Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1185/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, 3-cü şəxs - X3 vəkili X4 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Şirkətinin Cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı, 3-cü şəxs qismində X5 və X10 cəlb edilməklə «sərəncamın etibarsızlığının tanınması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması» barədə iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4099/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə (prosessual müddətlə bağlı) Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şirkəti iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs qismində X5 və X10 cəlb edilməklə 70 saylı, xx xxxxxx 2005-ci il tarixli sərəncamın etibarsızlığının tanınması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4099/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs qismində X5 və X10 cəlb edilməklə «sərəncamın etibarsızlığının tanınması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması» barədə iddiasının mümkün sayılmamasıqərara alınmışdır. İş materiallarından görünür ki, həmin qərardad xx xxxxxx 2018-ci il tarixli məktubla 3-cü şəxslər X5 və X8 iddia ərizəsində göstərilən «ünvan 1 ünvanına göndərilmiş, lakin göndərilən zərf üzərində «60-da yoxdur» qeydi ilə məktub geri qayıtmışdır. İş materiallarından həmçinin görünür ki, X5 xx.xx.2019-cu il tarixli ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sözügedən qərardadın surətinin «ünvan 2 ünvanına göndərilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı S.E.Hacıyevanın xx.xx.2019-cu il tarixli ərizəsində göstərdiyi «ünvan 2 ünvanına göndərilmiş və iş materiallarında olan «Poçt xəbərnaməsi»nə əsasən xx.xx.2019-cu il tarixdə sözügedən ünvanda alınmışdır. Hazırda X5 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən X5 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətə görə mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında S.E.Hacıyevanın vəkili X6 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə qarşı «Etiraz» təqdim etmiş və apellyasiya şikayətini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini, qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbinə müvafiq olaraq aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən şikayətin verilməsinin prosessual qanunvericiliklə müəyyən olunan qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibatiiqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İşin hallarından isə göründüyü kimi, S.E.Hacıyeva tərəfindən İnzibati Prosessual Məcəllənin qeyd olunan norması ilə müəyyən edilən 10 günlük şikayət vermə müddəti buraxılmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı S.E.Hacıyevanın xx.xx.2019-cu il tarixli ərizəsində göstərdiyi «ünvan 2 ünvanına göndərilmiş və iş materiallarının 94-cü vərəqəsində olan «Poçt xəbərnaməsi»nə əsasən həmin qərardad xx.xx.2019-cu il tarixdə sözügedən ünvanda alınmışdır. İş materiallarının 97-99-cü vərəqələrində olan, S.E.Hacıyeva xx.xx.2018-ci il tarixli qərardaddan verdiyi şikayətindən və şikayətin məhkəməyə daxil olmasını göstərən «Daxil olma ştampından» görünür ki, S.E.Hacıyevanın xx.xx.2020-ci ildə tərtib ediərək imzalanmış apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qərardadının S.E.Hacıyeva tərəfindən rəsmi qaydada alındığı xx.xx.2019-cu il tarixdən hesablandıqda, qanunla müəyyən edilən 10 günlük şikayət vermə müddətinin son günü (bayram günləri də nəzərə alınmaqla) xx.xx.2020-ci il tarixinə düşür ki, bu halda da, cavabdeh İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi ilə müəyyən edilən 10 günlük şikayət vermə müddətini 2 aydan çox buraxmış olur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, S.E.Hacıyeva tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə hər hansı ərizə də təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələbinə əsasən birmənalı olaraq müəyyən olunur ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmalıdır ki, məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi mümkün olsun. Lakin, işin yuxarıda müəyyən edilən halları ilə müddətin buraxılmasının üzrlü sayılması üçün əsaslar müəyyən edilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından S.E.Hacıyevanın verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Belə olan halda, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından cavabdehin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Beləliklə də, işin qeyd olunan hallarını və prosessual qanunvericiliyin sözügedən tələblərini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, 3-cü şəxs S.E.Hacıyevanın 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4099/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X3 apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1185/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1185/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver