyi bort bələdçisi peşəsinə uygun olaraq ona 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: d) hava gəmilərində bələdçi işləyən şəxslər: qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 50 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini hava gəmilərində bələdçi kimi çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Kollegiya hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının stajı hesablanarkən “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları nəzərə alınmamışdır. Belə ki, iddiaçı xx.xx.1983-xx.xx.1993-cü il tarixləri arasındakı dövrdə təyyarə bələdçisi işləmiş və 5206 (beş min iki yüz altı) uçuş saatı toplamışdır. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən uçuş saatlarının sayı ilk öncə 18-ə bölünür (5206:18=289,222), daha sonra alınan rəqəm 12-yə bölünür- 289,222:12 = 24 il 10 ay. İddiaçı ümumilikdə tələb olunandan da artıq 24 il 10 ay güzəştli iş stajını tamamlamışdır. Bundan başqa, iddiaçının 1 il 7 gün BKM-da operator, 4 il 6 ay 20 gün X2 xadimə, cəmi 5 il 6 ay 27 gün işlədiyi müddət topladıgı ümumi stajı tələb olunan 20 ilin qarşılığında 31 il 4 ay 7 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunvericiliyinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 31 il 4 ay 7 gün ümumi iş stajı, 24 il 10 ay gün isə xüsusi iş stajı toplanır ki, bu da ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün kifayətdir. Belə oldugu halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasına dair gəldiyi nəticəni əsaslı sayır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2021ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7439/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin, İddiaçı hüququ yarandığı 09 aprel 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 ilə görə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1183/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1183/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver