Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1184/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə, Məhkəmə iclas katibi x7 katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı Rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3131/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı Rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək kitabçası əsasında olan 15.10.1996-cı il tarixdən 02.08.2005-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Konserində işlədiyi iş stajını nəzərə alınmaqla 08.06.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3131/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı əmək kitabçası əsasında olan 15.10.1996-cı il tarixdən 02.08.2005-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Konserində işlədiyi iş stajını nəzərə alınmaqla 08.06.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən 25.01.2020-ci il tarixdə apellyasiya şikayəti verilərək məhkəmənin 29.06.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsinin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsinə göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13 və 24-cü maddələrinə əsasən məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək buraxılmış müddətin bərpası barədə ərizənin məhkəməyə təqdim edilməsini təklif etmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh orqan isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 86.1.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati-iqtisadi məhkəmə şikayətlə bağlı şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmamasını yoxlayır. İşin araşdırılan hallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3131/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətini həmin şöbənin müdir müavini Y.Möhbalıyeva imzalasa da, səlahiyyətlərini təsdiq edən sənədi (əmrin surətini) apellyasiya şikayətinə əlavə etməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarının görünür ki, məhkəmənin 29 iyun 2017-ci il tarixli qərarı cavabdehin nümayəndəsi “Qarabəyova” soyadlı şəxs tərəfindən şöbənin daxilolma ştampı vurulmaqla 30.06.2017-ci il tarixdə qəbul edilmiş (səhifə 22), məhkəmə qərarı 01 avqust 2017-ci il tarixdə qanuni qüvvəsini almış və məhkəmənin eyni tarixli məktubu ilə icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsinə göndərilmiş (səhifə 23), qərar Dövlət x4 Suraxanı rayon Şöbəsi tərəfindən icra olunmuşdur (səhifə 24). Həmin qərardan apellyasiya şikayəti isə Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4Suraxanı rayon Şöbəsi tərəfindən 25.01.2020-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsi iş üzrə qərardan qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsinə buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etməsini təklif etmiş, lakin cavabdeh orqan tərəfindən müddətin üzürlü səbəblərdən keçməsinə dair məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim edilməmiş və ya müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3131/2017 saylı 29 iyun 2017-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Suraxanı rayon Şöbəsinin müdir müavini Y.Möhbalıyeva tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1184/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1184/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver